Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Alman alimi Hansın fikrincə planetimizdə içməli su həyatın əsasını təşkil 

edir. 

 

Akademik  A.P.Karpinski  yazır  :  “Su  ən  qiymətli  faydalı  sərvətdir.Su 



nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O,həm də 

mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən “canlı qandır”. 

 

Akademik  Həsən  Əliyev  suyun  ekoloji  əhəmiyyəti  haqqında  yazmışdır: 



“Susuz təbiət də, həyat da ola bilməz.Su da çörək kimi hamıya,hər şeyə,həmişə 

lazımdır.” 

 

Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından istifadə növü olduqca 



müxtəlifdir.  Sudan  ən  çox  kənd  təsərrüfatında  istifadə  olunur.  Ədəbiyyat 

məlumatlarına görə  kənd təsərrüfatında hər il 3500-3600 km

3

 su işlədilir, bunun 



70  faizi  suvarmaya  sərf  olunur.Kənd  təsərrüfatında  istifadə  olunan  suyun 

miqdarı  sənayedə  olduğundan  3,4-4  dəfə  artıqdır.  Hazırda  dünyada  250  mln 

hektara  yaxın    kənd  təsərrüfatı  bitkiləri  və  bağlar,  plantasiyalar  suvarılır.  Hər 

hektara  təxminən  12-14m

3

  su  verilərsə,  suvarmaya  2800-3000km



3

  su  sərf 

olunur.( Nəbiyev, 2000) Dünyada suvarmaya sərf olunan suyun miqdarı 1 saylı 

cədvəldə  verilir.  Göründüyü  kimi,  suvarılan  torpaqların  sahəsi  ən  çox  Asiyada 

yerləşir. Praktiki olaraq burada suvarma bütün ölkələrdə tətbiq edilir. Suvarılan 

sahələrin  əsas  massivləri  kontinentin  cənub  və  şərqində  yerləşir,  onun  çox 

hissəsində  çəltik  becərilir.Bununla  belə  Asiyanın  bütün  suvarılan  torpaqlarının 

2/3-dən  çoxu  yalnız  üç  ölkənin  payına  düşür  (Çin,  Hindistan  və  Pakistan)  və 

təxminən 1000 km

3

  su sərf  olunur,bu  dünyada suqəbuledicilərdən suvarmaya 



işlədilən  suyun  yarısına  qədərini  təşkil  edir.  Asiyanın  bütün  ölkələrində  

suvarmaya    sərf  olunan    suyun    miqdarı    bütün  digər  su  istehlakçılarını    xeyli 

ötüb  keçir  və  təxminən  82%  təşkil  edir.  Avropada  bütövlükdə  bu  rəqəm  30-u 

keçir. 



 

Cədvəldən  göründüyü  kimi  suvarma  üçün  şirin  su  ehtiyatlarının  xeyli 

hissəsindən  istifadə  olunur  və    ¾-ü  geri  qaytarılmır.    Tarlalardan  drenaj 

şə

bəkəsilə  qayıdan  sular  tarlalarda  alaqlara  və  zərərverici  həşəratlara  qarşı 



işlədilən  müxtəlif  maddələrlə  (pestisidlər)    və  mineral  gübrələrlə  güclü 

çirklənməyə məruz qalır. 

 

Suyun  kammunal-məişətdə  istifadəsi.  Su  ehtiyatlarının    sərfinin  bu 



növündə  şəhər  və  kənd  əhalisinin  sudan  istifadəsi  nəzərdə  tutular.  Bu  zaman 

suyun  keyfiyyətinə  xüsusi  tələbat  sürülür.  Hazırda  əhali  tərəfindən  istifadə 

olunan  suyun  ümumi  həcmi  ildə  250  km

3

-i  keçmişdir.  Lakin  Yer  kürəsi 



ə

halisinin  4%-i  sudan  kifayət  qədər,yəni  adambaşına  sutkadakı  300-400  litr 

(onda  10%-i  yaxşı  keyfiyyətli  içməli  sudur)  su  işlədilir,  Afrikada  və  Asiyada 

yerləşən əhalinin 2/3-i üçün sudan istifadə 10 dəfə azdır. 

 

Cədvəl2

. Suvarma əkinçiliyində sudan istifadə 

Regionlar 

Müasir vəziyyət (1998) 

XXI əsrin əvvəli üçün proqnoz 

Suvarılan 

torpaqlar 

mln.ha 

Suqəbuledici 

km



Qayıtmaz 

su sərfi, 

km

3

 

Qayıdan 

sular, 

km

3

 

Suvarılan 

torpaqlar 

mln.ha 

Suqəbuledici 

km

3

 

Qayıtmaz 

su sərfi, 

km

3

 

Qayıdan 

sular, 

km

3

 

Avropa 

17 

110 

95 

15 

19 

130 

105 

25 

Asiya 

140 

1300 

980 

320 

165 

1500 

1130 

360 

Afrika 

11 

120 

85 

35 

15 

165 

110 

50 

Ş

imali 



Amerika 

29 

330 

215 

115 

35 

390 

260 

140 

Cənubi 

Amerika 



70 

55 

15 

11 

95 

70 

25 

Avstraliya 

və 

Okeaniya 



20 

10 





20 

15 



Keçmiş 

SSR  

20 

260 

180 

80 

24 

300 

210 

95 

Dünya 

bütövlükdə 

228 

2210 

1620 

583 

272 

2600 

1900 

700 


Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə