Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   2   3   4   5   6   7   8   9   ...   20

Su ən geniş istifadə olunantəbii ehtiyat hesab olunur. Dünyanın bütün su 

mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km

3

 təşkil edir. 



2025-ci ilə artıq dünyanın 1,4  mlrd.əhalisi  45 ölkədə adambaşına -1000 

m

3



  az  su  düşəcəkdir.Dünya  əhalisinin  ¾  qədəri  təxminən  100  ölkədə  suyun 

qıtlığı  şəraitində  yaşayır.Əgər  təsərrüfatın  idarə  olunmasının  mövcud  üsulları 

dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcəkdir. 

Çay  və  göllərin  ekoloji  vəziyyəti  mühüm  əhəmiyyət  kəsb  edir.  Göllərdə 

suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən , onların yatağının 

səhiyyə-gigiena  vəziyyətindən  və  b.amillərdən  asılıdır.  Əvvəllər  kiçik  su 

hövzələri  antropogen  evtrofikasiyaya  məruz  qalırdısa,  indiki  dövrdə  kaskadla 

tənzimlənən su anbarlarında-göllərdə suyun çirklənməsi baş verir. 

Azərbaycanda  su  anbarlarının  çirklənməsi  çayların  güclü  çirklənməsi  ilə 

ə

laqədardır.Hazırda göllərdəki  suyun keyfiyyəti onların nəinki rekreasiya ,hətta 



texniki ehtiyaclarını ödəmək üçün də  yararlı deyildir. 

Beləliklə, Azərbaycan Respublikası indi və gələcəkdə də su hövzələrinin 

və  Xəzər  dənizinin  çirklənməsinin  qarşısının  alınması  üçün  dünyanın  müasir 

texnologiyalarını tətbiq etməklə həyata keçirəcəkdir. 



 

 

 

 

 

 

 


FƏS L I. Su yer üzərində həyatın əsasıdır. 

 

Hələ antik dövrdə ətraf mühit haqqında təbii-elmi anlayışlar irəli sürərkən 

Milet  məktəbinin  əsasını  qoyan  qədim  yunan  mütəfəkkiri  Fales  (  eramızdan 

ə

vvəl 642-548 illər)  təbiətin bütün hadisələrini suyun hərəkəti ilə çevrilməsi ilə 



aydınlaşdıraraq suyu hər şeyin əsası sayırdı. Falesin bu görüşləri şübhəsiz digər 

qədim  mütəfəkkir    -  Platonun  (eramızdan  əvvəl  427-347  illər)  fəlsəfəsinə  də 

təsir  göstərdi.  Suyun  dövranı  ideyasi  Platona  aiddir.Lakin  o,  səhv  təsəvvürə 

ə

saslanıb  qeyd  edirdi  ki,  Yerin  bütün  səth  sularının  bilavasitə  başlanğıcı  dəniz 



suyudur.Lakin, Platonun suyun dövranı haqqındakı əsas fikri o qədim dövr üçün 

dahiyanə sayılırdı. 

 

Platonun  şagirdi  –  Aristotel  (eramızdan  əvvəl    384-352-ci  illər)  suyun 



dövranı  haqqında  öz  müəllimlərinin  fikrinə  böyük  dəyişiklik  etdi.Günəş 

istiliyinin  təsirilə  suyun  dəniz  və  okeanların  səthindən  buxarlanaraq  Yerin 

yüksəkliklərində  kondensasiya  olunub  yağış  şəklində  düşərək  çayları 

qidalandırması prosesini ilk dəfə Aristotel dərk etmişdir. 

 

IX - əsrdə ərəb alimi Maqsudi Aristotelin suyun atmosfer dövranını təsdiq 



edən  olduqca  sadə  və  inandırıcı  təcrübə  apardı:  dəniz  suyunu  buxarlandıraraq  

onun buxarından şirin (duzsuz) kondensat aldı. 

 

Aristoteldən  sonra  uzun  əsrlər  ərzində  ümumiyyətlə  suyun,  torpağın, 



odun(atəşin) və havanın qarşılıqlı çevrilməsi ehtimal  edilirdi ki, 2 min il əvvəl 

yaşamış  Hollandiya  kimyagəri  və  fizioloq  .Van-Helmont  və  Avisenna,  ingilis 

kimyaçısı    R.Boyl  da  bu  mövqedə  durmuşlar.  Onlar  suyun  bir  maddə  olması 

haqqında real elmi fikrə gələ bilməmişlər. Yalnız  XVIII əsrin sonunda Avropa 

fizikləri  əsərlərində  (  P.Laplas,  A.Lavueze  və  b.)  suyun  yalnız  iki  elementin  –

hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun digər maddələrə 

çevrilməsi  olduğunu  təsdiq  edərək  onun  digər  maddələrə  çevrilməsi  haqqında 



çoxəsrlik nəzəriyyəyə son qoydu. Bu, suyun tərkibi və xassələri haqqında müasir 

başlanğıcı oldu. 

 

Su  olduqca  qiymətli  sərvətdir.  O,üzvi  həyatı  təşkil  edən    maddələr 



mübadiləsi  proseslərində  çox  mühüm  rol  oynayır.  Suyun  sənayedə  və  kənd 

təsərrüfatı  istehsalında  böyük  əhəmiyyəti  vardır.  Torpağın  tərkibində  də  su 

vardır. Bütün canlı orqanızmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil olur. 

nsan  orqanizminin  ümumi  kütləsinin  2/3-si  ,  qanın  80  %-i  sudan  təşkil 

olunmuşdur. Bir çox tərəvəz və meyvələrin kütləsinin 90-95%-i sudan ibarətdir. 

Su  olmadıqda  həyat  da  dayanır,çatışmadıqda  bitkinin  məhsuldarlığı  da  aşağı 

düşür. Bir çox canlılar su mühitində yaşayır. 

 

 Su təbiətdə dövran edərək Yer səthinin formalaşmasında iştirak edir. Su 



müxtəlif  qeyri-üzvi  maddələri  dağıdaraq,  əridərək  və  daşıyaraq  çökmə 

süxurların yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.  

 

Su  ucuz  elektrik  enerjisinin  mənbəyidir.  Dənizlər  və  çaylarda  nəqliyyat 



vasitəsi kimi istifadə olunur.  

 

Sudan  sənayedə  də  istifadə  olunur.  Məsələn,  1  ton  polad  istehsal  etmək 



üçün 120m

3

 , 1 ton kimyəvi lif istehsalında isə 2000m



3

 su sərf edilir. 

 

Kənd təsərrüfatında sudan daha çox istifadə olunur,süni suvarılan 1 hektar 



torpağa  saniyədə  orta  hesabla  bir  litr  su  gedir.  Bir  ton  buğda  əldə  etmək  üçün 

1500m


3

,  bir  ton  pambıq  becərmək  üçün  10000  m

3

  su  tələb  olunur.  Vegetasiya 



dövründə bir hektar qarğıdalı sahəsinə 3000 m

3

, 1 ha kələm sahəsinə 8000 m



3

, 1 


ha çəltik sahəsinə isə 12000-20000 m

3

 su sərf olunur.  



 

Ə

halinin məişətinə də çoxlu su sərf olunur.  nsan gün ərzində orta hesabla 



2 l. su qəbul edir. Müxtəlif su mənbələri və su hövzələrindən müalicə rekreasiya 

məqsədilə istifadə olunur.  




Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə