Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   ...   22

 



G R Ş 



 

Mövzunun aktuallığı.  qtisadi və fiziki coğrafiya, ətraf mühitin mühafizəsi 

sahəsində aparılan kompleks elmi tədqiqatların, o cümlədən təbii ekzoğen proses 

sayılan  hidrometeoroloji  hadisələrin  nizamlanması  istiqamətlərinin  təhlili  strateji 

ə

həmiyyətə  malikdir.  Bu  hadisələr  son  yüz  ildə  böyük  dağıntı,  insan  tələfatı  və 



faciələrlə nəticələndiyinə görə Dağıdıcı hidrometeoroloji hadisələr (DHMH) kimi 

səciyyələnir.    Hal-hazırda  DHMH  inkişafına  ,  əhatəliyinə  və  təhlükəliyinə  görə 

dünyanın  qlobal  problemlərindən  birinə  çevrilmişdir.  Belə  təhlükəli  hadisələr 

istehsalın  inkişafına    və  yerləşməsinə  dağıdıcı  və  böyük  iqtisadi  zərərlər  yetirən, 

insanların həyat tərzinə və sağlamlığına mənfi təsir göstərən, təbii proseslərin (sel, 

daşqın, dolu,leysan, şiddətli külək, quraqlıq və s.) məcmusu nəzərdə tutulur. 

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə dünyada baş təbii 

fəlakətlərin  80-85  %-i  Dağıdıcı  Hidrometeoroloji  Hadisələrin  (DHMH)  payına 

düşür.  Bu  təşkilatın  məlumatına  görə  yalnız  daşqın  hadisələri  nəticəsində  hər  il 

dünya iqtisadiyyatına təxminən 30-50 milyard ABŞ dolları həcmində ziyan dəyir. 

DHMH prosesləri bütün dunya ölkələrində olduğu kimi, Azərbaycan təsərrüfatının 

və əhalisinin normal fəaliyyət göstərməsində böyük problemlər yaradır. DHMH-in 

baş  verməsi  nəticəsində  hər  il  Azərbaycan  iqtisadiyyatına  orta  hesabla  30-50 

mln.manat miqdarında zərər dəyir və bəzən insan tələfatına da səbəb olur. Belə ki, 

son  10  ildə  yalnız  daşqınlar  nəticəsində  bizim  respublikanın  iqtisadiyyatına 

təqribən 1,5 milyard manat ziyan dəymişdir ki, bunun da 66,7%-i 2010-cu ildə baş 

verən daşqınların payına düşür. Müəyyən olunmuşdur ki, respublika üzrə inzibatı 

rayonların  20%-i,  yaşayış  məntəqələrinin  6,7%-i,  əhalinin  20,1%-i,  sənaye 

müəssələrinin 3,0%, kənd təsərrüfatı müəssisələrinin 12,3%-i, avtomobil yollarının 

14,2%-i fasilələrlə daşqınlara məruz qalır.  

Respublikamızın coğrafi mövqeyi, iqlimi və relyefinin müxtəlifliyi ərazinin 

üç tərəfdən dağlarla (Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları)  və böyük bir 

sahədə Xəzər dənizi ilə əhatə olunması, eləcə də antropogen amillərin mövcudluğu 

DHMH-in  təkrarlanmasına  və  intensivliyinin  ilbəil  artmasına  səbəb  olur.  Bunlar 




 

xüsusilə  sel,  daşqın  və  şiddətli  küləklərin  tarixən  yayıldığı  və  onların 



formalaşmasına  antropogen  amillərin  güclü  təsir  göstərdiyi  regionlarda  özünü 

qabarıq  surətdə  göstərir.  Əgər  10-20  il  bundan  qabaq  sellərin  yayıl-masında  və 

təkrarlanmasında  bu  qanunauyğunluq  müşahidə  edilirdisə,  hazırda  onların  baş 

vermə tezliyi artmışdır. 

Respublikamızda  daşqınlar  və  subasma  hadisələrinə  qarşı  aparılmış 

mühafizə  tədbirləri  onların  intensivliyini  azaltsa  da,  son  illərdə  baş  verən  iqlim 

dəyişmələri,  antropogen  və  digər  amillərin  fəallaşması  onların  hər  il 

təkrarlanmasını artırmışdır. 

Son  dövrlərdə  qlobal  iqlim  dəyişmələrinin  nəticəsi  kimi  hidrometeoroloji 

proseslərlə  bağlı  baş  verən  təbii  fəlakətlərin,  o  cümlədən  sellərin,  daşqınların, 

quraqlığın,  qasırğaların,  meşə  yanğınlarının  və  s.  dinamikası  neqativ  artmaqda 

davam edir. Belə ki, son yüz ildə güclü subasma və daşqın iki dəfə baş vermişdirsə, 

artıq son 10 ildə bu hadisələr 3 dəfə təkrarlanmışdır. 

Qasırğa  gücündə  şiddətli  küləklər  Abşeron  iqtisadi  rayonu  istisna  olmaqla, 

digər rayonlarda çox nadir hallarda baş verirdisə, indi artıq bu proseslərin də arealı 

genişlənmiş  və  respublikanın  əksər  bölgələrində  tez-tez  təkrarlanması  müşahidə 

edilir.Dolunun, leysan yağışların və digər hidrometeoroloji hadisələrin təkrarlanma 

intensivliyi  də  kəskin  surətdə  artmış  və  onlarında  təsir  göstərdiyi  ərazilər  xeylək 

genişlənmişdir.  DHMH  uzun  müddətli  fasilələrdən  sonra  baş  versə  də  istehsalın 

inkişafı və ərazi təşkilində onların nəinki müasir dövrdə, eləcə də gələcəkdə nəzərə 

alınması çox vacibdir. Belə halların çox vaxt nəzərə alınmaması sonradan müxtəlif 

təsərrüfat sahələrində böyük iqtisadi zərərlərə və daşqınlara səbəb olur. 

Dünyanın  inkişaf  etmiş  ölkələrində  DHMH-dən  əhaliyə  dəymiş  zərərlərin 

ödənilməsində  dövlət  təşkilatları  ilə  yanaşı,  özəl,  yerli  və  Beynəlxalq  Sığorta 

ş

irkətləri mühüm rol oynasalar da hələlik respublikamızda (bir dövlət,21 yerli özəl 



və  7  müştərək  xarici  sığorta  şirkətləri  fəaliyyət  göstərsələr  də)  belə  şirkətlərin 

göstərilən sahədə fəaliyyətləri qənaətbəxş deyil. Əhalinin, təsərrüfatların sığortaya 

cəlb edilməsi və sığortalanması işi zəif təşkil edilmiş və ya yox dərəcəsindədir. Bir 

sıra dünya ölkələri təbii fəlakətlərdən dəyən zərərləri aradan qaldırmaq üçün artıq 




 

öz  büdcələrindən  illik  bu  sahəyə  ayırmaları  artırmaq  məcburiyyətindədir.  Misal 



üçün  Yaponiya  kimi  bir  ölkə  ildə  təbii  fəlakətlərlə  mübarizəyə  öz  büdcəsinin  5-

8%-i  (təxminən  23-25  milyard  dollar),  Çin  3-6%  (36  milyard  dollar)  ayırır. 

Azərbaycanda    hələlik  bu  məqsədlər  üçün  dövlət  büdcəsində  çox  cüzi  maliyyə 

ayrılmaları nəzərdə tutulub.  

Respublikamızın ərazisində son illərdə qlobal iqlim dəyişmələrinin regional 

aspektdə təsiri özünü tam göstərməkdədir. Beləki tədqiqatlar göstərirki, 1980-82-ci 

illərdən başlayaraq əsas iqlim göstəriciləri sayılan temperatür, yağıntı, külək və s. 

amillərin  illik  dinamikasında  dəyişikliklər  baş  verir  və  bu  dəyişmə  1995-ci  ildən 

daha  xarakterik  olmuşdur.    Respublikamızın  ərazisində  2000-ci  ilin  avqustunda 

mütləq  maksimal  temperaturun  (Ordubadda,  Culfada  +46

0

C,  Kürdəmirdə  +44



0

C) 


müşahidə  edilməsi  bu  dəyişmələri  təsdiqedən  əyani  misaldır.  Bunların  əksinə 

olaraq istər əksər Avropa, Cənubi-Şərqi Asiya ölkələrində, Rusiyada bir sıra Latın 

Amerikası ölkələrində, istərsə də Azərbaycanda 2002/2003 – cü illərdə yağıntıların 

(həm  qar,  həm  də    yağışların)  artması  bu  ölkələrin  iqtisadiyyatını  ziyan  vuran 

daşqın və sel kimi təbii fəlakət törədən hadisələrin baş verməsinə səbəb olmuşdur. 

Respublikamızın  bir  sıra  rayonlarında  Dəmiraparançayda,  Türyançayda, 

Girdmançayda,  Ağstafaçayda)  tarixi  maksimal  su  sərfləri  keçmiş  Şəki-Zakatala, 

Naxçıvan,  Lənkaran-Astara  ərazilərində  sel  və  daşqın  hadisələrinin  sayı  artmış, 

Kür  çayında  isə  aşağı  axım  zonasında  kəskin  səviyyə  artımı  ətraf  ərazilər  üçün 

böyük  təhlükə  yaratmışdır.  Bütün  bunlar  iqlim  dəyişmələrinin,  anomal  atmosfer 

proseslərinin, hava şəraitinin törətdiyi nəticələrdir. 

Müasir  dövrdə  baş  verən  təbii  fəlakətlərin  yaratdığı  təhlükələrin 

nəticələrinnin miqyasının böyüklüyünü və bu məsələnin aktuallığını nəzərə alaraq, 

təqdim edilən dissertasiya işi Azərbaycanda baş verən və təbii ekzoğen proses olan 

dağıdıcı hidrometeoroloji hadisələrin təsərrüfat sahələrinə təsirinin iqtisadi-coğrafi 

cəhətdən öyrənilməsi və qiymətləndirilməsi mövzusuna həsr edilmişdir. 

ş

in məqsədi. Ölkəmizdə geniş yayılmış DHMH-in respublika təsərrüfatına 

təsirinin iqtisadi və sosial-ekoloji məsələlərini təhlil edib, onların inkişafına, ərazi 

təşkilinə,insanların  həyat  fəaliyyətinə,sağlamlığına  vura  biləcəyi  zərərlərin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə