Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   12   13   14   15   16   17   18   19   20

qeyd  edir  ki,  bu  nəticənin  də  geniş  eksperimental  müşahidələrlə  təsdiqinə 

ehtiyac vardır. 

Dənizə axan çay sularının torpaqların suvarılmasında,kommunal-məişətdə 

işlədilməsi,çaylar  üzərində  su  anbarlarının  yaradılması  Xəzərin  səviyyəsinə 

müəyyən qədər öz təsirini göstərir. 

1930-cu  illərdən  başlayaraq  Xəzər  dənizi  hövzəsi  çaylarının  üzərində 

ümumi sahəsi 30 min kv.km və həcmi 200 kub km-ə yaxınd 20-ə qədər (sahəsi 

30 kv.km-dən yuxarı) su anbarları yaradılmışdı və onların səthindən 1990-cı ilə 

qədər  450  kub  km  su  buxarlanmışdır,  əgər  bu  kəmiyyəti  Xəzər  hövzəsinin 

ümumi  su  anbarları  ilə  cəmləşdirsək  700  kub  km-ə  yaxın  rəqəm  alınar,  bu  su 

anbarlarının  tikilməsi  ilə  əlaqədar  su  itkisidir  və  Xəzər  səviyyəsində  ildə 

təqribən 2,5 sm su qatının azalması deməkdir. 

Bəzi tədqiqatçılar Xəzərin səviyyəsinin qalxmasında su üzərində toplanan 

neft təbəqəsinin də rolu olduğunu söyləyir.Lakin Xəzər dənizinin ümumi ərazisi 

ilə  müqayisədə  neft  pərdəsi  ilə  örtülü  su  sahəsi  cüzi  olduğundan  belə  təsirin 

olması şübhə doğurur. 

Nəticədə  antropogen  amilin  Xəzər  dənizinin  səviyyəsinin  dəyişməsində 

rolu 3-5% təşkil edir. 

Xəzər  dənizinin  səviyyəsinin  dəyişməsində  mühüm  rol  oynayaraq  səth 

axınları,səthə düşən yağıntılar və buxarlanma komponentləri ilə ifadə olunur. 




Xəzər dənizinin su balansının gəlir hissəsinin əsas mənbəyidənizə tökülən 

çayların  axını hesab olunur  və  onun  beşdə  dördünü  təşkil edir.  Dənizə tökülən 

səth  axınları  əsasən  Volqa,Kür,Ural,Terek,Sulak,Samur,Kiçik  Qafqaz    və  ran 

sahili çaylarının hesabına formalaşır.Bu çayların ən böyüyü Volqa olub səth çay 

axınlarının  80%-ni  təşkil  edir.  Yüzillik  müşahidə  dövründə  Volqa  çayının 

ortaillik axımı 160 kub km-dən 380 kub km-ə qədər dayişmiş,çoxillik orta axımı 

255 kub km təşkil etmişdir.Səviyyənin axırıncı qalxması dövründə (1978-1995) 

Volqa  çayının  ortaillik  axımı  300  kub  km-ə  çatmış,səviyyənin  endiyi  1930-

1941-ci illərdə isə 200 kub km olmuşdur.Xəzərə tökülən ikinci böyük çay Kür 

sayılır,onun ortaillik axımı 16 kub km olub dənizə tökülən çay axınları cəminin 

6%-ni təşkil edir. 

Atmosfer yağıntılarının çoxillik orta miqdarı 198 mm təşkil edir. Son illər 

Xəzər  dənizi  səthinə  düşən  yağıntıların  ortaillik  miqdarının  artması  müşahidə 

olunur.  Belə  ki,  1978-1992-ci  illər  səviyyəsinin  qalxdığı  dövrdə  yağıntının 

ortaillik miqdarı 257 mmolmuşdur. 

Xəzərə həmişə dənizin dibindən sular axmışdır,lakin onun miqdarı dəqiq 

müəyyən  edilməmişdir.  Müxtəlif  tədqiqatçılar  onun  ildə 2-40 kub km  arasında 

tərəddüd  etdiyini  qeyd  edirlər.  R.M.Məmmədov  dib  sularının  təsdiq  tapmış 

qiymətini ildə 4 kub km olmasını qəbul edir. 

Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthindən buxarlanma 

hesab olunur,dəniz səthindən il ərzində 1 m-ə qədər su buxarlanır,bu Xəzərin il 



ə

rzində  375  kub  km  su  itirməsi  deməkdir.Səviyyənin  düşdüyü  zaman  səthdən 

buxarlanma da artır,qalxdıqda isə əksinə azalır. 

Su  balansının  çıxarının  digər  hissəsi  Qara-Boğaz-Qol  körfəzinə  olan 

axındır.Səviyyənin yuxarı olduğu 1995-ci ildə dənizdən körfəzə 45,aşağı olduğu 

1978-ci ildə isə 5 kub km su axmışdır.  

1930-41-ci  illər  ərzində  Xəzərin  səviyyəsi  173  sm  düşmüşdür,bu  vaxt 

ə

rzində  dənizə  çay  axınları  azalmış,su  səthindən  buxarlanma  isə 



artmışdır.Səviyyənin  1978-95-ci  illərdə  qalxması  dövründə  çay  axınlarının 

miqdarı 


308,8 

kub 


km-ə 

çatmış,dəniz 

səthinə 

düşən 


yağıntı 

artmış,buxarlanmanın miqdarı azalaraq 343,7 kub km olmuşdur. 

1978-95-ci  illərdə  də  səviyyənin  qalxması  su  balansının  dəyişməsi  ilə 

bağlıdır.Bu dövrdə çay axımlarının orta qiyməti ildə 308.0 km

3

 olmuşdur. 



Daha çox sulu 1979 və 1990-cı illərdə Volqa çayının illik axını müvafiq 

olaraq  297  və  310  kub  km-ə  çatmışdır.Buxarlanmanın  miqdarı  isə  ildə  5-7  sm 

azalmışdır. 

 

1978-ci ildə səviyyənin qalxmağa başlaması Xəzər dənizi hövzəsində baş 



verən  iqlim  dəyişmələri  ilə  sıx  bağlıdır.Xəzərin  akvatoriyası  və  su  toplama 

hövzəsində  temperaturun,yağıntının  ,buludluluğun  artması  ,küləyin  isə 

zəifləməsi,nəticədə  eyni  zamanda  buxarlanmanın  azalması  müşahidə 



olunmuşdur. Bu prosesin inkişafı dənizin müsbət su balansını yaradır,.il ərzində 

Xəzərə 50 km

3

-dən artıq su daxil olur və səviyyə qalxır. 



 

R.M.Məmmədov uzun illər apardığı müşahidələrə və su balansı hədlərini 

hesablama  yolu  ilə  əldə  etdiyi  səviyyə  dəyişkənlikləri  əyrilərinə  əsaslanaraq 

Xəzər  dənizi  səviyyəsinin  dəyişməsinin  əsas  səbəbi  (85-90%)  hidroiqlim  amili 

olduğunu sübut edir. 

 

1978-1995-ci illər ərzində bütün  Xəzər dənizi boyu  səviyyənin  qalxması 



nəticəsində  12,5  min  km  ərazi  su  altında  qalmışdır.Bu  dövrdə  Azərbaycan 

respublikasında  48450  ha  ərazi  su  basmaya  məruz  qalmış,iqtisadi-sosial 

obyektlərə bilavasitə dəyən ziyan 2 mlrd ABŞ dolları məbləğində olmuşdur. 

Gələcəkdə  dənizin  səviyyəsi  əlavə  olaraq  150  sm  qalxsa  130000  ha 

ə

razinin su altında qalması ehtimal olunur. 



R.M.Məmmədov  Xəzər  dənizi  səviyyəsinin  qalxması  ilə  əlaqədar 

problemin  həllinə  iki  mərhələli  konsepsiya  ilə  yanaşır.Birinci  mərhələ 

səviyyənin  -25,0  m-ə  qalxa  biləcəyi  halla  əlaqədar  subasan  əraziləri  qorumaq 

üçün sahil bərkitmə işlərinin aparılmasıdır.  kinci mərhələ isə səviyyə  -25 m-i 

keçdikdə,Xəzərətrafı  ölkələrin  razılığı  ilə  birgə  iştirakı  ilə  Xəzər  dənizi 

səviyyəsinin tənzimlənməsidir. 

Xəzərin  neft  və  neft  məhsulları  ilə  çirklənməsi  M.Ə.Salmanovun 

tədqiqatlarına əsaslanaraq yazılmışdır. 




Xəzərin  neftlə  çirklənməsi  problemi  özünün  qədimliyi,  fauna-

floraya,suyun  fiziki-kimyəvi  xassələrinə,dəniz  dibi  çöküntülərə  çoxtərəfli 

təsirinə görə başlıca yeri tutur. 

Hazırda  demək  olar  ki,  Xəzərin  bütün  akvatoriyası  və  ora  axan  bütün 

çaylar  neftlə  çirklənməyə  məruz  qalmışdır.  1950-60-cı  illərdə  neftlə  çirklənmə 

yalnız  dəniz  neft  yataqları  akvatoriyası  və  neft  emalı  müəssisələrinin  çirkab 

suları  tökülən  zonaya  xas  idisə,  1980-ci  illərdə  belə  çirklənmə  dənizin  hər 

yerində yayılmışdır. 

Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər-Xvalın epoxasının 

neft  kəşfindən  bəri  dənizə  2,5  milyon  ton  xam  neft  axmışdır.  Yalnız  1969-cu 

ildə  neftdaşıyan  tankerlərin  ballastik  suyu  ilə  dənizə  47  min  ton,  gəmilərin 

suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə olduqca çoxluqəza hadisələri baş 

verir,onlardan  ikisini  göstərək  :  60-cı  illərdə  Xəzərin  Orta  və  Cənub  şelfində 

qəza 


nəticəsində 

dənizə 


4000 

ton,aylarla 

mənbədən 

sönməyən 

yanğın,fəaliyyətdə  olan  qrifonlardan  20  min  ton  qaz-neft  kondensatı 

axmışdır.1983-cü  ildə  Oqurçinsk  adasının  cənub-qərbində200  m  dərinliyində 

qruntda  –  1kq  lildə  1,43  q,  1995-ci  ildə  Cənubi  və  Orta  Xəzərin  sərhədində 

qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə 

alınmışdır.  Bakı  buxtasında  5-7  m-dən  çöküntülərin  ətəyinə  qədər  qrunt  neft 

məhsulları ilə doymuşdur. 




Digər  çirkləndiricilərdən  fərqli  olaraq  neft  digər  sahələrə  asan 

keçir,nisbətən  “uzunömürlüdür”  ,çoxşəkillidir.  1kq  neftin  tam  minerallaşması 

üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur. 

Neft  məhsulları  ilə  çirklənmənin  səciyyəvi  əlamətləri  mənbəyinin 

çoxluğu  ,  ətraf  mühitin  demək  olar  ki,  bütün  komponentlərin  çirkləndirmə- 

si,böyük  akvatoriyada  səpələnməsi  ,  dib  çöküntülərində  toplanması  və  s-

dir.Neftin  həll  olan  və  ağır  komponentləri  –fraksiyaları  su  kütləsində  digər 

toksikantları, o cümlədən toksik metalları adsorbsiya edir,onların miqrasiyasına 

səbəb  olur.  Onlar  suyun  keyfiyyətini  pisləşdirir,oksigen  rejiminə  mənfi  təsir 

göstərir,suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s. 

Neftlə çirklənmə  Cənubi  Xəzərin qərb şelfində  mühit  şəraitini  kökündən 

dəyişdirmir.  Bakı-Abşeron  arxipelaqının    adalarının  akvatoriyalarında  1961-ci 

ildən 1976-cı ilə kimi 15 il ərzində fitoplanktonun fotosintezinin ilkin məhsulu 

50  dəfə  azalmışdır.,Şimali  Abşerondan  Kür  çayının  m  ənsəbinə  qədər,  geniş 

Krasnavodsk  körfəzində  ,Çeleken  yarımadasında  fitobentos  məhv  edilmişdir. 

Neftlə çirklənmiş sahələrdə demək olar ki, zoobentosdan məhrum olmuşdur. Bu 

sahələrin dib çöküntülərində anaerob proseslər dominantlıq edir. 

Neft  və  onun  derevatları  kükürd,azot,oksigen  və  digər  birləşmələrin 

maddələri ilə karbohidrogenlərin mürəkkəb təbii qarışıqlar əmələ gətirir. 

Dəniz  suyu  səviyyəsinin  qalxması  sahildəki  neft  mədənlərinə  məsafəni 

qısaldır  və  küləklərin  tez-tez  əsməsi,dalğalar  mühafizə  bəndlərini 



yuyur,sahilyanı  neft  mədənlərini  basır.M.Ə.Salmanovun  tədqiqatlarına  əsasən 

Ş

imali  Xəzərin  sularında  karbohidrogenlərin  konsentrasiyası  0,43-16,0  mq/l 



arasında dəyişir. 

Cənubi  Xəzər  sularında  neft  məhsullarının  konsentrasiyasının  ölçüsü 

daimi olmayıb geniş diapazonda –vahiddən yüzlərlə mq/l arasında tərəddüd edir. 

Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə “ölü zona” adlandırılan bir sıra 

sahələr  də  mövcuddur.Bura  Neft  Daşları  akvatoriyası,Bakı,Krasnavodsk 

buxtaları  və  Çeleken  yarımadası  sahilləri  aiddir.  Bu  sahələrin  sularında  neftin 

miqdarı  1,26-3,83  mq/l-ə  çatır.  Neft  Daşları  qruntunda  –Baş  korpusun,Baş 

estakadanın  (estakada  boyu)  yanında  neftin  miqdarı  24  q/kq-a  qədər,Jiloy 

adalarının  zəif    lillənmiş  çöküntülərində  ,Pirallahı  yarımadasında  15-20  q/kq, 

Krasnovodsk  körfəzi  qruntunda  (mərkəz)  -1,9,  limanın  yanında  123 

q/kq,Çeleken yarımadasının yanında 46-57q/kq-a çatır. 

 

 



 

 

 



 


Nəticə və təkliflə

1.

  çməli və  mədəni-məişət məqsədi üçün istifadə olunan suyun keyfiyyəti 



ə

n yüksək tələbatlara cavab verməlidir. 

2.

  Çirkab  sular  su  hövzələrinə  atılarkən,  hövzədəki  suyun  temperaturu 



yaydakı maksimal temperaturdan 3

0

C-dən artmamalıdır. 



3.

  Balıqçılıq təsərrüfatı üçün suyun temperaturu təbii temperaturdan 5

0

C-dən 


çox artmamalıdır. 

4.

  Zəhərli maddələrin qatılığı əhalinin sağlamlığına zərər vurmamalıdır. 



5.

  Oksigenə biokimyəvi tələbat 20

0

C suyun temperaturunda 3 mq/l-dən çox 



olmaması məqsədəuyğundur. 

6.

  Çirkab  suar  atılarkən  suda  üzən  mineral  və  üzvi  maddələrin 



konsentrasiyası 0,25 mq/l-dən çox artmamalıdır. 

7.

  Tərkibində  radioaktiv  maddələr  olan  çirkab  suların  hövzələrə  atılması 



üçün xüsusi qaydalar tərtib olunmalıdır. 

8.

  Sənayedə istifadə olunan su istehsal edilən məhsulun keyfiyyətinə mənfi 



təsir göstərməməlidir. 

9.

  Kənd  təsərrüfatında  istifadə  olunan  suyun  keyfiyyəti  torpağı 



ş

oranlaşdırmamalı və bitkilər üçün zərərsiz olmalıdır. 

 

 

 




Ə

dəbiyyat siyahısı 

1.

  Azərbaycan Respublikasının Ətraf mühitə dair qanunvericilik toplusu. 



Azərbaycan 

Respublikası 

Ekologiya 

və 


Təbii 

Sərvətlər 

Nazirliyi.2002.I cild 404 səh., II cild 424 səh. 

2.

  Azərbaycan Respublikasının Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi 



inkişafa  dair  Milli  proqramı.Azərb.  Respublikasının  Ekol.  Və  Təbii 

Sərvətlər Nazirliyi.Bakı,2002. 

3.

  Əliyev  F.Ş.,  Məmmədova  M.A.  Bakı  şəhəri  əhalisinin  mövcud  və 



gələcək  su  təchizatı  mənbələri,onların  ekoloji  problemləri. 

“Çaşıoğlu”,Bakı-2003.198 s. 

4.

  Əliyev  F.Ş.  Azərbaycan  Respublikasının  yeraltı  suları,ehtiyatlarından 



istifadə və geoekoloji problemləri. “Çaşıoğlu”, Bakı,2000.326s. 

5.

  Əzizov 



Q.,Həsənaliyev 

Ə



Azrbaycanda 

suvarmanın 

tarixi.Bakı.2001.102 s. 

6.

  Göyçaylı  Ş.Y.  “Ətraf  mühiti  mühafizə,təbii  ehtiyatlrdan  səmərəli 



istifadə”. Dərs vəsaiti.Bakı,1996 

7.

  Məmmədov  R.M.  Xəzər  dənizinin  səciyyəsi.  “Sosial  bilgilər” 



informasiya bülleteni,№ 8-12,Bakı-2001.S.3-21. 

8.

  Məmmədov  R.M.,Hümbətov  A.  Xəzər  dənizinin  səviyyəsinin 



dəyişməsi 

problemi.Azərbaycan 

Respublikasının 

konstruktiv 

coğrafiyası.Bakı,Elm,1196.S.197-206. 

9.

  Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası.Bakı,2001. 



10.

 Fəqan 


Ə

liyev,Akim 

Bədəlov,Eldar 

Hüseynov,Fərhad 

Ə

liyev.Ekologiya.Ali məktəblər üçün dərslik.Bakı”Elm”-2012. 



11.

 Ekologiya.Dərs vəsaiti.Bakı.”iqtisad Universiteti”Nəşriyyatı,2012.-392 

səh. 

 



AD U-nin Magistratura Mərkəzinin " Təbiətdən istifadənin iqtisadiyyatı və 

proqnozlaşdırma" ixtisası üzrə 

Ə

sgərzadə Veysəl Rövşən oğlunun 

"Azərbaycanda su ehtiyatlarının təsərrüfat və ekoloji əhəmiyyəti" 

mövzusunda yerinə yetirdiyi magistr dissertasiya işinin  



Referatı 

Mövzunun  aktuallığı.

Azərbaycanda  suvarma  kənd  təsərrüfatının  inkişafı  və 

kommunal-məişət  istifadəsi,su  ehtiyatlarından  səmərəli  istifadəsi  aktual 

problemə çevrilmişdir. 

 

Xüsusilə  suvarılan  torpaqlarda  artezian  sularından  istifadə  olunması 



məhsuldarlığı aşağı salan amillərdən biri hesab olunur. 

          Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.

Tədqiqatda  əsasən  Azərbaycan  su 

ehtiyatları  ilə  müqayisə  olunaraq,  onlardan  istifadə  imkanları  və  problemləri 

araşdırılır 



Tədqiqatın  predmet  və  obyekti. 

Azərbaycanın  çayları,gölləri,su 

anbarları,suvarma sistemləri,qismən Xəzər dənizi. 

Tədqiqatın 

informasiya 

bazası 

və 

işlənməsi 

metodları.Ə

dəbiyyatlardan,gündəlik 

mətbuat,internet 

materiallarından 

,müqayisə edilmək və araşdırmaqla işlənmişdir. 

          Tədqiqatın  elmi  yeniliyi. 

Sudan  istifadənin  iqtisadi  qymətləndirilməsi, 

müasir  şəraitdə  çirklənmə  mənbələri  və  onların  həlli  üçün  müəyyən  təkliflər 

verilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Xülasə 

           Su  ən  geniş      istifadə  olunan  təbii  ehtiyat  hesab  olunur.  Dünyanın  su 

mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km

3

 təşkil edir. 20015-ci 



ildə  artıq  dünyanın  1,4  mlrd.  əhalisi  45  ölkədə  adam  başına  -1000  m

3

  az  su 



düşəcəkdir.  Dünya  əhalisinin  ¾  qədəri  təxminən  100  ölkədə  suyun  qıtlığı 

şə

raitində  yaşayır.  Əgər  təsərrüfatın  idarə  olunmasının  mövcud  üsulları 



dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcəkdir. 

          Beynəlxalq  Rio-de-Janeyro  konfransının  məlumatına  əsasən  inkişaf 

etməkdə  olan  ölkələrdə  hər  üç  nəfərdən  biri  içməli  suyun  çatışmamazlığından 

ə

ziyyət çəkir. 



          Azərbaycanda  su  mənbələrinin  çirklənməsi  çayların  çirklənməsi  ilə 

ə

laqədardır. 



ndi  və  gələcəkdə  su  hövzələrinin  və  Xəzər  dənizinin 

çirklənməsinin  qarşısının  alınması  üçün  dünyanın  müasir  texnologiyalarını 



tətbiq etməklə həyata keçirəcəkdir. 

Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə