Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   20   21   22   23   24   25   26   27   28

67 

 

   A MK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut 



olunması  və  nəticədə  2015-ci  ilədək  300  min  unsiyadan  çox  qızılın  hasil  edilməsi 

planlaşdırılan  Gədəbəy  yatağının  istismar  müddətinin  uzadılması  üçün  müəyyən 

kəşfiyyat strategiyasını icra edib. 

    2014-cü ildə Azərbaycanda 1872,5 kq (60209 unsiya) qızıl hasil edilib ki, bu da 

2013-cü  ilin  göstəricisindən  15,6%  çoxdur.        Hesabat  dövrü  ərzində  Azərbaycanda 

239,3  kq  gümüş  hasil  edilib  (azalma  62%).Hasil  edilmiş  qızıl  və  gümüş  emala 

göndərilib.     

2014-cü  ildə  Azərbaycanın  hasil  etdiyi  qızılın  dəyəri  hazırkı  dünya  bazarlarındakı 

qiymət ilə 76,8 milyon dollar edir. (60209 unsiya x1276 dollar= 76,8 milyon dollar) 

Xəbər  verildiyi  kimi,  2013-cü  ildə  Azərbaycanda  1619,2  kq  qızıl  hasil  etmişdi.    

Hazırda  Azərbaycanda  qızıl  və  gümüş  hasilatı  1997-ci  il  avqust  ayının  21-də 

imzalanmış Production  Sharing  Agreement  tipli müqavilə çərçivəsində “Gədəbəy” 

və  “Qoşa”  yataqlarından  həyata  keçirilir.  Müqavilə  6  yatağın  –  Naxçıvanda  1, 

Gədəbəydə  2,  hazırda  erməni  işğalı  altında  olan  Kəlbəcər  və  Zəngilanda  3  yatağın 

işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining 

PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından qızıl hasilatına 2009-cu 

ildə, gümüş hasilatına 2010-cu ildə, “Qoşa” yatağından qızıl hasilatına 2013-cü ilin III 

rübündə başlanılıb. 

    Müqaviləyə  əsasən,  yuxarıda  qeyd  olunan  6  yataqdan  ümumilikdə  400  ton  qızıl, 

2,5min ton gümüş və 1,5 min ton mis çıxarılması planlaşdırılır. 

    Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 1.260,92 dollara çıxaraq son 4 

ayın ən yüksək səviyyəsinə yüksəlib. 

   Dünən,  ABŞ-da  açıqlanan  Dekabr  ayı  pərakəndə  satış  məlumatının  proqnozlardan 

çox  aşağı  çıxması  ilə  ABŞ-ın  10  illik  istiqraz  faizlərinin  1,80%  səviyyəsindən  aşağı 

geriləməsi, qızıl qiymətlərinin 1.244 dollara qədər yüksəlməsinə səbəb oldu. 

   Bu  gün  əməliyyata  1.229  dollardan  başlayan  qızılın  unsiyasının  qiyməti, 

analitiklərin  dəstək  olaraq  təyin  etdikləri  1.227  dolların  üzərində  "yapışmasının" 

ardınca sürətli bir şəklidə yüksəlişə keçdi və 8 Sentyabr 2014-dən bu yana gördüyü ən 

yüksək səviyyə olan 1.260,92 dollara çatdı. 



68 

 

  Qızılın  unsiyasının  qiyməti  8  Sentyabr  2014-cü  ildə  1.271,95  dolları  görmüşdü. 



Analitiklər,  qlobal  durğunluq  riskinin  bazarlarda  geniş  müzakirə  edilməyə 

başlanılması  ilə  investorların  etibarlı  bir  sərmayə  vasitəsi  kimi  görülən  qızıla 

yönəldiklərini qeyd edirlər. 

   Texniki olaraq qızılın unsiyasının qiymətində 1.263 dolların güclü müqavimət 

mövqeyində  olduğunu  qeyd  edən  analitiklər,  bu  səviyyənin  aşılması  vəziyyətində 

1.287  dolların  gündəmə  gələ  biləcəyini  bildirirlər.  Analitiklər,  aşağı  istiqamətli 

hərəkətlərdə  isə  1.230  dolların  dəstək  mövqeyinə  gələ  biləcəyini  qeyd  edərək,  bu 

səviyyənin  üzərində  qalmaqda  davam  edilməsi  vəziyyətində  yüksəliş  trendinin 

qorunacağını təxmin edirlər. 

    Qızılın  unsiyası  1900  dolları  aşaraq  tarixi  zirvəsini  gördüyü  2011-ci  ilin  Sentyabr 

ayından  bu  yana  35%  ucuzlaşıb.  Qızıl  son  illərin  ən  pis  sərmayə  vasitələrindən  biri 

olaraq  göstərilir.  2014-cü  ili  1,5%  dəyər  itirməsilə  bağlayan  qiymətli  metal,  2013-ü 

28% dəyər itkisilə bağlamışdı. Qızıl 2015-ci ilin ötən dövründə neftin ucuzlaşmasının 

təsirilə 4,1 bahalaşıb. 

    Qızılın  unsiyasının  qiyməti  bu  gün  0.3%  yüksəlişlə  1,239.45  dollar  səviyyəsində 

icra olunub. 

    Qızıl, neft qiymətlərində və bəzi birjalarda baş verən geriləmənin ardından bu gün 

bahalaşmasını davam etdirərək Oktyabrdan bəri ən yüksək səviyyəyə çatıb. 

    Beynəlxalq  bazarlarda  qızılın  unsiyasının  qiyməti  1231  dollara  çıxaraq  11 

Dekabrdan bəri ən yüksək səviyyəni görüb. Qızılın bahalaşmasına, neftin qiymətinin 

daha da aşağı düşməsinin ardından gələn "etibarlı liman" alışları təsir göstərib. 

   Analitiklər,  25  Yanvarda  Yunanıstanda  keçiriləcək  seçkilərdə  narahatlıqları 

azaldacaq bir nəticənin çıxması vəziyyətində qızılın qiymətinin aşağı düşə biləcəyini 

dilə gətirirlər. 

   Qızılın qiymətinin orta müddətdə Fedin siyasətlərinə bağlı olaraq istiqamət alacağını 

qeyd  edən  analitiklər,  texniki  olaraq  1230  dolların  güclü  müqavimət  mövqeyində 

olduğunu və bu səviyyənin qırılması vəziyyətində alışların güclənə biləcəyini təxmin 

edirlər. Analitiklər, 1215 dolların isə dəstək mövqeyinə gələ biləcəyini təxmin edirlər. 




69 

 

  Azərbaycanda  qızıl  hasilatı  ilə  məşğul  olan  Böyük  Britaniyanın  «Anglo-Asian 



Mining  plc.»  şirkəti  ölkənin  qərbində  «Gədəbəy»  qızıl  mədənində  apardığı  qazma 

işləri proqramının ilkin nəticələrini açıqlayıb. Şirkətin bununla bağlı yaydığı məlumata 

görə,  Gədəbəy  rayonunda  yerləşən  yatağın  şimal  hissəsində  3000  metr  dərinlikdə 

aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb. 

    

Azərbaycanda ilk qızıl hasilatı hansı dövrə təsadüf edir?  Əslində Azərbaycanda qızıl 



ehtiyatlarının  kəşfinə  hələ  sovet  dövründə  başlanılıb.  Demək  olar  ki,  yataqların 

ə

ksəriyyəti  elə  sovet  dövründə  aşkar  olunub.  Amma  o  vaxt  yataqlardan  heç  biri 



istismar  edilməyib.  Yalnız  Kəlbəcər  və  Ermənistanın  Basarkeçər  rayonlarının 

sərhəddində  yerləşən  «Zod»  yatağında  istismar  aparılıb.  Əslində  yatağın  əksər 

hissəsinin  Kəlbəcər  rayonu  ərazisində  yerləşməsinə  baxmayaraq,  naməlum  səbəblərə 

görə  kəşfiyyat  işləri  Ermənistan  SSR   Geologiya  darəsi  və  Ermənistan  Əlvan 

Metallurgiya  darəsi tərəfindən həyata keçirilib. 

    Azərbaycanda isə bu sahəyə maraq təxminən 1997-ci ilə təsadüf edir. Çünki Böyük 

Britaniyanın  «Anglo  Asian  Mining  Plc"  şirkəti  1997-ci  ilin  avqustunda  Azərbaycan 

hökuməti  ilə  imzalanmış  müqaviləyə  əsasən,  Azərbaycanın  cənub-qərbindəki  altı 

yataqda  –«Gədəbəy»,  «Ordubad»,  «Qoşa  Bulaq»,  «Qızıl  Bulaq»,  «Vejnəli»  və 

«Söyüdlü»də  işləmək  hüququ  əldə  edib.  lk  qızıl  və  gümüş  2009-cu  ilin  mayında 

"Gədəbəy"  yatağından  hasil  edilib.  Hazırda  digər  bir  xarici  şirkət  isə  Daşkəsəndə 

yerləşən  Çovdar  yatağında  iş  aparır.  Yaxın  vaxtlarda  həmin  yataqda  da  hasilata 

başlanacağı gözlənilir. 

    Böyük  və  Kiçik  Qafqaz  dağ  sistemlərinin  şərq  hissəsini  əhatə  edən  Azərbaycanın 

ə

razisi  mürəkkəb  geoloji  quruluşa  malik  olması,  faydalı  qazıntıların  müxtəlifliyi  və 



rəngarəngliyi  ilə  fərqlənir.  Bu  baxımdan  demək  olar  ki,  respublikanın  əksər  yerləri 

faydalı  qazıntılarla  zəngindir.  Aparılan  tədqiqatlara  əsasən  isə  Gədəbəy,  Daşkəsən, 

Ağstafa,  Kəlbəcər,  Laçın  rayonlarında,  Naxçıvan  Muxtar  Respublikasının  Ordubad 

rayonunda  yerləşən  qızıl  yataqları  daha  zəngindir.  Amma  respublikada  zəngin 

olmayan yataqlar da mövcuddur. Bir müddət əvvəl biz Nazirlər Kabinetinin qərarına 

ə

sasən,  yeni  bir  texnologiya  işləmişik  ki,  həmin  texnologiya  vasitəsilə  kasıb 



yataqlardan  qızıl  çıxarılması  rentabelli  sayıla  bilər.  Hələlik  istismarla  məşğul  olan 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə