Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   ...   14   15   16   17   18   19   20   21   22

 

64 


Ümumiyyətlə    Azərbaycanda  sel  və  daşqınların  vurduğu  zərərləri  azaltmaq 

məqsədi  ilə  mühəndis  və  qeyri  –  mühəndis  metodlarının  tətbiq  edilməsi 

məqsədəuyğundur. 

Mühəndis  metodları.  Bu  metodlara  su  anbarlarının  tikintisi,  onların 

tənzimlənməsi və idarə olunmasında Kür-Araz hövzəsi ölkələrinin birgə fəaliyyəti: 

bəndlərin bərpası, yenilərinin inşası və mühafizəsi; meandrların düzəldilməsi; çay 

yatağının  və  deltasının  lildən  təmizlənməsi;  axmaz  göllərin  iş  prinsipinin  bərpa 

edilməsi;  meşə  zolaqlarının  salınması;  çay  dərəsinin  idarə  olunması;  su  təchizatı 

sistemlərinin beton örtüklü olması; yeraltı suların səviyyəsinin nizamlanması və s. 

aiddir. 


Qeyri-mühəndis  metodları.  Buraya  sel  və  daşqınların  proqnozlaşdırılması 

sisteminin  yaradılması;  sosial  sığortanın  effektivliyinin  artırılması;  əhalinin 

köçürülməsi; idarəetmə orqanlarının fəaliyyəti  və s. daxildir. 

Kür-Araz deltasında yeni qolların inşası, Araz çayının qədim çay dərəsində 

(140  km)  –  mişli  rayonu  ərazisində,  Bəhramtəpə  su  qovşağı  yaxınlığında  yeni 

qolunun açılması, Mingəçevir su anbarından Xəzər dənizinə qədər olan hissədə 50-

dən  çox  meandırların  düzəldilməsi,  daşqınlara  məruz  qalan  ərazilərdə  strateji 

ə

həmiyyətli  obyektlərin  ətrafınd  dəmir-beton  mühafiz  bəndlərin  inşa  edilməsi, 



daşqınların  qismən  zərərsizləşdirilməsində  Kür  və  Araz    çayları  sahillərində 

yerləşən Sarısu,Ağ gölvə s. kimi çoxsaylı göl və axmazların “keçmiş fəaliyyəti”nin 

bərpa  edilməsi,  bəndlərdə  filtrasiya  dayanıqlığının  aparılmasına  diqqət 

yetirməklə,Sarsu  gölündən  suyun  Baş  Mil-Muğan  kollektoruna  axıdılması  və 

yarana  biləcək  yuyulma  proseslərinin  qarşısının  alınması  üçün  qabqlayıcı 

tədbirlərin  görülməsi  vacib  məsələlərindən  biridir.Müasir  dövrdə  Kür  çayı 

sahilində yerləşən iri göllərin və axmazları özəlləşdirərək onlardan balıqçılıq üçün 

istifadə edilməsi nəticəsində göllərin Kür çayı ilə birbaşa əlaqəsi kəsilib ki, bu da 

öz  növbəsində  Kür  çayında  daşqın  sularının  tənzimlənməsinə  imkan  verir.    Kür 

çayı  sahillərində  yerləşən  göl  və  axmazların  daşqın  vaxtı  tənzimləyici  rolu  bərpa 

edilməlidir. 

 



 

65 


 3.3. Atmosfer hadisələri ilə əlaqədar yaranan anomal vəziyyətlərdə

qorunma 

 

 

 



          Leysanın  təbii  fəlakətə  çevrilməməsi  üçün  onun  formalaşması,  intensivliyi, 

yayılması  və  digər  parametrləri  proqnozlaşdırmaq  üçün  böyük  təhlükə  yaradan 

dolu  hadisəsindən  müdafiə  olunmaq  üçün  də  tətbiq  etmək  olar.  Burada  dünya 

təcrübəsində geniş istifadə olunan vasitələrə üstünlük verilməlidir. Onun mahiyyəti 

dolu  yaradan  buludların  tərkibinə  kristall  reagentlərin  daxil  edilməsi  ilə 

zərəsizləşdirlmiş  süni  yağış  yaratmaqdan  ibarətdir.  Bu  üsulun  reallaşması  üçün 

doluyağdıran  buludlara  təsit  edən  üç  müstəqil  artilleriya,  raket  və  qarışıq 

üsullardan  istifadə  olunmalıdır.  Bu  göstərilən  tədbirlərin  vaxtilə  respublikanın  7 

ə

sas  üzümçülük  rayonlarında  tətbiq  edildiyini  nəzərə  alsaq,  hazırki  müstəqillik 



şə

raitində  dağlıq  və  dağətəyi  regionlarda  da  bərpa  edilməsinə  böyük  ehtiyac 

duyulur. Respublikada fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin tərkibində 

hərbi qurumların da birləşdirildiyini nəzərə alsaq, bu problemin gələcəkdə müsbət 

həll edilməsinə ümid bəsləmək olar.  

 

DHMH-dən  leysan  yağışlarının  baş  verməsi,  yayılması  və  təkrarlanması 



respublika  ərazisində  müxtəlif  olduğundan,  onun  dağıdıcı  fəaliyyətinin 

zərərsizləşdirilməsi  və  zəiflədilməsi  yolları  da  müxtəlifdir.  Leysana  qarşı  ilk 

növbədə meşə-meliorasiya tədbirlərinin aparılması böyük səmərə verə bilər. Əgər 

torpaq örtüyü kolluq və kökü dərinə gedə bilən müxtəlif bitkilərlə örtülməmişdirsə, 

leysan yağışlarının suyu torpağın dərinliklərinə hopur və torpaq sürüşməsi, sel və 

daşqın təhlükəsi yaradır. Bitkilər, meşə və kolluqlar axar suyun dağıdıcı qüvvəsi ilə 

mübarizədən  yaxşı  vasitə  olub  əlavə  yağış  sularını  özündə  saxlayır,  onların 

buxarlanmasını  azaldır.  Bu,  öz  növbəsində  yarğanlar,  böyük  çalaların  baş 

verməsinin qarşısını alır, daşqınlar zamanı suyun səviyyəsini tənzimləyir. 

Deyildiyi 

kimi, 

Xəzər 


sahili 

ə

razilər 



üçün 

iqlimin 


səciyyəvi 

xüsusiyyətlərindən  biri  burada  sürətli,  tez-tez  fırtına  güclü  şimal  küləklərinin  və 

mülayim cənub-qərb küləklərininin əsməsidir. Abşeron üçün hakim küləklər şimal 



 

66 


küləkləridir  (bu  küləklərin  yerli  adı  “Xəzri”-dir).  Bu  küləklər  əsən  zaman  hava 

birdən-birə dəyişir, temperatur sürətlə  aşağı düşür, buludluluq artır, bəzən yağış, 

bəzən isə qışda qar yağır. Şimal küləkləri ildə orta hesabla 100 gün təkrarlanır və 

belə küləklərdən sonra havanın hərarəti yayda 5-6

0

, qışda isə 10-12



0

 aşağı düşür. 

Soyuq  hava  kütlələri  keçən  zaman  sahil  zonada  küləyin  sürəti  tez-tez  20 

m/san. qədər, bəzi hallarda isə 40 m/san. belə çata bilər. “Xəzri” adətən 2-3, bəzən 

isə  5-6  sutka  əsir.  Küləyin  orta  illik  sürəti  5-8  m/san.-yə  bərabərdir.  l  ərzində 

küləyin  maksimal  sürəti  gündüz,  minimum  sürəti  isə  gecə  saatlarında  müşahidə 

edilir.  Bütün  il  boyu  yarımadanın  cənub-qərb  hissəsində  şimal  və  şimal-qərb 

küləkləri  üstünlük  təşkil  edir.  Bunların  təkrarlanması  45%-ə  qədərdir.  Cənub  və 

cənub-qərb küləkləri təkrarlanmasına görə ikinci yer tutur. 

Dəniz  sahili  rayonlarda  küləksiz  havaların  miqdarı  az,  daxili  rayonlarda  isə 

getdikcə  nisbətən  çoxalır.  Az  küləkli  hava  adətən  qradiyentsiz  sahə  mövcud olan 

hallarda, yaxud Qafqaz və Xəzər dənizi üzərində antisiklon sahəsi yerləşən zaman 

müşahidə edilir. 

 

DHMH-dən  şiddətli  küləklərə  qarşı  səmərəli  mübarizə  tədbirlərinin 



aparılması  təsərrüfat  üçün  mühüm  əhəmiyyət  daşıyır.  Şiddətli  küləklər 

Azərbaycanın  həm  düzən,  həm  də  dağlıq  rayonlarında  baş  verdiyindən, 

respublikanın  regionlarının  təbii  şərait  xüsusiyyətləri  nəzərə  alınmaqla,  bu 

bölgələrdə  ilk  nüvbədə  meşə  meliorasiya  tədbirləri  genişləndirilməlidir.  Eyni 

zamanda  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  Milli  Hidrometeorologiya 

Departamentinin  qısa  və  uzun  dövr  üçün  verdikləri  hava  proqnozları  əsasında 

kütləvi informasiya vasitələri əhalinin DHMH-lər haqda məlumatlandırılması son 

dərəcə vacib hesab oluna bilər. 



 

 

 

 

 

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə