Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

64 

 

     Hal-hazırda  dünya  qızıl  bazarında  strukturu  şərti  olaraq  üç  yerə  bölmək  olar  – 



bütün mərhələlərdə tezavrasiya, sənaye-məişət istifadəsi, spekulyant müqavilələri. Bu 

halda  təklif  kimi  yeni  əldə  olunmuş  əlvan  metallardan,  şəxsi  və  hökümət 

ehtiyatlarından  və  ikinci  istehsal  qızıldan  istifadə  olunur.  Bazara  əsas  təklifi  yeni 

istehsal  edilmiş  qızılı  çıxaran  şirkətlər  edir.  Doğrudur  onların  bazarda  iştirakı 

mütamadı  deyil  ki,  bu  da  müxtəlif  faktorlarda  asılıdır.  Bu  faktrolar  və  qiymət 

enişi/bahalaşması barədə daha ətraflı danışacağıq. 

   Beynəlxalq – bu birjalar Çyurix, Honkonq, London, Nyu-York, Dubay şəhərlərində 

yerləşir.  Bu  bazarlara  tələb  o  qədər  də  irimiqyaslı  deyil.  ştirakçıları  əsasən  özünü 

təsdiqləmiş  irimiqyaslı  şirkət  və  banklardır.  Beynəlxalq  birjalarda  əməliyyatların 

spekti  müxtəlif  olsa  da,  heç  bir  vergi  və  gömrük  rüsumları  tətbiq  olunmur.  Topdan 

satış  bütün  sutka  ərzinə  fəaliyyətdə  olur  ki,  bu  da  müştərilərin  rahatlılığına  şərait 

yaradır. 

   Daxili  qızıl  bazarları  –  bu  tip  birjalar  əsasən  ölkədaxili  investorlara  xidmət  edir. 

Onlar  sərbəst  və  idarəolunan  olurlar.  Sərbəst  qızıl  bazarlarına  misal  olaraq  bir  çox 

avropa  şəhərlərinin  birjalarını  –  Milan,  Paris,  Amsterdam,  Frankfurt-na-Mayn  və  s. 

göstərmək  olar.  darəolunan  birjalar  isə  əsasən  inkişaf  etməkdə  olan  ölkələrdə 

mövcuddur.  Daxili  birjalarda  əməliyatlar  əsasən  daxili  valyuta  ilə  və  kiçik  həcmdə 

aparılır. 

   Qara  bazarlarına  əsasən  Asiya  ölkələrini  birjaları  daxildir.  Ölkədaxili  qanunlarda 

olan  məhdudiyyətlər  qızılla  ticarət  əməliyyatlarını  müəyyən  çərçivəyə  salır  ki  bu  da 

onların bele adlandırılmasına səbəb olur. Qara birjalar qapalı bijalarla paralel fəaliyyət 

göstərir. Qapalı birjalar – bu tip birjalarda vergi rüsumlarının mövcudluğu səbəbindən 

giriş  və  çıxış  mümkün  deyil  ki,  bu  da  yalnız  daxili  dövriyyədə  fəaliyyət  göstərən 

radikal şirkətlərə sərfəlidir. 

      lkin qızıl əsasən qızıl istehsal edən şirkətlərdən daxil olur. Əlbəttə ki birja onların 

qızılla təmin etmə həcmindən asılı olur ki, bu da bu tip şirkətlərə marağı artırır.  Bu tip 

ş

irkətlərə  sənaye  və  zərgərliklə  məşğul  olan  kiçik  və  iri  qızıltəmizləmə  şirkətlərini 



göstərmək olar. 


65 

 

   Gədəbəy qızıl-mis istehsalı müəssisəsində kimyəvi məhlulda yuyulmaqla həll olunan 



mis  və  gümüşün  hasil  edilməsi  üçün  sulfidləşdirmə,  turşulaşdırma,  utilizasiya  və 

qatılaşdırma çənlərindən istifadə edilir.  

   Çökdürülmüş  mis  sulfid  konsentratın  əlavə  məhsulu  formasında  hasil  edilən  misin 

tərkibində  eləcə  də  sənaye  dəyəri  olan  gümüş  vardır.  Zavod  ildə  1800  ton  mis 

konsentratı hasil etmək potensialına malikdir. Lakin  hasilatın həcmi filizin mineraloji 

xüsusiyyətlərindən və emal prosesinin səmərəliyindən asılı olacaq. 2010-cu ildə şirkət 

182.5  ton  mis,  1460  kiloqram  (46940  unsiya)  gümüş  və  25.9  kiloqram  (833  unsiya) 

qızıldan ibarət mis konsentratı hasil etmişdir. 2011-ci il üçün isə şirkət qarşısına 525 

ton misin hasil edilməsi məqsədini qoymuşdur. 

   Quruluşuna  görə  Gədəbəy  yatağı  ilkin  mərhələdə  açıq  havada  aparılan  dağ-mədən 

işləri qaydasında istismar edilib. Lakin, yataqda geoloji-kəşfiyyat işlərinin aparılması 

nəticəsində  dərin  qatlarda  filiz  ehtiyatlarının  bolluğu  aşkar  edilərsə  şirkət 

uzunmüddətli layihə çərçivəsində növbəti mərhələ olaraq mövcud tarixi infrastruktur 

və  mədən  dəhlizlərindən  istifadə  edərək  yeraltı  dağ-mədən  əməliyyatlarına  da  keçə 

bilər. 

   A MK  şirkəti  əsas  diqqətini  Gədəbəy  yatağındakı  emal  imkanlarının 



təkmilləşdirilməsinə  yönəltməklə  qarşısına  2011-ci  hasilat  ili  üçün  ən  azı  60  min 

unsiya  qızıl  istehsal  etmək  məqsədini  qoyur.  Uzunmüddətli  məqsədlərə  gəldikdə  isə 

A MK şirkəti 2015-ci  ilədək  Gədəbəy yatağından  300 min unsiyadan  çox qızıl hasil 

etməyi planlaşdırır. 

    31 dekabr 2010-cu il üçün şirkətin Gədəbəy yatağından illik qızıl hasilatının həcmi 

gözlədiyindən (60 min unsiyadan) artıq olaraq 67.267 min unsiya təşkil etmişdir. Bir 

unsiya  qızılın  istehsalı  üçün  istismar  xərcləri  isə  Azərbaycan  Hökumətinin  payı  da 

buraya  daxil  olmaqla  orta  hesabla  358  ABŞ  dolları  təşkil  etmişdir.  Azərbaycan 

hökumətinin bir unsiya qızıla görə xalis gəliri 412 ABŞ dolları təşkil etmişdir. Bu isə 

Gədəbəy  yatağını  digərlərinə  nisbətən  məhsulun  maya  dəyəri  aşağı  olan  istehsalçı 

mövqeyinə qaldırır. 

    Mədəndə  növbəti  hasilat  işlərinə  bu  səfər  “Anglo  Asian”  şirkəti  2008-ci  ildə  açıq 

dağ-mədənin  inşası  və  qızıl,  mis  və  gümüşün  alınması  üçün  «hipliç»  sistemi  kimi 



66 

 

tanınan  filiz  toplusunun  adi  qaydada  yuyulması  və  emalında  işlənən  qurğu  və 



avadanlığın tətbiq ilə başladı. 

   Apardığı əməliyyatlar nəticəsində şirkət ilk qızılı 2009-cu ildə hasil etdi, bununla da 

Azərbaycanın müasir dövrdə ilk qızıl-mis istehsalçısı adını qazanmış oldu. O vaxtdan 

başlayaraq  bu  şirkətin  hasilatı  davamlı  şəkildə  artmaqda,  yatağın  səmərəliyi  isə 

getdikcə təkmilləşməkdədir.  

   Gədəbəy  yatağında  dağ-mədən  işlərinə  hələ  2000  il  bundan  qabaq  başlanmışdır. 

Dövrümüzə  daha  yaxın  olan  tarixə  müraciət  etsək  görürük  ki,  1849-cu  ildə  Mexor 

Qardaşları tərəfindən yataqda yeni mədən işləri başlanmış və Almaniyanın “Siemens 

Bros”  şirkəti  tərəfindən  həmin  işlər  davam  etdirilərək  Gədəbəydə  mis  filiz  yatağının 

işlənməsi  və  hasilatı  həyata  keçirilmişdir.  1849  və  1917-ci  illər  arasındakı  dövr 

ə

rzində  ən  azı  beş  iri  (100  min  tondan  çox)  və  bir  sıra  nisbətən  kiçik  sulfid  filiz 



kütlələri  yataqlarında  hasilat  işləri  aparılmışdır.  Rusiya  inqilabının  başlanması  ilə 

ə

laqədar olaraq 1917- ci ildə yataqlarda hasilat dayandırılmışdır. 



    A MK  şirkəti  26  fevral  2007-ci  il  tarixindən  etibarən  ən  azı  15  il  müddətində 

Azərbaycan  Respublikasının  sayca  ikinci ən iri şəhəri  olan Gəncə  şəhərindən 55 km 

aralıqda  yerləşən  300  km2-lik  Gədəbəy  kontrakt  sahəsində  dağmədən  qazıntıları  və 

kəşfiyyat  işlərinin  aparılması  hüququna  malikdir.  Həmin  sahədə  Azərbaycanın 

istismara verilmiş ilk qızıl filiz yatağı yerləşməklə yanaşı bir sıra kəşfiyyat quyuqazma 

işləri  də  aparılmaqdadır.  Hal-hazırda  buradan  JORC  standartına  uyğun  olaraq  bütün 

kateqoriyalı  faydalı  qazıntılar  ehtiyatının  miqdarı  aşağıdakı  qaydada  müəyyənləşib: 

791 min unsiya qızıl; 49.3 min ton mis və 7,597 mln. unsiya gümüş.. 

   Ehtiyatların  inkişaf  proqramının  2-ci  mərhələsi  başlanıb  və,  əsas  diqqət  burada 

mövcud  olan  kəşfiyyat  quyusunun  sərhədlərinə  yönəldilərək,  JORC  standartlarına 

uyğunluğun  daha  da  yaxşı  təmin  edilməsi  və  mədənin  planlama  məqsədləri  üçün 

dəyərli  məlumatın  əldə  olunması  tapşırığı  üzərində  iş  aparılır.  Gədəbəy  yatağında 

JORC  standartına  uyğun  olaraq  bütün  kateqoriyalı  faydalı  qazıntılar  üçün  tərkibində 

hədd  parametri  0.3  q/t  qızıl  olan  filiz  ehtiyatlarının  miqdarı  aşağıdakı  qaydada 

müəyyənləşib: 791 min unsiya qızıl; 49.3 min ton mis və 7597 mln. unsiya gümüş. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə