Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   2   3   4   5   6   7   8   9   10   ...   22

19 

 

 



edilib formalaşdırılmasında kömək edir. Ilk söhbətlər zamanı onlar əməkdaşlıqlarının 

müvəffəqiyyətli  olub-olmayacağı  barədə  qərar  qəbul  edirlər.  Onlar  uzun  müddət 

birlikdə  işləməli  olduğuna  görəbu  çox  vacib  məsələdir.  Bunlardan  əlavə  işçi 

kollektivə  nüfuzlu  istifadəçilərin  və  professional  proqramistlərin  daxil  edilməsi 

məqsədəuyğundur. 

lk  nümunə  versiyası  ekspert  sistemin  kiçildilmiş  forması  olub,  faktların,  əlaqələrin 

kodlaşdırılmasınınmülahizə  strategiyasının  düzgünlüyünün  yoxlanması  üçün 

layihələndirilir.  O,  biliklər  üzrə  mühəndisə  imkan  verir  ki,  eksperti  sistemin 

hazırlanmasında aktiv iştirak etməyə cəlb etsin. 

lk  nümunənin  həcmi  bir  neçə  onluq  qayda  freym  və  ya  məsəl  ola  bilər.  Onun 

hazırlanmasının  mürəkkəb  və  iterativ  prosesini  aşağıdakı  dəqiq  olmayan  və  şərti 

mərhələlər kimi əks etdirmək olar: 

-Problemin  identifikasiyası;  

-Biliklərin əldə edilməsi;  

-Biliklərin strukturlaşdırılması;  

-Predmet sahəsi konsepsiyalarının formalaşdırılması; 

-  lk nümunənin reallaşdırılması;  

-Sınaq   biliklərin  formalaşdırılması. 

Bilik  bazasının  həm  bilik  zəmisinin  quruluşuna  uyğun  olan,  həm  də  növbəti, 

proqramla  reallaşdırma  mərhələsində  sisteminilk  nümunəsinireallaşdırmağa  imkan 

verən  dildə  hazırlanmalıdır.  Bu  zaman  predmet  sahəsinin  konsepsiyaları,  biliklərin 

təsviri  üçün  seçilmiş  dildə  formal  təsvir  edilir.  Adətən  bu  mərhələdə  aşağıdakılar 

istifadə edilir: 

1) Məntiqi metodlar (1-ci tərtib mühakimələrin müəyyənləşdirilməsi); 

2) Məhsul modelləri (düz və əks çıxarışla); 

3) Semantik şəbəkələr; 

4) Freymlər; 

5) Qrup və obyektlərin iyerarxiyasına əsaslanan obyektə yönəldilən dillər və s. 

Ekspert  sistemin  işləyəcəyi  mühitin  proqram  vasitələri  ilə  qovuşması  və 

istifadəçilərin öyrədilməsi prosesinə başqa ekspertlər də dəvət edilir.  




20 

 

 



1.3 Ekspert sistemlərinin tətbiq sahələri 

Müasir ekspert sistemlər daha aşağı təcrübəyə malik mütəxəssislərin konkret tədqiqat 

sahəsinə aid məsələlərin həllində köməklik edən və  onlara  yol göstərən    mürəkkəb 

proqram  kompleksləridir.  ntellektual  sistemlərin  inkişaf  edən  sahəsi  olan  ekspert 

sistemlər  ənənəvi  riyazi  model  metodları  ilə  həll  olunmayan  elm  və  texnikanın 

müxtəlif  sahələrində  informasiyanın  emalı  üçün  nəzərdə  tutulub.  Bu  sahələrdə 

informasiyanın  məntiqi  emalıvə  ekspertlərin  təcrübəsi  vacibdir.Bütünlükdə 

EkspertSistemləraşağıdakı tip məsələlərin həllində tətbiq oluna bilər:  

Tibbi  diaqnostika.Diaqnostik  sistemlər  orqanizmin  fəaliyyətinin  pozlması  və  onu 

yaradan  səbəblər  arasındakı  əlaqələrin  öyrənilməsində  tətbiq  edilir.  Ən  məhşur 

diaqnistik  sistem  -  MYCIN  meningit  və  bakterial  infeksiyaların  müşahidə 

olunmasınin  diaqnostikası  üçün  istifadə  olunur.  Onun  ilk  versiyası  70  –ci  illərin 

ortalarında  Stenford  universitetində  işlənilmişdir.  Hal-hazırda  sistem  həkim-

mütəxəssis  kimi  diaqnoz  qoyur.  O,  genişlənmiş  biliklər  bazsına  malik  olduğundan 

tibbin müxtəlif sahələrində tətbiq olunur.  

Proqnozlaşdırma.Proqnozlaşdıran  sistemlər  verilənlər  əsasında  obyektin  cari 

vəziyyəti haqqında mümkün nəticələri və hadisələri qabaqcadan proqnoz edir.   

Planlaşdırma. Planlaşdıran istemlər dəyişənlərinin sayı çox olan məsələlərin həllində 

konkret  məqsədlərə  çatmaq  üçün  nəzərdə  tutulmuşdur.  DEC  firmasının  hazırladığı 

XCON  ekspert  sistemi  alıcıların  tələbatlarına  uyğun  olaraq  VAX  tipli  kompyuter 

sistemlərinin konfiqurasiyasının dəyişdirilməsinə və ya təyininə xidmət edir.  

nterpretasiya.  nterpretasiya  sistemləri  müşahidənin  nəticələri  əsasında  müəyyən 

rəylərin  alınmasına  imkan  verir.  PROSPECTOR  sistemi    interpretasiyatipli  ən 

məhşur  sistemlərdən  biridir,  doqquz  ekspertin  fikrini  birləşdirir.  Doqquz  üsuldan 

birgə  istifadə  etməklə  sistem  milyon  dollar  dəyərində  olan  filiz  yataqlarının  aşkar 

etmişdir.  Digər  interpretasiya  sistemi  -  HASP/SIAP  sakit  okeanda  verilmiş  akustik 

izləmə sisteminə görə gəmilərin tipini və yerləşdiyi yeri təyin edir.   

Nəzarət  və  idarəetmə.Biliklərə  əsaslanan  sistemlər  bir  neçə  mənbədən  daxil  olan 

verilənləri təhlil edərək nəzarət və qərar qəbul edən intellektual sistemlər kimitətbiq 



21 

 

 



oluna bilər. Belə sistemlər atom elektrik stansiyalarında işləyir, hava hərəkətini idarə 

edir,  tibbi  nəzarəti  həyata  keçirir.  Onlar  müəssisənin  maliyyə  vəziyyətinin 

tənzimlənməsinə  və  böhran  vəziyyətlərində  qərarın  qəbul  edilməsinə  yardışçı  ola 

bilərlər.  

Mexaniki və elektrik qurğuların nasazlığının diaqnostikası və təlim. 

Ekspert sistemlərin tətbiqini vacib edən bi neçə şərt vardır: 

-başqa işçilərə kömək üçün mütəxəssis çatışmazlığı;  

-kiçik  məsələlərin  həlli  mütəxəssislərin  çoxsaylı  kollektivini  tələb  edir  ki,  bu 

mütəxəssislər də lazımi qədər biliklərə malik deyillər;  

-məhsuldarlığın aşağı düşməsi bir neçə şərtdən asılı ola bilər ki, bu da adi mütəxəssis 

tərəfindən ayrılmış vaxtda başa düşülə bilməz;  

-ən yaxşı və ən pis icraçıların məsələləri həll etmələri arasındakı fərqin böyüklüyü;  

-qoyulan məsələlərin həllinin öhdəsindən daha da yaxşı gələn rəqiblərin mövcudluğu.  

Hal-hazırda  ekspert  sistemlərin  olmadığı,  ən  azından  buna  cəhd  olunmayan  sahə 

yoxdur.  Hələ  1987-ci  ildə  “Intelligent  Technologies”  (ABŞ)  jurnalının 

istifadəçilərdən götürdüyü sorğusuna görə aşağıdakı nəticələr alınmışdır: 

-25 % istifadəçilər ekspert sistemlərdən istifadə edir;  

-25 % istifadəçilər yaxın 2-3 ildə ekspert sistemlərin tətbiqini planlaşdırır;  

-50  %  istifadəçilər  istifadənin  effektivliyinə  görə  tədqiqatların  aparılmasını  üstün 

tuturlar.  

1987-ci    ildə  Amerikada    aparılan    bu  sorğunun  nəticcəsindən  də    aydın    olur    ki,  

jurnal    istifadəçilərinin    25%  -  i    ekspert    sistemlərindən    istifade    eden  insanlardr,  

daha  25    %  -  i    isə    yaxın    gələcəkdə    texmini    2-3    ilə      ekspert    sistemlərindən  

istifadə etməyi  və  ya  tətbiqini  planlasdirirlar.   stifadəçilərin 50 % - i isə  ekspert  

sitemlərindən      istifadənin    effektivliliyinə    və    yararlılığına    görə    tədqiqatların   

aparılmasını  üstün  tuturlar. 

Ekspert  sistemlərin  tətbiqinin  iqtisadiyyat  və  biznesdə    perspektiv    və    uğurlu  

sahələri aşağıdakılardır: 

- stehsalın idarə edilməsi;  

- stehsal və firmadaxili planlaşdırma və proqnozlaşdırma;  




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə