Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

70 

 

xarici  şirkətlər  zəngin  yataqları  işlədiyin  bu  metod  tətbiq  olunmur.  Lakin  gələcəkdə 



yeni metodla, yəni quyu üsulu ilə qızıl çıxarmaq qaçılmaz olacaq. Çünki kəşf olunan 

yataqlar bütövlükdə zəngin deyil. Bəzi hissələr var ki, həmin hissələrdə ehtiyat azdır 

və bu ehtiyatı ancaq quyu üsulu ilə əldə etmək mümkündür. 

     Çünki  kasıb yataqları  da işləmək  lazımdır. Amma  bu  üsulu  tətbiq böyük  maliyyə 

tələb edir. Sözsüz ki, hansısa sahibkar buna maraq göstərməlidir. Lakin Azərbaycanda 

sahibkarlar  qızıl  yataqlarının  istismarında  maraqlı  deyillər.  Yəqin  ki,  bu  sahə  riskli 

olduğundan  və  daha  çox  vəsait  tələb  etdiyindən  sərmayə  yatırmağa  ehtiyatlanırlar. 

Bizim sahibkarlar daha çox qısa müddətdə qazanc götürə biləcəkləri sahələrə qaçırlar. 

Amma xəbərləri yoxdur ki, bu sahə riskli olsa da, gəliri qat-qat böyükdür. 

    Azərbaycanda istehsal olunan qızıl  sveçrənin Cenevrə şəhərində saflaşdırılır. Çünki 

dünyada  qızılın  ən  yaxşı  saflaşdırma  mərkəziməhz  bu  şəhərdədir.  O  ki  qaldı 

Azərbaycan  qızılının  keyfiyyət  göstəricisinə,  istənilən  halda  qızıl  yataqdan  digər 

metallarla bərabər çıxarılır. Yəni onun tərkibində dəmir, mis, gümüş və digər kimyəvi 

elementlər  olur.  Buna  görə  də  qızılın  keyfiyyət  göstəricisi  daha  çox  onun 

saflaşdırılmasından  asılıdır.    ndi  Cenevrə  şəhəri  dünyada  qızıl  saflaşdırılan  bir 

nömrəli  mərkəz  kimi  tanınır.  Bu  baxımdan  Azərbaycan  qızılını  yüksək  keyfiyyətli 

məhsul  kimi  dəyərləndirmək  olar.  Təbii  ki,  saflaşdırma  zamanı  hər  şey  əyardan 

asılıdır. Əgər qızıl 999 əyar üzərində saflaşdırılırsa, deməli, bu ən keyfiyyətli məhsul 

sayılır. 

 

3.3. Azərbaycanda qızıl bazarının təkmilləşdirilməsində əmtəə birjalarının 

rolunun artırılması istiqamətləri.   

    Birja təsərrüfatat  agentlərinin  davranışını  reqlamentləşdirən   qaydalar  kompleksini 

ə

ks  etdirən  institututdur.  Eyni  zamanda  o,  təsərrüfat  agentlərinə  müəyyən  fəaliyyət 



müstəqilliyi də verir. Birjada alıcı və satıcı bir-biri ilə bağlı deyil. Qızılın da alqı-satqı 

prosesi  vasitəçilərin  köməyi  ilə  həyata  keçirilir.  Qızıl  bazarlarında  qiymətlər  tələb-

təklif nisbətlərindən asılı olur. Müasir əlvan metallar birjalarda fyuçers sövdələşmələri 



71 

 

təcrübəsi  geniş  yayılmışdır.  Bu,  müəyyən  qızıl  həcminin  əvvəlcədən  razılaşdırılmış 



qiymətlərlə göndərilməsi üzrə kontraktların bağlanmasından ibarətdir. 

   Birjalar qızıl qrupları üzrə ticarətçilərin assosiyasını yaradırlar. Assosiyasiyanın hər 

bir üzvü birjada əməliyyat aparmaq  hüququ verən ən azı bir birja sertifikatına malik 

olmalıdır.  

    Əlvan metallar üzrə birja sertifikatlarının və ya paylarının ümumi məbləği birjanın 

nizamnaməsi  ilə  müəyyən  edilən  əsas  kapitalı  təşkil  edir. Birja  öz  adından  alqı-satqı 

sövdələşmələrini  həyata  kçirmək  hüququna  malik  deyil.  Alıcılar  və  satıcılar  broker 

ş

irkətləri  vasitəsilə  fəaliyyət  göstəririlər.  Brokerlər  öz  müştərilərinin  adından  çıxış 



edir,  ticarət  kontraktları  bağlayır  və  aparılan  əməliyyatlara  görə  cobberlər  yaxud 

alverçilər də fəaliyyət göstərirlər. Onlar öz hesablarına sövdələşmə aparır, qiymətlərin 

daimi  tərəddüdləri  şərtindən  istifadə  edərək,  qiymətlərin  yüksəlməsi  yaxud  aşağı 

düşməsi istiqamətində çalışırlar. 

    Əlvan  metallar  üzrə  əmtəə  birjalarında  ixtisaslaşdırılmış  yaxud  universal  ola 

bilərlər.  xtisaslaşdırılmış  birjalarda  həmçinin  əmtəələrlə,  universal  birjalarda  isə 

müxtəlif  əmtəələrlə  ticarət  əməliyyatları  aparılır.  stənilən  əmtəə  birjasında 

sövdələşmənin aparılması amanı birja kontraktı bağlanılır. Birja kontraktında göndəriş 

müddəti, əmtəənin qiyməti, onun keyfiyyəti və kəmiyyəti razılaşdırılır. Sövdələşmənin 

bağlanılması  anında  birjada  əmtəənin  mövcudluğu  zəruri  deyil.  Bu  baxımdan  birja 

təcrübəsində  sövdələşmənin  iki  başlıca  tipi  fərqləndirilir.  Real  əmtəəyə  görə 

sövdələşmələr  həyata  keçirilərkən  satıcı  mövcud  əmtəəyə  malik  olmalı  və  birja 

kontraktında nəzərdə tutulan müddətdə onu təqdim etməlidir.   

   Kotirovka  (fransız  dilində  coter  sözü  olub,  fərqləndirmək  deməkdir),  yəni  birjada 

yaranan  qiymətlərin təsbit  və dərc  olunması  hər  hansı  birjanın  əsas  funksiyalarından 

biridir.  Ticarət  dövriyyəsinin  ən  zəruri  şərtlərindən  biri  mövcud  qiymətlər  haqqında 

müştərilərə  vaxtlı-vaxtında  məlumat  verməkdir.  Çünki  bu  qiymətlər  üzrə  əmtəələrin 

və ya qiymətli kağızların satılması və alınması həyata keçirilir. 

   Birjada kotirovkanın nə kimi rol oynadığı sualıına cavab xeyli dərəcədə bizim hansı 

birjanı:  real  qızıl  birjasını  və  ya  fyuçers  tipli  qızıl  birjasını  nəzərdə  tutmağımızdan 

asılıdır.  Birjalarda sövdələşmə müəyyən əlavə şərtlər qoyulmaqla dəqiqi  qiymətlərn 




72 

 

göstərilməsi ilə bağlanıla bilər, ancaq haqq-hesabın (ödənilmənin)kəsilməsi bu zaman 



mütləq  təyin  olunmuş  gündə  birjada  mövcud  olan  qiymətlər  üzrə  aparılmalıdır. 

Bundan başqa, müasir birjalarda qiymətlərin təyin edilməsi (kotirovka) birjaların ləğv 

olunması  dövründə  sövdələşmə  iştirakçıları  arasında  qarşılıqlı  haqq-hesab  çəkməyin 

ə

sasını  təşkil  edir.  Doğrudan  da  sövdələşmə  udmaq  və  ya  uduzmaq  anlayışı  o 



vəziyyətlərdə meydana çıxır ki, bu sövdələşmənin icrası (ləğvi) müddətində bağlanmış 

müqavilə  qiyməti  ilə  bazar  qiyməti  (kotirovka)  arasında  kəskin  fərq  yaranmış  olur. 

Məsələn,  satıcı    o  zaman  qazanır  ki,  onun  sövdələşmə  müddətinin  əvvəlində 

müəyyənləşdirdiyi qiymət əmtəənin alıcıya verildiyi vaxtda (icra müddətində) birjada 

mövcud  olan  qiymətdən  (kotirovka  qiymətindən)  xeyli  yüksək  olur.  Əksinə, 

sövdələşmə qiyməti bazar qiymətindən aşağı olduqda isə satıcı uduzmuş olur. 

   Bütün  bunlarla  yanaşı,  kotirovka  həm  də  ticarət  birjaları  üçün  öz  səlahiyyətli 

nümayəndələrinin (brokerlərin) fəaliyyətini yoxlamaq üçün lazımdır, əgər satan tərəfin 

tapşırığı  ilə  broker  üçün  ən  faydalı  olan  qiymətə  əmtəə  alınmışdırsa,  onda  qiymətin 

ə

lverişliliyi birja kotirovkalarının məlumatına əsasən asanlıqla yoxlanıla bilər.  



  Birja  kotirovkaları  marketinq  və  elmi  tədqiqat  işləri  üçün  böyük  əhəmiyyətə 

malikdir;  onların  dasitəsilə  topdansatış  qiymətlərinin  həqiqi  hərəkət  dinamikasını 

dəqiq müəyyən etmək və bunun sayəsində ticarətdə rəqabət şəraitini qoruyub 

 saxlamaq mümkün olur. 

   Birja  qiymətlərinin  təzahür  üsulları  olduqca  müxtəlifdir.  Bu  isə  tipik  qiymətlərin 

müəyyən  edilməsi  üçün  hər  hansı  mükəmməl  metodun  mövcud  olmadığını  göstərir. 

Bəzi birjalarda bazar üçün qiymətlərin göstəricisi kimi tələb və təkliflər üzrə qoyulan 

qiymətlər,  digərlərində  sövdələşmə  qiymətləri  əsas  götürülür,  bir  çox  hallarda  isə, 

ümumiyyətlə, orta qiymətlərin çıxarılması və s. kimi üsullar tətbiq edilir. Qiymətlərin 

təyini üçün istifadə edilən bütün bu mövcud üsulların hər brinin üstün və çatışmayan 

cəhətləri vardır.    

   Kotirovkanın iki əsas metodu vardır: 

1.  Faktiki sövdələşmə qiymətlərinin, tələb və təklifin qeydiyyatı; 

2.  Tipik qiymətlərin müəyyən edilməsi 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə