Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 

47 


bunun da 2,6 mln ha sel hadisəsi nəticəsində fasilələrlə yuyulmaya məruz qalır. Və 

məhsuldarlığını 60-70% itir. Belə torpaqlar inzibati rayonların hesabatlarında əkinə 

yararlı sahə kimi göstərilsə də, əslində onlardanancaq örüş kimi istifadə edilir. 

Sel hadisələrinin ən çox ziyan vurduğu sahə bitkiçilikdir. Kənd təsərrüfatına 

yararlı  torpaqların  18,85-i  və  bu  sahədən  hər  il  orta  hesabla  əldə  olunan  gəlirin 

11,4%  bitkiçiliyin  payına  düşür.  1996-2006-cı  illərin  hidrometeorloloji 

məlumatlarını  nəzərdən  keçirərkən  görürük  ki,  sel  və  daşqın  hadisəsi  ən  çox 

bitkiçiliyə ziyan vurmuşdur. O cümlədən, 315,4 min ha taxıl, 860 ha tütün, 70 min 

ha tərəvəz, 47 min ha meyvə bağları,17 min ha üzümçülük, 35 ha otlaq və biçənək 

sahəsi seldən ziyan çəkmişdir. Uyğun olaraq taxılçılığa 12,4 mln., tütünçülüyə 3,6 

mln.,  tərəvəzçiliyə  2-2,5  mln.  və  bağçılığa  7,5  mln.  manat  həcmində  ziyan 

dəymişdir.  

 

Heyvandarlığa isə orta hesabla hər il DHMH nəticəsində 1,2-1,5 mln manat 



həcmində ziyan dəyir ki, bu da heyvandarlıqdan əldə olunan gəlirin təqribən 0,8%-

ni  təşkil  edir.  Bütün  təsərrüfatlara  iqtisadi  zərərlər  vuran  DHMH  nəticəsində  

verilmiş dövlət sığorta ödənişləri miqdarda olmuşdur.  

 

Azərbaycanda  sel  hadisəsinə  məruz  qalan  mühüm  sahələrdən  biri  də 



sənayedir.  Kənd  təsərrüfatı  ilə  müqaisədə  sənaye  sahələrinə  zərərlər  daha  çox 

dolayı  yolla  dəyir.  Bu  baxımdan  Şəki-Zaqatala,  Naxçıvan  MR,  Cəncə-Qazax, 

Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları fərqlənir. Göstərilən regionlarda 

seldən  elektroenergetika  və  yeyinti  sənayesi  daha  çox  ziyan  çəkir.  Sel  baş  verən 

zaman  respublikada  fəaliyyət  göstərən  250-dən  çox  yeyinti  sənaye  müəssisəsi 

vaxtında xammal ala bilmir və nəticədə bu müəssisələrin uzun fasilələr yaranır.  

 

Sel  hadisəsi  əhalinin  fərdi  təsərrüfatlarına  və  normal  həyat  fəaliyyətinə  də 



mənfi  təsir  göstərir.  Azərbaycan  ərazisində  mövcud  olan  (4466)  yaşayış 

məntəqələrinin  4,5%-i  və  əhalisinin  8-10%-i  seldən  ziyan  çəkir.  Şəki-Zaqatalada 

57,  Naxçıvan  MR-da  23,  Quba-Xaçmazda  16,  Gəncə-Qazax  21,  Dağlıq  Şirvanda 

18,  Kəlbəcər-Laçında15  yaşayış  məntəqəsi  sel  təhlükəli  ərazilərdə  yerləşmişdir. 

Beləliklə,  respublika  ərazisində  150-dən  çox  yaşayış  məntəqəsi,  burada 

məskunlaşan əhali və sosial infrastruktur sahələr seldən ziyan çəkirlər. 




 

48 


2.2. Daşqın hadisələrinin təsərrüfatların inkişafı və təşkilinə təsiri 

 

Azərbaycan  ərazisində  mövcud  təsərrüfat  obyektlərini  80%-nin  dəniz 



səviyyəsindən aşağıda yerləşdiyini nəzərə alsaq yaşayış  məntəqələrinin inkişafına 

və  ərazi  təşkilinə  daşqın  hadisələrinin  təsirini  öyrənmək  və  onun  gücünü 

zəiflətmək  yollatını  müəyyən  etmək  üçün  problemin  iqtisadi  və  sosial-coğrafi 

aspektində  tədqiqinə  xüsusi  diqqət  yetirilməlidir.Bu  məqsədlə  regionun    və  onun 

ayrı-ayrı  yaşayış  məntəqələrinin  ,əhalisinin  və  təsərrüfat    obyektlərinin 

daşqınlardan nə dərəcədə ziyan çəkmsi araşdırmalıdır. 

Daşqınlar DHMH içərisində Azərbaycan iqtisadiyyatına ikinci böyük zərər vuranı 

təbii  hadisələrə  aidddir.  Təkcə  son  100  ildə  Kür  və  Araz  çaylarında  70-ə  qədər 

daşqın  hadisəsi  qeydə  alınmış  və  respublika  iqtisadiyyatına  orta  hesabla  2  mlrd. 

ABŞ dolları ziyan dəymişdir. Son 10 ildə belə hal 3 dəfə -2003, 2006 və 2007-ci 

ildə  təkrarlanıb.  Hazırda  1,5  mln.  əhalinin  məskunlaşdığı  150-yə  qədər  şəhər, 

qəsəbə, beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları, neft, qaz kəmərlərinin 

keçdiyi  ərazilər  potenisal  daşqın  təhlükəli  ərazilərdə  yerləşir.  Ümumiyyətlə, 

Azərbaycan  ərazisinin  52%-i  potensial  daşqın  və  subasma  hadisələrinin 

təkrarlanmasına  əvvəllər  5-10  ildən  bir  təsadüf  olunarsa,  son  illərdə  bu  proses 

demək  olar  ki,  hər  il  təkrarlanır.  Kür  və  Araz  çayları  hövzəsində  2003,.2006  və 

2007-ci  illərdə  baş  vermiş  daşqın  hadisəsi  fəlakət  faratmasına  görə  əvvəlki 

dövrlərdən  xeyli  fərqlənir.  Belə  ki,  daşqın  nəticəsində  2003-cü  ildə  Kür  çayı 

sahiləndə  yerləşən  Neftçala,  Salyan,  Sabirabad,  Saatlı  və  Hacıqabul  inzibati 

rayonlarının 5,3 min fərdi yaşayış evi, 2006-cı ilin yanvar-fevralaylarnıda isə 2000  

şə

xsi  yaşayış  evi  daşqının  təsirinə  məruz  qalmışdır.  Daşqınlardan  zərər  çəkən 



ə

haliyə  uyğun  olaraq  2003-cü  ildə  20  mln.,  2006-cı  ildə  isə  37  mln.  manat 

həcmində ödəniş vermişdir. Daşqınların ən çox baş verdiyi Mingəçevir və Şirvan 

şə

hərlərində, Yevlax, Ucar, Zərdab, Beyləqan, Hacıqabul,  mişli, Kürdəmir, Saatlı, 



Sabirabad,  Salyan  və  Neftçala  inzibati  rayonlarında  əhalinin  məskunlaşmasına 

regionun  səth    quruluşu    mühüm  təsir  göstərir.  Ərazidə  yaşayış  məntəqələri  və 

ə

hali  məskunlaşması  əsasəniki    horizontalda  -26,5  –  0  m  və  0  –  200  m  arasında 




 

49 


olan ərazilərdə yayılmışdır.  – 26,5 – 0 m  horizontalları  arasında  368  (43,4%)  

yaşayış  məntəqəsi  və  ümumi  əhalinin  1  mln  nəfəri  (56%)  qeydə  alınmışdır.Bu 

hündürlükdəki mövcud yaşayış məntəqələrinin əhalisi və təsərrüfat obyektləri təbii 

fəlakət  riski  altında  fəaliyyət  göstərir  və  fasilələrlə    daşqınlara    məruz    qalır. 

Xüsusilə  mişli,  Saatlı,  Salyan,  Zərdab,  Neftçala  inzibati  rayonlarının  Şirvan 

şə

hərinin əsas sahələri dəniz səviyyəsindən  aşağıda   yerləşdiyindən   mütamadi   



daşqınlardan    ziyan  çəkir.  Təbii  və  iqtisadi  şəraitdən  asılı  olaraq  qeyd  edilən 

ə

razilərin urbanizasiya səviyyəsi və əhalinin sıxlığı üçün onların daşqından ziyan 



çəkmə dərəcəsi də müxtəlifdir(cədv. 2.1). 

Daşqınlarqan  ən  çox  zərər  çəkən  sahələrdən  biri  də  avtomobil  yollarıdır. 

Tədqiqat  ərazisində  2003,  2006  və  2010-cu  illərdə  baş  verən  daşqınlar  zaman 

respublika  əhəmiyyətli 366 km  və  yerli  əhəmiyyətli 305  km  avtomobil  yollarına, 

2317,5 km torpaq yollara ciddi ziyan dəyişmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə