Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   2   3   4   5   6   7   8   9   ...   20

2.1. Suyun qlobal dövranı və əsas funksiyaları 

 

Suyun  qlobal  dövranının  təbiətdə  əsas  mənbəyi  Günəş  sayılır.  Günəş 

enerjisinin  təsiri  ilə  okeanın  və  qurunun  səthindən  su  buxarlanaraq  atmosferə 

qalxır.  Su buxarları havaya qalxaraq soyuyur, kondensasiya olunaraq buludlar 

ə

mələ  gətirir.  Buludlar  kifayət  qədər  soyuduqdan  sonra  yağış  və  qar  şəklində 



okeanın  və  qurunun  səthinə  düşür.Düşən  yağıntılar  yenidən  buxarlanaraq 

atmosfer  yağıntıları  şəklində  yenidən  qayıdır.  Quruya  düşən  yağmurların  bir 

hissəsi torpağa hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və 

yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəklində Yer səthinə çıxır və 

ya  bitki  örtüyünün  fəaliyyəti  nəticəsində  transpirasiya  edilir.  Materik  və 

okeanlar daxilində su dövranı bu cür gedir. 

 

Qlobal  su  dövranının  ön  böyük  hissəsi  okean  su  dövranı  hesab  olunur. 



Qurudan  buxarlanan  su  yenidən  okeana  düşür.  O,  dəfələrlə  quruya  qayıdır  və 

yenidən  buxarlanır.  Beləliklə,  okeandan  uzaqlarda  Yerin  səthi  rütubətlənir  və 

materiklərdə daxili su mübadiləsi gedir. 

 

l  ərzində  dünya  su  dövranında  hidrosferin  ümumi  kütləsinin  0,25%-i 



iştirak edir. Suyun tam təzələnməsi (dəyişməsi) hidrosferin müxtəlif hissələrində  

müxtəlif  vaxt  ərzində  baş  verir.  Belə  ki,  yeraltı  suların  təzələnməsi  üçün  yüz 

min,  hətta  milyon  illər  (suyun  yerləşmə  dərinliyindən  və  su  dövranının 

intensivliyindən  asılı  olaraq)  ,  buzlaqların  təzələnməsi  üçün  isə    8  min  il  tələb 

olunur.  Okeanın  təzələnməsi orta  hesabla 3  min  il,  axan  göllər  10 illər,  axmaz 



göllər  200-300  il,  torpaq  suyu  orta  hesabla  bir  ilə,  çaylardakı  su  il  ərzində  30 

dəfə  (hər  12  sutkadan  bir),  atmosferdə  su  ildə  10  dəfə  (hər  9  sutkadan  bir) 

dəyişilir (təzələnir). 

 

Suyun qarışması prosesi eyni zamanda , istiliyin bir yerdə buxarlanmaya, 



digər  yerdə  isə  kondensasiyaya  sərf  olunması  ilə  paylanması  prosesidir.  l 

ə

rzində  bu  prosesdə  Yer  səthinin  aldığı  Günəş  istiliyinin  dörddə  birinin  çoxu 



iştirak  edir.  Qlobal  dövranın  əhəmiyyəti  olduqca  böyükdür.  stiliyin  və 

rütubətliyin  yerini dəyişərək o,  bütün  yer  örtüyünü  əlaqələndirir  və  Yerin təbii 

örtüyünün  vəhdətliyini(bütövlüyünü)  və  planetimizdə  həyatı  qoruyub 

saxlamaqda xüsusi rol oynayır. 

 

Yerin  hidrosferinin  ,həmçinin  onun  istənilən  hissəsinin  vəziyyəti  su 



balansı  ilə  səciyyələnir.  Yerin  hidroloji  vəziyyəti  dünyada  suyun  ümumi 

həcminin dəyişməsi ilə deyil, suyun məkanca paylanması,xüsusilə okeanlarda və 

buzlaqlardakı  su  su  ehtiyatının  nisbətinin  dəyişməsilə  bağlıdır.  Yerdə 

buzlaqların geniş inkişafı zamanı hidrosferin suyu ən çox buzlaqlarda (cəmlənir) 

toplanır  və  Dünya  okeanının  səviyyəsi  aşağı  düşür.  Əksinə,  okeanın 

səviyyəsinin  yüksək  olması  buzlaq  örtüyünün  nisbətən  az  həcmli  olmasına 

uyğun  gəlir.  Belə  bir  nisbətin  təzahürü  hazırda  da  müşahidə  olunur.  Bu  haqda 

iqlimin dəyişməsinin nəticələrindən bəhs edərkən danışılmışdır. 

 

Dünyanın su balansı komponentlərinə insan fəaliyyətinin təsiri hələ dəqiq 



təyin olunmayıb. Lakin iqlimin sirkuliyasiyası qlobal modeli göstərir ki, iqlimin 


antropogen  dəyişilməsi  qlobal  hidroloji  sikldə  su  mübadiləsinin  intensivliyini 

artıracaq. Ayrı-ayrı regionlarda iqlimin dəyişməsinin hidroloji gedişi (vəziyyəti) 

daha böyük miqyasda dəyişəcək. 

 

Təbiətdə  su  bir  çox  qarşılıqlı  əlaqələrin  ,  o  cümlədən  digər  geosferlərin 



mərkəzində dayanır. Cəmiyyətdə bir sıra iqtisadi,ictimai və siyasi problemlərin 

böhranlı  faktoru  sayılır.  Ekoloji  baxımdan,ümumi  şəkildə  demək  olar  ki, 

qurunun suyu ekosferdə üç əsas mühüm funksiyanı daşıyır: 

1.

  Maddələrin  qlobal  siklində  iştirakçı,  çox  vaxt  aparıcı  və  birləşdirici 



iştirakçı. 

2.

  Ekosistemlərin, xüsusilə çay və göllərin indikatoru 



3.

  Ən geniş istifadə edilən təbii sərvət. 

Çox  hallarda  su  əsas  qlobal  ekoloji  problemlərin  hakim  faktoru  sayılır.  Su 

karbon qazı, azot,kükürd,fosfor və b.elementləri  qlobal biokimyəvi sikllərin və 

böyük geoloji siklin ekzogen hissəsinin (eroziyasedimentasiya siklinin) mühüm 

faktorudur.Qlobal hidroloji sikl ekosferin əsas həyattəminedici mexanizmidir. 

Bir sıra gərgin ekoloji problemlər su problemləri ilə əlaqədardır.Antropogen 

təbii  və  kənd  təsərrüfatı  sistemlərin  vəziyyətinin  pisləşməsi,  ya  su  rejiminin 

dəyişməsi nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya 

ə

ksinə  ,  sistemin  antropogen  dəyişməsi  torpağın  susaxlama  qabiliyyətinin,bitki 



tərəfindən  suyun  tutulub  saxlanmasının,  torpağın  susızdırma  qabiliyyətinin  və 

ona uyğun hidroloji rejimin dəyişməsinə səbəb olur. 

  Su  hövzədə  gedən  prosesləri  birləşdirmək  xüsusiyyəti  ilə  fərqlənir. 

Bütövlükdə, demək olar ki, su təbiətdə bir çox qarşılıqlı əlaqələrin mərkəzində 




duraraq  bənzər  landşaftlarda,  insanın  bədənində  qanın  oynadığı  rola  uyğun  rol 

oynayır.  Qanın  analizi  xəstənin  vəziyyətini  göstərirsə,  təbii  suların  fiziki  və 

kimyəvi  xüsusiyyətləri  hövzədə  gedən  bir  çox  proseslərin  obyektiv  indikatoru 

hesab olunur. 

Zonal  təbii  proseslər  hidroloji  rejimin  əsas  göstəricilərində  əks  olunur. 

Məsələn,rütubətli tropik  meşə  zonasında çaylar  çox  sulu olub,  axımın qalınlığı 

təxminən 1200 mm təşkil edir, yeraltı axımın payı yüksək (50%-ə yaxın) , suyun 

temperaturu da daim yüksək (25-27

0

 C) olur. Bu zonanın təbii suları ultra-şirin 



olub tərkibindı həll olan maddələrin miqdarı 100 mq/l-dən az, hətta bəzi hallarda 

10 mq/l təşkil edir,hidro-karbonatlı-silisli sinfə daxildir, asılı gətirmələr çox az 

qatılıqlı olub 50 q/l-dən az təşkil edir. 

Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50 mm təşkil edir. Mövsüm 

ə

rzində  çox  dəyişkən  olur.  Axım  əsasən  (80%)  sutoplayıcı  hövzənin  səthi  ilə 



axan sularla formalaşır.Suları şirindir, lakin tərkibində çoxlu duzlar (1000 mq/l-

ə

  qədər  olur),  hidrokarbonatlı-kalsiumlu,  bulanıqlıq  dərəcəsi  yüksək  olub  500 



mq/l-ə qədər təşkil edir. 

 

 

 

 

 

 

 


Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə