Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

76 

 

qızıl  yatağı  -  “Qızılbulaq”,  “Vejnəli”  və  “Zod”  (Söyüdlü)  yataqları  qeydə  alınıb. 



Bundan başqa, “Filizçay”, “Katex” və “Kasdağ” polimetal, həmçinin “Qaradağ” mis-

porfir  yataqlarının  filizlərində  yanaşı  komponent  kimi  qızıl  ehtiyatları  mövcuddur. 

Bunlardan  əlavə,  “Qoşa”,  “Ağyurd”,  “Piyazbaşı”,  “Dağkəsəmən”,  “Gədəbəy”  və 

“Ağduzdağ” yataqlarında da qızıl ehtiyatları var. Hazırda böyük ehtiyatları olan qızıl 

yataqlarından - “Zod”, “Qızılbulaq” və “Vejnəli” ermənilərin işğal etdikləri ərazilərdə 

yerləşir.  Azərbaycanın  Ekologiya  və  T  əbii  Sərvətlər  Nazirliyinin  məlumatına  görə, 

işğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. 

Ermənilər  bu  ehtiyatlardan  daha  çox  qızılı  talan  etməyə  başlayıblar.  Kəlbəcərin 

Ermənistanla  sərhəd  bölgələrindəki  zəngin  qızıl  yataqlarında  qanunsuz  istismar 

başlayıb  və  bu  proses  indi  də  davam  edir.  Sonradan  Ağdərə  və  Zəngilanda  da  qızıl 

yataqlarının talan edilməsi başlayıb. 

     Hazırda ən perspektivli Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 

min  ton  mis  ehtiyatı  olduğu  güman  edilir.  Əgər  gümüş  və  misi  nəzərə  almasaq, 

Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. 

Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Bir unsiya gümüş 

17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan 

ə

lavə  olaraq  360  milyon  dollar  gəlirin  əldə  ediləcəyi  proqnozlaşdırılır.  Ötən  il 



Azərbaycanın  “Gədəbəy”  qızıl  yatağından  67267  unsiya  qızıl  istehsal  edilib.  Bu, 

proqnozda nəzərdə tutulandan 7267 unsiya çox olub. “Anglo Asian Mining” şirkətinin 

məlumatına görə, istehsal edilmiş qızılın 57398 unsiyası 1241 ABŞ dolları qiymətinə 

dünya bazarında satılıb. 2010- cu ildə Azərbaycanda qızıl hasilatı 1,9 ton təşkil edib. 

Ş

irkətdən bildirilib ki, “Gədəbəy”də 821 176 ton quru filiz emal olunub və hər 1 ton 



filizdən 4,33 qram qızıl əldə edilib. Bundan başqa, yataqdan 182,5 ton mis, 1460 kq 

gümüş əldə olunub. Yataqdan hasil edilmiş mis 2011-ci ildə satışa çıxarılacaq.  

     “Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, 2010-

cu  il  rəhbərlik  etdiyi  şirkət  üçün  transformasiya  ili  olub.  Eyni  zamanda,  qızılın 

qiymətinin  dünya  bazarlarında  bahalaşması  da  şirkətin  fəaliyyətini  stimullaşdırıb. 

Vəziri  2011-ci  ildə  Ordubad  və  “Qoşa”  müqavilə  sahələri  üzrə  də  müsbət  nəticələr 

ə

ldə edəcəklərinə ümidvar olduqlarını söyləyib. 




77 

 

     Hazırda  ölkəmizdə  onlarla  qızıl  yatağı  işlənməkdədir.  Azərbaycan  Beynəlxalq 



Mədən  Əməliyyat  Şirkəti  də  Gədəbəyin  qızıl  yataqlarında  istehsalı  getdikcə  artırır. 

Qızıl  zavodunda  emal  olunan  xammal  sonradan  sveçə  göndərilir  və  orada  təkrar 

emalla  külçə  formasına  salınaraq  Avropa  bazarlarına  satışa  çıxarılır.  Hazırda  dəniz 

səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Mis dağı adlanan ərazidə istismar işləri 

aparan  Azərbaycan  Beynəlxalq  Mədən  Əməliyyat  Şirkəti  Azərbaycan  hökuməti  ilə 

Tovuz və Ordubad ərazilərində qazıntı işlərini aparmağı da razılaşdırıb. Artıq həmin 

ə

razilərdə  ilkin  kəşfiyyat  işlərinə  başlamağa  hazırlaşan  ABŞ-ın  Beynəlxalq  Mədən 



Ə

məliyyat Şirkəti müqaviləyə əsasən Gədəbəy ərazisində 30 il qızıl emalı ilə məşğul 

olacaq.  Hazırda  bir  qızıl  zavodu  ilə  fəaliyyət  göstərən  şirkətin  ərazisində  yeni  mis 

zavodunun  da  istifadəyə  verilməsi  gözlənilir.  Daşkəsən  rayonu  ərazisində  (Kiçik 

Qafqaz  dağ  silsiləsi)  yerləşən  “Çovdar”  qızıl  yatağının    istismarına  2012-ci  ildə 

başlanılması planlaşdırılır. 

    “Çovdar”  qızıl  yatağını  AIMROC  şirkəti  istismar  edəcək.  Qeyd  edildiyi  kimi, 

AIMROC həmçinin “Qarabağ”, “Göydağ”, “Dağ Kəsəmən” yataqları, habelə “Köhnə 

mədən”  sahəsi  və  “Kürəkçay”  hövzəsinin  istismarına  dair  Azərbaycan  hökuməti  ilə 

2006-cı ilin dekabrın 30-da 30 illik müqavilə imzalayıb. Göygöl rayonunda “Göygöl” 

adlanan daha bir perspektivli qızıl yatağının aşkara çıxarıldığı da məlum olub. 

      Məlumata görə, son 7-8 ildə geoloqlar 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağı 

aşkarlayaraq  istehsalçılara  təhvil  verib.  Hazırda  geoloqlar  tək  Kiçik  Qafqazda  deyil, 

Böyük  Qafqaz  və  Talış  dağlarında  da  faydalı  qazıntı  yataqlarını  axtarır,  kəşfiyyat 

işlərini davam etdirirlər. 

 

 



 

 

 

 

 

 


78 

 

Nəticə və təkliflə



 

    Qızıl  bazarı  ilə  əlaqədar  aparılan  təhlilləri  ümumiləşdirərək  belə  nəticəyə  gəlmək 

olar ki, müasir şəraitdə kapital və sərvət yığımının səviyyəsini, onun artımını və ölkə 

daxilində ayrı-ayrı sahələr arasında bölüşdürülməsini əks etdirən qızıl bazarı və onun 

istehsalı  hər  bir  ölkə  iqtisadiyyatının  mühüm  tərkib  hissəsidir.  Belə  ki,  maliyyə 

bazarının tərkib hissəsi kimi qızıl bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək 

dövlətin maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımdan 

iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatı sistemli 

ölkələr üçün bu bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir. 

    Rəsmi qızıl-valyuta ehtiyatları (QVE) ölkənin onun beynəlxalq maliyyə öhdəlikləri 

üzrə,  ən  əvvəl  valyuta-hesablaşma  sahəsində  həmin  ölkənin  ödəmə  qabiliyyətinin 

təmin  olunması  üçün  nəzərdə  tutulmuşdur.  Qızıl-valyuta  ehtiyatlarının  digər  mühüm 

vəzifəsi  öz  ölkəsində  makro-iqtisadi  vəziyyətə  təsir  göstərməkdir,  məhz  bunun  üçün 

daxili  valyuta  bazarında  dövlət  xarici  valyutanı  satır  və  alır.  Bu  cür  sövdələşmələr 

valyuta  intervensiyaları  adlanır  və  bazar  tələb  və  təklifinin  milli  və  xaricı  valyutaya 

dəyişməsi  və  onların  mübadilə  kursu  əsasında  saxlanılması  və  ya  dəyişilməsi  üçün 

nəzərdə tutulmuşdur.  

   Qızıl  –  Valyuta  ehtiyatının  pul  formasında  olan  qızıl  hissəsi,  yəni  dövlət 

xəzinələrində olan qızıl xalis qızılın təxminən 31min ton həcmini təşkil edir. Bu rəsmi 

qızıl  ehtiyatı  son  onillik  ərzində  yavaş  –yavaş  azaldılır,  belə  ki,  qızıl  demək  olar  ki, 

beynəlxalq valyuta hesablaşma əməliyyatlarından sıxışdırılıb çıxarılmışdır. 

   Buna  baxmayaraq, yüksək  likvidli    məhsul olaraq qalmaqdadır və tez  bir zamanda 

istənilən  valyutaya  çevrilə  bilir.  Əgər  XX  əsrin  əvvələrində  dünya  miqyasında  qızıl-

valyuta ehtiyatlarının az hissəsi onun payına düşür. ABŞ ənənəvi olaraq daha çox qızıl 

ehtiyatına  malikdir,  2,5-8,1  min  ton  həcmində  qızıl  ehtiyatı  Çində,  Almaniyada, 

Fransa,  taliya, Yaponiyada,  sveçrədə mövcuddur. 

    Dünya  maliyyə  bazarında  son  vəziyətin  təhlilini  investorların  qızıla  getdikcə daha 

çox vəsait yatırmağa başladığını göstərir. Belə vəziyyətdə qızılın qiyməti proqnozlarda 

səslənən  rəqəmlərdən  də  daha  sürətlə  bahalaşır.  Ümumiyyətlə,  qızılda  müşahidə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə