Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

22 

 

 



-Marketinq və satışın idarə edilməsi;  

-Maliyyə menecmenti;  

-Risk-menecment;  

-Bank sahəsi;  

-Ticarət;  

-Fond birjası.  

Ekspert sistemlər həm də  firmaüçün personalın seçilməsi və strateji qərarların qəbul 

edilməsi üçün tətbiq edilir.Bəzən  bu  səbəbdən  ekspert  sistemlərini  qərar   qəbul  

etmə  sistemləri də  adlandırırlar.[19] 

ndi isə ekspert  sistemlərindən  bazar  iqtisadiyyatının  bir bölməsi  olan  marketinq  

sahəsində    tətbiq  olunmasindan  daha      aydın  və    anlaşıqlı    şəkildə    nəzərdən  

keçirəcəyik. 

Marketinq  sahəsində  tələb  və  təklifin  tədqiqində  ekspert  sistemlərindən  istifadə 

edilməsi  haqqında  aşağıdakı  yazılarda daha  dəqiq  məlumat  veriləcək. 

Tələb  və  təklifin  tədqiqində  intellektual  sistemlərin  qurulmasını  həyata  keçirmək 

üçün  ekspert  sistemlərdən  istifadə  edəcəyik.  Çünki  əvvəldə  dediyimiz  kimi  ekspert 

sistemlər intellektual sistemlərin əsas və mühüm bir hissəsini təşkil edir. Aşağıda biz 

marketinq  sahəsində,  yəni  tələb  və  təklifin  tədqiqində  ekspert  sistemlərin 

yaradılmasını nəzərdən keçirəcəyik.  

Tutaq  ki,  telefon  distribüterliyi  sahəsində  fəaliyyət  göstərən  firma  öz  məhsullarına 

olan tələbi öyrənmək və buna uyğun təklifini qurmaq üçün ekspert sistemə ehtiyacı 

var. 


Bu  istəyi  həyata  keçirmək  üçün  ekspert  sistem  qurulmazdan  əvvəl  marketinq 

sahəsində tədqiqat aparmaq lazımdır. Bu isə aşağıda marketinq tədqiqatının bir aləti 

olan  sorğu  ilə  həyata  keçirilə  bilər.  Belə  hesab  edək  ki,  telefon  distribüterliyi 

sahəsində  fəaliyyət  göstərən  firma  hansı  telefon  şirkətinin  markasına  və  hansı 

qiymətdə  telefona  daha  çox  tələbat  olduğunu  aydınlaşdırmaqistəyir.  Bunun  üçün 

növbəti  səhifədə  olan  formada  anketlər  hazırlanır  və  bu  anketlərin  əsasında  mini 

sorğu aparılır. 



23 

 

 



Ə

lli nəfər arasında aparılan mini sorğunun nəticələrinə görə soruşulanların 18-40 yaş 

arasında olmuşdur. Sorğu keçirilən  insanlarin  54% - i qadınlar  ,46% -i  isə  kişilər  

təşkil    edilər.  “Telefonunuzu  dəyişmək  fikriniz  varmı?”  sualına  cavab  olaraq 

soruşulanların  29 nəfəri və ya    58 % - i  “Bəli” , 17  nəfəri  və  ya  34 % - i   “Xeyr” 

və  4-ü  yəni  8%   “Bilmirəm” cavabını vermişlər.  

ndi isə hansı telefon markasına tələbatın daha çox olduğunu aydınlaşdıraq. Belə ki, 

soruşulanlardan  telefonunu  dəyişmək  istəyində  olanlardan  16-sı  “Nokia”,  1-i  “Sony 

Ericsson”,  7-si  “Siemens”,  4-ü  “Samsung”  və  1-i  digər  markalı  telefon  almaq 

arzusunda olduğunu bildirmişdir (Şəkil 1). 

Buradan  belə  çıxır  ki,  istifadəçilərin  və  telefon  almaq  istəyən  istehlakçıların 

ə

ksəriyyəti “Nokia” markalı telefona üstünlük verirlər. 



 

Diaqram  1.  Telefonunu  dəyişmək  arzusunda  olanların  telefon  markaları  üzrə 

bölgüsü, faizlə 

Sonuncu suala – “Təxminən qiyməti nə qədər olan telefon almağa imkanınız çatar?” 

sualına cavab olaraq soruşulanlardan 4 nəfəri (8%) “100$-dan aşağı”, 9 nəfəri (18%) 

“100-150$  arası”,  12  nəfəri  (24%)  “150  –  200$  arası”,  8  nəfəri  (16%)  “200-250$ 

arası” və 17 nəfəri (34%) “250$-dan yuxarı” cavabını vermişlər (Şəkil 2). 

 



24 

 

 



Diaqram  2.  Telefonunu  dəyişmək  fikrində  olan  soruşulanların  yeni  telefonu 

almağa imkanları çatacaq qiymət üzrə bölgüsü, faizlə  verilib 

Ekspert  sistemlərihal-hazırda  süni  intellektin  çox  faydalı  tətbiq  sahəsidir.  Biznes 

baxımından hər ildə bu sistemlərilayihələndirən firmalar milyonlarla dollar qazanırlar 

.2010-cu ildə bu rəqəm dünyada 5.6 milyard dollar olub. 

Təkcə  ABŞ-da 90-cı  illərin  əvvəllərində  ekspert  sistemlərin  hazırlanmasından     

ə

ldə  olunan  illik  gəlir  300-400 milyon  dollar,  tətbiqindən  isə  80-90  milyon  



dollar təşkil  etmişdir.  Hər il  iri  müəssisələr  daxili  istifadə  üçün  “in-hause”  tipli  

onlarla ekspert sistemlər hazırlayırlar. 

 Ekspert sisteminin ən çox tətbiq edilən sahələrindən biri  də tibbi diaqnostikadır. 

Ekspert sistemlərinin tibbi diaqnostikadatətbiqinə  nəzər  yetirəcəyik. 

Ümumiyyətlə,  tibbi  diaqnostika  məsələsi  belə  ifadə  olunur:  “Xəstədə  bir  sıra 

simptomlar  və  müşahidə  olunan  əlamətlərləbağlı  patoloji  vəziyyəti  nəzərə  alaraq, 

onun xəstəliyi təyin olunur”.  

Göstərilən  bu prosesin alqoritmik həlli aşağıdakı  kimidir :  

1. Hər bir xəstəliyə uyğun əlamətlər və xüsusiyyətlər müəyyən edilir.  



25 

 

 



2. Xəstədə müşahidə olunan əlamətlərə uyğun gələn xəstəliklər müəyyən edilir.  

3. Təxmin edilən xəstəliklərin yaranma ehtimalı proqnozlaşdırılır.  

4.  Nəticədə  alternativ  variantlar  içərisindən  birvə  ya  bir  neçəxəstəlik  seçilir.  Bu 

zaman əlavə müayinə, yoxlamalar və analizlər tələb oluna bilər.  

5. Əgər seçilən diaqnoz düz olmazsa, sonrakı imkanlar sınaqdan keçirilsin.  

6.  Yeni  əlamətlər  aşkarlansa  və  yaxud  analizlərin  nəticələrinin  göstəricisi  yeni  bir 

xəstəliyə yönəlsə, alqoritm yenidən təkrar olunsun.  

7.  Xəstəlik qəti  bilinərsə,  onun diaqnozu təsdiq olunmaqla  dərmanlar  vəməsləhətlər 

verilsin.  

Aydındır ki, tibbi diaqnostika bu alqoritmdən asılı olmayaraq,həkimin rəyi ilə bağlı 

bir məsələdir.  

Başqa  amillər  də  bu  məsələni  mürəkkəbləşdirir,  o  cümlədən,  tibb  elminin  sürətlə 

inkişafı, tibbi biliklərin qeyri-müəyyənliyi, diaqnostikada çoxmənalılıq və s.[5] 

Bu  baxımdan,  1999-cu  ildə  Amerika  Tibb  Assosiasiyasının  " nsan  səhv  edə  bilər" 

adlı hesabatında belə ifad nəzəri cəlb edir: Amerikada hər il 42000 nəfər döş xərçəngi 

xəstəliyi  lə  43000  nəfər  qəza  hadisəsi  ilə  dünyasını  dəyişir.  98000  nəfərdə 

həkimlərinsəhvləri  nəticəsində  dünyasını  dəyişir.  Bu  miqdar  dərmanların 

ziddiyyətindən yaranan tələfatdan əlavə miqdardır. Səbəb məlumdur və  belədir:  

-hər həkim xəstəyə özbaxışı ilə bağlı qərar verir .  

ngiltərədəbir araşdırma göstərir ki, həkim 3 xəstəni yoxlayanda 2 sual qarşıya çıxır 

ki, onların cavabını bilmir və yaxud 1xəstəni yatızdıranda 5 cavabsız sual yaranır. 

Həkim ən yaxşı halda hər həftədə 45 dəqiqə vaxtını bu cavabsız suallara sərf edə 

bilir. Buna görə də bir həftədə 300 cavabsız suallar olacaq. Odur ki, hal-hazırda 

diaqnostika məsələsində informasiyanın əhəmiyyəti, onun toplanması, sürətlə 

axtarılıb  tapılması  cox  önəmlidir. 

Dünyada elan olunan statistikaya əsasən, hal -  hazırda bu sistemlərin tətbiqinin 

aktuallığının səbəbləri  aşağıdakılar  sayıla bilər: 

-həkimlərin tədqiq vaxtlarının azlığı,  

-tibb sahəsinin genişliyi,  

-səhv diaqnozun səbəbindən asılı ölümlərin sayı.[5] 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə