Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

53 
 
nəticələrini  dərinləşdirə  biləcək  və  ya  onların  təsirini  məhdudlaşdıra  biləcək 
emissiya siyasəti. 
Bankların  real  likvidlik  səviyyəsinə  təsir  göstərilməsi  o  dərəcədə  pul  - 
kredit  siyasətinin  əsas  məqsədlərindən  biridir  ki,  həmin  siyasət  kreditin 
artmasına  nəzarətə  yönəlmiş  olsun.  Başqa  sözlə  desək,  likvidliyə  münasibətdə 
restrikasiyalar  eyni  zamanda  kredit  əməliyyatlarının  inkişafının  imkanlarını 
məhdudlaşdırır.  Bu  məqsəd  əsasən  kommersiya  banklarının  Mərkəzi  bankla 
qarşılıqlı  münasibətlərindəki  nəqdiyyatın  həcminin  reqlamentasiyası  Mərkəzi 
bankda  mütləq  ehtiyatların  həcminin  və  uçot  qaydaları  modifikasiyasının 
dəyişilməsi  ilə  (təkrar  uçotun  stavkası,  təkrar  uçotun  "tavana"ları),  habelə  faiz 
stavkalarının  artması  və  ya  azalması  hesabına  kredit  verilməsinin 
məhdudlaşdırılması  və  ya  genişləndirilməsi  üzündən  pul  bazarına  müdaxilə  ilə 
ə
ldə edilə bilər.  
Bankın  likvidliyinin  idarə  olunması
  müvafiq  nəzəri  bazaya  əsaslanır. 
Xarakterik  haldır  ki,  likvidliyin  idarə  olunması  nəzəriyyələri  praktiki  olaraq 
kommersiya banklarının yaranması ilə eyni vaxtda meydana çıxmışdır. Hazırda 
dörd  nəzəriyyə  -  kommersiya  ssudaları,  yerdəyişmə,  gözlənilən  gəlir  və 
passivlərin idarə olunması - göstərilir. 
Kommersiya ssudaları nəzəriyyəsi
 öz kökləri ilə XVIII əsrin  ngiltərə bank 
praktikasına  gedir.  Bu  nəzəriyyənin  tərəfdarları  iddia  edirlər  ki,  kommersiya 
bankı,  onun  aktivləri  nə  qədər  ki,  işgüzar  fəallığın  normal  durumu  zamanı 
vaxtında  ödəniləbiləcək  qısamüddətli  ssudalara  yerləşdirilib,  öz  likvidliyini 


54 
 
saxlayır.  Başqa  sözlə  desək,  banklar  istehsaldan  istehlaka  qədər  malların 
hərəkətinin  ardıcıl  mərhələlərini  maliyyələşdirməlidirlər.  Bu  ssudalar  müasir 
şə
raitdə mal ehtiyatı və ya dövriyyə kapitalının doldurulması əsasında ssudalar 
adını almışdır. Bank işinin demək olar ki, bütün tarixi ərzində hesabolunurdu ki, 
banklar  qiymətli  kağızların,  tərpənməz  əmlakın,  istehlak  mallarının  alınmasını 
kreditləşdirməməli  və  ya  kənd  təsərrüfatına  uzunmüddətli  kreditlər 
verməməlidir.  Hərçənd  kommersiya  ssudaları  nəzəriyyəsi  iqtisadiyyatçılar, 
nəzarət  və  tənzimləmə  orqanları,  eləcə  də  banklar  tərəfindən  geniş  təbliğ 
olunurdu, onun praktikada tətbiqi o qədər də geniş deyildi. 
Kommersiya ssudaları nəzəriyyəsinin əsas çatışmazlığı ondan ibarətdir ki, 
o  inkişaf  edən  iqtisadiyyatın  kredit  tələbatlarını  nəzərə  almırdı,  çünki 
nəzəriyyəyə  ciddi  əməl  olunması  banklara  müəssisələrin  və  avadanlığın 
genişlənməsini,  evlərin,  torpaqların  alınmasını  maliyyələşdirməyi  qadağan 
edirdi.  Bu  nəzəriyyə  bank  əmanətlərinin  nisbi  sabitliyini  nəzərə  ala  bilmədi. 
Bank  əmanətləri  ilk  tələblə  geriyə  alına  bilər,  lakin  çətin  ki,  əmanətçilərin 
hamısı əmanətlərini eyni vaxtda götürsünlər. Əmanətlərin sabitliyi banka imkan 
verir ki, likvidliye xələl gətirmədən vəsaitlərini mötədil uzun müddətə yerləşdirə 
bilsin.  Nəzəriyyə  ona  əsaslanrıdı  ki,  normal  iqtisadi  proses  zamanı  bütün 
ssudalar  öz  vaxtında  ödənilə  bilər.  Doğrudan  da  yüksək  işgüzar  fəallığı 
şə
raitində  sənaye  və  ticarət  şirkətləri  öz  öhdəliklərinin  ödənilməsi  zamanı 
çətinliklərlə  qarşılaşmırlar.  Lakin,  iqtisadi  tənəzzül  dövrlərində  və  ya  maliyyə 
çaxnaşması zamanı "nəqdiyyat - əmtəə ehtiyatları - realizasiya - hesablaşmalar 


55 
 
üzrə debitorlar  - nəqdiyyat"  zənciri  pozulur.  Ona  görə də  firma  və  ya  şirkətlər 
üçün  bank  ssudalarını  ödəmək  çətinləşir,  bəzən  isə  qeyri  -  mümkün  olur.  Bu 
nəzəriyyənin  çatışmazlığı  ondan  ibarətdir  ki,  normal  iqtisadi  inkişaf  şəraitində 
qısamüddətli özünüləğvedən ssuda likvidliyi təmin edir.  
Yerdəyişmə  nəzəriyyəsi  ona  əsaslanır  ki,  bank  likvid  ola  bilər,  əgər  onun 
aktivlərinin  yerini  dəyişmək  və  ya  nəqd  şəkildə  kreditotlara,  yaxud  da 
investorlara  satmaq  mümkün  olsun.  Əgər  kreditlər  vaxtında  ödənilmirsə,  onda 
ssudanın  təminatı  üçün  verilmiş  əmtəə  -  mal  dəyərləri  bazarda  nəqdinə  satıla 
bilər,  vəsaitlərə  ehtiyac  olduğu  hallarda  isə  Mərkəzi  bank  tərəfindən  təkrar 
maliyyələşdirməyə  müraciət etmək olar. Bu halda ayrıca kommersiya bankının 
likvid resurslara tələbatının ödənilməsinin şərti daimi nəqd aktivlərin olmasıdır 
ki,  onları  satmaq  mümkündür.  Buna  uyğun  olaraq,  əgər  Mərkezi  bank  təkrar 
uçota  təklif  olunan  aktivləri  sərbəst  şəkildə  alacaqsa,  onda  bank  sistemi  likvid 
olacaq.  Asan  realizə  oluna  bilər  bazar  qiymətli  kağızları  uzun  müddət  likvid 
ehtiyatların  gözəl  mənbəyi  kimi  hesab  olunurdu,  çünki  bu  sayaq  qiymətli 
kağızları nəqd pula çevirmək mümkündür. Ona görə də tez - tez hallarda onlara 
ikinci  növbə  ehtiyatları  kimi  müraciət  edirlər.  Yubadılmadan  və  itkisiz 
konvertasiyanı  təmin  etmək  üçün  törəmə  ehtiyatlar  üç  tələbə  cavab 
verməlidirlər: ödənişin qısa müddəti, yüksək keyfiyyət və realizəqabillik. Bunlar 
kredit  riskindən  və  bazar  faiz  stavkalarının  dəyişməsi  riskindən  mühafizə 
olunmalı, habelə qısamiiddətli xəbərdarlıqla bazar da satılmalıdırlar. 


56 
 
Likvidlik  ehtiyatı  kimi  istifadə  olunan  aktivlərin  ödənilmə  müddətinə 
münasibətdə  müəyyən  tələblər  irəli  sürülmür,  amma  ümumi  qayda  budur  ki, 
müddət  nə  qədər  qısa  olsa,  o  qədər  yaxşıdır.  Keyfiyyət  və  realizasiyqabillik 
şə
rtlərinə qiymətli kağızların bir sıra növləri cavab verir. Törəmə ehtiyatlar üçün 
daha uyğun gələnləri xəzinə vekselləri, habelə hökumətin və onun orqanlarının 
digər  qiymətli  kağızlarıdır.  Açıq  bazarda  realizə  olunan  akseptlər  və 
kommersiya  kağızları  da  istifadə  oluna  bilər.  Bank  aksepti  bank  tərəfindən 
adətən 180 günədək ödəniş müddəti ilə akseptə olunmuş trattadır. Kommersiya 
kağızları  korporasiyalar  tərəfindən  nisbətən  qısa  müddətə,  adətən  4  -  6  ayadək 
buraxılan veksellərdən ibarətdir. Bu qayda ilə pul əldə etmək üçün korporasiya 
çox yüksək kreditqabilliyə malik olmalıdır. 
Hərçənd yerdəyişmə nəzəriyyəsi müəyyən dərəcədə əsaslandırılıb, bununla 
belə,  onun  göstərişlərinə  əməl  edən  yüzlərlə  bank  XX  yüzilliyin  20  -  30  -  cu 
illərində  likvidlik  problemindən  yan  keçə  bilməmişdir.  Bankın  öz  portfelində 
birinci  dərəcəli  qiymetli  kağızlar  ola  bilər,  lakin  istehsalın  staqnasiyası 
dövründə,  xüsusilə  də  böhranlar  zamanı,  likvidliyin  ümumi  çatışmazlığına 
ehtiyac olanda, aktivlərin bir hissəsini realizə etmək mümkün olmur. Ona görə 
de  iqtisadi  böhranlar  birja  böhranları  ilə  müşayiət  olunur.  Qiymətli  kağızların 
kursu  kəskin  şəkildə  aşağı  düşür  və  maliyyə  bazarında  təkrarmaliyyələşdirmə 
imkanlarını pozur. 
Gözlənilən  gəlir  nəzəriyyəsinə 
görə,  əgər  kreditlərin  qapanılması  üçün 
ödənişlər  qrafikinin  əsasına  borc  alanın  gələcək  mədaxili  qoyularsa,  bank 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə