Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   2   3   4   5   6   7   8   9   ...   27

21 
 
barədə  sərbəst  qərar  qəbul  olunmasını  nəzərdə  tutur.  Məsələn,  mövcud 
qanunvericilik bütün kommersiya banklarına öz fondları və gəlirləri ilə sərbəst 
rəftar  etmək  üçün  iqtisadi  müstəqillik  verir.  Vergilərin  ödənilməsindən  sonra 
bankın  öz  sərəncamında  qalan  mədaxili  onun  təsisat  sənədlərinə  uyğun  olaraq 
bolüşdürülür.  Səhmdarların  ümumi  yığıncağı  və  ya  digər  səlahiyyətli  orqan 
bankın müxtəlif fondlarına ayırmaların normalarını və həcmini, habelə səhmlər 
üzrə dividendlərin həcmini müəyyənləşdirir. Kommersiya bankı öz öhdəliklərinə 
görə, mövcud qanunvericiliyə görə üzərinə cərimə təyin oluna bilən ona məxsus 
olan  bütün  vəsaitlərlə  və  əmlakla  cavab  verir.  Kommersiya  bankı 
ə
məliyyatlardan irəli gələn bütün riski öz üzərinə götürür. 
Üçüncü
 prinsip ondan ibarətdir ki, kommersiya bankının öz müştəriləri ilə 
qarşılıqlı,  münasibətləri  adi  bazar  münasibətləri  kimi  qurulur.  Kommersiya 
bankı  ssuda  verərkən  ilk  növbədə  gəlirliliyin,  risk  və  likvidliyin  bazar 
meyarlarından çıxış edir. 
Kommersiya banklarının işinin dördüncü prinsipi ondan ibarətdir ki, onun 
fəaliyyətinin tənzimlənilməsi yalnız dolayısı, (inzibati deyil) iqtisadi metodlarla 
həyata  keçirilməlidir.  Dövlət  yalnız  kommersiya  bankları  üçün  "oyun 
qaydalarını" müəyyən edir, amma onlara əmr vermir. 
Kommersiya  bankları  özləri  özlüklərində  mövcud  olmurlar:  onlar 
iqtisadiyyatın  və  sosial  sferanın  tələblərinə  xidmət  edirlər.  Ona  görə  də 
sonuncuların  durumu  kommersiya  banklarının  inkişafındakı  tendensiyanı 
adekvat  əks  etdirir.  Məsələn,  iqtisadi  artrm  şəraitində  bank  xidmətlərinə  olan 


22 
 
tələbat artır, və əksinə, iqtisadi tənəzzül və əhalinin əksər hissəsinin aşağı həyat 
səviyyəsi bank xidmətinə olan tələbatı məhdudlaşdırır. Kommersiya banklarına 
qeyri - effktiv 
iqtisadiyyatda,  ödəməqabilli  ssuda  alanın  olmadığı,  kreditləşdirmə  üçün  elmi 
cəhətdən  əsaslandırılmış  investisiya  layihələrinin  olmadığı,  habelə  bank 
fəaliyyətini  tənzimləyəcək  mükəmməl  qanunvericilik  bazasının  olmadığı 
şə
raitində  işləmək  çətindir.  Bu  səbəbdən  də  kommersiya  bankları  artımın 
intensiv amillərindən istifadə olunmasına yönəldilməlidirlər. 
 
1.2.Kommersiya bankının funksiyalarını xarakteristikası 
Kommersiya  bankları  bir  çox  müxtəlif  funksiyalar  yerinə  yetirir.  Sərbəst 
pul  resurslarının  səfərbərliyə  alınması  və  təmərküzləşdirilməsi  funksiyasını 
onların əsaslarından birinə aid etmək olar. Bu, kommersiya banklarının prioritet 
funksiyası və iqtisadi bazisidir. Kredit, habelə digər aktiv əməliyyatların yolu ilə 
təkrar  istehsal  prosesinə  daxil  edilən  vəsaitlərin  kəmiyyəti  pul  vəsaitlərinin 
səfərbərliyə 
alınması 
və 
bankda 
təmərküzləşdirilməsindən 
asılıdır. 
Müştərilərdən  sərbəst  pulları  borc  alan  kommersiya  bankı  həmin  andaca  bu 
vəsaitlərin  vaxtında  qaytarılması  öhdəliyini  öz  üzərinə  götürür.  Kredit 
təsisatlarına yatırılanı pul məbləğləri əmanətçilərə faiz şəklində gəlir gətirir. 
Pul vəsaitlərinin yığılması və qorunması stimulları kommersiya banklarının 
çevik  depozit  siyasəti  əsasında  formalaşır.  Əmanətçilərə  ödənilən  yüksək 
faizlərdən 
ə
lavə 
bank 
kreditorlarına 
yığılmış 
resursların 
bankda 


23 
 
yerləşdirilməsinin  etibarlılığı  üçün  bank  kreditorlarına  yüksək  qarantiya  da 
lazımdır.  Belə  qarantiyaların  yaradılmasına  bank  təsisatlarının  aktivlərinin, 
depozitlərin kommersiya banklarında sığorta fondunun formalaşdırılması xidmət 
edir. Depozitlərin sığorta olunması ilə yanaşı kommersiya banklarının fəaliyyəti 
haqqında  və  onların  verə  biləcəkləri  digər  qarantiyalar  haqqında  informasiya 
ə
lçatarlığı  əmanətçilər  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Kreditorda  olan 
vəsaitlərin  istifadə  olunması  haqqında  məsələni  həll  edərkən  o  bankın  maliyyə 
durumu  haqqında  kifayət  qədər  informasiyaya  malik  olmalıdır  ki,  özü  gələcək 
yatırımların riskini qiymətləndirə bilsin. 
Kreditin  verilməsi  əhəmiyyətli  bank  funksiyasıdır.  O  ənənəvi  bank 
xidmətləri növünə aid edilir. Bank krediti banklar tərəfindən haqqı ödənilməklə 
müəyyən  təminatlılıq,  qaytarabilmə,  müddətlilik  və  s.  bu  kimi  şərtlərlə  borc 
verilən  ssuda  kapitalının  hərəkətindən  ibarətdir.  O  kreditorla  (banklarla)  kredit 
subyektləri  (borc  alanlar)  arasındakı  iqtisadi  münasibətləri  ifadə  edir.  Bank 
krediti  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  akkumulyasiyası  və  onların 
qaytarılmaqlıq  şərtləri  ilə  paylaşdırılması,  habelə  kreditləşdirmə  sistemi 
vasitəsilə  pul  nişanlarının  tədavülə  emissiyası  ilə  bağlıdır.  Pul  resurslarının 
qaytarılma  forması  onları  dəfələrlə  yenidən  bolüşdürməyə  imkan  verir.  Bank 
kreditindən  istifadə  olunmanın  zəruriyyəti  müəssisələrin  kapitalının  təkrar 
istehsal  prosesində  dövranı  ilə,  dövriyyə  kapitalı  və  əsas  kapitalın  təşkilinin 
xüsusiyyətləri  ilə,  kreditor  və  borc  alanın  hesablaşma  maraqları  ilə  şərtlənir. 
Digər tərəfdən kredit bankların mənfəət əldə etmələrinin əsas mənbəyidir. 


24 
 
Müəssisələrin  fondlarının  və  xüsusi  şəxslərin  pul  gəlirlərinin  dövranı 
prosesində  müvəqqəti  azad  olan  pul  vəsaitlərinin  təkrar  bölüşdürülməsi 
funksiyası  kredit  verilməsi  funksiyası  ilə  bağlıdır.  Kommersiya  banklarının 
vasitəçilik  funksiyasının  xüsusiyyəti  ondan  ibarətdir  ki,  resursların  yenidən 
bölüşdürülməsinin  əsas  meyarı  rolunda  onların  borc  alan  tərəfindən  istifadə 
olunmasının  mədaxilliyi  çıxış  edir.  Resursların  təkrar  bölüşdürülməsi 
kreditordan  borc  alana  təsərrüfat  əlaqələri,  yuxarı  bank  strukturlarının  ara 
vasitəçilik həlqələrinin iştirakı olmadan, bank krediti prinsipi əsasında üfüqi xətt 
üzrə  həyata  keçirilir.  Borc  alınmış  və  verilmiş  vəsaitlər  üzrə  ödəniş  borc 
vəsaitlərinə  olan  tələb  və  təklifin  təsiri  altında  formalaşır.  Nəticədə 
iqtisadiyyatda  münasibətlərin  bazar  tipinə  uyğun  gələn  maliyyə  resurslarının 
sərbəst hərəkətinə nail olunur. 
 Bazar iqtisadiyyatının uğurla inkişaf etməsi üçün kommersiya banklarının 
vasitəçilik funksiyasının əhəmiyyəti ondan ibarətdir ki, onlar öz fəaliyyətləri ilə 
iqtisadi  sistemdə  risk  və  qeyri  -  müəyyənlik  səviyyəsini  azaldır.  Pul  vəsaitləri 
kreditorlardan  borc  alanlara  tərəf  bankların  vasitəçiliyi  olmadan  da  yerdəyişə 
bilər.  Lakin  bu  zaman  ssudaya  verilən  pul  vəsaitlərinin  itirilməsi  riski  kəskin 
şə
kildə  artır  və  onların  yerdəyişməsi  üzrə  ümumi  xərclər  artır,  belə  ki, 
kreditorlar  və  borc  alanlar  bir  -  birlərinin  ödəməqabillikləri  barədə 
məlumatlandırılmayıblar,  təklif  olunan  pul  vəsaitlərinin  həcmi  və  müddəti 
onlara  olan  tələbatın  həcmi  və  müddəti  ilə  üst  -  üstə  düşmür.  Kommersiya 
bankları borc alanın tələblərinə uyğun olaraq ssuda verilə biləcək vəsaitləri cəlb 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə