Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   2   3   4   5   6   7   8   9   ...   22

13 

 

 



təsadüfi  deyil  ki,  ekspert  sistemlərin  nəzəriyyəsi  və  təcrübəsi  sahəsində 

araşdırmaların sayı durmadan artır. 

Ekspert sistemlər – konkret sahənin mütəxəssislərinin biliklərinin məcmusu əsasında 

yaradılan  və  nisbətən  aşağı  təcrübəli  istifadəçilər  üçün  nəzərdə  tutulan  mürəkkəb 

proqramlar toplusudur. 

Ekspert  sistemlərin  əsas  üstünlüyü  bilik  və  məlumatların  yığılması  və  uzun  müddət 

saxlanmasıdır.  nsandan  fərqli  olaraq  ekspert  sistemlər  istənilən  informasiyaya 

obyektiv  yanaşırlar  ki,  bu  da  aparılan  təcrübənin  keyfiyyətini  artırır.  Böyük  həcmli 

biliklərin  emalını  tələb  edən  məsələlərin  həllində  səhvlərin  baş  vermə  ehtimalı  çox 

aşağıdır. 

Ekspert  sistemi texnologiaysı həlli iqtisadi səmərə gətirən və kompüterdə həll olunan 

praktiki qiymətli məsələlərin dairəsini əhəmiyyətli dərəcədə genişləndirir. 

Ekspert    sistemi    texnologiyası  ənənəvi  proqramlaşdırmanın  qlobal  problemlərinin 

həllində mühüm vasitədir. 

Ekspert  sistemi  texnologiyalarının  ənənəvi  proqramlaşdırma  texnologiyası  ilə 

birləşməsi  proqram  məhsullarına  proqramçı  tərəfindən  deyil,  istifadəçi  tərəfindən 

ə

lavələrin dinamik modifikasiyasının təmini, əlavələrin yüksək “şəffaflığı”, qarşılıqlı 



təsirinterfeysi kimi yeni keyfiyyətlər əlavəedir. 

 

1.2 Ekspert sistemlərinin təyinatı  

Ekspert bilikləri - hər hansı predmet sahəsində mütəxəssisin malik olduğu biliklərdir.  

Ekspert  sistemi  –  hər  hansı  konkret  məhdud  predmet  sahəsi  haqqında  mütəxəssis 

bilklərindən istifadə edən və bu sahə hüdudlarında ekspert-professional səviyyəsində 

qərar qəbul etmək qabiliyyətinə malik proqramdır.  

ntellektual  ekspert  sistemi  ( ES)–  məhdud  predmet  sahəsində  məsələlərin  həllinin 

yüksək  səmərəli  təminatı  üçün  ekspert  biliklərindən  istifadə  edən  kompyuter 

proqramıdır. Belə proqramlar, bir qayda olaraq, bilikləri simvolik formada təqdim və 

tədqiq edir, öz mühakimə proseslərini izah edir və elə predmet sahələri üçün nəzərdə 

tutulur  ki,  bu  sahələrdə  bacarığa  sahib  olmaq  üçün  insanlara  xüsusi  öyrənmə  və 

praktik təcrübə üçün illər tələb olunmur.[10] 



14 

 

 



Ekspert  sistemi  –  qərarın  qəbul  edilməsi  məsələsinin  həlli  üçün  hər  hansı  formal 

şə

kildə təqdim olunan və bir və ya bir neçə ekspertin biliyini istifadə edən kompyuter 



sistemidir.  

Ekspert    sistemi      üzrə    tədqiqatda    məqsəd    ekspert-insan      üçün  çətin  olan 

məsələlərin   həllində ekspertin aldığı qərarlardan keyfiyyətinə və səmərəliliyinə görə 

heç  də    üstün  olmayan      nəticələrin      alınması  üçün    proqramın    işlənilməsindən 

ibarətdir.  ES  sahəsinin  tədqiqatçıları  çox  vaxt  bu  sahəni  adlandırmaq  üçün  “süni 

intellekt sahəsindən tədqiqat alətlərinin və prinsiplərinin ekspert biliklərini tələb edən 

çətin  tətbiqi  problemlərin  həllinə  əlavə  edilməsi”  kimi  E.Feyqenbaum  tərəfindən  

daxil  edilmış   “bilik mühəndisliyi”   terminindən  istifadə  edirlər. 

ES-in  fəaliyyətinin  əsasını  biliklərdən  istifadə  təşkil  edir,  onlarla  manipulyasiya 

ekspertlərin  formallaşdırdığı  evristik  qaydalar  bazasında  həyata  keçirilir.  ES 

məsləhətlər  verir,  təhlil  aparır,  təsnifatı  yerinə  yetirir,  diaqnozlar  qoyur.  Onlar, 

adətən,  insan-mütəxəssis  tərəfindən  ekspertizanın  keçirilməsini  tələb  edən 

məsələlərin  həllinə  istiqamətləndirilir.  Prosedur  təhlildən  istifadə  edən  maşın 

proqramlarından  fərqli  olaraq,  ES  deduktiv  mühakimələ  əsasında  məhdud  predmet 

sahəsində  (konkret  ekspertiza  sagəsində)  məslələri  həll  edir.  Ekspert  sistemlərinin 

üstünlüyü bilikləri toplamağın, uzun müddət saxlamağın, yeniləşdirməyin və bununla 

da konkret təşkilatın öz kvalifikasiyalı mütəxəssislərindən nisbi qeyi-asılılığını təmin 

etməyin mümkünlüyüdür.  

Ekspert  sistemləri  yalnız  çətin  praktiki  məsələlərin  həlli  üçün  tətbiq  olunur.  Həllin 

keyfiyyətinə və səmərəliliynə görə ekspert sistemləri ekspert-insanın qərarından geri 

qalmırlar.  Ekspert  sistemlərinin  qərarı  “şəffaflığa”  malikdirlər,  yəni    istifadəçiyə 

yüksək  keyfiyyətlə  izah  edilə  bilər.  ES-in  bu  keyfiyyəti  onların  öz  bilikləri  və 

nəticələri haqqında mühakimə etmək bacarığı ilə təmin olunur. ES ekspertlə qarşılıqlı 

təsirdə öz biliklərini təkmilləşdirməyə malikdirlər.  

Ekspert sistemləri və süni intellekt sistemləri verilənlərin emalı sistemlərindən onunla 

fərqlənir  ki,  bu  sistemlərdə  əsasən  simvol  (ədədi  olmayan)  təqdimat  üsulundan, 

simvol  nəticədən  və  həllin  evristik  axtarışından  (məlum  alqoritmin  yerinə 

yetirilməsindən deyil) istifadə edilir. 




15 

 

 



80-ci  illərin  əvvəllərində  süni  intellekt  üzrə  tədqiqalarda  “ekspert  sistemləri”  adını 

almış sərbəst istiqamət formalaşmışdır. Ekspert sistemi  üzrə tədqiqaların məqsədi elə 

proqramların  işlənilməsidir  ki,  onlar  vasitəsilə  insan  üçün  çətin  olan  məslələrin 

həllində  alınan  nəticələr  ekspert  tərəfindən  alınan  nəticələrə  nə  effektivlik  nə  də 

keyfiyyət  nöqteyi  nəzərindən  fərq    etməsin  .  Ekspert  sistemi  üzrə  tədqiqatçılar  öz 

dissiplinlərinin adı üçün “biliklər mühəndisliyi” terminindən istifadə edirlər. 

Ekspert    sistemi    texnologiyalarına  əsaslanan  proqram  vasitələri  dünyada  böyük 

yayım almışdır.  

Ekspert sisteminin təyin  edilməsinin vacibliyi aşağıdakılardan ibarətdir: 

-Ekspert  sistemi  texnologiyaları  kompüterlərdə  həll  olunan  və  praktiki  əhəmiyyətə 

malik olan məsələlərin dairəsini genişlədir;  

-Ekspert  sistemi  texnologiyaları    ənənəvi  proqramlaşmanın  qlobal  problemlərinin  – 

mürəkkəb  əlavələrin  işlnilməsinin  uzun  müddətliyi  və  yüksək  dəyəri  həllində  vacib 

bir vasitədir. 

-  şlənilmənin dəyərini yüksəldən mürəkkəb sistemlərin müşaiyyətinin yüksək dəyəri;  

- Proqramların təkrar istifadəsinin aşağı səviyyəsi; 

-  Ekspert  sistemi  texnologiyasının  ənənəvi  proqramlaşdırma  texnologiyası  ilə 

birləşməsi proqram məhsullarına aşağıdakılar hesabına yeni keyfiyyətlər əlavə  edir; 

- Proqramçı yox, istifadəçi tərəfindən əlavələrin dinamik modifikasiyasının təchizatı; 

- Əlavələrin daha çox “şəffaflığı”,daha  yaxşı qrafika, interfeys və qarşılıqlı əlaqəsi. 

- Ekspert sistemi-lərin tətbiq sahələri; 

-  Layihələndirmə,  işlənilmə,  paylanma,  satış,  dəstək  və  xidmətin  bütün  fazalarında 

ES-lər aparıcı rol oynayacaqlar; 

-  Kommersiyaalan    Ekspert    sistemi    texnologiyası  hazır  intellektual,  qarşılıqlı 

ə

laqədə olan modullardan əlavələrə inteqrasiyada inqilabi sıçrayışı təmin edəcək.  



- Ekspert sistemi -lər formalizə olunmamış məsələlər üçün təmin edilmişdir, yəni ES-

lər  formalizə  olunmuş  məsələlərin  həllinə  yönəlmiş  proqramların  işlənilməsinə 

ə

nənəvi yanaşmanı rədd və əvəz etmir.[18] 



Ekspert  sistemlərinin  təyin edilməsinin  aşağıdakı  mənfi  xüsusiyyətləri də vardir: 

-  lkin verilənlərin səhvliyi,  




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə