Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

73 

 

    Əgər kotirovkanı faktiki qiymətlərin qeydiyyatı təşkil edirsə, onda bu, sövdələşmə 



prosesində  yaranan  birja  qiymətlərinin    mexaniki  təsbit  olunması  kimi  başa 

düşülməlidir.  Kotirovka  yalnız  dövriyyə  üçün  nümunəvi  olan  qiymətləri  yenidən 

özündə  cəmləyir  və  buna  görə  də  bazarın  vəziyyətinə  uyğun  gəlməyən  sövdələşmə, 

tələb və təkliflərin qiymətləri onda öz əksini tapa bilməz.   

   Bir çox hallarda birjalar faktiki qiymətlərin qeydiyyatı ilə kifayətlənirlər; lakin bəzən 

tipik  qiymətlər  cədvəli  də  hazırlanır  ki,  buna  kotirovka  komissiyasının  məlumat 

qiymətləri də deyilir. 

   Ayrı-ayrı  sövdələşmələrin,  tələb  və  təkliflərin  qiymətləri  öz  əksini  kotirovka 

bülletenində  aşağıdakı  üsullarla  tapılır:  brja  satışından  bir  gün  sonra  sövdələşmənin 

bağlandığı  və  ya  tələb  və  təkliflərə  görə  irəli  sürülmüş  qiymətlərin  son  hədd 

kənarlaşmaları  göstərilə  bilər.  Bu  üsul  imkan  verir  ki,  topdansatış  dövriyyəsinin  baş 

verdiyi qiymət çərçivəsi nəzərə alınsın; lakin qiymətlərin son hədd çərçivəsinə əsasən 

bütün  birja  günü  ərzində  qiymətlərin  necə  dəyişdiyi  haqqında  mühakimə  yürütmək, 

fikir  söyləmək  olmaz;  bundan  başqa,  birjanın  işgününün  sonunda  hansı  qiymətlərin 

sövdələşmədə  əsas  (aparıcı)  olduğu  da  son  hədd  çərçivəsindən  tam  aydın  olmur. 

Qiymət  dəyişmələrinin  qeydiyyatının  digər  üsulu  isə  birja  yığıncağının  əvvəlində  və 

sonundakı qiymət məzənnələrinin göstərilməsidir. Bu üsulda bütün birja günü ərzində 

mövcud  olan  ən  yüksək  və  ən  aşağı  qiymətlər  naməlum  qalırlar.  Əksər  hallarda 

qiymətlər  yalnız  günün  sonunda  qiymətlər  bülletenində  göstərilir.  Bu  qiymətlər  isə 

bazarın,  birja  gününün  başlanğıına  hesab  edilən  vəziyyətini  xarakterizə  edir.  Həmin 

günün son qiymətlərində birjadakı tələb və təkliflərin vəziyyətinə dair nəticələr, habelə 

qiymətlərin dəyişməsi, yəni ölçüsü ilə bağlı bütün digər hallar özünü göstərir. 

   Kotirovkada  bütün  birja  günü  ərzində  mövcud  olan  qiymət  məzənnələrinin 

dəyişmələri aydınlaşdırılır və gün ərzindəki qiymətlərin hamısı qeyd edilmir, onlardan 

yalnız ən xarakterik olanları göstərilir. 

   Nəhayət  qiymətlər  məzənnəsinin  kombinasiyalı  ifadə  üsulları  da  mümkündür: 

Məsələn,  bəzi  birjalar  kotirovka  bülletende  yalnız  ən  yüksək  və  ən  aşağı  qiymətləri 

göstərirlər  və  bununla  yanaşı  paralel  olaraq  birja  gününün  başlanğıcındakı  və 




74 

 

sonundakı  qiymətlər  də  qeyd  edilir.  Həmçinin,  birjadakı  tipik  qiymətlər  də  göstərilə 



bilər və eyni zamanda tələb və təkliflərin sövdələşmə qiymətləri də qeyd edilə bilər.   

   Fond  birjalarında  qiymətli  kağızların  kotirovkası  iki  prosesə  bölünür:  birincisi, 

iştirakçıların  qarşısında  açıq    şəkildə,  ikincisi  isə  qapalı,  gizli  şəkildə  baş  verir. 

Birjanın açıq elan edildiyi andan, yəni gündüz saat 12-da dəllallar tələb və təkliflərə 

aid  sifarışləri  toplamağa  başlayırlar.  Qiymətli  kağızların  hər  bir  qrupu  üzrə  xüsusi 

dəllallar  vardır:  qiymətli  kağızların  birjaya  çıxarılması  üzrə  tapşırıqlarda  limit 

qiymətləri göstərilə bilər. Məsələn, satış üzrə tapşırıqlarda göstərilə bilər ki, qiymətli 

kağız  244  manat  məzənnəsindən  satıla  bilməz;  satınalma  tapşırıqlarında  göstərilən 

məzənnədən, məsələn 245 manatdan, yuxarı qiymətə qiymətli kağızın alınmasına yol 

verilə  bilməz.  Tapşırıqlar  eyni  zamanda  limit  qiymətləri  göstərilmədən  də  dollarla 

verilə bilər və bu zaman dəllalın fəaliyyəti hər hansı məzənnə ilə məhdudlaşdırılmır. 

Limitləndirilməmiş  tapşırıqlara  belə  bir  üstünlük  verilir  ki,  onlar  ilk  növbədə  icra 

olunurlar.  Əgər  tələb  təklifdən  çoxdursa  və  bütün  alıcıların  sifarışını  təmin  etmək 

mümkün olmursa, onda öncə limit qiymətləri göstərilməyən tapşırıqlar verən alıcının 

qiymətli kağızları almaq sifarişinin yerinə yetirilməsi şansı, limit qiyməti göstərməklə 

tapşırıq verən alıcıdan yüksək olur. 

       lk qiymətlər məzənnəsinin qoyuluşu dəllalar tərəfindən iştirakçılar qarşısında açıq 

şə

kildə  elan  edilir.  Onlar  (dəllallar)  müəyyən  ayrılmış  xüsusi  yerlərə  toplaşırlar  və 



həmin  yerə  bu  qrup  qiymətli  kağızlarla  maraqlanan  şəxslər  də  (alıcılar)  cəmləşirlər. 

Qiymətli  kağızılar  üçün  müəyyən  ardıcıllıqla  qiymətlər  məzənnəsi  qoyulur.  Hər  iki 

dəllaldan  biri  hansı  məzənnə  üzrə  ona  verilmiş  tapşırıqlara  görə  nə  qədər  maksimal 

alver edəcəyini əvvəlcədən hesablayır və ya hesablamağa  çalışır.     

   Azərbaycan ərazisi faydalı qazıntı yataqları ilə zəngindir. Ölkəmiz qara, əlvan, nadir 

və  nəcib  (qızıl)  metallar,  həmçinin  qeyri-filiz  faydalı  qazıntıları  ilə  də  zəngindir. 

Hazırda  ölkə  ərazisində  3  dəmir  filizi  yatağının  ehtiyatları  təsdiq  edilib.  Bunlar 

Daşkəsən  rayonunda  yerləşən  “Daşkəsən”,  “Cənubi  Daşkəsən”  və  “Dəmir” 

yataqlarıdır.  Xromit  filizi  təzahürləri  isə  Kəlbəcər  (Göydərə  qrupu)  və  Laçın  rayonu 

( pək qrupu) ərazisində yerləşir. Göydərə xromit təzahürləri 350 m-dən çox məsafədə 

yayılıb. 



75 

 

    Böyük  və  Kiçik  Qafqazın  Azərbaycan  ərazilərinə  düşən  hissəsində  əlvan 



metallardan  mis,  qurğuşun,  sink,  kobalt,  civə,  sürmə  filizlərinin  yataq  və  təzahürləri 

geniş yayılıb. Mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad 

filiz rayonlarında cəmlənib. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən 

iri  yataqları  sırasına  daxil  olan  “Filizçay”  kolçedan-polimetal  yatağının  (Balakən 

rayonu) dəqiq kəşfiyyatı başa çatdırılıb və sənaye ehtiyatları təsdiq edilib. 

      Yataq  95  milyon  ton  filiz  ehtiyatına  malikdir.  Hesablamalara  görə,  “Filizçay” 

yatağının  ehtiyatları dağ-mədən müəssisəsinin yüksək  rentabelli  fəaliyyətini 60  ildən 

artıq  müddətə  təmin  edə  bilər.  Azərbaycanda  həmçinin  zəngin  qızıl  ehtiyatları  var. 

Bəlli  olduğu  kimi,  2009-cu  ilin  iyulunda  Azərbaycan  qızılın  sənaye  hasilatına 

başlayıb.  2010-cu  ildə  qızıl  hasilatının  həcmi  1,9  ton  təşkil  edib  və  bu  həcm  emala 

göndərilib.  Bundan  əlavə,  2010-cu  ilin  noyabrında  gümüş  hasilatına  başlanılıb. 

Noyabr-dekabr aylarında gümüş hasilatı 1,5 ton təşkil edib. Statistik məlumatlara görə, 

2009-cu  ildə  333  kq  qızıl  hasil  edilib.  Azərbaycanın  qızıl  yataqlarının  işlənməsi  ilə 

məşğul  olan  “Azerbaijan  International  Mining  Company”  (AMIC)  2009-cu  ilin 

mayında Gədəbəydə qızıl emalı zavodunu istismara verib. AMIC-i “Gədəbəy” yatağı 

da daxil olmaqla, Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatoru olan 

“Anglo-Asian  Mining  PLC”  şirkəti  yaradıb.        Qeyd  edək  ki,  ölkəmizdəki  qızıl 

yataqlarının işlənməsi ilə bir neçə ildir ki, “R.V.Investment Group Services, LL USA” 

ş

irkəti  məşğuldur.  1997-ci  ildə  bu  şirkətlə  “Azərqızıl”  Dövlət  Şirkəti  arasında 



“Gədəbəy,  Qoşa,  Ordubad  qrupu  (”Piyazbaşı”,  “Ağyurd”,  “Şəkərdərə”,  “Kələki”), 

“Söyüdlü”,  “Qızılbulaq”,  “Vejnəli”  qızıl-filiz  yataqlarının  kəşfiyyatı,  işlənməsi, 

hasilatın pay bölgüsü haqqında” saziş imzalanıb. Bu saziş 430 ton qızıl, 2,5 min ton 

gümüş  və  1,5  milyon  ton  mis  ehtiyatının  hasilatını  nəzərdə  tutur.  2009-cu  ildə 

“Gədəbəy”  yatağının  istismar  nəticəsində  əmtəəlik  qızıl  əldə  edilib  və  bu  qızıl 

“Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilir.  

Onu  da  bildirək  ki,  “R.V.Investment  Group  Services  LL  USA”  şirkəti  “Gədəbəy” 

yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir. 

   Hazırda dövlət balansında kəşfiyyatı aparılan və sənaye ehtiyatları təsdiq edilən üç 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə