Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

(Baltik,Xəzər,Qara)  və  kiçik  çaylarda  baş  vermişdir.  Müxtəlif  su  anbarlarında 

antropogen  evtrofikasiya  prosesi  müxtəlif  səbəblərdən  baş  verir.  Ladoqa 

gölünün  çirklənməsi  alüminium  sənayesi,  Pskov-Çud  gölünki  isə  sahələrin 

çirkab  sularilə  əlaqədardır.Belorusiya  və  Baltikyanı  ölkələrdə  su  hövzələrinin 

evtrofikasiyası kənd təsərrüfatı çirklənməsi ilə bağlıdır. 

Azərbaycanda  səth  sularının  çirklənməsində  bir  çox  sənaye  və  kənd 

təsərrüfatı  iştirak  edir.  Əsas  su  anbarları  qonşu  dövlətlərdə  güclü  çirklənəyə 

məruz  qalan  iri  çayların  Kür  və  Araz  çaylarının  üzərində  yaradılmışdır.    Kür, 

Araz  çaylarının  və  onların  qollarının  çirklənməsi  haqda  məlumat  yuxarıda 

müvafiq  fəsildə  verilmişdir.  Qonşu  dövlətlərdə  güclü  çirklənən  Kür  çayı 

respublikamızın ərazisinə daxil olarkən sürəti azaldığından daha iri və  ağır asılı 

hissəciklər  zibil  halında  çayın  dibinə  çökmüş,qalanları  isə  Şəmkir  su  anbarına 

keçir.Bunun  nəticəsində  çöküntülərin  və  su  anbarının  dibi  çirklənir,  suda  həll 

olan  zərərli    maddələr,  xüsusilə  biogen  elementlər  bütün  su  hövzələrində 

kaskadında  su  anbarının  antropogen  evtrofikasiyasına  səbəb  olur.  Bununla 

yanaşı  Mingəçevir  və  Şəmkir  su  anbarının  dibi  bitki  örtüyündən  

(meşə,kol,lianlar  və  s,)  təmizlənmiş  və  onların  tədricən  çürüməsi  suyun 

keyfiyyətinə  ,  oksigen  rejiminə  və  su  hövzəsinin  heyvanat  aləminə  (  balıqlara) 

mənfi təsir göstərir. 

Ş

.B,Xəlilovun 



(2003) 

apardığı 

çoxsaylı 

müşahidələr 

göstərir 

ki,Mingəçevir  su  anbarı  sahillərində  məişət  zibilləri  və  sənayenin  müxtəlif 




sahələrinin  tullantıları  başdan-başa  zolaq  əmələ  gətirir.  Güclü  fırtınadan  sonra, 

daşqın sularının axdığı dövrdə külək axını vasitəsilə çoxlu zibillər su anbarının 

şə

rq  sahilinə  gətirilir  və  Mingəçevir  şəhər  çimərliyi  dəfələrlə  zibilin 



təmizlənməsi üçün bağlanır. 1982-ci ildə Şəmkir su anbarı istifadəyə verildikdən 

sonra  belə  mənzərəni  onun  sahillərində  müşahidə  etmək  olar.  Su  anbarının 

ölçüləri  ,  o  cümlədən  sahil  xətti  Mingəçevir  su  anbarından    kiçik olduğu  üçün 

burada zibil zolağının eni və qalınlığı daha çox olur.  

Sutka  ərzində  Gəncə  şəhərindən  Gəncəçaya  300  min  m

3

  çirkab  suları 



axıdılır, 25 km-dən sonra isə Kürə qarışır.  

Mingəçevir  şəhərindən  Varvara  su  anbarına  sutkada  150  min  m

3

  çirkab 



suyu axıdılır.  

Araz çayı və qolları Ermənistan ərazisində güclü çirkləndiyindən (çirkab 

suların  miqdarı  sutkada  2,1  mln  m

3

  təşkil  edir).  “Araz”  su  qovşağı  



respublikamızın  su  anbarlarının  hamısından  daha  çirklidir.  Bunun  nəticəsində 

Araz su anbarında suyun çirklənməsi və balıqların kütləvi qırılması baş verir.  

Araz su qovşağı sutka ərzində Naxçıvan şəhərinin 70 min m

3

 çirkab suyu 



ilə  çirkləndirilir,onun  47  min  m

3

-i  Naxçıvan  çayından  daxil  olur,  23  m



3

-i  isə 


bilavasitə su anbarına axıdılır.  

nkişaf  etmiş  ölkələrdə  (ABŞ, ngiltərə,Fransa,Almaniya)  su  anbarlarında 

suyun  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  su  süni  yolla  aerasiya  edilir.  Bu 



məqsədlə  suyu  qarışdırmaq  və  atmosfer  oksigeni  ilə  zənginləşdirmək  üçün 

xüsusi  hidropnevmatik  qurğudan  istifadə  olunur  və  ya  sualtı  oksigen 

rezervuarlarından  istifadə  olunur.  Belə  tədbirdən  son  vaxtlar  Dneprovodski  və 

Kaxovski su anbarlarında da istifadə olunması planlaşdırılır. Bu su anbarlarında 

suyun  çirklənməsi  böhranlı  ekoloji  vəziyyət  yaratmışdır,  yayda  göl  yaşıl 

yosunlar parçalanandan  sonra suda  amonium  azot  və  mineral  fosforun  miqdarı 

10-15  dəfə,  üzvi  azot  50-200  dəfə  və  ona  uyğun  toksik  maddələr  (fenollar, 

sionidlər və s.) də artır. Ona görə yay dövründı balıqlar və digər canlılar məhv 

olur.  

Antropogen  evtrofikasiya  Volqa  kaskadında  və  Rusiyanın  ,Orta 



Asiyanın,Qazaxıstanın  və  Qaraqum  kanalının  su  anbarlarında  da  təhlükəli 

ekoloji vəziyyət yaratmışdır.  

Azərbaycanda  su  anbarında  suyun  aerasiyası  üçün  heç  bir  qurğu  və 

texniki vasitələrdən istifadə olunmur.  

Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli 

su ilə təmin edir. Gələcəkdə perspektivdə onun suyunun Abşeron yarımadasına 

gətirilməsi nəzərdə tutulur,suyun təmiz saxlanması üçün Ş.V.Xəlilov (2003) su 

anbarının  sahillərində  Ceyranbatan  su  anbarında  olduğu  kimi  sanitar  zona 

yaradılması tədbirini təklif edir.  



Azərbaycanda  olan  56  su  anabrından  yalnız  ikisi    (Pirsaat  və  Ağsu 

çayından doldurulan Cavanşir su anbarları) demək olar ki, tam lillənməyə məruz 

qalmışdır. 

Ş

.B.Xəlilova (2003) görə Azərbaycan Respublikasında göllərin sayı 250-



yə çatır. Onlardan 7-nin sahəsi 10 kv.km-dən artıqdır, 25-ninki isə 1 kv.km-dən 

çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi 250 kv.km olub, onlardan 165 

kv.km., yəni bütün göllərin sahəsinin 66%-i Kür-Araz ovalığında 4 gölün payına 

düşür.Ş.B.Xəlilov (2003) mənşəyi,yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə 

Azərbaycan  göllərini  3  əsas  qrupa  ayırır  :  1)  Kür-Araz  ovalığı  gölləri    2) 

Abşeronun gölləri 3) Dağ gölləri. 

Aşağıda onların xarakteristikası verilir. 

1.

  Təbii  proseslər,  son  illərdə  isə  insanın  təsərrüfat  fəaliyyətinin  təsiri 



nəticəsində  Kür-Araz  ovalığının  gölləri  dəfələrlə  dəyişikliyə  uğramışdır. 

1953-cü  ildə  Mingəçevur  su  anbarı  və  1970-ci ildə  onun qolu Araz  çayı 

üzərində  “Araz”  su  qovşağı  vasitəsilə  Kür  və  Araz  çaylarının  axını 

tənzimləndikdən sonra düzənlikdəki göllər və axmazlar bu çayların daşqın 

sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman,Sarısu və 

Haciqabul  gölləri  böyük  dəyişikliy  uğradı  ,Şilyan  ,Bostançala  ,Qarasu, 

Mahmudçala,Ağçala  və  b.  göllər  qurudu  və  bataqlığa  çevrildi.Hazırda 

Ağgöl,Mehman,Sarısu  gölləriKür-Araz  ovalığındakı  kollektor-drenaj 




Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə