Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

44 


II FƏS L. DAĞIDICI TƏB  EKZOGEN PROSESLƏR N TƏSƏRRÜFAT 

SAHƏLƏR NƏ TƏS R NIN QIYMƏTLƏND R LMƏS  

 

2.1. Sel hadisələrinin təsərrüfatlara təsiri 

 

Dağlıq  ərazilərdən  xalq  təsərrüfatının  müxtəlif  sahələri    üçün    normadan  



artıq  istifadə edilməsi, ətraf mühitə laqeyid münasibət  və qlobal miqyasda iqlimdə 

baş verən istiləşmə çay hövzələrinin səthində külli miqdarda aşınma materiallarının 

toplanmasına şərait yaradır.Bu da leysan yağışları zamanı çaylardan katastrofik və 

güclü sellərin keçməsinə səbəb  olur .  

          Hidroloji aspektdə sellərin öyrənilməsində məqsəd onun hidrodinamikasında 

baş verən qanunauyğunluqların zəif tədqiq edilməsindən   ibarətdir.Bununla yanaşı  

hidrotexniki  qurğularn  layihələndirilməsində,  tikintisində  və  su  anbarların  ölü 

həcminin  müəyyən  edilməsində  selin  tədqiqi  ən  aktual  məsələlərdən  biri  hesab 

olunur.  Selin    dinamikasının  ehtimal  olunacaq    dərəcədə  nəzərə  alınmaması 

ə

haliyə, yaşayış məntəqələrinə,təsərrüfat sahələrə, təbii və antropogen landşaftlara 



böyük ziyan vurur.   

        Belə ki, Qırmızı Xaç cəmiyyətinin məlumatllarına görə 1971-1995 illər 

ə

rzində dünyada 1.5 mlrd. nəfər əhali daşqın və sellərdən  zərər çəkmişdir. Bunun 



da  318  min  nəfəri  həlak  olmuş  21  min  nəfəri  evsiz  və  qan  çatışmazlığına  məruz 

qalmışdır. BMT-nin(Belçikanın elmi–tədqiqat mərkəzi) məlumatlarına görə 2011-

ci ildə baş verən kortəbii dağıdıcı hadisələrin sayı 302-yə çatmış və onun hesabına 

dəymiş ümumi zərər dünya üzrə 366 mlrd. dollar təşkil etmişdir. Xüsusilə, ərazini 

su basması  hesabına 106  mln.nəfər  insan zərər  çəkmişdir.  Aparılmış  müşahidələr 

göstərir ki, 1990-2013-cu illər ərzində çaylardan keçən daşqınların və sellərin sayı 

1950-1985-cı  illərlə  müqayisədə  daha  çox  olmuşdur.  Xüsusilə,  güclü  quraqlıq 

illərində  hündür  dağlıqdan  başlanan  intensiv  leysan  yağışlarından  yaranan  daşqın 

hövzə səthində toplanmış aşınmış materiallarının hamısını bir dəfəyə nəql etməklə 

katastrofik  sellə  əvəz  olunur.  Belə  sellər  vurduğu  ziyana  görə    digər  təbii 

fəlakətlərlə  eyni  səviyyədə  durur,  bəzən  isə  onlardan  da  üstün  olurlar.  Birləşmiş 



 

45 


Millətlər  Təşkilatı  1990-2000-ci  illəri  təbii  fəlakətlərlə  mübarizə  onilliyi  elan 

etməsi sellərin öyrənilməsinə tədqiqatçıların diqqətini daha da artırmışdır.  

Müəyyən olunmuşdur ki, dağlıq ərazilərdə hər il sel nəticəsində Azərbaycan 

iqtisadiyyatına 15-20 mln. manat həcmində ziyan dəyir ki, bunun da 70,6%-i (10-

12 mln. manat) kənd təsərrüfatının payına düşür. Azərbaycanda sellərdən daha çox 

ziyan çəkən sahə kənd təsərrüfatıdır.. Respublikanın ümumi torpaq 8641,5 min ha 

təşkil  edir  ki,  bunun  da  2,6  mln.hektarı  sel  hadisəsi  nəticəsində  fasilələrlə 

yuyulmaya  məruz  qalır  və  məhsuldarlığını  60-70%  itirir.  Belə  torpaqlar  inzibati 

rayonların  hesabatlarında  əkinə  yararlı  sahə  kimi  göstərilsə  də,  əslində  onlardan 

ancaq örüş kimi istifadə edilir.  

Aparılan tədqiqatlar nəticəsində Kiçik Qafqazın çaylarının nəql etdiyi asılı və 

dib qırıntılarının daşınması xüsusiyyətləri, sülb axımın illik rejimi, miqdarı və bir 

sıra  başqa  məsələləri  öyrənilmişdir.  Çay  sularının  bulanılıq  dərəcəsinə  görə 

Azərbaycanda aşağıdakı zonadar ayrılır. 

1.Bulanlığı    50  q/m

3

-dən  az  olan  zona.  Bu  zona,  Şahdağ,  Murovdağ 



silsilələrini,  Qarabağ  vulkan  yaylasını,  Naxçıvan  MR-də  Qapıcıq  dağı  ətraflarını 

ə

hatə  edir.  Lənkəran  vilayətində  bu  zonaya,  əsasən  mənbəyini  Burovar 



silsiləsindən götürən çayların orta  axını və.  Göstərilən ərazilərin geoloji  quruluşu 

(vulkanogen  süxurların  geniş  yayılması)  və  yamacların  bitki  örtüyü  ilə  səthi 

eroziyadan  yaxşı  mühafizə  olunmasıdır.  Bəzi  çayların  aşağı  axınında  bulanlığın 

azlığı meyilliyin kəskin azalması ilə əlaqədardır. 

2.Bulanlılığı  50-100q/m

3

olan  zona.  Bu  zonaya  Şahdağ,  Murovdağ,  Qarabağ 



silsilələrinin  ensiz  yüksəkdağlıq  zolaqları  daxildir.  Naxçıvan  MR  –də  bu  zona 

Zəngəzur silsiləsinin cənub-qərb yamaclarını, Talış dağlarının orta və yüksəkdağlıq 

zonalarını  əhatə  edir.  Bu  zonada  da  bəzi  yerlərdə  eroziyaya  davamlı  vulkanogen 

süxurların,  bəzi  yerlarda  isə  meşə  örtüyünün  yayılması  yamaclarda  sahəvi  (səthi) 

eroziya prosesini xeyli zəiflədir.  

3.Bulanlılıq  dərəcəsi  100-500  q/m

3

olan  zonaya  Kiçik  Qafqaz  dağlarının 



meşəli-çəmənli  orta,  qismən  alçaqdağlıq  zonaları,  Zəngəzur  və  Dərələyəz 

silsiləsinin yamacları, Talış dağlarının alçaqdağlıq zonası daxildir.  




 

46 


4.Bulanlılığı  500-1000q/m

3

arasında  dəyişən  zona  cənub  yamacına 



yüksəkdağlığını (Əlincəçayda alçaqdağlığa qədər), Kiçik Qafqazın alçaqdağlıq və 

dağətəyi  zonasını,  Naxçıvan  çökəkliyindən  ortadağlığa  keçid  zolağı,  Lənkəran 

vilayətində isə Lənkərançaydan şimala alçaqdağlığı və dağətəyini əhatə edir.  

5.Bulanlılıq  dərəcəsi  1000-2000  q/m

3

  arasında  dəyişən  zonaya  Böyük 



Qafqazın,  əsasən  şimal-şərq  yamacında  yüksəkdağlıq,  Gilgilçay  hövzəsində 

həmçinin,  ortadağlıq  zonalar,  cənub  yamacda  Türyançay,  Göyçay,Girdimançay 

vəPirsaatçayın mənbələri daxildir. 

Kiçik  Qafqaz  vilayətində  bu  bulanlılıq  zonası  dağətəyini  və  dağlıq  əraziyə 

söykənən  yüksək  maili  düzənliklərin  dağlara  qovuşan  zolağını,  Naxçıvan 

çökəkliyini, Lənkərandan şimala dağətəyi düzənlikləri tutur.  

6.Bulanlılıq  dərəcəsi  2000-4000q/m

3

olan  zona,  əsasən  Kiçik  Qafqaz  ətəyi 



maili  düzənlikləri,  Ceyrançölü  və  yaxud  alçaqdağlığın  ayrı-ayrı  hissələri  üçün 

xarakterdir. 

Kiçik  Qafqaz  çaylarında  sülb  axım  rejimi  eyni  deyil.  Şimal-şərq  yamac 

çaylarında  asılı  materiallar  sərfinin  maksimumu  may-iyun,  minimumuisə  avqust 

ayına  düşür.  Cənub-şərq  yamac  çaylarında  da  sülb  axımın  maksimumu  həmin 

aylara  təsadüf  edir.  Lakin  bu  çaylarda  asılı  materiallar  sərfinin  minimumu  bir  ay 

ə

vvəl, yəni iyul ayında müşahidə edilir. May-iyun aylarında isə asılı materialların 



illik sərfinin 90-95% keçir. 

Naxçıvan MR çayları asılı materiallar sərfinin illik rejiminə görə Kiçik Qafqaz 

çaylarından  ciddi  fərqlənir.  Bu  çaylarda  martın  axırı  və  əsasən  aprel  ayında 

başlayan asılı materiallar sərfinin artımı may ayında maksimuma çatır (75-95%) və 

iyun-iyul aylarında minimum həddə enir.  

Lənkəran  çaylarında  da  asılı  materiallar  sərfinin  iki  dövrü  (yaz  və  payız) 

ayrılır.  Bu  təbii  vilayətin  şimal  hissəsi  çaylarında  asılı  materiallar  sərfinin 

maksimumu  yaz  aylarına  (40-60%),  cənub  hissəsi  çaylarında  isə  payız  aylarına 

(55-85%) təsadüf  edir.  

Azərbaycanda 

sellərdən 

daha 


çox 

ziyan 


çəkən 

sahə 


kənd 

təsərrüfatıdır.Respublikanın  ümumi  torpaq  fndu  8641,5  min  ha  təşkil  edir  ki, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə