Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



I FƏS L. EKSPERT S STEMLƏR  VƏ ONLARIN YARADILMASININ  

NƏZƏR  ESASLARI HAQQINDA ÜMUM  B L KLƏ

 

1.1 Ekspert sistemlərinin yaradılma tarixi və xarakteristikası 

  Klassik  elmi    üsulların  –  klassik  riyaziyyat,  fizika,  kibernetika  və    s.    köməyi  ilə 

insan Aya uçub, kompüter yaradıb, astronomik cədvəllər, atom və hidrogen silahları 

düzəldib. Lakin bu gün o qədər vacib məsələlər  var  ki, onların həllində bu klassika 

bir  qədər    geridə    qalır.  Bu  gün  artıq  bəşəriyyəti  daha  çox  invariant  idarəetmə 

sistemlərinin  nəzəriyyəsi  və  tətbiqi,  süni  intellekt  üsullarının,  ekspert  sistemlərin 

yaradılması,  idarəetmə  proseslərinin  intellektuallaşdırılması,  qeyri-səlis  məntiq, 

qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür  və  maraqlandırır. 

Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-

müəyyənlik nəzərə alınmalıdır. Amma necə  olmalıdır? 

1960-cı  illərə  kimi  idarəetmə  və  qərar  qəbuletmə  nəzəriyyələri  tam  müəyyənlik 

şə

raiti üçün yaranmışdı. Yəni insan müəyyən bir şəraitdə qərar qəbul etmək istəyirsə, 



o  şəxsdə  həmin  şərait  və  şəraitin  gələcəyi  haqqında  100  faizlik  məlumat    olur.  Və 

yaxud  təyyarə  uçan  zaman  ona  külək  təsir  edir,  biz  o  küləyin  hansı  qanunla,  hansı 

sürət və istiqamətdə əsməsi barədə tam informasiyaya malik oluruq. Lakin real həyat 

məsələlərində tam informasiya heç vaxt olmur. Bu və ya digər dinamik sistemə təsir 

edən  faktorlar  (həyəcanlandırıcı  təsirlər)  barədə  informasiyamız  cüzidirsə,  elə 

idarəetmə  qanunu  tapmaq  lazımdır  ki,  idarə  olunan  sistem  həmin  həyəcanlandırıcı 

təsirlərdən  asılı  olmasın,  başqa  sözlə,  sistem  invariant  olsun.  Bu    səbəbdən  

mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik elmi üsullar öz əvvəlki qüdrətini 

itirib.  Onların  fikrincə,  bir  dildən  başqa  dilə  tərcümə  problemi,  persepsiya  əsasında 

ə

traf  mühitin  qavranılması  problemi,  canlıların  sərbəstlik  dərəcəsinə  və  çevikliyinə 



(ilanın  sərbəstlik  dərəcəsi  sonsuzdur)  malik  olan  robotların  yaradılması,  lazımi 

adekvatlığa malik olan iqtisadi modellərin yaradılması və s. klassik elm, o cümlədən 

klassik  riyaziyyat  tərəfindən  həllini  tapa  bilməzdi.  Çünki  klassik  riyaziyyat 

deterministik riyaziyyatdır. Qeyri-müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi 




 

 



yanaşma tələb olunur. Bu  cür  yanaşma hesablama intellekti yanaşması adlandırılır. 

Hesablama intellekti isə süni intellekt və onun daha  çox   inkişaf etmiş formalarıdır. 

Süni  intellekt (Artificial intellegence)- informatikanın hesablama sistemələri və digər 

süni qurğuların köməyi ilə fikir və hadisələrin  təminat imkanlarını öyrənən şöbəsidir. 

Süni  intellekt  dedikdə  insanın  proqramlaşdırılmış  şəkildə,  süni  yollarla  yaratdığı  və 

digər  köməkçi  vasitələrlə  üzə  çıxan  qeyri-ənənəvi  intellekt,  alışmadığımız  bir  idrak 

kateqoriyası başa düşülür.[12] 

nsan  idrakının    müəyyən    funksiyalarını    modelləşdirmək    qabiliyyətinə    malik  

olanavtomatlar    nəzəriyyəsi  sayəsində    ilk  ideyalara  1943-cu  ildə  rast  gəlinir.Bu 

istiqamətin    umumi    nəzəri    konsepsiyası    1948-ci  ildə  N.Viner    tərəfindən  

ə

saslandırılmışdır.Onun    reallaşdırılmasının    praktiki  addımlarından    F.Rozenblatın  



insanin    təbii  intellektinin    əsasını    təşkil  edən    fiziki    quruluş    və  neyrodinamik  

prinsiplərin  modelləşdirilməsinə  əsaslanan  perseptron  olmuşdur.Keçmiş  SSR-də 

bu ideyalara, ilk  dəfə, akademik A.A.Xarkeviçin  əsəsrlərində  rast gəlmək  olar. 

Ekspert    sistemi    ilk  olaraq    tanıma    nəzəriyyəsi    adi  ilə    meydana      gəlmiş,  hal-

hazırda  isə  Ekspert sistemlər, qeyri-səlis sistemlər, intellektual  sistemlər və s. adlar 

ilə inkişaf  etməkdədir. 

Adi  kalkulyatorlar  insanın  imkanları  xaricində  olan  riyazi  hesablamaları  bir  neçə 

saniyədə  həll  edir.  Lakin  bu  o  demək  deyil  ki,  hər  hansı  bir  kalkulyator  insandan 

“ağıllıdır”. Sadəcə, həmin hesablamalar insan tərəfindən yaradılan proqram təminatı 

ə

sasında verilən əmrləri yerinə yetirdiyi  kimi  ekspert   sistemləri  də ekspertin yəni  



proqramı  quran  mütəxəssisin  daxil   etdiyi  əmrləri  yerinə  yetirir. 

Ekspert  Sistemlər  intellektual  sistemlərin  ən  inkişaf  etmiş  bir  bölməsi  olmuş və  

qurğuya görə intellektual sistemlər 2  yerə  : 

- neyron şəbəkələr  

- ekspert sistemlərə bölünür. 

ntellektual  sistemlərin  ən  çox  yayılan  növü  ekspert  sistemlərdir.  Ekspert  sistemlər 

spesifik  “ekspert”  sahələrində  mütəxəssislərinempirik    təcrübəyəmalik  olmağı  vacib 



 

 



və  olduqca  effektivdir.    70-ci  illərin  ortalarında    süni    intellekt  üzrə  tədqiqatlar 

aparılarkən “ekspert sistemləri” adlandırılan perspektiv istiqamət yaranmışdır 

Təkcə  ABŞ-da  90-cı  illərin  əvvəllərində  ekspert  sistemlərin  hazırlanmasından  əldə 

olunan illik gəlir  300-400 milyon dollar, tətbiqindən isə 80-90 milyon dollar təşkil 

etmişdir.  Hər  il  iri  müəssisələr  daxili  istifadə  üçün  “in-hause”  tipli  onlarla  ekspert 

sistemlər hazırlayırlar. Bu sistemlər müəssisənin əsas və strateji vacib məsələlərində 

mütəxəssislərin təcrübəsinibirləşdirir.  

90-cı illərin əvvəllərində yeni bir elm – korporativ biliklərin emalı və idarə edilməsi 

metoduna yönəlmiş “biliklər menecmenti” (knowledge management) elmi yarandı. 

Ekspert  sistemləri-  hər  hansı  bir  sahədə  dar  ixtisas  üzrə  hüquqşünas  tərəfindən 

yaradılır  və  bir  sahə  üzrə  hər  hansı  bir  məsələnin  həllində  hüquqşünasa  köməkçi 

rolunu oynayır. Belə sistemlərin istifadəçisi əsasən onların səlahiyyətinə aid olmayan 

işlərlə rastlaşan praktik hüquqşünaslar olur (məsələn məhkəmə prosesinin təşkilində). 

Ekspert  sistemi  dedikdə–  mütəxəssisin  müəyyən  sahəyə  uyğun  professional 

götəricilərinə  əsaslanan,  daxili  məntiqə  malik,  baxılan  məsələnin həllini  təmin  edən  

insan – maşın kompleksi  başa  düşülür. 

Son  onilliklər  sünü  intellekt  tədqiqatları  çərçivəsində  ekspert  sistemləri  və  ya 

mühəndis  idrakı  (bilikləri)  müstəqil  istiqamət  kimi  formalaşmışdır.  Bu  istiqamətin 

məsələlərinə,  insan  ekspertlər  üçün  həlli  çətin  olan  mürəkkəb  məsələləri,  biliyin  və 

çıxış  proseduraların  proqramlı  tədqiqi  və  işlənməsi  daxildir.  Ekspert  sistemlərinin 

maraq doğuran cəhətləri   aşağıdakılardır. 

1.Formalizə  olunmamış  sahələrdə  ekspert  sistemlərinin  geniş  dairədə  məsələlərin 

həllinə istiqamətlənməsi. 

2.Ekspert sistemlərinin köməkliyi ilə müxtəlifsahədə işləyən  

mütəxəssislər  proqramlaşdırmanı  bilmədən,  onları  maraqlandıran  əlavələri  işləyə 

bilərlər. Praktiki məsələlərin həllində ekspert sistemlərinin köməkliyi iləelə nəticələr 

almaq olur ki, onlar heç də insan ekspertlərinin aldığı nəticədən pis olmur.[4] 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə