Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc


I Fəsil. Qeyri-neft sektorunun ixrac potensialının t



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   ...   30

 

I Fəsil. Qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri-



metodoloji əsasları 

1.1. Qeyri -neft sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri 

əsasları 

  Dünya  təsərrüfat  sisteminin  qloballaşması  şəraitində  beynəlxalq  əmək 

bölgüsünün  dərinləşməsi  prosesləri  intensivləşməkdədir.  Belə  bir  şəraitdə  milli 

iqtisadiyyatların  inkişaf  etdirilməsinin  optimal  modelləşdirilməsi,  milli  iqtisadi 

maraqların  qorunması,  iqtisadiyyatın  diversifikasiyalaşdırılması,  bütövlükdə  milli 

iqtisadiyyatın  xammal  və  təbii  resurslardan  asılılıq  amillərinin  azaldılması  kimi 

prioritet vəzifələr ortaya çıxır. Şübhəsiz, bu məsələlərdə dövlətin iştirakı, müdaxiləsi 

və  iqtisadi  siyasətinin  formalaşdırılması  prosesləri  mühüm  əhəmiyyət  kəsb  edir. 

Dünya  iqtisadiyyatının  müxtəlif  mərhələlərində  iqtisadi  proseslərin  tənzimlənməsi, 

dövlətin  bu  proseslərə  müdaxiləsi  üzrə  nəzəriyyələr,  elmi  baxışlar  və  mülahizələr 

formalaşmışdır. Klassik iqtisadçı A. Smitin öz tədqiqatlarında iqtisadiyyata dövlətin 

müdaxiləsi  problemlərinə  xeyli  yer  verilmişdir.  Görkəmli  iqtisadçı  "Mütləq 

üstünlüklər nəzəriyyəsi"ndə ölkənin beynəlxalq əmək bölgüsündə, beynəlxalq iqtisadi 

proseslərdə,  milli  iqtisadiyyatın  beynəlmilləşməsi  proseslərində  iştirakının  bir  çox 

vacib  tərəflərinə  aydınlıq  gətirmişdir.  Bu  nəzəriyyədə  demək  olur  ki,  ölkənin 

beynəlxalq  əmək  bölgüsü  sistemində  mövqeyinin  gücləndirilməsinə  xidmət  edən 

üstünlük elementlərinin əsasları verilmişdir A. Smit xarici ticarətin beynəlxalq əmək 

bölgüsünə,  ixtisaslaşmaya  əsaslandığının  faydalı  olduğunu  nəzəri  baxımdan 

əsaslandırmışdır.  Bununla  o,  "Merkantalizm  nəzəriyəsi"ndə  əsas  ideya  kimi  "xalqın 

zənginliyi  onun  malik  olduğu  pulun  məbləğindədir  və  bu  zənginliyi  təmin  etmək 

üçün bir xalqın başqalarına daha artıq mal satması" yanaşmasının qeyri-səmərəliliyini 

göstərmişdir.  Burada  ciddi  elmi  polemikaya  səbəb  ola  biləcək  predmet  kimi, 

merkantlistlərin xarici ticarəti birtərəfli şəkildə dəstəkləmələri bütün dövrlərdə və indi 

də  müzakirə  olunur.  Xarici  ticarət  ümumilikdə  "ixrac-idxal"  əməliyyatlarının 

məcmusu kimi baxılsa da, bütün ölkələr indi də çalışırlar ki, daha çox məhsul ixrac 

etsinlər  və  ölkəyə  valyuta  resursları  gətirsinlər.  Bununla  belə,  ixracın 

həvəsləndirilməsi  və  ixrac  potensialının  artırılması  dövlətin  tənzimlənmə  alətləri 




 

vasitəsilə  elə  təşkil  edilməlidir  ki,  xarici  ticarət  dövriyyəsi  real  milli  ehtiyatlar  və 



potensial əsasında formalaşsın və effektivli nəticələr əldə edilsin. 

  Çox zaman tədqiqatçılar, ekspertlər hər hansı bir hasilat sənayesinin dominant 

olduğu  ölkənin,  bu  sahədən  əldə  edilən  xammal  satışı  üzrə  beynəlxalq  əmtəə 

bazarlarında ixtisaslaşmasında ciddi təhlükənin olduğunu qeyd ediblər. Bununla bağlı 

"Holland  sindromu"  fenomeni  problemi  də  məlumdur  və  bu  mülahizələr  dövlətin 

hasilat sənayesindən əldə etdiyi xammal və resursların beynəlxalq bazara çıxarılması 

və  ixracı  siyasətinin  tənzimlənməsində,  paralel  olaraq,  bu  sahənin  səmərəliliyinin 

təmin  edilməsi  strategiyasının,  yəni  siyasətinin  formalaşdırılması,  qeyri-neft 

sektorunda  ixrac  potensialından  istifadənin  tənzimlənməsi  problemlərinə  adekvat 

iqtisadi  mexanizmləri  hazırlanması  strateji  əhəmiyyət  kəsb  edir.  Hazırda 

iqtisadiyyatın müxtəlif sektorlarının ixrac potensialının artırılmasında əhəmiyyət kəsb 

edə  biləcək  mal  və  məhsulların  istehsal  amillərinin  daha  obyektiv 

qiymətləndirilməsini şərtləndirir.  xracdan səmərəli istifadə ilə əlaqədar digər Nobel 

mükafatı laureatı, rus əsilli ABŞ iqtisadçısı Vasiliy Leontyev "Leontyev effekt" elmi 

əsərində  bildirir  ki,  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələr  əlavə  əmək  sərfi  tələb 

edən  xammal  və  yarımfabrikatları  idxal  etməli,  bunun  əvəzində  isə  əmək  tutumlu-

hazır məhsulları ixrac etməlidirBu nəzəriyyənin hazırda əsas aktuallığı ilk növbədə 

hazır  məhsulların  ixracının  genişləndirilməsi,  ixrac  potensialının  artırılması  dövlət 

tərəfindən  müxtəlif  tənzimləmə  metodları  ilə  həvəsləndirilir,  stimullaşdırılır. 

Nəticədə, ölkənin ixrac potensialı güclənir, ixrac təyinatlı mal və məhsulların çeşidi 

diversifikasiyalaşdırılır,  əldə  edilmiş  valyuta  resursları  hesabına  ölkəyə  müasir  və 

yüksək texnologiyaların gətirilməsi təmin olunur, xarici investisiyaların və kapitalın 

cəlb  edilməsi  intensivləşir,  ixracın  stimullaşdırılması  və  ixrac  potensialının 

gücləndirilməsi  hesabına  milli  iqtisadiyyatın  inkişafı  sürətləndirilir,  onun  rəqabət 

qabiliyyəti artır və s.

 

Görkəmli  iqtisadçılar  Pol  Samuelson  və  Vilyam  Nordxaus  “ qtisadiyyat” 



əsərində  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyəti  problemlərini  araşdırmışlar  və  hər 

bir ölkə üçün prioritet və məqbul iqtisadiyyat sektorunun, xüsusilə sənaye sahələrinin 

səmərəliliyini,  həmin  ölkələrin  bu  və  ya  digər  istehsal  sahələri  üzrə 



 

rəqabətqabiliyyətliliyi əsaslandırılmışdırŞübhəsiz, hər bir ölkə rəqabətqabiliyyətlilik 



amili baxımından daha adekvat istehsal sahəsinin və sənaye sektorunun , yaxud kənd 

təsərrüfatı  sferasının  bazasında  istehsal  və  emal  prosesinin  formalaşdırılmasına, 

rəqabətqabiliyyətli  müəssisələr  şəbəkəsinin  yaradılmasına  və  ixrac  potensialının 

gücləndirilməsinə çalışırlar.  

Nobel mükafatı laureatı C. Stiqlitz proteksionist tədbirlərinin sənaye sahələrinin 

inkişafına  adekvat  olaraq  aradan  qaldırılmasının  və  liberallaşdırmanın  tədricən 

aparılmasının tərəfdarı kimi tanınmışdır. II Dünya müharibəsindən sonra Şərqi Asiya 

və Yaponiyanın iqtisadi inkişaf proseslərini tədqiq edən görkəmli alim qeyd edir ki, 

bu regionda Yaponiyanın sürətli inkişafının ardınca əvvəlcə Cənubi Koreya, Tayvan, 

Honqkonq,  Sinqapur,  sonra  Tayland,  ndoneziya,  Malayziya,  nəhayət  Çin  sabit 

iqtisadi inkişaf tempinə nail olmuşlarBu proseslərdə Yaponiya və Cənubi Koreyanın 

sənaye  sahələrinin  inkişaf  etdirilməsi  modelləri  xüsusilə  effektivli  və  məhsuldar 

olmuşdur. Bu ölkələrdə, həmçinin əvvəldə qeyd olunan digər Şərqi Asiya ölkələrində 

qabaqcıl texnologiyaların işlənib hazırlanması, istehsala tətbiqi, xarici kapitalın cəlb 

edilməsi,  xarici  texnologiyaların  iqtisadiyyat  sahələrinə  gətirilməsi,  xarici  şirkət  və 

kompaniyaların  ölkəyə  gəlməsinin  stimullaşdırılaması,  sənaye  sahələri  ilə  yanaşı, 

kənd  təsərrüfatınn  güclü  inkişaf  etdirilməsi  və  onun  milli  iqtisadiyyatın 

rəqabətqabiliyyətinin artırılmasında, iqtisadi inkişafa ciddi töhfə verməsində rolunun 

önə çəkilməsi kimi strateji vəzifələrin reallaşdırılmasına nail ola bilinmişdir. Bunlarla 

bərabər,  bu  ölkələrin  iqtisadi  siyasət  strategiyalarında  sənaye  və  kənd  təsərrüfatı 

sahələrinin  bazar  mexanizmləri  və  alətləri,  bazar  iqtisadiyyatı  şərtləri  ilə 

modernizasiya  edilməsi  və  inkişaf  proseslərinin  intensivləşdirilməsi  il  bərabər,  bir 

çox iqtisadi proseslərdə proteksionist, himayədarlıq, dövlət dəstəyi elementləri güclü 

olmuşdur. C. Stiqlitz yazır: Şərqi Asiyanın ən qabaqcıl inkişaf etməkdə olan ölkələri 

öz  bazarlarını  xarici  ölkələr  üçün  açmışdılar,  lakin  onlar  bu  prosesi  çox  ləng  və 

uzadılmış bir tərzdə həyata keçirmişlər. Bu ölkələr öz ixraclarını genişləndirmək və 

nəticədə qloballaşmadan yararlanırdılar. Lakin onlar proteksionist maneləri ehtiyatla 

və  sistematik  şəkildə,  yalnız  yeni  iş  yerləri  yaradıldıqdan  sonra  tədricən  aradan 

qaldırırdılar. Çin, bazar iqtisadiyyatına keçidə qədəm qoyduqdan 20 il sonra, ölkənin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə