Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

58 

 

    Qlobal  böhranın  ilk  qurbanlarından  sayıla  Amerika  nvestisiya  Bankı  Bear 



Stearns'ın  17  Mart  2008  tarixində  maliyyə  çətinliyi  yaşadığı  xəbəri  ilə  bazarlarda 

çalxalanmış, qızıl rekord səviyyəyə 1,011 $ / ons'a çatmışdır. Yəni Amerika Xəzinəsi 

və  Mərkəz  Bankının  15  iyul  2008  tarixində  mənzil  krediti  sektorunun  iki  nəhəng 

quruluşu Fannie Mae və Freddie Mac qurtarma planını açıqladığı gün 986 $ / unsiya 

ilə bir başqa rekord səviyyəyə galxmışdır. Daha sonrakı iki ay ərzində aşağı bir trend 

izləyən  və  740  $  /  unsiya  geriləyən  qızıl,  Amerika  Nümayəndələr  Palatasında  700 

milyard dollarlıq  paketinin həddi 905 $ / unsiya çatmışdır. Bu tarixdən sonra qısa  bir 

eniş yarayan qızıl 8 Oktyabr 2008-ci ildə  ngiltərə, ABŞ, AB,  sveç, Kanada,  sveçrə 

və Çinin Mərkəz banklarında koordinasiyalı faiz endirimi qərarı ilə təkrar yüksələrək 

903 $ / unsiyaya çatmışdır. 

    2009-ci  ilin  ortalarında  qlobal  böhranın  təsirləri  yavaş  -  yavaş  azalmış,  birjalar 

fəaliyyətə  başlayaraq,  qızıl  mübadiləsini  davam  etdirmiş  və    Noyabr  2009-cu  ildə 

1,127 unsiya / $ 'a çatdırılmışdır. Belə ki, bu baxımdan dollar 2008/2009 illərdə digər 

pul vahidləri nisbətən  təxminən 8% öz dəyərini itirmişdir. 

   Qızıl qiyməti ardıcıl olaraq 1 unsiya qızılın ABŞ dolları isə müqayisədə qiyməti olub 

Dünya  Qızıl  Şurası  (World  Gold  Council)  'nin  web  səhifəsində  göstərilmişdir. 

Reuters'dan  alınan  neft  qiyməti  ardıcıllığı  Brent  neftin  ABŞ  dolları  cinsindən  barrel 

qiymətini  göstərir.  Amerika  real  faiz  dərəcəsi,  dollar  /  başlıca  pul  vahidləri  quru  və 

inflyasiya  ardıcıllığı  Amerika  Mərkəzi  Bankının  veb  səhifəsindən  təmin  edilmişdir. 

Dow  Jones  Sənaye  ndeksi  http://finance.yahoo.com  ünvanından  təmin  edilmişdir. 

Global pul tələbi məlumatı ən geniş tərifli pul tələbi anlayışı olan M3 'ü göstərməkdə 

olub 100-dən artıq ölkənin məlumatında verilməklə www.DollarDaze.org ünvanından 

təmin edilmişdir. 

   Qızılın  ziynət,  sənaye  və  investisiya  kimi  müxtəlif  istehlak  sahələri  vardır.  Zinət 

əş

yaları sənayə tələbatını ən vacib hissəsini təşkil edir. 



    1007-ci  ildə  ümumi  tələbatın  79%-ni  təşkil  edən  zinət  əşyalarının  istehsalı,  son 

illərdə artan qızıl qiymətlərinin səbəbindən 2008-ci ilə 97% -ə qədər azalmışdır. Buna 

qarşılıq  qlobal  böhranın  yaşandığı  2008-2009-cu  illərdə  qızıla  bağlı  investisiya 

tələbatına böyük artımların olduğu görünür. 2008-ci ildə əvvəlki illərə nisbətən külçə 




59 

 

və sikkə qızıllara qoyulan  investisiya 45,5%, birja investisiya fondları olaraq tələbat 



26,9%, ümumi tələbat isə 7% artmışdır. 

 

3.2. Azərbaycanın qızıl bazarında hasilatın artırılması yolları 

    Dünya maliyyə bazarlarında son vəziyyətin təhlili investorların qızıla getdikcə daha 

 çox  vəsait  yatırmağa  başladığını  göstərir.  Belə  vəziyyətdə  qızılın  qiyməti 

proqnozlarda səslənən rəqəmlərdən də daha sürətlə bahalaşır. Qızılda müşahidə olunan 

qiymət  artımı  onun  hasilatının  yenidən  artması  ilə  nəticələnə  bilər.  Bu  sıraya 

Azərbaycan  da  aiddir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  ölkəmizdə  qızıl  hasilatı  artır.  

     Belə  ki,  Azərbaycanda  qızıl  hasilatı  illik  müqayisədə  15,6%  artaraq  2014-cü  ildə 

1.872,5 kiloqram təşkil edib. Hasilatın qarşıdakı dövr ərzində daha da artacağı istisna 

edilmir.  Çünki  ölkə  ərazisində  yeni  qızıl  yataqları  kəşf  edilib.  Ekologiya  və  təbii 

sərvətlər naziri Hüseyn Bağırov bu məsələ ilə bağlı bildirib: " ki qızıl yatağında işlər 

aparılıb. Daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində 

hazırda hesablama işləri aparılır" aşkarlanan yeni qızıl yataqları əsasən Kiçik Qafqazın 

və  Böyük  Qafqazın  şimal  hissəsində  yerləşir:  "Yenə  də  qazıntı  işləri  aparılır.  Yeni 

qızıl yataqları aşkara çıxarılır". 

     Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın 

Pay  Bölgüsü)  tipli  müqavilə  çərçivəsində  hasil  olunur.  Müqavilə  6  yatağın  - 

Naxçıvanda  1,  Gədəbəydə  2,  hazırda  erməni  işğalı  altında  olan  Kəlbəcər  və 

Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, 

Böyük  Britaniyanın  "Anglo  Asian  Mining  Plc."  şirkətinin  payı  49%  təşkil  edir. 

"Gədəbəy"  yatağından  ilk  qızıl  hasilatına  2009-cu  ildə  başlanıb.  Dünya  bazarlarında 

qızılın  qiymət  artımı  ölkəmizdə  hasilatın  daah  sərfəli  hala  gəlməsini  də  şərtləndirir. 

"Saxo Bank"ın ticarət strategiyasının rəhbəri Ole Hansen isə "report"a açıqlamasında 

məsələ  ilə  bağlı  bildirir:  "Saxo  Bank"  2015-ci  ildə  qızıl  bazarının  inkişafına 

konstruktiv  yanaşmasını  saxlayıb.  Buna  baxmayaraq,  etiraf  edirik  ki,  hazırkı 

dəyişkənlik  proqnozlaşdırdığımızdan  daha  tez  baş  verib.  sveçrədə  baş  verənlər 

fonunda hadisə ilə bağlı risqlərin artdığını müşahidə edirik, hansı ki, bu il öz rolunu 

oynaya  bilər.  Nəticədə  bu,  ABŞ  Federal  Ehtiyat  Sisteminin  faiz  dərəcələri  ilə  bağlı 




60 

 

qərarından 



asılı 

olmayaraq 

tələbi 

canlandırmağa 



kömək 

edəcək.". 

      Bazarda  qiymətli  metalların  təchizatının  çoxalması  qızılın qiymətinə  elə  də  ciddi 

təsir  etmir:  " nvestisiya  və  fiziki  tələb  əsas  amillərdir  və  təchizatı  stabil  edir,  böyük 

qeyri-müəyyənlik isə tələblə bağlıdır". 

     Bu  arada  qeyd  edək  ki,  dünya  bazarlarında  qızılın  unsiyasının  qiyməti  ötən  ilin 

avqust  ayından    bu  yana    ilk    dəfə  1300  dolları  keçib.  Qızılın  qiymətinin 

bahalaşmasına  səbəb  dünya  iqtisadiyyatının  durğunluğa  girməsi  ilə  bağlı  olaraq 

investorların qiymətli metallara yönəlməsidir. Bahalaşan qızıl Azərbaycanda da özünü 

qabarıq nümayiş etdirir. Belə ki, Azərbaycanda qızıl məmulatları bahalaşıb. Paytaxtın 

böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə olunur və 

bu,  təxminən  23-30  faiz  təşkil  edir.  Satıcılar,  qiymətin  artmasına  səbəb  kimi,  Vergi 

Məcəlləsində edilmiş son dəyişiklikləri göstərir. Qeyd edək ki, iqtisadçılar da qızılın 

bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas səbəb, dünya bazarında müşahidə edilən 

artımlar  nəticəsində  idxal  olunan  analoji  məhsulların  xərcinin  yüksəlməsi  ilə  yanaşı, 

bu  il  yanvarın  1-dən  aksiz  vergisi  dərəcəsinin  artırılmasıdır.  Sənədə  əsasən,  özəl 

şə

xslərin  gətirdiyi  20  qram  qızıl  və  qızıl  zərgərlik  və  ya  məişət  məmulatları,  emal 



olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza vergi tətbiq 

edilməyəcək. Həmçinin dəyişikliklərə görə, Mərkəzi Bankın aktivlərində yerləşdirmək 

üçün  idxal  edilən  qızıl,  platin,  emal  olunmuş,  çeşidlənmiş,  çərçivəyə  salınmış  və 

bərkidilmiş almazlar, eləcə də Dövlət Neft Fondunun aktivlərində yerləşdirmək üçün 

idxal edilən qızıl aksiz vergisindən azaddır. Qanuna əsasən, idxal zamanı yeni aksizli 

mallara  aşağıdakı  aksiz  dərəcələri  tətbiq  edilir:  qızılın  min  çəki  vahidindəki  miqdarı 

375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 

manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 

958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat. Bütün 

bunlar  isə  artıq  qızıl  mağazalarında  özünü  qabarıq  şəkildə  büruzə  verir.  Dünya 

bazarlarında  qızılın  qiymət  artımı  ilə  Azərbaycanda  bu  məhsulların  daha  da 

bahalaşması qaçılmaz sayılır. 

   2014-cü ilin yanvar-sentyabr ayında Azərbaycanda qızıl çıxarılması 343,5 kq olub, 

bu isə ötən ilin analoji dövrü üçün olan göstəricidən 14,5% çoxdur. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə