Microsoft Word Atakisiyeva Ulker 869M. doc


 Ayaqqabının üzlük detallarının qurulması



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix14.01.2018
ölçüsü0,51 Mb.
#20675
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

42 

 

3.4. Ayaqqabının üzlük detallarının qurulması 



 

Üzlüyün xarici detallarmı qurmazdan əvvəl birləşdiricinin və ya topuqluğun 

arxa əyrilik xəttini çəkmək üçün qəlibin şərti açılışının daban hissədəki əyriliyinin 

üzərində  aşağıda  göstərilən  ölçüləri  ayırmaq  lazımdır:  BbBb  =3,5-5mm, 

BbBb=l,5mm,  BkBk=2mm.  Alınmış  Bb,  BV  və  Bk  nöqtələri  səlis  xətlə 

birləşdirmək  lazımdır.  Bu  xətlər  qəlibin  şərti  açılışının  B3  nöqtəsindən  bir  qədər 

aşağı  hissədəki  konturunda  kəsişir.  Bb  nöqtəsindən  yuxarıya  doğru,  qəlibin  şərti 

açılışının  daban xəttində  BbBb=0,5  (60-hk)  mm  məsafənin  ölçüsünü  işarə  edirlər 

(şəkil;3.9). 

Birləşdiricinin  ön  hissədəki  kəsiyinin  X  dərinliyini  xarakterizə  edən  C 

nöqtəsini  işarə  edirlər.  Bu  nöqtə  qəlibin  şərti  açılışındakı  yuxarı  konturda  işarə 

edilən  Cı  C2  kəsiyin  istənilən  yerində  işarə  edilə  bilər.  C  nöqtəsi,  C  nöqtəsindən 

sol  tərəfdə  10mm  aralı  yerləşir  (qəlibin  şərti  açılışı  ilə  IV  bazis  xəttinin  yuxarı 

konturundakı kəsilmə nöqtəsində), C2 - nöqtəsi ilə ondan sağ tərəfə doğru 18mm 

aralı  yerləşir.  Birləşdiricinin  ön  tərəfindəki  kəsiyinin  dərinliyi  hk  dabanlığın 

qalxma  hündürlüyündən  və  modanm  istiqamətindən  asılıdır.  Hk  -  nə  qədər  çox 

olarsa tuflinin ön hissədəki kəsiyi də bir 0 qədər çox olar (yəni ön hissə çox açıq 

olar), yəni C nöqtəsini C nöqtəsinə yaxın məsafədə yerləşdirirlər. Hk = 20-25 mm 

bərabər  olduqda  C  nöqtəsi  C  -  nöqtəsinə  yaxınlaşır  və  ya  bu  nöqtə  ilə  üst-üstə 

düşür (əgər üzlüyün ayaqda bərkidilməsi üçün hər hansı bir tərtibat yoxdursa), belə 

tərtibat olduğu halda C nöqtəsini bir qədər aşağı doğru yerini dəyişmək olar. 

Bb və C nöqtələrindən keçməklə birləşdiricinin qatlanma xəttini çəkirlər. Bu 

xətti Hs nöqtəsindən uzadaraq, dartı kənarının eninə kimi davam etdirirlər. 

Ön  hissədə  seçilmiş  kəsiyin  forması  qəübin  burun  hissəsinin  forması  ilə 

uyğunlaşdırılmalıdır. 

Birləşdiricinin  daxili  və  xarici  tərəflərindən  kant  xəttinin  düzgün  çəkilməsi 

üçün aşağıda göstərilən nəzarət nöqtələri işarə olunur: k, K, P, və P. Bunun üçün 

KK=04 KK; KK = 0,55 KK; PP=0,45, PP = 0,5 AA kəsiklərini ayırırlar. K və P 

nöqtələri birləşdiricinin xarici tərəfdən yuxarı kant xəttinin aşağı sərhəddidir. K və 

P nöqtələri isə daxili tərəfdən yuxan sərhəddir. 




43 

 

Birləşdiricinin  ön  kəsiyi  dərin  olmadıqda  (məsələn  C  nöqtəsi  C  nöqtəsin 



yerləşdirilir) yuxarı kant xətti daxili və xarici tərəfləri simmetrik çəkirlər. Əgər ön 

kəsik dərin olduqda isə kantın daxili və xarici xətləri asimmetrik çəkilir. Bunların 

III  bazis  xətti  sahəsində  hündürlük  üzrə  fərqi  3-dən  12  mm-dək  olur.  Kəsik  nə 

qədər dərin olarsa fərqi də bir 0 qədər çox olur. Bb nöqtəsindən, təxminən I bazis 

xəttinə  kimi  yuxarı  kant  xətini  BbD  xətti  boyu  çəkirlər,  sonra  Kı  bP  və  K2  P2 

nöqtələri C

1

 nöqtəsi ilə birləşdirən, əyrini səlis xətlərlə, eskizdə göstərilən formaya 



uyğun olan kəsiyi çəkirlər. Sonra üzlüyün qəlibə çəkilməsi üçün dartı kənarlarına, 

yuxarı kant xəttinin qatlanması üçün və daban hissədə topuqluğun arxa hissəsində 

tikişin möhkəmləndirilməsi üçün birləşdiricinin buraxılışı verilir. 

Üzlük üçün istifadə edilən dərilərin biçmədə qənaətlə istifadə edilməsi üçün 

birləşdiricinin  daxili  qanadının  kəsilməsi  məsləhət  görülür.  Bu  halda  bir  cüt 

üzlükdə iki xarici detal olur. Topuqluğun hər iki tərəflərdən kəsmək olar.  

Topuqluğun  kəsiyi  birləşdirmənin  ön  hissəsinin  formasından  asılıdır,  bunu 

iki üsulla yerinə yetirmək olar. 

Modelin  konstruktor  əsasını  (dartı  kənarları  və  kənarların  qatlanması  üçün 

buraxılışları verməklə) vatman vərəqin üzərinə çəkirlər. 

 

 

3.5. Qəlibin üzərində sərt qişanın alınması 



 

Sərt  qişanın  alınması  üçün  bu  layihələndirmə  üsulunda  qəlibin  alt  izinə 

qabaqcadan içlik bərkidilir. Burunaltı, arxalıq, astarlıq, aralıq astarlıq və üzlük altı 

qayışlar qəlibin müvafiq yerlərdəndə bərkidilir [1]. 

Qeyd  etmək  lazımdır  ki,  qəlibin  müvafiq  yerlərində  yerləşdirilən  detallar 

26167-84 və 13116-84 №-li dövlət standartlarına uyğun gəlməlidir. 

Bundan  sonra  qəlibin  səthinə  parça  və  ya  termoplastik  örtük  çəkilərək  onun 

kənarları boyu içliyə tex və ya yapışqan bərkidilir. Parçadan olan örtüyün üzərinə 

örtüyü əmələ gətirən maddə çəkilməlidir. 

Sərt  qişanın  alınması  üçün  termoplastik  örtükdən  istifadə  olunması  daha 

məqsədəuyğundur.  Çünki  istilik  vasitəsilə  yumşaldılmış  termoplastik  material 



44 

 

qəlibin  üzərində  yaxşı  oturur.  Yumşaldılma  xüsusi  aparatın  köməyi  ilə  çəkilir 



(şəkil 3.12). 

Aparatın (12) korpusunda, (10) dəstəkləri xaricdə yerləşdirilmiş iki əl nasosu 

vardır.  Dəstəyi  sürgü  qolu  istiqamətində  (işlək  zamanı)  hərəkətə  gətirdikdə 

Havanın (300Pa-dan az olmayan) sovrulması baş verir. 

Korpusun arxa divarında (4) cəftələrin üzərində (işçi ölçüsü 250% 500 mm) 

(9) dəstəklə birgə (8) aşağı çərçivə yerləşir. 

Bunun  üzərində  (6)  cəftələrin  köməyi  ilə  (3)  kliti  olan  (5)  yuxan  çərçivə 

bərkidilmişdir. 

(12)  korpusun  (15)  kranşteynində  1  kvt  gücə  malik  (1)  E Q-sından  ibarət 

olan (2) qızdırıcı bərkidilmişdir. 

Şə

kil  3.12  korpusun  işçi  vəziyyətində  olan  bağlı  çərçivələrin  en  kəsikləri 



verilmişdir.  Çərçivələr  arasında  rezindən  (18),  (19)  ara  qatı  vardır.  Bu  ara 

qatlarının ortasında  (17)  örtüb  sıxılıb saxlanılır.  Polivinilxlorid  örtüyü 8-3  dəqiqə 

ə

rzində 60-120°S temperaturadək qızdırılır. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 3.10. sərt qişanın alınması üçün istifadə edilən vakum-aparatın sxemi. 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə