AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT FONDU
HAQQINDA ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 dekabr tarixli 434
nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 7 fevral tarixli 849 nömrəli
,
2005-ci il 1 mart tarixli 202 nömrəli
,
2008-ci il 10 iyul tarixli 797 nömrəli
,
2011ci
il 22 iyul tarixli 474 nömrəli
,
2011-ci il 26 iyul tarixli 478 nömrəli
,
2011-ci il 28
oktyabr tarixli 520 nömrəli
,
2013-cü il 11 iyun tarixli 916 nömrəli
,
22 dekabr
2014-cü il tarixli
və
16 iyun 2017-ci il tarixli 1461 nömrəli
Fərmanlarına əsasən
edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (bundan sonra - Fond) neft və
qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti ilə (və ya müvafiq Səlahiyyətli Dövlət Orqanı ilə)
sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə
Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda
neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış Sazişlərin
həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli
idarə olunması məqsədilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu
il tarixli 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
1.2.
Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və
məsuliyyət daşıyır.
1.3.
Fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında
hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin
əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.4.
Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət
Müşahidə Şurası tərəfindən həyata keçirilir.
1.5.
Fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir.
1.6.
Azərbaycan Respublikası Prezidentinin Fərmanları və bu Əsasnamə ilə Fonda
verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla: a) Fond Azərbaycan
Respublikasının Hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən
nazirliklər , dövlət komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları,
maliyyə institutlarına münasibətdə və onların qarşısında, habelə Azərbaycan
Respublikasının və digər ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai
və digər qeyri-hökumət təşkilatlarına münasibətdə və onların qarşısında heç bir
hüquqa, vəzifəyə malik deyildir və heç bir öhdəlik daşımır;
b) Fond Azərbaycan Respublikası Hökuməti, digər dövlət hakimiyyəti orqanları,
dövlət müəssisələri, təsisatları və təşkilatlarının öhdəlik və ya təminatları ilə bağlı
heç bir məsuliyyət daşımır.
1.7.
Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.8.
Fond Bakı şəhərində yerləşir.
2.
FONDUN ƏSAS VƏZİFƏLƏRİ
Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və
gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və
işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz
fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə
olunmasını təmin etməkdir.
3.
FONDUN FORMALAŞMASI MƏNBƏLƏRİ
3.1.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
3.1.1.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət
orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o
cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair
Sazişlərin,habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı,
işlənməsi və nəqlinə dair digər Sazişlərin həyata keçirilməsindən əldə edilən
aşağıdakı gəlirlər:
3.1.1.1.
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından
əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank,
gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta
xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya
iştirak payına düşən gəlirlər
istisna olmaqla);
3.1.1.2.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı
AzərbaycanRespublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət
orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
3.1.1.3.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər
tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən
akrhesabı ödənişlər;
3.1.1.4.
Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə
edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi,
payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına
düşən gəlirlər istisna olmaqla);
3.1.1.5.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa,
BakıTbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə
ötürülməsindən əldə edilən gəlirlər(Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun
sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.6.
Neft-qaz sazişləri çərçivəsində səlahiyyətli dövlət orqanına sərmayəçilər
tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;
3.1.2.
Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə
aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin)
yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim
edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər,aktivlərinin
balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan
gəlirlər və sair;
3.1.3.
Qrantlar və digər təmənnasız yardımlar;
3.1.4.
Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
3.3.
Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi
və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.
4.
FONDUN VƏSAİTİNİN İSTİFADƏ OLUNMASI
4.1.
Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin
sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun
olaraq həyata keçirilir.
4.2.
Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli
problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və
rekonstruksiya edilməsinə istifadə oluna bilər.
4.3.
Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri
haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat
mətbuatda dərc edilir.
4.4.
Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət
müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də, Azərbaycan
Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun
(öhdəliyinin, təminatının) və/yaxud digər yüklənməsinin girovu qismində istifadə
oluna bilməz.
4.5.
Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq
olaraq azaddır.
4.6.
Fondun vəsaitindən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.
FONDUN İDARƏ EDİLMƏSİ
5.1.
Fondun fəaliyyətinə operativ rəhbərliyi İcraçı direktor həyata keçirir.
5.2.
İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və
bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.3.
Fondun İcraçı direktoru:
- Fondun cari işini təşkil edir və ona rəhbərlik edir;
- Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair
təkliflər hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; - Fondun fəaliyyəti barədə
illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
- Fondun idarə edilməsi ilə bağlı (o cümlədən aparatın saxlanılması üçün) xərclər
smetasının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən zəruri materialların
hazırlanmasını təmin edir;
- Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə
təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh
tədbirləri tətbiq edir;
- Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən auditin
keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir; - Fondun illik maliyyə
hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il
aprel ayının 30-dan gec olmayaraq
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet
səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir;
- Fondun fəaliyyəti ilə bağlı analitik arayışlar hazırlayır, onları Azərbaycan
Respublikası Prezidentinə və Müşahidə Şurasına təqdim edir; - Fondun aparatının
işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və
dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün Müşahidə
Şurasına təqdim edir; - Azərbaycan Respublikasının qanunvericiliyinə və bu
Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4.
Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət
orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən
ibarət Müşahidə Şurası formalaşdırılır.
5.5.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq olunur.
5.6.
Müşahidə Şurası İcraçı direktorun təqdimatına əsasən Fondun vəsaitinin
istifadə edilməsinin əsas istiqamətlərini (proqramını), onun fəaliyyəti barədə illik
hesabatını, habelə Fondun illik xərclər smetasının layihəsini nəzərdən keçirir və
onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı xərclər smetasında nəzərdə
tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin (Fondun
İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə
maaşlarının məbləğlərini təsdiq edir.
5.7.
Müşahidə Şurası öz iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az
olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları İcraçı direktorun
və ya Müşahidə Şurasının üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər.
5.8.
Müşahidə Şurası üzvlərinin fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla
həyata keçirilir.
6.
UÇOT VƏ HESABAT
6.1.
Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir.
Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin
etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
6.2.
Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi
hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.
FOND HAQQINDA ƏSASNAMƏYƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
8.
FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ
Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinin
qərarı ilə həyata keçirilir.
Dostları ilə paylaş: |