Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   ...   30

13 

 

Strategiyalarının  əsasında  strateji  istiqamətlərin-ixracın  dövlət  tərəfindən 



həvəsləndirməsi,  ixrac  potensialının  inkişaf  etdirilməsi,  ixrac  strukturunun 

təkmilləşdirilməsi,  ölkənin ixrac potensialının  müqayisəli  üstünlük  prinsipi əsasında 

qiymətləndirilməsi, texnologiya tutumlu məhsulların ixracının artırılması və sairlərin 

yer  alması  mütləq  prioritetlər  və  şərtlər  kimi  dəyərləndirir.  Hər  bir  ölkənin  ixrac 

potensialının  gücləndirilməsi  müəyyən  spesifik  amillərə  söykənsə  də,  fikrimizcə, 

bütün  ölkələr  üçün  ixrac  potensialının  artırılmasında  əsas  prioritet  fəaliyyət  sektoru 

kimi-sənayenin,  o  cümlədən,  qeyri-neft  sənayesinin  əhəmiyyəti  danılmazdır. 

Akademik Z. Səmədzadə bildirir ki, Azərbaycanın sosial-tərəqqisi üzrə strateji kursu 

yalnız 

neft 


sənayesi 

ilə 


bağlı 

olmamalıdır. 

Sənayenin 

strukturunun 

diversifikasiyalaşdırılması işinin daha da gücləndirilməsi lazımdır. Bir çox ölkələrin 

on illər irəliyə bu cür proqramları vardır. Aparıcı Asiya dövlətlərinin-Çin, Yaponiya, 

yaxud, Avropanın- rlandiya, Norveç kimi dövlətlərin təcrübəsi ilə tanışlıq kifayətdir. 

Bu  kimi  işlər  bizdə  də  aparılmalıdır.  Bu  baxımdan,  qeyri-neft  sektorunun  prioritet 

inkişaf  istiqamətlərinin  nizamlanması  və  təkmilləşdirilməsinin  bir  daha,  bilavasitə 

sənaye  sahələrinin  inkişafı  və  diversifikasiyalaşdırılması  konteksində  baxılmasının 

zəruriliyi  diqqəti  cəlb  edir.  Dövlətin  ixrac  potensialının  tənzimlənməsində  nəzəri 

baxımdan  bir  qrup  metodlardan,  nizamlama  elementlərindən  istifadə  mümkündür

Onlar barədə məlumatlar Cədvəl 1.1-də verilmişdir. 

Cədvəl 1.1. 



Ixrac  potensialının  tənzimlənməsi  mexanizmlərinin  nəzəri  baxımdan 

metodları və növləri 

Metodlar 

o cümlədən: 

növlər 


I. Hüquqi 

1. Qanunlar 

2. Normativ aktlar 

3. Dövlət proqramaları 

4. Konsepsiyalar 

5. Strategiyalar 

II. Administrativ 

1. Kvotalar 

2. Lisenziyalaşdırma 

III.  qtisadi 

1.  xrac strukturunun inkişafı 

2. Vergi güzəştləri 

3.  xrac-ticarət zonalar 

4.  xrac-sənaye məhəlləri 




14 

 

IV. Birbaşa 



1.  xracatçıların rüsumdan azad edilməsi 

2.  xracın güzəştli kreditləşdirilməsi 

3. Dövlət sifarişi 

V. Dolayı  

1. Vergi dərəcələri 

2. Gömrük rüsumları 

3. Kredit-pul amili 

Qeyd: Cədvəl 1.1 tədqiqat materialları əsasında müəllif tərəfindən hazırlanmışdır. 

 

Cədvəl  1.1-dən  göründüyü  kimi  ixrac  potensialının  tənzimlənməsinin  nəzəri 



baxımından  müxtəlif  metodları,  çoxfunksiyalı  mexanizmləri  mövcuddur və dövlətin 

əsas  vəzifəsi  ölkənin  iqtisadi  inkişaf  və  ixrac  konsepsiyasına  adekvat  olaraq,  qeyri-

neft sektorunun ixrac potensialının optimal tənzimlənməsi siyasətini formalaşdırmaq, 

onun  praktiki  reallaşdırılması  mexanizmlərini  hazırlamaq  və  həyata  keçirməkdən 

ibarətdir.  Professor  Q.  Juravleva  belə  hesab  edir  ki,  dövlətin  proteksionist  xarici 

ticarət  siyasəti  çox  hallarda  ixracın  azalmasına  gətirib  çıxarır.  Müəllif  ixrac 

potensialının  artırılmasında  xarici  ticarətin  liberallaşmasını  vacib  hesab  etmişdir. 

Ixracın  tənzimlənməsində  təçkilati,  kredit-maliyyə  metodlarına  üstünlük  vermişdir



669].  Qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimlənməsi,  əslində  dövlətin 

özünün  milli  iqtisadiyyatının  rəqabətqabiliyyətinin  artırılması  və  dövlətin  sənaye 

siyasəti  üzrə  tədbirlər  sisteminin  mühüm  tərkib  hissəsi  kimi  çıxış  edir.  Rusiyalı 

alimlər  dövlətin  sənaye  siyasəti  üzrə  mühüm  tədbirlər  sistemini  hazırlayarkən, 

bildirmişlər  ki,  burada  nəzərdə  tutulan  tədbirlərin  əksəriyyəti  həm  də  ixrac 

potensialının  artırılmasına  xidmət  edir.  Bunlara  dövlətin  sənaye  siyasətinin  strateji 

istiqamətlərinin  fəallaşdırılması,  sənaye  siyasətinin  strateji  istiqamətlərinin 

nizamlanması,  milli  istehsalın  müdafiəsi  üçün  fəal  xarici  ticarət  siyasətinin 

aparılması, iqtisadiyyat sahəsinin resurs potensialının dəstəklənməsi siyasəti, iri milli 

layihələrin işlənib hazırlanması və dəstəklənməsi, proteksionist tədbirlərin görülməsi, 

dövlət sifarişləri və digərləri daxil edilmişdir. 

Ixrac  potensialının  tənzimlənməsində  "iqtisadiyyatın  açıqlığı"  səviyyəsi  də  az 

əhəmiyyət  kəsb  etmir.  Əgər  ölkənin  xarici  ticarət  dövriyyəsinin  məcmusu  Ümumi 

Daxili  Məhsulun  (ÜDM)  ümumi  həcminin  25%-i  və  yaxud  ondan  yuxarıdırsa,  bu 

halda  ölkə  iqtisadiyyatını  "açıq  iqtisadiyyat"  hesab  etmək  olar.  Bu  halda  bir  sıra 



15 

 

problemlərin  yaranması  ilə  yanaşı,  ölkənin  beynəlxalq  əmək  bölgüsü  proseslərində, 



kooperasiya və təsərrüfat münasibətlərində iştirakı dərinləşir, iqtisadi artım sürətlənir, 

ixrac  intensivləşir  və  ixracın  strukturu  genişlənir.  Bununla  belə  "açıq  iqtisadiyyat" 

amili  sosial-iqtisadi  gərginliyi  artıra,  yoxsulluğun  səviyyəsini  yüksəldə,  böhranların 

yaranmasına rəvac verə bilər və s. "Açıq iqtisadiyyatın" ən mühüm göstəricilərindən 

biri də ixrac kvotasıdır. ÜDM-ə münasibətdə ixrac kvotasının açıqlıq səviyyəsi üzrə 

yer  alan  ölkələr  sırasında  Niderland  (74,  8%),  Norveç  (64,  6%),  sveçrə  (51,1  %), 

rlandiya (64,6%), Finlandiya (40, 2%), Almaniya (40, 1%), Kanada (33, 8%),  taliya 

(22,  9%),  Böyük  Britaniya  (19,  8%),  Yaponiya  (15%),  ABŞ  (13,  7%),  Rusiya  (15, 

6%),  Braziliya  (7%),  Çin  (3,  4%)  və  digərlərinin  "açıq  iqtisadiyyat"  göstəriciləri 

müəyyən nəticələr çıxarmağa imkan verir.  Bu ölkələr içərisində proteksionist siyasəti 

ilə fərqlənən ixracın stimullaşdırılmasında effektivli dövlət mexanizmlərinin istifadə 

olunduğu Çində "açıq iqtisadiyyat"göstəricisi kimi, ixrac kvotasının ÜDM-ə nisbətdə 

cəmisi  3,4  %  səviyyəsində  olması  izah  olunandır.  Amma  iqtisadi  cəhətdən  inkişaf 

etmiş ölkələrin əksəriyyətində də bu göstərici 25%-dən çox deyildir (ABŞ, Yaponiya, 

Böyük  Britaniya  və  s.).  xrac  potensialının  formalaşması  səviyyəsinin  və  ixrac 

təyinatlı xarici-iqtisadi fəaliyyətin tənzimlənməsi əsasən makroiqtisadi parametrlərdə 

xarici ticarət prioritetlərinin və istiqamətlərinin beynəlxalq ixtisaslaşması ilə birbaşa 

bağlı  olmuşdur.  Bu  proseslərdə  xarici  kapitalın  və  xarici  investorların  hüquqi  və 

iqtisadi  meyarlar  baxımından  stimullaşdırılması,  milli  ixracatçıların  xarici  bazarlara 

çıxışına  dövlət  dəstəyinin  gücləndirilməsi  mühüm  əhəmiyyəti  ilə  daha  çox 

fərqlənmişdir.  Ölkənin  ixrac  potensialına mənfi  təsir  edən  amillərə  isə  xarici  ticarət 

strukturunda  xammal  təyinatlı  malların  daha  çox  olması,  ölkənin  beynəlxalq  kredit 

investisiya  reytinqinin  aşağı  olması,  xarici  borcun  səviyyəsinin  yüksəkliyi,  ölkənin 

idxaldan asılılığı, kapital axınının mövcudluğu və sairlər daxildirlər. 

Qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsi təkcə dövlətin iqtisadi 

siyasəti  və  tənzimlənmə  mexanizmlərinin  yaradılması,  həyata  keçirilməsi  ilə 

məhdudlaşmır.  Burada  ilk  növbədə  qeyri-neft  sektorunun  ayrı-ayrı  sahələrinin 

potensialının  dəyərləndirilməsi,  təbii  resursların  səmərəli  emal  şəbəkəsinin 

yaradılması və sairlər nəzərə alınmalıdır. Tədqiqatçı C. Sultanov milli iqtisadiyyatın 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə