Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

sisteminin köməyi sayəsində mövcuddur,Hacıqabul gölünə isə su nasosla 

verilir.


 

Kür  çayının  suyu  tənzimləndikdən  sonra  göllərdə  suyun  keyfiyyəti  xeyli 

dəyişmişdir.Onlara  çaydan  təbii  axının  olmaması  ilə  əlaqədar  təmiz  suyum 

minerallıq  dərəcəsi  artmışdır.  Hazırda  Ağgölün  minerallıq  dərəcəsi  13000 

mq/l,Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründı minerallığın 

kəskin  yüksəlməsi  kollektor  drenaj  sularının  göllərə  axınının  çoxalması  ilə 

bağlıdır.  Ağgöl,Mehman,Sarısu  və  Hacıqabul  gölləri  böyük  təsərrüfat 

ə

həmiyyəti  daşıyır.  Bu  göllər  həmişə  balıqla  zəngin  olmuşdur.  1940-cı  ildə 



Hacıqabul  gölündən  tutulan  balığın  miqdarı  8850  sentner,  Sarısu  gölündən  isə 

6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su 

rejimi  kəskin  dəyişmiş,dayazlaşmış,şorlaşmış,bunun  nəticəsində  suyun  bioloji 

rejimi dəyişmiş və faktiki olaraq balıqşılıq öz əhəmiyyətini itirmişdir. 

2.

  Abşeronda  150  yə  qədər  göl  vardır,onların  ümumi  sahəsi  50  km



2

  təşkil 

edir.  Onlar  20  m-dən  120  m-dək  yüksəklikdə  yerləşir.  Göllərin  çoxu 

kiçikdir,yalnız  6  gölün  (Böyük  Şor,  Masazır,  Binəqədi,Kürdəxanı,Xoca-

Həsən,Krasnoe) sahəsi 1-12 kv.km-dir. Yay dövründə xırda göllərin çoxu 

quruyur,bütün  göllər  duzludur,duzluluq  dərəcəsi  5-dən  300  q/l-ə  qədər 

tərəddüd edir,tərkibində xlor və natrium ionları üstünlük təşkil edir. 

Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə ilin soyuq 

dövründə  göllər atmosfer yağıntıları ilə dolur,ilin isti dövründə isə onların suyu 



azalır  və  ya  quruyur.  Göllərin  belə  vəziyyəti  1960-cı  ilə  qədər  qalmışdır. 

Sənayenin  (xüsusilə  neft  istehsalı)  və  kənd  təsərrüfatının  intensiv  inkişafı  ilə 

ə

laqədar son 50 ildə göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının 



həcminin sürətlə artması onların kəskin çirklənməsinə, sahələrinin  böyüməsinə 

və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur. 

Xəzər  dənizi  sahilində  bir  neçə  laqun  (dənizdən    ayrılmış  kiçik  göl)  gölə 

təsadüf  olunur  (Ağzıbirçala,Olxovka)  ,  onların  sahəsi  dəniz  suyunun 

səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illərdə 

səviyyəsinin  qalxması  ilə  əlaqədar  bu  göllər  faktiki  olaraq  dəniz  körfəzlərinə  

çevrilmişdir. 

Vaxtilə Abşeron gölləri öz təbiətinə görə nadir göllər olmuşdur. XVII-XVIII 

ə

srlərdə  onlardan  xörək  duzu  və  müalicəvi  lilli-palçıqlı  su  kimi  istifadə 



olunmuşdur. 

XX əsrin ortalarında bu göllərdə xörək duzu istehsalı 10 min tona çatırdı. Bu 

duzdan həm Cənubi Qafqazda , həm də  ran və Türkiyədə istifadə edilmişdir. Ən 

çox duz ehtiyatı Masazır, Fatmayı və Qabu göllərindədir. Masazırın bir gölündə 

xörək duzunun ehtiyatı 200 min tondan artıqdır.  

Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində 

xeyli  yod  və  brom  vardır.  1920-ci  ildə  keçmiş  SSR -də  ilk  yod  zavodu 

Romananın gölü  bazasında tikilmişdir.  Masazır gölünün  dib  çöküntülərindən  –

palçığından  hazırda da müalicə məqsədilə istifadə olunur. 



Abşeron  yarımadasında  vahid  kanalizasiya  sistemi  yoxdur,  bir  çox  yaşayış 

məntəqələri və sənaye müəssisələri çirkab sularını təmizləmədən yaxınlığındakı 

göllərə axıdılır. Odur ki, göllərin əksəriyyəti hədsiz dərəcədə çirklənməyə məruz 

qalmışdır. Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda 

göllərdəki  suyun  keyfiyyətinin  vəziyyəti  onların  nəinki  rekreasiya  üçün  

(çimmək,su turizmi və s.) , hətta texniki ehtiyacı ödəmək məqsədilə də istifadə 

olunması  yararlı  deyil.Bu  isə  regionda  ekoloji  gərginlik  yaradır.Göllərin 

çirklənməsinin  qarşısını  almaq  ,  onların  rekonstruksiya  etmək  və  yarımadada 

ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi 

vacibdir: 

-

  Sənaye  və  məişət  çirkab  sularının  göllərə  axıdılmasının  qarşısını  almaq 



məqsədilə  bütün  sənaye  və  komunal  müəssisələrdə  təmizləyici  qurğular 

sistemi yaradılmalıdır; 

-

  Kəskin çirklənmiş və sonradan əmələ gəlmiş göllərin qurudulması; 



-

  Yarımadada  suvarma  şəbəkələrini  tam  rekonstruksiya  etmək  və  kənd 

təsərrüfatı bitkilərinin suvarılması daha proqressiv üsullarla aparılmaslı; 

-

  Drenaj sistemi yaratmaq yolu ilə qurunt sularının səviyyəsini aşağı salmaq 



və quyulardan istifadə etmək; 

-

  Neftlə çirklənmiş torpaqların rekultivasiyası. 



3.

  Kiçik  Qafqazın  dağ  gölləri  dəniz  səviyyəsindən  1400-3000  m 

yüksəklikdəyerləşir. 

Onların 


sayı 

20-yə 


çatır.Ən 

böyükləri 




Alagöl,Qaragöl,Göy-göl hesab olunur,bütün göllərin ümumi sahəsi 12km

2

 



təşkil edir. 

Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır,onlar mənfi antropogen 

amillərin  təsirindən  qorunmalıdır.  Onların  su  resurslarından    istifadə  olunması 

məqsədə  uyğun  sayılmır.  Bu  göllərin  təbii  şəkildə  gözəlliyini  saxlamaq  turizm 

məqsədilə  istifadə  etmək  lazımdır.  Göllərdə  abadlıq  təsərrüfatının    yaradılması 

su rejiminə və ətraf mühitə mənfi təsir göstərməz. 

Böyük Qafqazda dağ göllərinin sayı 70-dən artıqdır.Onların 50-sinin sahəsi 1 

ha-ra qədərdir,21 gölün sahəsi 1-dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 

km

2

-dan bir qədər artıqdır. 



Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı , su 

ilə  yaxşı  təmin  olunmuş  və  mülayim-soyuq    iqlimli  ərazilərdə  yerləşir.  Belə 

şə

raitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, həcmi və suyun 



keyfiyyəti demək olar ki,dəyişməmiş qalır. 

Çaylar  öz  təbii  halında  drenaj  sistemi  rolunu  oynayıb  hövzəsindən  axımla 

birlikdə həll olmuş,asılı  maddələr və  yuvarlanan  materiallar gətirir.  Təbii  sular 

həmişə  mürəkkəb  maye  olub  adətən  tərkibində  çoxlu  kimyəvi  maddələr  olur. 

Çay sularında həll olan maddələrin qatılığı adətən 1q/l-dən artıq olmur.Təbii çay 

suları  adətən  çox  istifadəçilər  üçün  kifayət  qədər  yararlı  keyfiyyətdə  olub 

təmizlənməsi o qədər da tələb olunmur. 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə