Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

47 

 

“Azərqızıl”  Dövlət  Şirkəti  arasında  “Gədəbəy,  Qoşa,  Ordubad  qrupu  (”Piyazbaşı”, 



“Ağyurd”,  “Şəkərdərə”,  “Kələki”),  “Söyüdlü”,  “Qızılbulaq”,“Vejnəli”  qızıl-filiz 

yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqında” saziş imzalanıb. Bu 

saziş  430  ton  qızıl,  2,5  min  ton  gümüş  və  1,5  milyon  ton  mis  ehtiyatının  hasilatını 

nəzərdə  tutur.  2009-cu  ildə  “Gədəbəy”  yatağının  istismarı  nəticəsində  əmtəəlik  qızıl 

ə

ldə edilib və bu qızıl “Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilir. 



      Onu da bildirək ki, “R.V.Investment Group Services LL USA” şirkəti “Gədəbəy” 

yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir. 

Bir  unsiya  qızıl  31  qramdır.  Layihəyə  Azərbaycan  Beynəlxalq  Mədən  Əməliyyatı 

Ş

irkəti  (ABMƏŞ)  rəhbərlik  edir.  Hazırda  dövlət  balansında  kəşfiyyatı  aparılan  və 



sənaye  ehtiyatları  təsdiq  edilən  üç  qızıl  yatağı  -  “Qızılbulaq”,  “Vejnəli”  və  “Zod” 

(Söyüdlü)  yataqları  qeydə  alınıb.  Bundan  başqa,  “Filizçay”,  “Katex”  və  “Kasdağ” 

polimetal, həmçinin “Qaradağ”  mis-porfir yataqlarının filizlərində  yanaşı  komponent 

kimi  qızıl  ehtiyatları  mövcuddur.  Bunlardan  əlavə,  “Qoşa”,  “Ağyurd”,  “Piyazbaşı”, 

“Dağkəsəmən”,  “Gədəbəy”  və  “Ağduzdağ”  yataqlarında  da  qızıl  ehtiyatları  var.   

Hazırda böyük ehtiyatları olan qızıl yataqlarından - “Zod”, “Qızılbulaq” və “Vejnəli” 

ermənilərin  işğal  etdikləri  ərazilərdə  yerləşir.  Azərbaycanın  Ekologiya  və  Təbii 

Sərvətlər Nazirliyinin məlumatına görə, işğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ 

faydalı qazıntı yataqları mövcud olub. 

       Ermənilər  bu  ehtiyatlardan  daha  çox  qızılı  talan  etməyə  başlayıblar.  Kəlbəcərin 

Ermənistanla  sərhəd  bölgələrindəki  zəngin  qızıl  yataqlarında  qanunsuz  istismar 

başlayıb  və  bu  proses  indi  də  davam  edir.  Sonradan  Ağdərə  və  Zəngilanda  da  qızıl 

yataqlarının talan edilməsi başlayıb

   Hazırda ən perspektivli Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 



min  ton  mis  ehtiyatı  olduğu  güman  edilir.  Əgər  gümüş  və  misi  nəzərə  almasaq, 

Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.       

Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Bir unsiya gümüş 

17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan 

ə

lavə olaraq 360 milyon dollar gəlirin əldə ediləcəyi   proqnozlaşdırılır. 




48 

 

    Ötən il Azərbaycanın “Gədəbəy” qızıl yatağından 67267 unsiya qızıl istehsal edilib. 



Bu,  proqnozda  nəzərdə  tutulandan  7267  unsiya  çox  olub.  “Anglo  Asian  Mining” 

ş

irkətinin məlumatına görə, istehsal edilmiş qızılın 57398 unsiyası 1241 ABŞ dolları 



qiymətinə  dünya  bazarında  satılıb.  2010-cu  ildə  Azərbaycanda  qızıl  hasilatı  1,9  ton 

təşkil edib. Şirkətdən bildirilib ki, “Gədəbəy”də 821 176 ton quru filiz emal olunub və 

hər 1 ton filizdən 4,33 qram qızıl əldə edilib. Bundan başqa, yataqdan 182,5 ton mis, 

1460  kq  gümüş  əldə  olunub.  Yataqdan  hasil  edilmiş  mis  2011-ci  ildə  satışa 

çıxarılacaq. 

      “Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, 2010-

cu  il  rəhbərlik  etdiyi  şirkət  üçün  transformasiya  ili  olub.  Eyni  zamanda,  qızılın 

qiymətinin  dünya  bazarlarında  bahalaşması  da  şirkətin  fəaliyyətini  stimullaşdırıb. 

Vəziri  2011-ci  ildə  Ordubad  və  “Qoşa”  müqavilə  sahələri  üzrə  də  müsbət  nəticələr 

ə

ldə edəcəklərinə ümidvar olduqlarını söyləyib. 



     Hazırda  ölkəmizdə  onlarla  qızıl  yatağı  işlənməkdədir.  Azərbaycan  Beynəlxalq 

Mədən  Əməliyyat  Şirkəti  də  Gədəbəyin  qızıl  yataqlarında  istehsalı  getdikcə  artırır. 

Qızıl  zavodunda  emal  olunan  xammal  sonradan  sveçə  göndərilir  və  orada  təkrar 

emalla  külçə  formasına  salınaraq  Avropa  bazarlarına  satışa  çıxarılır.  Hazırda  dəniz 

səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Mis dağı adlanan ərazidə istismar

 

işləri 



aparan  Azərbaycan  Beynəlxalq  Mədən  Əməliyyat  Şirkəti  Azərbaycan  hökuməti  ilə 

Tovuz və  Ordubad  ərazilərində  qazıntı işlərini  aparmağı  da  razılaşdırıb.  Artıq həmin 

ə

razilərdə  ilkin  kəşfiyyat  işlərinə  başlamağa  hazırlaşan  ABŞ-ın  Beynəlxalq  Mədən 



Ə

məliyyat Şirkəti müqaviləyə əsasən Gədəbəy ərazisində 30 il qızıl emalı ilə məşğul 

olacaq.  Hazırda  bir  qızıl  zavodu  ilə  fəaliyyət  göstərən  şirkətin  ərazisində  yeni  mis 

zavodunun da istifadəyə verilməsi gözlənilir. 

      Daşkəsən  rayonu  ərazisində  (Kiçik  Qafqaz  dağ  silsiləsi)  yerləşən  “Çovdar”  qızıl 

yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır. 

“Çovdar”  qızıl  yatağını  AIMROC  şirkəti  istismar  edəcək.  Qeyd  edildiyi  kimi, 

AIMROC  həmçini

Qarabağ”,  “Göydağ”,  “Dağ  Kəsəmən”  yataqları,  habelə  “Köhnə 



mədən”  sahəsi  və  “Kürəkçay”  hövzəsinin  istismarına  dair  Azərbaycan  hökuməti  ilə 


49 

 

2006-cı ilin dekabrın 30-da 30 illik müqavilə imzalayıb. Göygöl rayonunda “Göygöl” 



adlanan daha bir perspektivli qızıl yatağının aşkara çıxarıldığı da məlum olub. 

       Məlumata görə, son 7-8 ildə geoloqlar 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağı 

aşkarlayaraq  istehsalçılara  təhvil  verib.  Hazırda  geoloqlar  tək  Kiçik  Qafqazda  deyil, 

Böyük  Qafqaz  və  Talış  dağlarında  da  faydalı  qazıntı  yataqlarını  axtarır,  kəşfiyyat 

işlərini davam etdirirlər. 

   Qızılın  istehsal  tarixinə  keçməzdən  öncə  qeyd  edək  ki,  Dünya  Qızıl  Şurasının 

məlumatına  əsasən,  2009-cu  ilin  birinci  rübündə  dünyada  qızıl  istehlakı  2008-ci  ilin 

analoji  dövrü  ilə  müqayisədə  38  faiz  artıb.  Rüb  ərzində  qızılın  qiyməti  2008-ci  ilin 

eyni dövründəki orta göstəricisindən 2 faiz aşağı olmaqla 908,41 dollar/unsiya təşkil 

edib.  Maraqlıdır  ki,  dünya  maliyyə  böhranı  qızıldan  sənaye  və  yuvelir  sahəsində 

istifadəni  kəskin  azaltsa  da,  investisiya  xarakterli  topdan  qızıl  istehlakında  az  qala 

üçqat artım baş verib: ötən ilin eyni dövrü ilə müqayisədə artım 248 faiz təşkil edib – 

ton  ifadəsində  171,3  tondan  595,9  tona  yüksəlib.  2008-ci  il  ərzində  isə  dünya 

bazarında qızılın orta qiyməti 2007-ci ildəki 695 dollar/unsiyadan 872 dollar/unsiyaya 

qalxıb(25 faiz artım). Hazırda bu qiymətli metalın 1 unsiyası 960 dollar civarındadır.    

Qiymətlərin belə artımını bir çoxları dünya iqtisadi böhranı ilə əsaslandırırlar: bildirilir 

ki, maliyyə və fond bazarlarında müşahidə olunan qeyri-müəyyənlik qızıl bazarında 

təşvişə səbəb olub.  nvestorlar öz pullarını bütün dünyada dəyərdən düşmüş qiymətli 

kağızlardan  (bu  sektorda  itkilərin  ümumi  həcmi  14  trilyon  dolları  keçib)  daha 

təhlükəsiz  saydıqları  istiqamətə  -  qızıl  bazarına  yönəldiblər.  Digər  tərəfdən,  pulların 

dəyərsizləşməsi  sıravi  insanların  da  yığımda  qiymətli  metallara  üstünlük  verməsinə 

gətirib çıxarıb. Bu isə tələbi və ona uyğun olaraq, qiymətləri artırıb. 

   1840-cı ilədək dünya bazarına qızılın demək olar ki, hamısı Rusiyadan daxil olurdu. 

1848-ci ildə ABŞ-ın Kaliforniya ştatında qızıl yataqları açıldıqdan sonra 1850-1886-cı 

illər arasında bu ölkə dünya qızıl hasilatının üçdə birini təmin etdi. Həmin vaxtdan isə 

ABŞ-da  hasilat  azalmağa  başladı.  1850-ci  ildə  həmçinin  Avstraliyada  zəngin  qızıl 

yataqları açıldı. Nəticədə 1840-1860-cı illərdə dünya qızıl hasilatı səviyyəsində kəskin 

artım baş verdi. 1891-ci ildən etibarən Alyaska (Yukona) və Cənubi Afrika qızılı da 

dünya  bazarına  daxil  olmağa  başladı  ki,  bu,  hasilat  səviyyəsində  növbəti  kəskin 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə