Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   12   13   14   15   16   17   18   19   20

Ağstafaçay,Kazretula,Algeti,Xramçay və b. nəql etdikləri pollyutantlar (ümumi 

çirkləndirici maddələr) hesabına daha da kəskinləşir. 

Ağstafaçayın suyunun zəhərlənməsi nəticəsində suda oksigenin miqdarı 4-

5  dəfə  azalır,belə  suyun  istifadəsi  təhlükəlidir.  Çayın  zəhərlənməsi  suda  olan 

mikrofloranın  inkişafına  da  mənfi  təsir  göstərir.  Ermənistan  tərəfindən 

zəhərlənən  Ağstafaçay  Qazax  rayonunda  yaradılan  su  anbarında  cəmləşir  və 

bölgənin  kənd-qəsəbələrində  məişətdə,suvarmada  istifadə  olunur.  Ona  görə  bu 

su  anbarı  əhalinin  sağlamlığı  üçün  real  təhlükə  mənbəyinə  çevrilmişdir,  o, 

məişətdə istifadə edilməməlidir. 

Dövlət  Hidrometeorologiya  Komitəsinin  çoxillik  məlumatına  görə  Kür 

çayının  çirklənmə  indeksi  Şıxlı  kəndində  1,60-2,2,  Yenikənd  qəsəbəsində  1,97 

(mülayim çirklənmə - III qrup), Mingəçevirdə 2,9 (çirklənmiş- IV qrup), Yevlax 

şə

hərində  1,82,Pirəzə  kəndində  -1,26,Zərdabda-1,42-2,34,  Mollakənddə-2,14, 



Surra  kəndində-2,11-2,44  (mülayim  çirklənmə  III  qrup),  Bankə  qəsəbəsində 

3,62-3,64  (çirklənmiş  –IV  qrup)  və  Mayak  qəsəbəsində  5,10  (çirkli  V  qrup) 

ölçüdə  qeydə  alınmışdır.Araz  çayı  sularının  çirklənmə  indeksi  Sədərək 

məntəqəsində  1,82-2,24(mülayim  çirklənmə  III  qrup),Culfada  3,32  (çirklənmiş 

IV qrup) , Saatlıda 3,64-4,93 (çirklənmiş və çirkli IV-V qrup) təşkil etmişdir. 

Göstərilən  Komitənin  məlumatına  əsasən  (1987-89-cu  illər)  Şıxlı  kəndi 

yaxınlığında  çayın  sularında  oksigenə  olan  biokimyəvi  tələbat  (OBT

s

)  –  3,71 



mq/l,neft məhsulları 0,15 mq/l, fenollar 0,03 mq/l,yəni normadan bir neçə dəfə 


artıqdır. Heksoxloran kimi pestisidin isə il boyu miqdarı 0,006 mkq/l-ə qədərdir. 

Mingəçevir  yaxınlığında  Kür  sularında  neft  məhsullarının  miqdarı  0,18  mq/l, 

(4SKH-son konsentrasiya həddi), fenolların miqdarı isə 0,005-0,01 mq/l-ə qədər 

olmaqla  normadan  5-10  dəfə  artıqdır.Heksoxloranın  miqdarı  isə  sularda  0,037 

mkq/l-ə  qədərdir.  Göstərilən  ərazidəki,  hidroloji  məntəqələrdən  götürülmüş  su 

nümumələrində  bixromat  oksidləri  13,5-22,6  mq/l,neft  məhsulları  0,03-0,25 

mq/l,  fenollar  0,003-0,04  mq/l,  heksoxloran  0,005-0,037  mkq/l  təşkil  etmişdir. 

Benzol turşuları 2,8 mq/l, yəni normadan 5-6 dəfə artıq olmuşdur. Mingəçevir-

Ş

irvan  şəhərləri  arasında  ammonium,nitrit,nitrat,ümumi  fosfor  kimi  biogen 



mənşəli  komponentlərin  qalıqlarının  miqdarı  Kür  sularında  il  boyu  ümumi 

sanitar,sanitar-toksikoloji  və  balıq  təsərrüfatları  üçün  təyin  olunmuş 

normalardan  bir  neçə  dəfə  çoxdur.  F.Ş.Əliyev  və  M.A.Məmmədovanın 

məlumatına  görə  Kür  çayında  yerləşən  hidroloji  məntəqələrdən  götürülmüş  su 

nümumələrində misin miqdarı toksikoloji normadan 10 dəfədən  artıq olmuşdur 

(misin  toksikoloji  norması  sular  üçün  1,0  mq/l-dir).Misin  daha  çox  miqdarl 

Yenikənd (18 mq/l), Mingəçevir (18 mq/l),Yevlax (14 mq/l),Zərdab (20 mq/l), 

Salyan 


(14 

mq/l) 


və 

Mayak 


(23mq/l) 

məntəqələrində 

qeydə 

alınməşdər.Bismut,titan və manqan qeyri-üzvi kimyəvi elementlərin miqdarı da 



Kür  sularında  həmişə  normadan  yüksəkdir,alüminium,dəmir  və  silisium  Kür 

sularında daim müşahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur. 




Kür 

çayı,Şirvan,Salyan,Neftçala 

şə

hərlərindəki 



yod-brom 

zavodunun,Bankə  qəsəbəsindəki  balıq  kombinatının  və  həmin  şəhərin 

kommumal təsərrüfatlarının çirkab suları ilə çirkləndirilir. Bu ərazilərdə Kürün 

sularında  bixromat  oksidləri,  fenollar,neft  məhsulları  və  heksoxloran  pestisidn 

miqdarı  digər  məntəqələrlə  müqayisədə  1,5-2,0  dəfə  çoxdur.  Bankə  və  Mayak 

qəsəbələri  yaxınlığında  Kürdə  benzol  turşularının  miqdarı  uyğun olaraq 2,4  və 

2,0 mq/l , yəni ümumi sanitar normalardan 4-5 dəfə artıqdır. 

Ş

ıxlı  kəndindən  Kürün  mənsəbəsinə  doğru  suyun  ümumi  minerallıq 



dərəcəsi  (ÜMD)  artır.  Belə  ki,  Mingəçevir  su  anbarında  suyun  ÜMD  0,4-0,6 

q/l,Surra  kəndi  yanında  0,7-0,9  q/l,  Araz  çayı  ilə  birləşəndən  sonra  1,2-1,4 

çatır.Bununla paralel sularda sulfat  və xlor anionlarının miqdarı da artaraq təyin 

olunmuş 500 və 300 mq/l normasından 15 dəfədən artıq olmuşdur. 

Azərbaycan,Gürcüstan  və  Ermənistanın  müvafiq idarələrinin  məlumatına 

ə

sasən 2000-ci ildə Kür çayının hövzəsinə 468 mln.m



3

 çirkab suları o cümlədən 

237 mln m

3

 (51%) Gürcüstan, 219 mln.m



3

 (46%) Ermənistan, yalnız 12 mln m

3

 

(3%) Azərbaycan tərəfindən atılmışdır. 



Araz  çayında  yaranan  gərgin  ekoloji  vəziyyət  Kür  çayından  daha 

təhlükəlidir.  Araz  çayı  Gümrüdən  başlayaraq  Naxçıvan  MR  ilə  sərhəd  əraziyə 

kimi  axınboyu  Ermənistanın  10-dan  çox  sənaye  şəhərlərinin  məişət  və  sənaye 

çirkablarını  qəbul  edir.  Bununla  yanaşı  dğşmən  ərazisindən  Araza  qovuşan 

Gedərçay,Vorotan,Axuryan çayları son dərəcə zəhərlənmişdir.Onların sularında 



demək olar ki, oksigen olmur,turşuluq göstəricisi pH 2,4-ə enir,mikroflora 180-

200 dəfə azalır,çay sahilləri boyu bitki örtüyü də məhv olur. 

Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın 

suyunda fenollar 220-1160 dəfə,ağır metallar duzları 36-44 dəfə (mis,molibden 

və  s.)  ,  azot-fosfor  duzları  26-34  dəfə,xloridlər  28  dəfə,neft  mənşəli 

karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir. 

Araz  çayının  sol  qolu  Razdan  suyunun  çirklənmə  dərəcəsinə  görə 

Ermənistanda  birinci  yeri  tutur.  Razdan,Gürensavan,Abovyan,Yerevan 

şə

hərlərinin  sənaye  müəssisələrinin    çirkab  suları  və  çayın  sahilində  yerləşən 



başqa  yaşayış  məntəqələrinin  məişət    tullantıları  bu  çaya  atılır.  1980-ci  illərdə 

Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 milyon m

3

 olmuşdur. 



Yay  aylarında  Arazda  suyun  səviyyəsi  aşağı  düşdüyü  dövrdə  Razdanın  çirkab 

sularının  sərfi  azalmır.Nəticədə  “Araz”  su  qovşağı  su  anbarında  çox  təhlükəli 

vəziyyət yaranır.  sti hava şəraitində suyun “çirklənməsi” baş verir və balıqların 

kütləvi qırılmasına səbəb olur. 

Arazı  ən  çox  çirkləndirən  çaylardan  biri  də  Oxçuçaydır.Megri,  Qacaran, 

Qafan  və  Dəstəkert  dağ-mədən  (metalsaflaşdırma)  kombinatlarının  yüz  min 

tonlarla qatı turş suları,ağır metal duzları və başqa tullantıları Oxçuçayı hədsiz 

dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-

dan 25-50 dəfə,fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə