Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

61 

 

   Qeyd  edək  ki,  qızıl  və  gümüşün  hasilatı  1997-ci  ilin  21  avqustda  imzalanmış, 



Production Sharing Agreement tipli müqavilə çərçivəsində hal-hazırda “Gədəbəy” və 

“Qoşa”  yataqlarında  çıxarılır.  Biri  -  Naxçıvanda,  ikisi  –  Azərbaycanın  Gədəbəy 

rayonunda  və  üçü  hal-hazırda  erməni  silahlı  qüvvələri  tərəfindən  işğal  edilmiş 

Kəlbəcər  və  Zəngilanda  yerləşən  yataqların  işlənməsini  nəzərdə  tutur.  Azərbaycanın 

müqavilədə payı 51%, Anglo Asian Mining PLC –49%-dir.  lk qızılın hasilatı 2009-cu 

ildə “Gədəbəy” yatağında başlanıb, 2010-cu ildə isə gümüşün çıxarılmasına başlanıb. 

“Qoşa” yatağından 2013-cü ilin üçüncü rübündən qızl çıxarılmağa başlayıb. 

     Müqaviləyə əsasən altı yataqdan 400 ton qızılın, 2,5 min ton gümüş və 1,5 min ton 

misin çıxarılması planlaşdırılır. 

    Gədəbəydə ölkə Prezidenti  lham Əliyevin iştirakı ilə açılışı edilən 2-ci qızıl emalı 

zavodu  fəaliyyətə  başladı.  Bu  fonda  isə  artıq  Azərbaycanda  qızıl  hasilatı  da  artır. 

Beynəlxalq  Əməliyyat  Şirkəti  Gədəbəyin  qızıl  yataqlarında  istehsalı  getdikcə  artırır. 

Sentyabrda  ikinci  zavodun  açılışından  sonra prosses  daha aktv  fazaya qədəm  qoyub. 

Lakin yerli hasilat hələ də daxili bazara yönəldirilmir. Təhlil göstərir ki,  yerli hasilat 

daxili bazara yönəldilsə, bu ölkədə qızıl-zinət əşyalarının qiymətinin aşağı düşməsinə 

səbəb ola bilər. 

     "Qızılın  saflaşdırılması  Azərbaycanda  baş  vermir.  Azərbaycanda  istehsal  olunan 

qızılın saflaşdırılması  sveçrə firmaları, şirkətləri tərəfindən Avropada həyata keçirilir. 

Bu  qızıl  külçələr  şəklinə  salınaraq  dünya  bazarına  çıxarılır.  Yəni,  həmin  qızılın 

Azərbaycanda saflaşdırılması mümkün olsaydı və burada yeni texnologiyalar əsasında 

müəyyən zavodların, infrastrukurun qurulması mümkün olsaydı, təbii ki, həmin qızılın 

yerli  istehlaka  yönəldilməsi  qiymətlərə  müəyyən  dərəcədə  təsir  göstərərdi.  Amma, 

ə

saslı  təsir  göstərəcəyini  düşünmürəm.  Çünki,  qızılın  qiyməti  dünya  birjasında 



müəyyən  olunduğu  üçün,  dünyanın  hər  yerində  olduğu  kimi  Azərbaycanda  da 

pərakəndə  satış  qiymətləri  dünya  birjalarındakı  qiymətlərə  uyğun  olaraq  müəyyən 

olunur ”. 

    Yerli qızıl hasilatının daxili bazara yönəldilməsi həyata keçirilərsə, əhali üçün yeni 

iş  yerlərinin  də  yaranacaqdır:  "Yerli  hasilatın  daxili  bazara  yönəldilməsinin  bizdə 

qızıl-zinət  əşyalarının  qiymətinə  ciddi  təsiri  olmasa  da,  müəyyən  mənada  təsiri 




62 

 

mümkündür.  Əgər  qızılın  saflaşdırılması,  əridilməsi  Azərbaycanda  həyata  keçirilib 



daxili bazara yönəldilsə, bu, həm də əlavə iş yerlərinin açılması üçün imkanlar yarada 

bilərdi” . 

   Azərbaycanda hasil olunan qızıl ilkin saflaşdırmadan sonra  sveçrəyə göndərilir. Və 

orada tam əridildikdən sonra külçə halına gətirilir. Külçə halına gətirildikdən sonra isə 

həmin  qızılın  şirkətlə  ölkə  arasında  paylanması  baş  verir.    Dövlətə  məxsus  külçə 

halına gətirilmiş qızıl ölkənin qızıl ehtiyatlarına daxil edilir. 

    Bizdə qızılın hələ ki, daxili bazara satış üçün yönəldilməsi qərarı verilməyib. Təbii 

ki, dövlət yerli hasilatın daxili bazara yönəldilməsi haqda qərar verə bilər. Əgər dövlət 

hesab etsə ki, ölkənin müəyyən ehtiyaclarının ödənməsi üçün bu qızılın satılması ilə 

müəyyən vəsait əldə edilsin və yaxud da nə vaxtsa qızılı satıb əvəzində alınan vəsaitin 

hansısa valyutada saxlanmasına ehtiyac var, o zaman bu barədə qərar verilir. 

   Lakin  dövlətlər  qızılın  satışını  daha  çox  dünya  bazarlarında  həyata  keçirir,  daxili 

bazarlarda deyil. Qızılın qiyməti də dünya bazarlarına uyğun tənzimlənir. Yəni,qızılın 

ölkədəki qiyməti dünya bazarındakı qiymətlərə uyğunlaşır. Bu, başqa məsələdir. Əgər 

qızılın  hasilatı  daxili  bazara  yönəldilsə  belə,  qiymətlərdə  yalnız  müəyyən  qalxmalar, 

enmələr ola bilər. Ancaq bütövlükdə, bu, bazara ciddi təsir göstərə bilməz. 

  Ötən il şirkət 73 milyon 521 min 389 dollar gəlir əldə edib. Gəlirin 37 milyon 445 

min  377  dollarını  satış  xərcləri  təşkil  edib  və  nəticədə  şirkət  36  milyon  76  min  12 

dollar  ümumi  mənfəət  əldə  edib.  Ümumi  mənfəət  və  423  min  386  dollar  başqa 

gəlirdən inzibati xərclər və digər xərclər çıxıldıqdan sonra şirkətin əməliyyat mənfəəti 

29 milyon 824 min 626 dollar təşkil edib. Bu məbləğin üzərinə 236 min 438 dollar 

maliyyə gəliri  əlavə edilib, 1  milyon  510  min  85 dollar  maliyyə  xərcləri  çıxıldıqdan 

sonra  28  milyon  550  min  979  dollar  vergidən  əvvəlki  mənfəət  formalaşıb.  “Anglo 

Asian Mining plc” 9 milyon 183 min 734 dollar həcmində vergiləri ödədikdən sonra, 

ş

irkətin xalis mənfəəti 19 milyon 367 min 245 ABŞ dolları təşkil edib. 



    Diqqət  çəkən  göstərici  budur ki,  “Anglo  Asian  Mining  plc”  –nin  gəlirləri  2011-ci 

illə müqayisədə təxminən 10 milyon dollardan çox azalaraq 83  milyon 753  min 311 

dollardan  73  milyon  521  min  389  dollara  düşməsinə  baxmayaraq  şirkət  ötən  ili  3% 

daha  çox  xalis  mənfəətlə  başa  vurub.  Şirkət  keçən  il  digər  əməliyyat  və  maliyyə 




63 

 

xərclərini xeyli azaldaraq və daha az vergi ödəyərək buna nail olub. Belə ki, şirkətin 



2011-ci  illə  müqayisədə  vergidən  əvvəlki  mənfəəti  10%  azaldığı  halda  ödədiyi 

vergilər 28,5% azalıb. 

     “Anglo Asian Mining plc” hər səhmə görə 17.26 sent xalis dividend ödəyəcək. 

2012-ci  il ərzində  “Anglo  Asian Mining  plc”  –nin aktivləri  43%  artaraq  162 milyon 

709  min  309  dollara,  cəmi  kapitalı  isə  25%  artaraq  96  milyon  369  min  154  dollara 

yüksəlib. 

   Qeyd  edək  ki,  “Anglo  Asian  Mining  plc”-nin  111  397  307  ədəd  səhminin  (cəmi 

56,16%  -i)  29,44%-I    Rza  Vəziriyə,  16,24%-i  Xəqani  Bəşirova,  9,64%-i  Con 

Sununuya  və  3,63%-i  “Limelight  Industrial  Developments  Limited”  şirkətinə 

məxsusdur. Qalan 43,84%-i isə kütləvi üsulla birjada ticarət olunur. 

  “Anglo Asian Mining plc”- 2011-ci ildə 57 068 unsiya, 2012-ci ildə 50 215 unsiya 

qızıl istehsal edib. Şirkət ötən ili 1 unsiyası orta hesabla 1666 ABŞ dollarından 42 557 

unsiya, 2011-ci ildə isə 1 573 dollardan 49 304 unsiya qızıl satıb. Həmçinin şirkət ötən 

il 502 ton mis, 98,158 unsiya gümüş istehsal edib. 

     InstaForex  şirkəti  Sizi  dünyanın  ən  etibarlı  və  ən  effektiv  kapital  saxlanması 

xidmətini təklif edir. Artıq hər maraqlanan şəxs öz kapitalını dünya qızıl bazarlarına 

yatırım  edə  bilər.  Hətta  maliyyə  böhranı  zamanı  belə  valyutalar  oynaq  pozisiyalar 

göstərirdisə də, qızıl heç vaxt sabitliyini itirmədi. 

     Qızıl  kapitalın  və  varlılığın  həcmini  ölçmək  üçün  lap  qədim  dövrlərdən  istifadə 

olunan metaldır. Bu əlvan metalla birgə başqa metallar da ayrı-ayrı dövrlərdə qiymətli 

metal kimi seçilsə də, qızıl öz etibarını bu günki günə qədər qoruyub saxlamaqdadır. 

Müəyyən  etaplarda  qızıl  pul  əvəzinə  də  istifadə  olunurdu.  XIX-XX  əsrlərə  təsadüf 

edən  dünya  iqtisadiyyatının  inkişafı  «qızıl  standartı»  nın  yaranmasına  təkan  verdi. 

Təqribən  ХХ  əsrin  70-ci  illərinə  qədər  qızıl  dünya  maliyyə  sisteminin  əsasını  təşkil 

etmişdir. 

      Lakin müxtəlif valyutaların yaranması və dəyişkənlik qızılın rolunu dəyişdirdi və o 

hüquqi  olaraq  maliyyə  valyuta  dövriyyəsindən  çıxdı.  Nəticədə  əlvan  metallar  birjası 

yarandı və qızıl bu birjanın ən dəyərli alətlərindən birinə çevrildi. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə