Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   2   3   4   5   6   7   8   9   ...   27

17 
 
Lakin  hazırda  bank  və  kommersiya  və  ya  sənaye  fəaliyyətiarasında  aydın 
həddin  mövcudluğu şəraiti  əvvəlki  təki  Fransa,  Almaniya  və  sveçrə kimi  bəzi 
ölkələr  istisna  olmaqla  ümumi  qəbul  olunmuş  norma  halında  qalmaqdadır. 
Kommersiya  bankları  fəaliyyət  göstərmə  xarakterinə  görə  ən  rəngarəng  ola 
bilərlər.  Onlar  apardıqları  əməliyyatların  növlərinə  və  fəaliyyət  sferasına 
(universal, ixtisaslaşmış və sahə), mülkiyyət formasına (dövlət, özəl, kooperativ, 
səhmdar,  qarışıq),  bank  kapitalının  ölkə  mənsubiyyətinə  (milli,  xarici, 
müştərək), 
fəaliyyət  ərazisinə  (ümumdövlət,  regional,  regionlararası,  beynəlxalq,  xarici), 
təşkilati  -  hüquqi  esasına  (pay,  səhmdar),  kreditlərin  verilməsi  müddətinə 
(uzunmüddətli  və  qısamüddətli  kreditləşdirmə  bankları),  kommersiya  bankının 
xarici  bölmələrinin  formalarına  (müstəqil  hüquqi  şəxs,  bütün  kommersiya 
bankları  üçün  müəyyən  olunmuş  qaydada  qeydə  alınan  törəmə  bank,  filial, 
bölmə, şöbə, nümayendəlik) görə fərqlənirlər. 
Kommersiya bankının effektiv fəaliyyəti bank tənzimləməsi ilə bağlıdır və 
bu, mərkəzi bankın sabit, təhlükəsiz fəaliyyət göstərən kommersiya banklarının 
təmin olunması ilə maşğul olduğu tədbirlər sistemi kimi anlaşılır. Kommersiya 
banklarının  fəaliyyəti  onların  müflisləşməsinə,  müştərilərini  itirməsinə  gətirə 
bilməz  və  bu,  bütövlükdə  iqtisadiyyata  neqativ  təsir  göstərə  bilər.  Bank 
tənzimləməsinin  və  nəzarətinin  əsasında  "dəvə"  (ingiliscə  "CAMEL"  akronimi 
bank  nəzarətinin  əsas  meyarlarının  baş  hərfləri  ilə  tərtib  olunub)  adlandırılan 
prinsip durur və ona aşağıdakılar daxildir: 


18 
 
•  kapitalın kifayət qədər olması (öz vəsaitlərinin yekun aktivlərə nisbəti); 
•  risk, likvidlik və s. nöqteyi - nəzərindən aktivlərin keyfiyyəti; 
•  menecmentin keyfiyyəti (idarə edənlərin ixtisaslaşması); 
•  likvidlik  və  ya  bankın  tez  və  ağrısız  öz  öhdəliklərini  yerinə  yetirə  bilmək 
qabiliyyəti (likvid aktivlərin və digərlərinin nisbəti); 
•  gelirlilik (bir səhmə və ya bir məşğul olana gələn gəlirin səviyyəsi). 
Tənzimləmə  sistemi  qarşısında  bütün  banklar,  onların  nə  ilə  məşğul 
olmaları  və  kimə  məxsus  olmalarından  asılı  olmayaraq  bərabərdirlər.  Lakin 
bütün ölkələrdə müxtəlif banklar - kommersiya, investisiya, əmanət, kooperativ, 
səhmdar,  ümumxalq  və  özəl  banklar  olduğundan,  bu,  tənzimləmə  sisteminin 
korrektə  olunmasını  tələb  edir.  nkişaf  etmiş  ölkələrdə  bank  fəaliyyəti  və  pul-
kredit  siyasətinin  qanunvericiliklə  tənzimlənilməsi  adətən  müəyyən  miqdarda 
xüsusi  qanunvericilik  aktlarına  əsaslanır  ki,  onların  da  arasında  ən  əsasları 
Mərkəzi bank haqqında qanun və bank fəaliyyəti haqqında ümumi qanundur. 
Müasir  kommersiya  bankları  müxtəlif  hüquqi  formalarda  yaradıla  bilər. 
Onlar nisbətən daha tez-tez fərdi və ya müştərək (ailəvi) banklar, qeyri-məhdud 
məsuliyyətli  birlikler  (yaxud  da  ümumi  partnyorlar)  (yoldaşlıqlar),  məhdud 
məsuliyyətli  birliklər  (yaxud  da  məhdud  partnyorlar,  səhmdar  şirkətləri  və  s.) 
(yoldaşlıqlar), trastlar şəklində yaradılırlar. 
lk  iki  hüquqi  forma  sonuncu  iki  formadan  onunla  fərqlənir  ki,  müəssisələrin 
(bankların)  sahibləri  tamamilə,  hər  hansı  məhdudiyyət  olmadan  öz 
müəssisələrinin  (filiallarının)  öhdəlikləri  üzrə  cavabdehdirlər.  Məhdud 


19 
 
məsuliyyətli  yoldaşlıq  (birlik)  şəklində  yaradılmış  bankların  sahibləri  öz 
təsisatçılarının  öhdəlikləri  üzrə  yalnız  öz  pay  üzvlük  haqları  və  ya  səhmdar 
kapitaldakı  payları  həddində  cavabdehdirlər.  Müştərilərin  vəsaitlərini  trast 
(etimad) əsasında cəlb edən banklar (və onların sahibləri) müştərilər qarşısında 
onların  əmanətlərinin  toxunulmazlığı  haqqında,  əgər  vəsaitlərin  yerləşdirilməsi 
zamanı "adi sayıqlıq" normalarını pozmayıblarsa, cavabdehlik daşımırlar. 
lk iki hüquqi formada yaradılmış banklara (fərdi va ya müştərək banklara), 
habelə  qeyri-məhdud  məsuliyyətli  yoldaşlıqlara  adətən  geniş  ictimaiyyətdən 
(onların  məsuliyyətinin  hüdudlarının  müəyyənləşdirilməsinin  çətinlikləri 
üzündən) depozitlər qəbul etmək qadağan olunur, lakin onlar bütün qalan bank 
funksiyalarını  yerine  yetirə  bilərlər,  məsələn,  borc  almaq  barədə  adi  özəl 
(xüsusi)  müqavilə  əsasnda  vəsait  cəlb  ede  bilsələr  ki,  sonradan  bunları  daha 
yüksək faizlə ssuda şəklində verə bilsinlər. 
Bank  müəssisəsinin ən geniş  yayılmış  hüquqi  forması  müxtəlif  yönümləri 
ilə mövcud olan məhdud məsuliyyətli yoldaşlıqlar formasıdır: 
•  Böyük Britaniyada yerli, "özəl və ümumi (ictimai) şirkətlər; 
•  ABŞ - da korporasiyalar; 
•  AFR-da,  Yaponiyada,  Fransada  və  başqa  ölkələrdə  səhmdar 
cəmiyyətləri. 
Adətən  ən  iri  bankların  baş  (ana)  şirkətinin,  bir  çox  ayrı  -  ayrı  banklara  və 
firmalara  nəzarət  edən  maliyyə  sistemində  iştiraklar  vasitəsilə  strukturu  olur. 
ABŞ  -  da  belə  konsernlərin  başında  adətən  holdinq  korporasiyası  durur  ki, 


20 
 
konsernin  aparıcı  bankı  da  ona  tabe  olur.  Qərbi  Avropa  dövlətlərində  və 
Yaponiyada  belə  holdinqin  funksiyasını  bilavasitə  aparıcı  bank  həyata  keçirir. 
Belə  konsernlərdə  cəlb  olunmuş  depozitlərin  məbləği  çox  hallarda  on  və  hətta 
yüz  dəfələrlə  konsernin  öz  kapitalını  üstələyir.  Ona  görə  də,  bir  qayda  olaraq, 
belə  banklar  üçün  müvafiq  dövlət  idarəsində  depozitlərin  sığortalanması  üçün 
öhdəlik mövcuddur. 
Kommersiya bankları müvafiq prinsiplə işləməli və müəyyən  funksiyaları 
yerinə  yetirməlidirlər.  ndiki  halda  kommersiya  bankının  ilkin  müqəddəm 
prinsipi  real  mövcud  olan  resurslar  həddində  işləməkdir.  Real  mövcud  olan 
resurslar həddində işləmək onu bildirir ki, kommersiya bankı təkcə öz resursları 
ilə  kapital  yatırımları  arasındakı  kəmiyyət  uyğunluqlarını  təmin  etməli  deyil, 
həm də bank aktivlərinin xarakterinin onun tərəfindən cəlb olunmuş resursların 
pesifikasına  uyğunluğuna  nail  olmalıdır.  Bu,  ilk  növbədə  onların  hər  ikisinin 
müddətinə aiddir. Məsələn, əgər bank vəsaitləri başlıca olaraq qısa müddət üçün 
qəbul edir, onları isə əsas etibarilə uzunmüddətli ssudalara yatırırsa, onda onun 
likvidliyi  təhlükə  altında  qalır.  Bankın  aktivlərində  böyük  miqdarda  yüksək 
riskli  ssudaların  olması  bankdan  onun  resurslarının  ümumi  həcmində  öz 
vəsaitlərinin xüsusi çəkisini artırmalı tələb edir. 
Kommersiya banklarının fəaliyyətinin əsaslandığı ikinci ən mühüm prinsip 
iqtisadi müstəqillikdir və bu zaman bankların öz fəaliyyətlərinin nəticələri üçün 
iqtisadi  müstəqilliyi  anlaşılır.  qtisadi  müstəqillik  bankın  öz  vəsaitləri  və  cəlb 
olunmuş  resurslar,  müştərilərin  və  əmanətçilərin  seçilməsi,  bankın  gəlirləri 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə