Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

tikilməmişdir.1995-ci  ildə  ABŞ-da  su  anbarlarının  tikilməsini  dayandırmaq 

haqqında qərar qəbul olunmuşdur. 

Dünyada  su  anbarlarının  yaradılmasının  təxirə  salınması  haqqında 

aşağıdakı səbəbləri də göstərmək olar: Tikintinin baha başa gəlməsi, əhalinin su 

altında  qalan  zonadan  köçürülməsi,  yüksək  keyfiyyətli  torpaq  sahələrinin 

itirilməsi, ciddi və qabaqcadan məlum olan pis ekoloji nəticələr, bəndin yuxarı 

və  aşağı  byefində  hidroloji  rejimin  kəskin  dəyişməsi,  təyin  olunmuş  həyat 

tərzinin və təsərrüfatın pozulması və s. 

 

 

 



 

 

 



 

 

 



 


FƏS L III. Azərbaycanda su ehtiyatları, onların istifadəsi və ekoloji 

vəziyyəti. 

Məlum  olduğu  kimi  Azərbaycan  qədim  əkinçilik  ölkəsidir.  Burada 

ə

kinçilik yaranandan bəri suvarmadan istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003) 



qeyd  edir  ki,  təxminən  3000  il  əvvəl  yaradılan  irriqasiya  kanallarının  izləri 

indiyə kimi qalmışdır. Məsələn, VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda 

da  istifadə  olunur.  Muğan  və  Mil  düzlərində  IV-VIII  əsrlərə  aid  olan  suvarma 

sistemlərinin izləri aydın bilinir. 

1880-1890-cı  illərdə  yalnız  Yelizavetpol  quberniyasında  890-a  qədər 

suvarma  kanalı  hesaba  alınmışdır.  1914-cü  ildə  onların  sayı  1200-ə  çatmışdır. 

Kənd  təsərrüfatı  sahələrinin  suvarılması  üçün  çay  sularından  başqa 

kəhriz,bulaq,yağış  və  qar  sularından  da  istifadə  olunmuşdur.  Yağəş  və  qar 

sularını  ,həmçinin  çay  daşqın  sularını  toplamaq  üçün  böyük  olmayan  bəndlər 

tikilmiş  və  su  anbarları  yaradılmışdır.  Təkcə  Lənkəran  qəzasında  1883-cü  ildə 

ə

sasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdur. 



Muğan  düzündə  Kürün  sağ    sahilində  Qaraçala  stansiyasının  yanında 

tikilən su anbarı daşqın suları ilə doldurularaq xanın 500 desyatin düyü sahəsini 

suvarmaqda istifadə olunmuşdur.  

Naxçıvan  qəzasında  daha  iri  su  anbarları  tikilmişdir.Burada  XVI  əsrin 

sonunda  dəniz  səviyyəsindən  2000m  yüksəklikdə  mövcud  olan  Qanlı  Gölün 



yerində eyni adlı su anbarı yaradıldı ,200-250 il istismar olunduqdan sonra bu su 

anbarı  öz  əhəmiyyətini  itirmiş,  1853-cü  ildə  isə  Kəlbayı  xan  tərəfindən  həcmi 

artıralaraq  yenidən  bərpa  edilmişdir.  Sovet  dövründə  bu  su  anbarı  yenidən 

tikilərək həcmi 3 dəfə böyüdülmüşdür. Qanlı Göl XIX əsrdən 158 su anbarından 

qalan yeganə su anbarı olub indi də fəaliyyət göstərir. 

Respublikamızda 1950-ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə 

qeyri-bərabər paylanan çay su ehtiyatından səmərəli istifadə etmək məqsədilə su 

anabrları  yaradıldı.  Bu  su  anbarlarından  suvarma  kanalları  vasitəsilə  şoran 

torpaqların  meliorasiyası  və  suvarılması  yerinə  yetirilmişdir.  Bu  məqsədlə 

respublikamızda  50-yə  qədər  su  anbarı  tikilmiş,  bir  çox  suvarma  kanallları  və 

kollektorları istifadəyə verilmişdir. 

1953-cü  ildə  Kür  çayı  üzərində  həcmi  16  km

3

olan  Mingəçevir  su 



anbarının tikilməsi respublikada suvarma və energetika problemlərinin həllində 

mühüm  rol  oynayır.  Bu  su  anbarından  suvarma  məqsədilə  ayrılan  iki  iri  kanal 

(Yuxarı  Qarabağ-  su  buraxma  həcmi  -130  m

3

/s  və  Yuxarı  Şirvan  –  78  m



3

/s) 


hazırda 550 mln. hektar əkin sahəsinin suvarılmasına ikan verir. 

1982-ci  ildən  Şəmkir  su  anbarı,  2000-ci  ildə  isə  Yenikənd  su  anbarı 

istifadəyə verildi. Bu iki iri su anbarı Kür çayının çoxillik axımını tənzimləməyə 

şə

rait yaratdı. 




Kür çayının axım rejimini tənzimləməkdə onun qolları üzərində tikilən su 

anbarları  da  az  rol  oynamır.  Onlardan  ın  böyükləri  Sərsəng,Ağstafa, 

Xaçınçay,Axıncaçay su anbarlarını göstərmək olar.  

Bir  sıra  su  anbarları  bilavasitə  Xəzərə  tökülən  çaylar  üzərində 

yaradılmışdır.  Onlardan  ən  irisi  Ceyranbatan  su  anbarı  olub,  1958-ci  ildə 

Abşeron  yarımadası  ərazisindədir.  Samur-Abşeron  kanalı  ilə  qidalanan  bu  su 

anbarı Bakı və sumqayıt şəhərlərinin su təchizatında istifadə olunur, 16 min ha 

torpaq sahəsi suvarılır.  

1964-cü ildə Pirsaatçay üzərində sahəsi 2,34 km

 olan su anbarı istismara 



verildi, hazırda o, tam lillənmə  mərhələsindədir. 1965-ci ildə tikilən Bolqarçay 

su anbarı da eyni vəziyyətdədir. 1976-cı ildə Başaryuçay hövzəsində (Lənkəran 

təbii vilayətində) sahəsi 2,46km

2

, həcmi 45 mln m



olan Xanbulançay su anbarı 

yaradıldı.  

1971-ci  ildə  Araz  çayı  üzərində  “Araz”  su  qovşağı  yaradıldı.  Su 

qovşağından  aşağı  Araz  çayının  axının  həcmi  sol  qolları  –Əlincəçay 

,Qaradərə,Gilgilçay,Megriçay,Oxçuçay,  Həkəri,Bazarçay,Quruçay,Köndələnçay 

və  ran tərəfdən axan sağ qolların hesabına artır. Əgər su qovşağına qədər illik 

axımın  həcmi  6007  mln  m

3

  –  dursa  layihələşdirilən  Xudafərin  su  qovşağının 



stvorunda bu rəqəm 8306 mln m

3

-ə, mənsəbində isə 8990 mln m



3

-ə çatır. “Araz” 

su qovşağından Xudafərin su qovşağına qədər axımın artımı 2299mln m

3

 təşkil 



edir. 


Araz  çayının  sol  qollarının  sularından  Naxçıvan  MR-nin  ərazisində 

suvarmada istifadə olunur. Arpaçay üzərində  2 su anbarı tikilmişdir. Arpaçay su 

anbarı  (1980)  və  Reçut  su  anbarı  (Ermənistanda).  Arpaçay  su  anbarı  (150  mln 

m

3



) Şərur rayonunda  30 min ha torpaq sahəsini suvara bilərdi.Lakin Keçumçay 

su  anbarından  xüsusi  kanala  Arpaçayın  suyunun  40%-nin  Göyçə  gölünə 

axıdılması  ilə  əlaqədar  MR-i  nəzərdə  tutulan  qədər  suvarma  suyu  ilə  təmin 

etmək mümkün olmadı. 

Naxçıvançay üzərində 8 su anbarı tikilmişdir. Onlardan 4-ü çayın yuxarı 

axınında  yaradılmışdır:  3  Batabat  su  anbarları  (ümumi  həcmi  3,6m

3

)  və  su 



anbarına  çevrilən  Qanlı-Göl  gölü  (1,6  mln  m

3

)  ,  4  su  anbarı  da  subasardan 



kənarda    (  doldurulan)  hövzənin  aşağı  hissəsində  tikilmişdir:  Uzunoba  (9  mln 

m

3



),  Nehrəm-yeni  (6mln.m

3

),  köhnə  Nehrəm  (2,4  mln  m



3

)  və Qahab  su  anbarı 

(1,1 mln.m

3

). 



Su  anbarlarında  suyun  keyfiyyəti  ora  tökülən  çayların  çirklənmə 

dərəcəsindən,  onların  yatağının  səhiyyə-gigiyena  vəziyyətindən  asılıdır. 

Alimlərin  tədqiqatları  göstərir  ki,  çayların  intensiv  çirklənməsi  fonunda 

yaradılan  su  anbarları  antropogen  evtrofikasiya  nəticəsində  suyun  keyfiyyəti 

kəskin  pisləşir.  Əvvəllər  kiçik  su  hövzələri  antropogen  evtrofikasiyaya  məruz 

qalırdısa, indiki dövrdə iri su anbarlarında “suyun çirklənməsi” baş verir.  

Son on illərdə  evtrofikasiya  prosesi  Dneprovodsk  və  Volqa  kasakadlı  su 

anbarlarında,  iri  göllərdə    (Ladoqa,  Oneqa,  Pskov-Çud),  daxili  dənizlərdə 




Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə