Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

22 

 

Şək.1.2.  xracın dəstəklənməsi tədbirləri. 



Şəkil  1.2.-dən  göründüyü  kimi,  dövlət  ixracın  dəstəklənməsi  üçün  çoxsaylı 

iqtisadi  siyasət  mexanizmlərinə  və  iqtisadi  alətlərin  kompleks  formada  baxılmasını, 

nəzarətdə  saxlanılmasını,  reallaşdırılması  proseslərinin  sadələşdirilməsini  və 

stimullaşdırılmasını həll etməli, bu sahədə balanslaşdırılmış iqtisadi siyasət yürütməli 

və  səmərəli  praktiki  alətlərin  tətbiqinə  nail  olmalıdır.  Bir  sıra  dünya  dövlətlərinin 

ixracın  dəstəklənməsinə  sərf  etdikləri  maliyyə  resurslarının  həcmi  milyard  dollarla 

ölçülür.  Məsələn,  2012-ci  ilin  yekunu  üzrə  Çində  bu  məqsədlərlə  45,0  mlrd.dollar, 

ABŞ-da – 31,3; Almaniyada – 15,3; Fransada – 13,0; Hindistanda – 10,6;  taliyada – 

5,2;  Böyük  Britaniyada  –  2,9;  Braziliyada  –  2,7;  Kanadada  –  1,7  mlrd.  dollar  sərf 

olunmuşdur,  maliyyə  dəstəyinin  təyinatı  isə  orta  və  uzunmüddətli  dövlət  maliyyə 

dəstəyi xarakteri daşımışdır. 

Cənubi-Şərqi  Asiya  ölkələrinin  ixrac  potensialının  artırılması  üzrə  təcrübəsi 

əvvəldə  qeyd  etdiyimiz  kimi  xeyli  maraq  doğurur.  Bu  təcrübədən  yararlanmaq 

istəyən  Qırğızıstan  Respublikasında  2010-2020-ci  illəri  əhatə  edəcək  kompleks 

proqram  qəbul  olunmuşdur.  Bu  proqramda  ixrac  yönümlü  və  idxal  əvəzedici 

sahələrin  inkişafı  strategiyası  müəyyənləşdirilmişdir.  Ixrac  potensialından  səmərəli 

istifadə  edilməsi  məqsədilə  bir  sıra  prioritet  fəaliyyət  istiqamətləri  proqramın  əsas 

hədəfləri kimi çıxış edirlər: 

− 

xarici bazar təyinatlı istehsal sahələrinin təşkili; 



− 

müasir texnikadan və qabaqcıl texnologiyalardan istifadə edilməsi; 

− 

valyuta daxil olmalarının artırılması; 



− 

iqtisadiyyatın müasir strukturunun yaradılması; 

− 

xarici bazara xammal ixracının azaldılması; 



− 

ticarət şərtlərinin yaxşılaşdırılması; 

− 

milli  iqtisadiyyatın  diversifikasiyalaşdırılmasının  sürətləndirilməsi, 



ölkənin  elektroenergetika,  yüngül  sənaye,  tikinti  materialları  sənayesi  kimi 

iqtisadiyyat  sahələrinin  ixrac  potensialının  artırılması.  Keçmiş  SSR -nin  ən  kiçik 

iqtisadiyyata  malik  olan  ölkələrindən  biri  olan  Qırğızıstan  üçün  xarakterik  olan  bu 



23 

 

amillər,  əslində  neft  ölkəsi  statusundan  asılı  olmayaraq,  bu  quruma  daxil  olan 



respublikaların  hamısında  yer  almışdır.  Həmin  suveren  dövlətlər  bu  və  ya  digər 

iqtisadiyyat  sahələrinin  ixrac  potensialının  artırılması  və  rəqabətqabiliyyətinin 

gücləndirilməsi  üçün  kompleks  tədbirlər,  proqramalr  və  sairlər  qəbul  edərək, 

ixracyönümlü  milli  iqtisadi  inkişaf  modelinin  formalaşdırılmasına  səy  göstərirlər. 

Rusiyalı  tədqiqatçı  .  Vostyutçenko  ixrac  potensialının  artırılmasında  struktur 

xüsusiyyətlərinə bunları daxil etmişdir: 

− 

təbii-resurs potensialı; 



− 

istehsal potensialı; 

− 

kadr potensialı; 



− 

təşkilati-idarəetmə potensialı; 

− 

innovasiya potensialı; 



− 

marketinq potensialı; 

− 

investisiya  potensialı.  Digər  bir  rusiyalı  tədqiqatçı  A.  Bulatov  məhsul 



ixracı üzrə dövlət tənzimlənmələrinin təkmilləşdirməsi üçün innovatik yeniləşmənin 

intensivləşdirməsini vacib saymışdır: 

− 

istehsalın  strukturunun  təkmilləşdirməsi  və  bu  istiqamətdə  tətbiq  edilmiş  dövlət 



mexanizmlərinin icrasına nəzarətin gücləndirilməsi; 

− 

ixracın 



daxili 

və 


xarici 

strukturunun 

yaxşılaşdırılması, 

konseptual 

əsaslandırılması; 

− 

ixracın fiskal tənzimlənməsi şərtlərinin yenilənməsi; 



− 

dünya bazarlarında güclü rəqabətqabiliyyətinə malik, əlavə dəyər gətirən malların 

ixracının genişləndirilməsi və bu kimi mallar üzrə ixtisaslaşmanın prioritet qəbul 

edilməsi; 

− 

ixrac infrastrukturunun modernləşdirilməsi. 



Milli  iqtisadiyyatların  inkişafında  qeyri-neft  sektorunun  ixrac  potensialının 

rolunun  artması,  dünya  ticarətində  ixracın  əhəmiyyətinin  yüksəlməsi  ilə  bilavasitə 

bağlıdır. 1990-2012-ci illərdə dünya mal ixracının həcmi 5,2 dəfə artmış və 2012-ci 



24 

 

ilin yekununa görə ümumi ixrac 18,3 trln. dollar təşkil etmişdirHəmin dövr ərzində 



dünya mal ticarətinin dinamikası Cədvəl 1.2.-də verilmişdir. 

   


 

 

 



 

 

 



 

 

 



Cədvəl 1.2. 

Dünya  üzrə  mal  ixracının  1990-2012-ci  illər  ərzində  dinamikası  (mlrd.  ABŞ 

dolları ilə) 

Məbləğ 



Məbləğ 


1990 

3499 


2008 

16140 


2000 

6452 


2009 

12542 


2005 

10495 


2010 

15274 


2006 

12120 


2011 

18291 


2007 

14012 


2012 

18323 


 

Cədvəl  1.2.-dən  göründüyü  kimi  2008-ci  ildə  başlayan  dünya  maliyyə 

dövranından  sonrakı  ildə  dünya  mal  ixracı  28,7  %  azalsa  da,  növbəti  2010-2012-ci 

illərdə  ixracın  artım  tempi  yüksəlmiş  və  2011-2012-ci  illərdə  eyni  səviyyədə 

sabitləşmişdir.  Dünya  ixracının  mallar  üzrə  strukturunda  isə  2000-2011-ci  illər 

ərzində  hazır  məhsulların,  maşın  və  avadanlıqların  xüsusi  çəkisi  azalmış,  əksinə 

yanacaq və mineral məhsulların, yəni xammal resurslarının ixracı 1,6 dəfə artmışdır. 

Dünya ixracının mallar üzrə strukturu Cədvəl 1.3-də verilmişdir. 

   

 

 



 

 

 



 

 

 



 

Cədvəl 1.3. 

Dünya ixracının mallar üzrə strukturu (%-lə) 

 

2000 



2011 

Ixrac, cəmi 

100 

100 


Kənd təsərrüfatı malları 

8,8 


9,3 

Ərzaq 


6,9 

7,6 


Yanacaq və mineral məhsullar 

13,7 


22,5 

Yanacaq 


10,8 

17,8 


Emal olunmuş əlvan metallar 

2,0 


2,3 

Hazır məhsullar 

74,9 

64,6 


Maşınlar, avadanlıq, nəqliyyat vasitələri 

41,9 


32,3 

Qeyd: Cədvəl 1.3. tədqiqat materialları əsasında müəllif tərəfindən hazırlanmışdır . 

 

Dünya ixracında inkişaf etməkdə olan ölkələrin rolu artmaqdadır. Tədqiqatçı V. 



Şunskiy qeyd edir ki, inkişaf etməkdə olan ölkələr maşın və avadanlıqların, həmçinin 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə