Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   2   3   4   5   6   7   8   9   10   ...   20

sənayenin  inkişafı  ilə  əlaqədar  çoxlu  böyük  su  anbarları  yaradıldı.  XIX  əsrdən 

başlayaraq inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları tikildi. 

XX  əsrdə  ,  xüsusilə  1950-ci  ildən  başlayaraq  bəndlərin  tikilməsi  işi 

artmışdır.Hazırda  dünyada  milyona  qədər  insan  tərəfindən  yaradılmış  müxtəlif 

ölçülü  (təbii  göllərlə  müqayisə  ediləcək  böyüklükdən  ən  kiçik  gölə(nohura) 

kimi)  su  anbarları  mövcuddur.  Onların  ümumi  həcmi  6000km

3

-i  keçir,faydalı 



həcmi isə 3000 km

3

 təşkil edir. Həcmi 1 mln km



3

-i keçən iri su anbarlarının sayı 

30000-ə  qədərdir.  Onlardan  ən  böyükləri  Anqara  çayında  Bratski  (169  km

3



,Zambezidə -Karib (160km

3

), Nildə-Nasir (157km



3

),Voltada-Volta (148km

3

) su 


anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000kv.km təşkil edir. 

Su anbarlarının səthindən 240 km

3

-a qədər su buraxılır. Afrika kontinenti 



üçün  belə  su  sərfinin  miqdarı  suvarma  suyundan  sonra  ikinci  yeri  tutur  və 

sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur. 

Rusiyadakı  su  anbarlarının  hamısı  düzən  ərazidə  yerləşir.  Bunun 

nəticəsində subasarında və çay terraslarındakı kənd təsərrüfatı üçün ən qiymətli 

torpaq  sahələri  itirilir.  Bundan  başqa  su  anbarları  bir  sıra  ekoloji  problemlər 

yaradır: 

ə

halinin 


köçürülməsi,təsərrüfatın 

ə

nənəvi 



istiqamətinin 

pozulması,suyun  keyfiyyətinin  pisləşməsi,bəndin  aşağı  byefində  dayanıqsız  -

ə

lverişsiz hidroloji rejimin yaranması ,axımın biogen elementlərinin  (fosfor və 



azot)  tutulub  (çöküb)  saxlanması  və  buna  müvafiq  dənizlərin  bioloji 

məhsuldarlığının  azalması,  qurunt  sularının  səviyyəsinin  qalxması  və  onunla 




ə

laqədar  təbii  və  antropogen  landşaftların  məhsuldarlığının  dəyişməsi  ,balıq 

sənayesi üçün şəraitin pisləşməsi və s. 

Su  anbarlarının  müsbət  cəhəti  –  hidroelektrik  stansiyaları  ətraf  mühiti 

çirkləndirmir.  Onlar  həm  də  energetika  sistemlərində  mühüm  rol  oynayır. 

Dünyanın bir çox rayonlarında su anbarları yaratmadan həyat qeyri-mümkündür. 

ri çaylarda su anbarları naviqasiya şəraitini (gəmilərin hərəkətini) yaxşılaşdırır. 

Bəndlər,  onunla  əlaqədar  qurğularla  (su  anbarları,  irriqasiya 

sistemləri,hidroelektrostansiyalar,şlüzlər  və  s.)  birlikdə  inkişaf  etməkdə  olan 

ölkələrin  strategiyasının  mühüm  hissəsini  təşkil  edir.Tropik  şəraitdə  mülayim 

iqlimli  ölkələrlə  müqayisədə  çay  axımının  nizamlanması  əlavə  problemlər 

yaradır.  Belə  ki,  su  anbarlarının  rejimi  və  onların  ətraf  mühitə  təsiri  yüksək 

dərəcədə təbii şəraitdən asılıdır.Tropik regionda hər yeni su anbarı yaradıldıqda 

xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş 

olması,su  biokütləsinin  çoxalması  ilə  əlaqədar  su  anbarlarının  suyunun 

keyfiyyəti  çay  sularına  nisbətən  adətən  pis  olur.  Bu  isə  xəstəliklərin  artmasına 

səbəb  olur.  Malyariya,  şistosomatoz  kimi  xəstəliklərin  yayıcıları  əvvəlkinə 

nisbətən  su  anbarlarının  suyunda  yaşamaq  üçün  əlverişli  şərait  tapır,bu  isə 

xəstəliklərin kəskin artmasına səbəb olur. 

Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə 

yuxarıda  göstərilənlərdən  başqa  əlavə  yeni  ekoloji  problemlər  yaradır.  Bu 

zonada  ilk  su  anbarı  və  8  mln.  kvt.  Gücündə  SES  Braziliyada  Tukurui  hesab 




olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü 

olduqca  yaxşı  inkişaf  etdiyi  üçün  su  anbarında  suyun  səthi  praktiki  olaraq 

görünmür.Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam 

udaraq  nəhayət  qalan  biokütlənin  anaerob  çürüməsinə  və  olduqca  zəhərli 

hidrogen  sulfidin  ayrılmasına  gətirib  çıxarır.  Burada  ölümlə  nəticələnən 

ensofalit  xəstəliyinin  bir  növü  də  daha  çox  müşahidə  olunmağa  başladı.Belə 

vəziyyət  Surinamda  da  mövcuddur,  burada  o  qədər  də  böyük  olmayan 

Brokopondo su anbarında  hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES- də 

operatorlar işlədiyi zaman əleyhqazdan istifadə edirlər. 

Ümumiyyətlə  böyük  bənd  və  su  anbarlarının  iqtisadi,  ekoloji-iqtisadi 

effektini  qiymətləndirmək  mürəkkəbdir.  Su  anbarları  öz  vəzifəsini  yerinə 

yetirərək  su  ehtiyatlarını  artırır,  digər  tərəfdən  isə  bir  çox  əlverişsiz  nəticələr 

yaradır. 

Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların 

gələcəkdə inkişaf etdirilməməsinə əsas verir. Lakin, yaddan çıxarılmamalıdır ki, 

su  anbarları  bərpa  olunan  su  ehtiyatlarının  həcminin  artırılması  üçün  mühüm 

vasitədir.  

RAN-ın    xarici  üzvü  (ABŞ)  Q.Yayt  Misirdə  Nil  çayı  üzərindəki  Asuan 

bəndinin  tikilməsinin  ekoloji  nəticələrinin  dərin  təhlilinə  eynimənalı  qiymət 

vermir.  Yay  (iyun-sentyabr)  yağışları  nəticəsində  hər  il  daşqınlar  baş  verərək 

həmişə  Misirin  inkişafında  və  sivilizasiyasında  səmərəli  rol  oynayır.  Belə  ki, 



daşqınların münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd 

tərəfindən  tutulub  saxlanılır,odur  ki,  torpağın  münbitliyi  mineral  kübrələr 

verməklə  bərpa  olunur.  Digər  tərəfdən  isə  Nil  çayının  suyu  su  anbarında 

toplanaraq  mümkün  su  ehtiyatının  həcmini    nizamlayır,  sonra  isə  ondan 

suvarmada və elektrik enerjisi almaqda istifadə olunur. 1970-ci illərin sonlarında 

Asuan  su  anbarı  bir  neçə  olduqca  yüksək  və  çox  təhlükəli  daşqınların  suyunu 

özündə  saxladı.  Əksinə,1980-ci  illərdə  yeddi  il  dalbadal  Nilin  daşqınlarının 

həcmi  orta həcmdən də  aşağı  olmuşdur.Bu  zaman  az  yağıntılı illərdə su  qıtlığı 

zamanı Misirdə tarlaların suvarılmasında Asuan su anbarının suyundan istifadə 

edilmişdir.Beləliklə,  su  anbarı  dəhşətli  təhlükənin  qarşısını  almışdır.  Ölkə 

aclıqdan,iqtisadi çətinliklərdən və siyasi qeyri-sabitlikdən xilas edilmişdir. 

Böyük  hidrotexniki  sistemlərin,  o  cümlədən  su  anbarlarının  yaradılması 

1970-ci illərdən sonra özünün gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa 

doğru meyli artmışdır. Bununla yanaşı Çində Yanszısyan çayı üzərində dünyada 

ə

n böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 



1,7  mln  ha  ərazidə  suvarma  sistemi  nəzərdə  tutulan  kompleksin  yaradılması 

layihəsi həyata keçirilir.  

Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox 

ölkələrdə bənd tikiləsi yerlərdən artıq istifadə olunmuş. Qalan yerlər isə iqtisadi 

və  siyasi  baxımdan    sərfəli  hesab  edilmir.  ABŞ  da  son  25  ildə  su  anbarı 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə