Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

40 

 

modernizasiyası,  bu  istiqamətdə  daha  müasir  sahələrin  inkişaf  etdirilməsi  ( KT, 



kosmos  sənayesi  və  s.)  prosesləri  intensivləşdirilmişdir.  Əvvəllərdə  qeyd  etdiyimiz 

kimi,  bir-birinin  ardınca  ölkənin  bütün  iqtisadiyyat  sahələrini  və  regionlarını  əhatə 

edən I, II və III Dövlət Proqramları qəbul edilmişdir. Bu proqramlardan ikisi uğurla 

icra  olunmuş,  III  Dövlət  Proqramı  isə  icra  edilməkdədir.  Bu  dövlət  proqramları  ilə 

yanaşı, qeyri-neft sektorunun hərtərəfli inkişafı üçün digər zəruri təşkilati tədbirlərin 

siyahısı  və  coğrafiyası  xeyli  genişləndirilmişdir.  Prezident  lham  Əliyev  qeyri-neft 

sektorunun  inkişaf  konsepsiyasının  formalaşmasının  və  şaxələndirilməsinin  baş 

tutması  üçün  çoxlu  sayda  Sərəncamlar,  Fərmanlar  vermiş,  bu  sahənin  inkişaf 

prosesləri  daim  ciddi  səviyyələrdə  müzakirə  edilmiş,  müvafiq  qərarlar  qəbul 

olunmuşdur.  lham  Əliyev  bildirmişdir  ki,  qeyri-neft  sektorunun  inkişafı  və  kənd 

təsərrüfatının  inkişafı  Azərbaycanın  gələcəyini  müəyyən  edən  amillərdir.  Mən 

hökümət  üzvlərinə  müraciət  edərək  demişdim  ki,  gərək  biz  hamımız  neft  amilini 

kənara  qoyaq.  Orada  işlər  çox  uğurla  davam  edir  və  bu  sahə  Azərbaycana  böyük 

həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki 

Azərbaycanda  neft  yoxdur.  Iqtisadiyyatın  bütün  sahələri,  ilk  növbədə  qeyri-neft 

sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı inkişaf etmiş 

ölkəyə çevirə bilərikProfessor C. Stiqlitz də Azərbaycanda neft 25 il və yaxud daha 

artıq müddətdə olacağını bildirmişdir. O, qeyd etmişdir ki, bu imkan bir dəfə verilir 

və  ondan  maksimum  istifadə  edib  digər  sahələri  inkişaf  etdirmək  lazımdır  .  Biz 

əvvəlki  paraqrafda  Azərbaycan  iqtisadiyyatının  inkişaf  dinamikası  və  əldə  etdiyi 

nailiyyətlərin  bir  sıra  xüsusiyyətləri  barədə  tədqiqat  materialları  verdiyimizdən  və 

təhlil etdiyimiz göstəricilərdən çıxış etsək, qeyd etmək olar, ölkə iqtisadiyyatı qeyri-

neft  sektorunun  inkişafı  istiqamətində  güclü  potensialının  reallaşdırılması  dövrü 

mərhələsindədir.  Bunlarla  belə,  bizə  görə,  Azərbaycanda  qeyri-neft  sektorunun 

potensialından  daha  səmərəli  istifadə  edilməsi  üçün  bir  qrup  prioritet  istiqamətlərin 

reallaşdırılmasının  həll  edilməsi  zəruridir  və  bunlar  barədə  irəlidə  materialları 

verəcəyik. 

Azərbaycan  iqtisadiyyatı  müasir  dövrdə,  qeyd  etdiyimiz  kimi  şaxələndirmə, 

başqa  sözlə,  diversifikasiyalaşdırılma  dövrünü  yaşayır.  Diversifikasiya  sözünün 



41 

 

müasir forması ingilis dilində işlədilən “diversification” termininə əsaslanır və əsasən 



məhsul çeşidinin genişləndirilməsi kimi başa düşülür. Bununla yanaşı müasir dövrdə 

diversifikasiya  anlayışı  milli  iqtisadiyyatın  inkişaf  xüsusiyyətini  və  istiqamətlərini 

xarakterizə  etməkdə,  şirkət  və  birliklərin  fəaliyyət  xarakterlərinə  görə 

qruplaşdırılmasında  vacib  elementlərdən  biri  kimi  özünü  biruzə  verir.  Məsələn, 

iqtisadi fəaliyyətin çoxsahəliliyi və müxtəlifliliyi, çoxprofilli şirkət və s.  Tədqiqatçı 

.  Aslanzadə  qeyd  edir  ki,  ölkə  iqtisadiyyatının  dayanıqlı  inkişafının  başlıca 

istiqamətlərindən  biri  iqtisadiyyatın  və  onun  ayrı-ayrı  istehsal  sahələrinin 

diversifikasiyasıdır.  Emal  sənayesinin  müasir  iqtisadi  və  texniki  durumu 

diversifikasiya  meylinin  hər  vasitə  ilə  gücləndirilməsini  tələb  edir.  Bu  məqsədlə 

beynəlxalq  miqyasda  qazanılmış  təcrübədən  istifadə  etmək  lazımdır.  Həmin 

təcrübədən  bəhrələnərək  yaxın  dövrlərdə  Azərbaycanda  əvvəla,  inkişaf  etmiş  bazar 

infrastrukturunun yaradılması; ikincisi, iqtisadiyyatın diversifikasiyasına kömək edən 

dövlət  maliyyə  institutlarının  yaradılması;  üçüncüsü,  qeyri-neft  sektorunun  iqtisadi 

stimullaşdırılması  sisteminin  işlənməsi  (vergilər,  tariflər  və  s.)  və  dördüncüsü,  milli 

iqtisadiyyatın diversifikasiyası və sanayenin qeyri-neft sektorunun inkişafının dövlət 

indikativ planlarının (proqramlarının) qəbul edilməsidir. Müəllif sənayenin ayrı-ayrı 

sahələrinin  sürətli  inkişafının  təmin  edilməsini  vacib  saymışdır  .  Tədqiqatçı  C. 

Yusifov  bildirir  ki,  Azərbaycan  iqtisadiyyatının  rəqabətqabiliyyətliliyinin 

yüksəldilməsi  və  innovasiyalaşdırılmasında  iki  mühüm  iqtisadi  inkişaf  istiqaməti-

milli  istehsalçıların  məhsullarına  olan  tələbatın  daxili  bazarda  ciddi  artırılmasının 

təmin  olunması  və  xarici  bazarların  əldə  edilməsi  mühüm  prioritet  kimi  qəbul 

olunmalıdır  .  Bu  tədqiqatçıların  mülahizələrini  ümumiləşdirsək,  görərik  ki,  ölkənin 

qeyri-neft  sektorunun  inkişafının  sürətləndirilməsində  əsas  element  kimi-sənayenin 

kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müxtəlif sektorlarının potensialından 

səmərəli  istifadə  olunması,  yüksək  standartlara  cavab  verən  milli  məhsulların  və 

malların  istehsal  şəbəkəsinin  genişləndirilməsi,  ixrac  yönümlü  malların  çeşidinin 

artırılması  və  qeyri-neft  ixracının  coğrafiyasının  şaxələndirilməsi  həcminin 

yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi 

çıxış edir.  



42 

 

Professor Q. Səfərov qeyd edir ki, artıq iri enerji layihələrinin əksəriyyəti başa 



çatdırılıb və yaxud icra edilməkdədir. Artıq qeyri-neft sektorunda iri həcmli layihələr 

başlanılıb,  ölkənin  iqtisadi  inkişafının  neftdən  asılılığının  azaldılması  prosesləri 

müşahidə 

olunur. 


Tədqiqatçı 

Ş. 


Əliyev 

Azərbaycan 

iqtisadiyyatının 

diversifikasiyalaşdırılmasının,  ÜDM-də  özəl  sektorun  və  xidmət  sahəsinin  payının 

artırılmasının,  sənaye  sahələrində,  o  cümlədən  neftqaz  maşınqayırması,  neftkimya, 

metallurgiya,  cihazqayırma,  tikinti  materialları  istehsalı,  aqrar  sektor  və  kənd 

təsərrüfatı  məhsulları  istehsalı  sahələrində  inkişafın  sürətləndirilməsinin,  yeni 

iqtisadiyyat  sahələrinin  – 

KT,  turizm  və  kosmik  sənayesinin  rolunun 

gücləndirilməsinin, 

xarici 

ticarət 


dövriyyəsi 

strukturunun 

diversifikasiyalaşdırılmasının vacibliyini qeyd etmişdir . 

2003-cü  ilin  sonlarından  başlayaraq,  Azərbaycanda  sosial-iqtisadi  inkişafın 

dinamikasının  sürətləndirilməsində  qeyri-neft  sektorunun  roluna  ciddi  önəm  diqqəti 

cəlb edir. Ölkə ÜDM-nin ümumi həcmində qeyri-neft sektorunun payı Cədvəl 2.3.-də 

verilmişdir. 

Cədvəl 2.3. 

Azərbaycan  Respublikasının  ÜDM-də  qeyri-neft  sektorunun  payı  (mlrd. 

manatla) 

s/s  Gösrəricilər 

2004  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013 

Cəmi ÜDM 



8,5 

12,5 


18,7 

28,4 


40,1 

35,6 


42,5 

52,1 


54,0 

57,7 


O cümlədən: 

 

 

 



 

 

 



 

 

 



 

Qeyri-neft 



sektoru 

5,6 


7,0 

8,2 


11,7 

17,1 


18,6 

21,4 


25,4 

28,5 


32,6 

Qeyri-neft 



sektorunun 

ÜDM-xüsusi 

çəkisi %-lə  

65,9 


56,0 

43,9 


41,2 

42,6 


52,2 

50,4 


48,8 

52,8 


56,6 

 

Qeyd: Cədvəl 2.3. ARDSK-nin materialları əsasında müəllif tərəfindən hazırlanmışdır. 



 

Cədvəl  2.3.-dən  göründüyü  kimi,  2004-2005-ci  illərdə  ÜDM-in  real  həcmi  6,8 

dəfə, o cümlədən qeyri-neft sektorunun həcmi 5,8 dəfə artmışdır. Əgər 2004-cü ildə 

qeyri-neft sektorunun ölkə ÜDM-də xüsusi çəkisi 65,9 % idisə, bu rəqəm 2007-ci ildə 

41,2  %-ə  kimi  enmiş,  2009-2012-ci  illərdə  demək  olar  ki,  eyni  səviyyədə  qalmış, 

yalnız 2013-cü ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə