Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   ...   30

16 

 

inkişafı  ilə  real  iqtisadi  sektorların  ixrac  potensialından  səmərəli  istifadənin  birbaşa 



asılılığını qeyd edir. Digər bir tədqiqatçı R. Məlikov qeyri-neft sektorunun inkişafının 

sürətləndirilməsi  prioritetlərinin  vacibliyini  bildirmişdir.  Müəllif  bu  proseslərdə  bir 

sıra  tənzimləmə  metodlarından  və  mexanizmlərindən  investisiya,  pul-kredit,  büdcə, 

valyuta  rıçaqları,  vergi  və  sair  alətlərdən  daha  fəal  istifadə  edilməsinin  zəruriliyini 

qeyd etməklə, qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsində sənayenin 

prioritet sahələrinin inkişafı strategiyasının hazırlanmasını məqsədəuyğun saymışdır. 

Tədqiqat  materialları  və  aparılmış  araşdırmalar  qeyri-neft  sektorunun  ixrac 

potensialının  tənzimlənməsi  ilə  bağlı  mühüm  şərtlər  kimi  çıxış  edən  amillərin  bir 

qrupunu fərqləndirməyə imkan vermişdir: 

− 

Milli  iqtisadiyyatın  dayanıqlı  inkişafı  və  onun  iqtisadiyyat  sahələrinin 



diversifikasilaşdırılması  problemləriтэ  sistemli  yanaşmanı,  strateji  hədəflərin 

müəyyənləşdiriməsini 

və 

prioritet 



iqtisadi 

siyasət 


mexanizmlərinin 

müəyyənləşdirilməsini zəruri edir; 

− 

Bazar  iqtisadiyyatı  strukturlarının  inkişafının  intensivləşdirilməsi, 



sahibkarlığın  inkişafına  dövlət  dəstəyinin  göstərilməsi,  xarici  ticarət  fəaliyyətinin 

səmərəliliyinin  artırılması  prioritetlərinin  tənzimlənməsi  metodlarının  effektivli 

modellərinin işlənib hazırlanması və reallaşdırılması; 

− 

Qeyri-neft  sektorunda  ixrac  potensialına  əlavə  töhfələr  vermək 



iqtidarında  olan  iqtisadiyyat  sahələrinin  potensialının  öyrənilməsi  və  onlardan 

səmərəli istifadə mexanizmlərinin müəyyənləşdirilməsi; 

− 

Qeyri-neft sektoru sahələrində ixrac potensialının artımına imkan verən 



iqtisadi  potensialın  reallaşdırılması  üçün  iqtisadi-təsərrüfat  rejiminin  təşkilini 

asanlaşdıran  və  intensivləşdirən  tənzimləmə  mexanizmlərinin  qanunvericilik 

bazasının  təkmilləşdirilməsi,  yenilənməsi  və  işlək  normativlərin,  ixrac  qaydalarının 

və rejimlərinin hazırlanması; 

− 

Milli  iqtisadiyyatın  strateji  iqtisadi  inkişaf  prioritetlərinə  adekvat  qeyri-



neft  sektoru  əsaslı  ixrac  istiqamətlərinin  obyektiv  qiymətləndirilməsi  və  onların 

reallaşdırılması mexanizmlərinin təşkili prinsiplərinin optimallaşdırılması; 




17 

 

− 



Qeyri-neft sektorunun ixrac potensialları üzrə dünya əmtəə bazarlarında 

intensiv  hərəkət  imkanlarına  malik  malların  və  məhsulların  çeşidinin 

müəyyənləşdirilməsi  və  onların  ixrac  potensialı  məcmusuna  daxil  edilməsi 

mexanizmlərinin tənzimlənməsi və s. 

  Ümumiyyətlə, qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsi bir qrup 

problemlərin  araşdırılmasını,  çoxlu  sayda  makroiqtisadi,  habelə  mikroiqtisadi 

amillərlə  qarşılıqlı  əlaqəsinin,  bu  proseslərin  milli  iqtisadiyyatın  inkişafına  təsirinin 

öyrənilməsini  zəruri  edir.  Bu  problemlər  işərisində  milli  iqtisadiyyatın  inkişafında 

qeyri-neft  sektorunun  ixrac  potensialından  səmərəli  istifadənin  rolunun  artması 

aktuallığı ilə daha çox diqqəti cəlb edir. 

 



18 

 

1.2. Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorununu ixrac 



potensialından səmərəli istifadənin rolunun artması 

 

Milli  iqtisadiyyatın  inkişafı  olduqca  mürəkkəb  elementlərdən  ibarət  vəzifələrin 



yerinə  yetirilməsinə  sistemli  yanaşılmasını  və  bu  proseslərdə  işlək,  effektivli, 

məhsuldar  mexanizmlərin  tətbiqini  şərtləndirir.  Dövlət  sadəcə  siyasi  və  iqtisadi 

prioritetləri  müəyyənləşdirməklə  milli  iqtisadiyyatın  dayanıqlı  inkişafını  təmin  edə 

bilməz.  Bu  proseslərdə  ardıcıllıq  prinsipləri  qorunmalı,  milli  iqtisadiyyatın  milli 

maraqlar  çərçivəsində  dayanıqlı  inkişafına  konseptual  yanaşma  təmin  olunmalı, 

prioritet  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilməli  və  nəhayət,  onların 

reallaşdırılmasının  səmərəli  mexanizmləri  hazırlanmalıdır.  Müasir  dövrdə,  yəni 

qloballaşmanın hər bir sahədə dərinləşdiyi şəraitdə baş verən tendensiyalara adekvat 

dövlət modelinin formalaşdırılması, dövlət tərəfindən hazırlanması və tətbiq edilməsi 

nəzərdə  tutulan  tənzimləmə  mexanizmlərinin,  alətlərin  kəsərli  olması  tələb  olunur  

Bu istiqamətdə dövlətin milli iqtisadiyyatın balanslaşdırılmış inkişafı üzrə prioritet və 

strateji vəzifələrinin əsas funksiyalarına aşağıdakılar daxil edilə bilər: 

− 

iqtisadiyyatın  artım  və  inkişaf  proseslərində  bilik  amilinin  roluna  üstünlük 



verilməsi və gücləndirilməsi; 

− 

iqtisadiyyatın struktur dəyişikliklərinin aparılması və diversifikasiya proseslərinin 



optimallaşdırılması; 

− 

iqtisadi  artımın  və  iqtisadi  inkişafın  stimullaşdırılması  mexanizmlərinin  işlənib 



hazırlanması və reallaşdırılması; 

− 

cəmiyyətlə  mülkiyyətçilər  arasında  münasibətlərin  differensiallaşdırılması, 



müxtəlif  iqtisadiyyat  sahələrinin  milliləşdirilməsi  proseslərində  tarazlıq 

prinsiplərinin qorunması; 

− 

ölkə və xarici kapitalın qarşılıqlı hərəkətinin səmərəliliyinin təşkili; 



− 

iqtisadi  artımın  və  iqtisadi  inkişafın  regional  yanaşmasında  daha 

optimallaşdırılmış modelə üstünlük verilməsi və s. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə