Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

79 

 

olunan  qiymət  artımı  onun  hasilatının  yenidən  artması  ilə  nəticələnə  bilər.  Bu 



baxımdan  ölkəmizə  də  qızıl  hasilatı  artır.  Belə  ki,  Azəbaycanda  qızıl  hasilatı  illik 

müqayisədə 15,6% artaraq 2014-cü ildə 1.872,5kq təşkil etmişdir. 

   Tədqiqatdan  aydın  olur  ki,  beynəlxalq  miqyasda  dolların  və  qızılın  qiymətləri 

arasında  əlaqələrin  təzahür  formaları  daha  rəngarəng  olmuşdur.  Əgər  bu  əlaqələri 

təşkil etsək biz aşağıdakıları söyləyə bilərik.  

Qızılın  qiymətinin  artım  tempi  dolların  başqa  valyutalara  nisbətən  ucuzlaşması 

tempini qabaqlayırsa, bu halda yerli qiymətlərdə azalma baş vermir.   

      Dünyada  qızılın  qiymətini  hətta  yaxın  perspektivdə  belə  proqnozlaşdırmaq 

çətindir. Buna səbəb isə təsir edən amillərin sayca çoxluğu deyil, onların bəzən qeyri-

iqtisadi  xarakterli  olmasıdır.  Qızıl  hasilatının  dəyişməsi  onun  qiymətini  şərtləndirən 

mühüm  amil  olsa  da,  dünyada  toplanan  qızıl  ehtiyatı  hasilat  və  qiymət  arasındakı 

ə

laqələri zəiflədə bilər. 



    Fikrimcə  ölkəmizdə  qızıl  bazarının  inkişafını  daha  da  sürətləndirmək  üçün 

aşağıdakı tədbirlər kömək edə bilər: 

1.  Müvafiq  qurumlarla  birlikdə  qızıl  bazarlarında  vergi  məcəlləsində  bir  sıra 

dəyişikliklər aparmaqla aksiz vergi dərəcələrini azaltmaq. 

2.  Yeni  bir  texnologiya  işlənərək  həmən  texnologiyaya  asaslanıb  zəif  (kasıb) 

yataqlardan qızılın çıxarılması daha məqsədəuyğundur. 

3.  Azərbaycanda  sahibkarlar yaxşı olar ki, öz  vəsaitlərini qızıl yataqlarının kəşfinə 

və istehsalına yönəltsinlər, çünki bu sahə riskli olsa da gəliri qat-qat böyükdür. 

4.  Ölkəmizdə  istehsal  olunan  qızıl    sveçrənin  Cenevrə  şəhərində  daşınıb 

saflaşdırılır. Yaxşı olar ki, qeyd olunan ölkənin təcrübəsindən istifadə edərək öz 

vətənimizdə qızılı saflaşdıran fabrik tikilsin. 

  Qeyd  edilən  tədbirlərin  həyata  keçirilməsi  ölkəmizdə  daha  da  inkişaf  etmiş  və 

təkmilləşmiş  qızıl  bazarının    yaranmasna    və  iqtisadiyyatın  artım  tempinin 

sürətlənməsinə şərait yaradar. 

 

 

 




80 

 

ST FADƏ OLUNAN ƏDƏB YYAT S YAHISI 



1.

  Azərbaycan  Respublikasının  Sərəncamı,  10  yanvar  2014-ci  il.  Azərbaycan 

Respublikasının  Prezidenti  lham  Əliyevin  sədrliyi  ilə  Nazirlər  Kabinetinin 

2013-cü  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  2014-ci  ildə  duran 

vəzifələrə həsr olunmuş iclası. 



2.

  Azərbaycanın Statistik göstəriciləri. Bakı -2014 il. 

3.

  Bakı Fond Birjasının materialları. www.bse.az 

4.

  Z.F. Məmmədov. Bank işi. Bakı 2014 il. 

5.

   Z.F.Məmmədov  “Beynəlxalq  valyuta-kredit  münasibətləri  və  xarici  ölkələrin 

pul-kredit sistemi. Bakı- 2012 il 



6.

  Azərbaycan Respublikası Mərkəzi Bankının illik hesabatı 2014 il 

7.

  Z.F.Məmmədov, V. Zeynalov “Maliyyə və kredit” Bakı-2007 il. 

8.

  Н.П.Гасанов. «Международные валютно-кредитные отношения» М, Инфо, 

М

. 2006 год. 



9.

  Sepril C. Hatice D. Finansial pazarlar- istanbul, 1997 il. 

10.

 File: \\c\Dokuments and setinqs\ рабочий стол\ Qızıl banklar.az...html. 

11.

 World Cold Council (www.qold.orq)/ 

12.

 Aytekin  H,  Yüzür  O,  Atar,  KO  və  Güvenc,  M  2000,  Dünyada  və Türkiyədə 

qızıl, gümüş, platin və palladium,  stanbul Qızıl Birjası yayınları -7. 



13.

 http:\\ www qedecy.info\sayt\ 

14.

 С. М. Борисов  “Золото в современном мире”. 

 

Москва



 2009 

 

 



 

 

 

 

 

 


81 

 

Айгюн



 Махаббат кызы Мамедли 

АГЭУ


магистр 

Современное



 состояние рынка золотаанализ и оценка 

Резюме


 

 

      В  магистрской  работе  рассматривается  главная  цель  и  сущность  области  и 



его

  главные  исследования    качества  аспектов  и  его  анализ  в  то  же  время  

определения

  направления  в  развитии  рынка  золота,  и  его  важная  роль  в 

экономике

   Также  исследования  текущего  состояния  рынка  золота,  его  оценка, 



рассмотрение

  основных  принципов  экономики,

 

производство  золота  в  золотых 



рынков

 в зарубежных странах механизмы обработки доступные в сложившихся 

обстоятельствах

 

объективного



 

исследования

 

возможностей



 

реализации

 

национальной



 экономики. 

 

 

Aygun Mahabbat kizi Mammadli 

ASEU, master 

The current state of the gold market: analysis and evaluation 

Summary 

In the master's work is considered the main purpose and nature of the area and 

its  main  quality  aspects  of  research  and  analysis  at  the  same  time  determine  the 

direction  in  the  development  of  the  gold  market,  and  its  important  role  in  the 

economy. 

Also study the current state of the gold market, its evaluation, consideration of 

the  basic  principles  of  economics,  gold  production  in  the  gold  markets  in  foreign 

countries handling mechanisms available under the circumstances objective study the 

feasibility of the national economy. 

 

 



82 

 

 



Azərbaycan Dövlət  qtisad Universitetinin “Bank işi” kafedrasının magistrantı 

Məmmədli Aygün Məhəbbət qızının “Qızıl bazarının müasir vəziyyəti: təhlil və 

qiymətləndirmə” mövzusunda yazdığı Magistr Dissertasiya işinin  

REFERATI 

Mövzunun aktuallığı:   Qədim zamanlardan etibarən bugünkü günə qədər qızıl insan 

fəaliyyətinin  bir  çox  sahəsində,  maliyyə  sektorunda,  sənaye  və  digər  sahələrində 

istifadə  edilir.  2014-cü  ildə  dünyada  2,8  min.ton  qızıl  hasil  olub.  Bugünki    gündə 

Dünya bankının qızıl ehtiyatları 32 min ton təşkil edir. Ən nəhəng qızıl sahibləri ABŞ 

(8,1 min.ton), Almaniya (3,4 min.ton) və Beynəlxalq Valyuta Fondudur. (2,8 min ton) 

təşkil edir. Qızıl bazarı ölkənin qızıl ehtiyatlarının artırılması, biznesi təşkil etmək və 

sənaye  istehlakı  məqsədilə  alqı-satqısı  ilə  əlaqədar  olan  iqtisadi  münasibətlər 

sferasıdır.  Qızıl  bazarlarında  əsasən  yeni  hasil  edilən  qızıl,  dövlət  və  xüsusi  qızıl 

ehtiyatları, qızıl pullar alınıb satılır. Təşkilati baxımdan qızıl bazarı bir neçə bankdan 

ibarət  konsorsum  olub,  qızılın  alqı-satqısı  üzrə  sazişlər  bağlayır.  Dünya  qızıl 

bazarlarına  misal  olaraq  London,  Surix,  Nyu-York,  Çikago,  Hon  Konqu  misal 

göstərmək olar. 

Azərbaycanda qızıl 2013-cü ildə 1619,2 kq, 2014-cü ildə isə 1872,5 kq təşkil etmişdir. 

Azərbaycanda  qızıl    1997-ci  il  avqustun  21-də  imzalanmış  P.S.A  (hasilatın  bölgüsü) 

tipli müqavilə çərçivəsində hasil olunur. 

Tədqiqatın əsas məqsədi və vəzifələri: Azərbaycan ərazisi zəngin qızıl ehtiyatlarına 

malikdir.  2009-cu  ilin  iyulunda  Azərbaycan  qızılın  sənaye  hasilatına  başlayıb.  Qızıl 

bazarının  iqtisadiyyat  üçün  mühüm  əhəmiyyət  kəsb  etməsinə  və  dövlətin  bu  sahədə 

irimiqyaslı  işlərin  aparılmasına  baxmayaraq,  ölkəmizdə  qazıntı  işlərinin  zəif 

aparılması,  qızılın  saflaşdırılması  üçün  zavodun  olmaması  və  həm  də  informasiya 

qıtlığı mövcuddur. Bunları nəzərə alaraq dissertasiya işinin yazılmasında əsas məqsəd 

bu  sahənin  mahiyyəti  və  onun  əsas  keyfiyyət  cəhətlərinin  öyrənilməsi  və  təhlil 

olunması, eyni zamanda qızıl bazarının inkişaf istiqamətlərinin müəyyən edilməsi və 

iqtisadiyyatda onun əhəmiyyətinin rolunun açıqlanmasından ibarətdir.  



83 

 

Həmçinin  qızıl  bazarının  müasir  vəziyyətinin  tədqiqi,  onun  qiymətləndirilməsi, 



iqtisadiyyatın  əsas  prinsiplərinin  nəzərə  alınması,  xarici  ölkələrin  qızıl  bazarlarında 

qızılın hasilatı, istehsalı, emalı mexanizmlərinin mövcud obyektin şəraitə uyğun olaraq 

ölkə  iqtisadiyyatına  tətbiqi  imkanları  və  qızılın  gələcək  inkişaf  dinamikasının 

müəyyənləşdirilməsi  üçün  beynəlxalq  təcrübədən  istifadə  olunması  magistr 

dissertasiya  işinin əsas  məqsədi hesab olunur. Bu  məqsədlə dissertasiya işi  aşağıdakı 

vəzifələri yerinə yetirir: 

- Müasir satış bazarlarının qaydalarının və istehlak sahələrinin rolu öyrənilir; 

-  Qızıl  bazarlarında  qızılın  qiymətinə  təsir  göstərən  amillərin  qiymətləndirilməsi 

yolları araşdırılır;  

- Azərbaycanın qızıl bazarında hasilatın artırılması yolları öyrənilir;  

-  Ölkəmizdə  qızıl  bazarının  təkmilləşdirilməsində  əmtəə  birjalarının  rolunun 

artırılması və istiqamətləri göstərilir.  



Tədqiqatın  obyekti  və  predmeti:  Tədqiqatın  obyekti  qızıl  bazarlarında  onların 

formalaşmasının və dinamikasının dəyişmə meyllərinin müəyyən edilməsi, dünya üzrə 

qızıl  bazarlarında  istehsal,  emal  və  saflaşdırılması  baxımından  qızılın  qiymətlərinin 

izlənməsi üzrə texniki təhlillərin aparılması zamanı dünya təcrübəsindən istifadə üzrə 

metod, vasitə və qaydalar təşkil edir.  

Tədqiqatın predmeti qızıl bazarın iqtisadiyyatda tutduğu yer və rolunun tədqiqi təhlili, 

istiqamətləri  və  qızıl  bazarının  fəaliyyətinin  təkmilləşlirilməsi  məsələlərin 

araşdırılmasıdır. 



Tədqiqatın informasiya bazası və işlənmə metodları: Tədqiqatın informasiya bazası 

qeyd  olunan  istiqamət  üzrə  Azərbaycan,  eləcə  də  inglis,  türk  və  rus  iqtisadçılarınin 

ə

sərlərindən  qızıl  bazarı,  dünya  qızıl  hasilatının  və  eləcə  də  birja  ticarəti  haqqında 



müvafiq  qaydaları  özündə  əks  etdirən  beynəlxalq  təcrübə  və  ölkədaxili  normativ 

hüquqi  aktlardan,  qərar,  qayda  statistik  məlumatlardan  və  mövzu  ilə  bağlı  bir  çox 

internet  mənbələrindən  ibarətdir.  Tədqiqat  üzərində  işləyərkən  müqayisəli  texniki 

təhlil və analitik hesablama metodlarından geniş istifadə edilmişdir. 



Tədqiqatın  elmi  yeniliyi:  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki,  qızıl  bazarın 

təhlili  və  qiymətləndirilməsi  üzrə  Azərbaycan  Respublikasının  mövcud  təcrübəsinin 




84 

 

qeyd  olunan  sahə  üzrə  mövcud  olan  dünya  ölkələrinin  təcrübə  kontekstində  təhlil 



edilir 

və 


milli 

təcrübənin 

qabaqcıl 

beynəlxalq 

standartlar 

ə

sasında 



təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir: 

-  Yeni  bir  texnologiya  işlənərək  həmən  texnologiyaya  asaslanıb  zəif  (kasıb) 

yataqlardan qızılın çıxarılması daha məqsədəuyğundur;  

- Azərbaycanda sahibkarlar yaxşı olar ki, öz vəsaitlərini qızıl yataqlarının kəşfinə və 

istehsalına yönəltsinlər, çünki bu sahə riskli olsa da gəliri qat-qat böyükdür;  

-  Ölkəmizdə istehsal  olunan qızıl   sveçrənin Cenevrə  şəhərində daşınıb saflaşdırılır. 

Yaxşı olar ki, qeyd olunan ölkənin təcrübəsindən istifadə edərək öz vətənimizdə qızılı 

saflaşdıran  fabrik tikilsin. 



Tədqiqatın  praktiki  əhəmiyyəti:  Magistr  dissertasiya  işində  istifadə  olunan  metod, 

təhlil  və  qaydaların  Azərbaycan  qızıl  bazarı  üçün  yeni  olsa  da,  xarici  ölkələrin 

təcrübəsində  geniş  tətbiq  olunur.  Məhz  bu  səbəbdən  tədqiqat  beynəlxalq  təcrübənin 

milli iqtisadiyyata tətbiq üçün mühüm praktiki əhəmiyyət kəsb edir. 



Dissertasiya işinin  strukturu. Magistr dissertasiya işi giriş,  üç  fəsil və bu  mövzuya 

dair nəticə və təkliflər verilməklə 79 səhifədən ibarətdir. Giriş hisssəsində mövzunun 

aktuallığı  əsaslandırılır,  tədqiqatın  məqsədi  və  vəzifələri,  obyekti  və  predmeti, 

informasiya  bazası  və  işlənmə  metodları,  elmi  yeniliyi  və  onun  praktiki  əhəmiyyəti 

göstərilir.      şin  birinci  fəslində  qızıl  bazarı  və  onların  formalaşmasının  nəzəri-

metodoloji  əsaslarından  bəhs  olunur.  kinci  fəsildə  qızıl  bazarları  onun  müasir 

vəziyyəti  və  inkişaf  meylləri,  beynəlxalq  qızıl  bazarları,  onun  iştirakçıları, 

Azərbaycanda  qızıl  bazarının  mövcud  vəziyyəti  və  onun  inkişafı  təhlil  olunur.   

Üçüncü  fəsildə  isə  qızıl  bazarının  fəaliyyətinin  təkmilləşdirilməsi  yolları  göstərilir. 

Fəsildə  əsasən  qızıl  bazarlarında  qızılın  qiymətinə  təsir  göstərən  amillərin 

qiymətləndirilməsi,  Azərbaycanın  qızıl  bazarında  hasilatın  artırılması  yolları,  eyni 

zamanda  bu  fəsildə  Respublikamızda  qızıl  bazarının  təkmilləşdirilməsində  əmtəə 

birjalarının rolunun artırılması istiqamətləri verilmişdir.  

    Qızıl  bazarı  ilə  əlaqədar  aparılan  təhlilləri  ümumiləşdirərək  belə  nəticəyə  gəlmək 

olar ki, müasir şəraitdə kapital və sərvət yığımının səviyyəsini, onun artımını və ölkə 

daxilində ayrı-ayrı sahələr arasında bölüşdürülməsini əks etdirən qızıl bazarı və onun 



85 

 

istehsalı  hər  bir  ölkə  iqtisadiyyatının  mühüm  tərkib  hissəsidir.  Dünya  maliyyə 



bazarında  son  vəziyətin  təhlilini  investorların  qızıla  getdikcə  daha  çox  vəsait 

yatırmağa başladığını göstərir. Belə vəziyyətdə qızılın qiyməti proqnozlarda səslənən 

rəqəmlərdən də daha sürətlə bahalaşır. Ümumiyyətlə, qızılda müşahidə olunan qiymət 

artımı onun hasilatının yenidən artması ilə nəticələnə bilər. Bu baxımdan ölkəmizə də 

qızıl hasilatı artır. 

Tədqiqatdan aydın olur ki, beynəlxalq miqyasda dolların və qızılın qiymətləri arasında 

ə

laqələrin təzahür formaları daha rəngarəng olmuşdur. Qızılın qiymətinin artım tempi 



dolların  başqa  valyutalara  nisbətən  ucuzlaşması  tempini  qabaqlayırsa,  bu  halda  yerli 

qiymətlərdə azalma baş vermir.   

    Dünyada qızılın qiymətini hətta yaxın perspektivdə belə proqnozlaşdırmaq çətindir. 

Buna səbəb isə təsir edən amillərin sayca çoxluğu deyil, onların bəzən qeyri-iqtisadi 

xarakterli  olmasıdır.  Qızıl  hasilatının  dəyişməsi  onun  qiymətini  şərtləndirən  mühüm 

amil  olsa  da,  dünyada  toplanan  qızıl  ehtiyatı  hasilat  və  qiymət  arasındakı  əlaqələri 

zəiflədə bilər. 

Fikrimcə  ölkəmizdə  qızıl  bazarının  inkişafını  daha  sürətləndirmək  üçün  aşağıdakı 

tədbirlər  kömək  edə  bilər:  1.  Müvafiq  qurumlarla  birlikdə  qızıl  bazarlarında  vergi 

məcəlləsində  bir  sıra  dəyişikliklər  aparmaqla  aksiz  vergi  dərəcələrini  azaltmaq;  2. 

Yeni bir texnologiya işlənərək həmən texnologiyaya asaslanıb zəif (kasıb) yataqlardan 

qızılın çıxarılması daha məqsədəuyğundur; 3. Azərbaycanda sahibkarlar yaxşı olar ki, 

öz vəsaitlərini qızıl yataqlarının kəşfinə və istehsalına yönəltsinlər, çünki bu sahə riskli 

olsa da gəliri qat-qat böyükdür; 4. Ölkəmizdə istehsal olunan qızıl   sveçrənin Cenevrə 

şə

hərində  daşınıb  saflaşdırılır.  Yaxşı  olar  ki,  qeyd  olunan  ölkənin  təcrübəsindən 



istifadə edərək öz vətənimizdə qızılı saflaşdıran  fabrik tikilsin. 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə