Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

55 

 

inflyasiya  gözləməsi,  gümüş  qiyməti,  neft  qiyməti,  maliyyə  aktivləri  kimi  bir  çox 



dəyişən qiymətlərdən olunmuşdur. Nəticədə qızıl qiymətlərinin inflyasiya nisbəti, neft 

qiymətləri, gümüş qiymətləri ilə müsbət, ABŞ dolları, faiz nisbəti, Dow Jones indeksi 

ilə  mənfi  yönlü  əlaqəyə  sahib  olduğunu  ortaya  qoymuşdur.  Koutsoyiannis  (1983) 

ayrıca  işinə  araşdırdığı  dövrdə  reallaşan  siyasi  böhranları  ağırlıqlandıraraq  meydana 

gətirdiyi  siyasi  gərginlik  indeksində  də  qatmış,  siyasi  sabitliyin  da  qızıl  qiymətləri 

üzərində təsirli olduğu nəticəsinə çatmışdır. 

      Bir çox xarici ölkələr 1992-ci ildə qızıl qiymətləri və valyuta məzənnələri arasında 

qısa  və  uzun  dövr  əlaqəsini  dəqiq  inteqrasiya    testləri  köməyiylə  araşdırmışlar. 

Araşdırmalar  nəticəsində  yanvar  1976-  dekabr  1990  illərdə  isə    qızıl  qiymətləri  və 

valyuta məzənnələri arasında mənfi yönlü güclü bir əlaqə olduğunu göstərilmişdir. 

        ABŞ fond bazarı göstəriciləri ilə qızıl qiymətləri arasındakı nisbət araşdırılmış və, 

bu  dövrdə  qızıl  qiymətləri  ilə  səhm  bazarı  indeksləri  arasında  qısa  dövrlü  bir  əlaqə 

olduğu  və    ancaq  uzun  dövrdə  bu  iki  göstəricinin  birlikdə  hərəkət  etmədikləri 

müəyyənləşdirilmişdir. 

    1976  –  1999  illərin    məlumatları  istinad  edərək  ABŞ  inflyasiyası,  dünya 

inflyasiyası, valyuta qrupu, faiz nisbəti, dünya gəliri kimi bir çox dəyişkənli faktorlar 

modelində  qızıl  qiymətlərinin  ABŞ  inflyasiya  nisbəti,  valyuta  qrupu  və  faiz 

nisbətindən  təsirləndiyini  təsbit  etmişlər.    Amerika  istehlakçı  qiymətləri  indeksi  ilə 

qızıl  qiymətlərinin  uzun  dövr  əlaqəsi  içərisində  olduğunu,  qızıl  qiymətlərinin 

inflyasiyaya  qarşı qorumalı olduğunu ortaya qoymuşlar. Dolların  kursları qarşısında 

dəyər  malik  olması  üçün    ABŞ  xarici  investorların  tələbinin  azalmasına  səbəb 

olmuşdur. Çünki valyuta kursundaki artım, pul vahidləri dollar qarşısında dəyər itirən 

investorların  (qızılın  qiyməti  digər  öz  vahidləri  içərisində  ifadə  edildiyindən)  qızıla 

tələbini azalmaqda bu vəziyyət qiymətləri artmaqda davam etmişdir.  

       Qızıl  qiymətləri  ilə  valyuta  kursu  arasındakı  əlaqəni  araşdırdığı  işində,  ABŞ 

dollarının  digər  kurslara  görə  daha  basqın  bir  şəkildə  qızıl  qiymətlərini  təsir  ortaya 

qoymuşdur. 1991-2004 illərdə  gündəlik  məlumatlarından istifadə olunaraq əlaqədar  

dünya qızıl bazarının təsirli olduğu nəticəsinə çatılmışdır.  ş nəticələri, 1980-ci illərdə 

dünya  qızıl  bazarının  ən  çox  Avropa  pul  vahidlərindən  təsirləndiyi,  1990-cı  illərdən 



56 

 

etibarən  bu  vəziyyətin  dəyişdiyi,  dolların  dünya  qızıl  bazarı  üzərində  daha  basqın 



olduğunu ortaya qoymuşdur.  

    Məlumdur  ki,  qızıl  turşulara  qarşı  davamlı,  təbiətdə  sərbəst  halda  tapıla,  asan 

işlədəbilən, hava və suda korrozoyaya uğramadan və parlaq sarı rəngi ilə göz alan bir 

metaldır. Paslanmayan, toxunulmaz və saf halda asanca şəkil verilə bilər. Bu üstünlük 

fiziki  və  kimyəvi  xüsusiyyətləri  səbəbiylə  qiymətli  mədənlər  arasında  kəşfi  ən 

ə

həmiyyətli nəticələr doğuran mədəndir.  



    

1944-ci  ildə  ABŞ-da  Bretton-Woods    konfransında    razılaşma  nəticəsində  ölkə 

pulları  üçün  sabit  məzənnə  əsası  mənimsənmiş  və  anlaşma  nəticəsində  hər  ölkənin 

pulunun  dəyərinin,  dolları  əsas  göstərilərək  müəyyənləşdirilmişdir.  Dollar  qızıl  ilə 

dönüşdürüləbilirliyini qoruyan tək milli pul vahidi olmuşdur. Anlaşmaya görə 1 unsiya 

qızıl 35 $ olaraq təyin olunmuşdur. 

    1970-ci  illdən    etibarən  isə  dolların  qızıla  konvertizasiyasına  son  qoyulmuş,  bu 

vəziyyət  dəyişmə  vasitəsi  xüsusiyyətini  itirməsinə,  fərdi  qənaət  vasitəsi  və  mərkəz 

bankları ehtiyatlarının bir hissəsi kimi istifadə edilməsinə səbəb olmuşdur. 

     


Qızıl  mədəndən çıxarılan qızılın yanında mərkəz bankların satışları, qızıl cinsindən 

verilən  kreditlər  və  dəmir-dümür  qızıl  meydana  gətirməkdədir.  Mədəndən  çıxarılan 

qızıl, bazar qiymətinə deyil ehtiyatı keyfiyyəti və çıxarılışı texnikadan aslı olduğundan 

qiymət elastikliyi son dərəcə aşağıdır.  

       Qızıl  istehsalı  ilə  məşğul  olan    ölkələrdə  birinci  sırada  əsasən  Cənubi  Afrika, 

ABŞ, Avstriya olmuşdur.  Son dövrdə isə sıralama dəyişmiş, Çin qızıl mədənciliyində 

lider  olan  Cənubi  Afrikanı  keçmişdir.  1995-ci  ildə  dünya  qızıl  istehsalının  6% 

reallaşdıran Çin 2012-ci ildə 18% qızıl reallaşdırmışdır. 

      Qızılın ləl-cəvahirat,  sənaye və  investisiya  kimi  müxtəlif istehlak  sahələri  vardır. 

Ləl-cəvahirat sənayesi əhalinin tələbin əsasən  əhəmiyyətli rola malikdir. 2010-ci ildə 

ümumi tələbin  79% təşkil etdiyi halda qızıl qiymətlərinin da təsiri 2010-ci ildə 57% 

aşağı düşmüşdür. Buna qarşı qlobal böhranın yaşandığı 2008 və 2009-ci illərdə qızıla 

bağlı olan  sərmayə qoyuluşu yüksəlmişdir.  

    Qızıla  olan  tələb  birinci  sıradakı  ölkə  Hindistandır.  Bunu  sırasıyla  Çin,  Orta  Şərq 

ölkələri, Amerika və Türkiyə izləməkdədir. Bu ölkələrdə qızıldan əsasən  ləl-cəvahirat 



57 

 

sənayesi  üstünlük  təşkil  edir.  Ləl-cəvahirata  olan  tələb  inkişaf  etmiş  ölkələrdə 



zərgərlik məqsədli, az inkişaf etmiş ya da inkişaf etməkdə olan ölkələrdə ləl-cəvahirat 

olan  tələb    investisiya    məqsədilə  həyata  keçirilir.  Avropa,  ABŞ,  Yaponiya  və 

Rusiyada  ləl-cəvahirata  tələbin  zərgərlik  məqsədli  ,  Yaxın  Şərq,  Hindistan,  Çin  və 

Afrikada ləl-cəvahirat tələbinin investisiya məqsədli olduğu müşahidə olunur. 

   1971  dekabr  ayında  Smithsonian  müqaviləsi  əsasında  1  unsiya  qızıl  38  dollara 

çatdırılmışdır. Pul bazarlarında yaranan qeyri-sabitlik qızıla olan tələbi əsas tutmuş, və 

1974-ci ilin Aprel ayında qızıl 172 $ qədər yüksəlmiş, və qeyd olunan ildən başlayaraq 

neft özünü qiymətlərin qalxmasına şərait yaratmışdır. 

    ABŞ iqtisadiyyatında görülən canlanma və BVF-nin "qızılın bir ölçüdə  pul sistemi 

içindəki roluna son verilməsi qərarı qızılın qiymətli bir mədəndən kənara verilməyən  

yol açmış, bu vəziyyət qızıl qiymətlərinin geriləməsinə səbəb olmuşdur. 

    1970-ci  illərin  sonu  və  1980-ci  illərin  əvəllərində  qızıl  qiymətlərində  çox  yüksək 

artım  səviyyəsi  yaranmışdır.  Bu  artım  pul  sistemdə  yaranan  çatışmamazlıqlar    qızıl 

standartına təsir göstərmişdir.  Ancaq qiymət yüksəlişi qısa sürmüş qızılın qiymətləri 

1981-ci ildən etibarən aşağı düşməyə başlamışdır. 

   1980-ci  ildə  yaranan  siyasi  gərginliklər  və  iqtisadi  inkişafa  bağlı  olan  qızılın 

qiymətində  qısa  davamlı  dalğalanmalar  görülmüşdür.  1980-ci  ildə  yaranan  raq- ran 

müharibəsi və 1990-ci ildə çıxan Körfəz Böhranı bu dövrdə qiymətlərin qısa  də olsa 

artmasına  səbəb  olmuşdur.  1980  və  1990-cı  illər  maliyyə  bazarların  sürətlə  inkişaf 

illəri olub və qızıl investisiya vasitəsi qaydalar öz müvazinətini itirmişdir. 

    2000-ci ildə  1970-ci illə müqayisədə  qızılın qiymət yüksəlişi təkrarlanmışdır. Bu 

dövrdə  qızılın  yüksəlişə  keçməsində,  ABŞ-da  11  sentyabr  2001-ci  ildə  yaranan 

terrorist qruplarının hücumları, 2003-cü ildə  raqa baş verən hərbiləşmə, Orta şərqdə 

yaşanan  gərginliklər  kimi  siyasi  sıxıntılar  və  iqtisadi  qeyri-müəyyənlik  təsir  

göstərmişdir. 

    yul  2007-ci  ildə  Amerikada  yüksək  riskli  mənzil  krediti  bazarlarında  başlayan  və 

qısa  müddətdə  maliyyə  bazarlara  yayılaraq  bütün  dünyanı  təsirinə  altına  alan  qlobal 

iqtisadi böhran  qızıl qiymətlərində sürətli yüksəliş əmələ gətirmişdir. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə