Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   2   3   4   5   6   7   8   9   ...   27


 
ə
məliyyatların  ən  rəngarəng  növləri  ilə  məşğul  olurlar.  Onlar  təkcə  pul 
dövriyyələri  və  kredit  münasibətlərini  təşkil  etmir,  həm  də  onların  vasitəsi  ilə 
iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçirilir, sığorta əməliyyatları qiymətli 
kağızların alqı-satqısı aparılır, bəzi hallarda isə vasitəçilik sövdələri və əmlakın 
idarə  olunması  həyata  keçirilir.  Bank  təsisatları  məsləhətçilər  (konsaltinqlər) 
rolunda  çıxış  edir,  xalq  təsərrüfatı  proqramlrının  müzakirəsində  iştirak  edir, 
statistika aparır, özlərinin,  yardımçı  təsərrüfatlarına  malik  olurlar. 
Kommersiya    bankı    təsərrüfatçılığın  müstəqil  subyektidir,  hüquqi  şəxs 
hüququna malikdir, bank məhsulunu itsehsal və realizə edir, xidmətlər göstərir, 
kommersiya  hesablaşması  prinsipleri  üzrə  fəaliyyət  göstərir.  Bankın  vəzifəsi 
müəssisələrin vəzifəsindən az fərqlənir, belə ki, o öz xidmətləri və məhsulları ilə 
ictimai  tələbatın  təmin  olunması,  əldə  olunmuş  mənfəət  əsasrında  həm  öz 
kollektivinin  üzvlərinin,  həm  də  bankın  əmlakının  sahibçisinin  maraqlarının 
realizasiyaır  ile bağlı məsələləri həll edir. Bank onun nizamnaməsi ilə müəyyən 
olunmuş  istənilən təsərrüfat fəaliyyəti növünü həyata keçirə bilər. 
Bank  da  istənilən  müəssisə  kimi  xüsusi  icazəyə  (lisenziyaya)  malik 
olmalıdır.  Sənaye,  kənd  təsərrüfatı,  inşaat,  nəqliyyat  və  rabitədən  fərqli  olaraq 
banklar istehsal sferasında deyil, mübadilə sferasında fəaliyyət göstərirlər, onlar 
da  resursları  "satın  alır",  aldıqlarını  "satır",  təkrarbölüşdürmə  sferasında 
fəaliyyət göstərir, əmtəə mübadiləsinə yardım edirlər. Bankların öz "satıcıları", 
ambarları,  xüsusi  "mehsul  ehtiyatı"  vardır,  onların  fəaliyyəti  əksəriyyətlə 


10 
 
pulların  dövranlığından  aslıdır.  Bununla  da  banklarla  ticarət  sferası  arasındakı 
oxşarlıq əsasən sona çatır. 
Kommersiya  bankı  təsərrüfat  hesablı  müəssisə  sayılır.  Bu  onu  bildirir  ki, 
kommersiya  bankının  fəaliyyətində  başlıcası  iqtisadi  maraqların  realizə 
olunmasıdır.  Bankın  işinin  bütünlüklə  öz  iqtisadi  maraqlarının  realizasiyasına 
tabe etdirilməsi bütün digər motivlərin və məqsədlərin tabe etdirilməli olduqları 
ali  prinsip  sayılır.  Bunsuz  bank  iqtisadi  müəssisə  kimi  baş  tutmaya  bilər. 
Məsələn,  onun  fəaliyyətinin  iqtisadi  maraqlarla  ziddiyyət  təşkil  edən  hər  cür 
ideolo  giyalaşdırılması  mütləq  şəkildə  bankı  əsl  mahiyyətini  itirən  aparata 
çevirir.  Bu,  təkcə  kommersiya  banklarına  deyil,  onun  müştərilərinə  də  aiddir. 
Bank  əsasən  özünün  deyil,  özgənin  resursları  hesabına  işlədiyindən,  özü  üçün 
deyil,  bütün  təsərrüfatçılıq  subyektləri  üçün  və  bütün  vətəndaşlar  üçün  borc 
götürdüyündən, israfçılıq həm bank üçün, həm də ondan resursları borc götürən 
və onları qaytarmalı olanlar üçün də fəlakətlidir. 
Bank  müəssisə  kimi  öz  dəyər  forması  olan  məhsul  istehsal  edir.  Bankın 
məhsulu  rolunu  kreditlə  birlikdə  pul  dövriyyəsində  olan  ödəniş  (tədiyyə) 
vəsaitləri  oynayır.  Müəyyən    mənada  xidmətlər  də  bankın  məhsulu  kimi  çıxış 
edir. Onlara ənənəvi xidmət növləri ilə yanaşı hesablaşmaların təşkili (nəqd və 
nəqdsiz  formada),  əmanətlər,  kreditləşdirmə  ilə  yanaşı  qeyri-ənənəvi  olan 
qarantiyaların  (zəmanətlərin),  zaminliyin,  məsləhətlərin  (konsaltinq)  verilməsi 
və s. də daxildir. Bank xidmətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki 
təkcə  pul  əsasına  malikdirlər,  həm  də  özüartan  dəyər  səciyyəsinə  malikdirlər. 


11 
 
Məsələn əmanətçilərdən alınmış resurslar kredit müəssisələri üçün pulsuz deyil. 
ona görə də resurslar elə istifadə olunmalıdır ki, onlar nəinki təkcə sahiblərinə 
qaytarıla  bilsin,  həm  də  əmanətlər  üzrə  faizlərin  verilməsi,  məsrəflərin 
kompensasiyası  və  heç  olmazsa,  minimal  mənfəət  əldə  edilməsi  üçün  kifayət 
qədər  artım  almağa  imkan  versin.Bank  akkumulyasiya  olunan  resurslardan 
istifadə  etməyə  və  onları  kredit    şəklində  ehtiyacı  olan  borc  alanlara  sarı  elə 
yönəltməlidir  ki,  onun  xidməti  hər  hansı  bir  halda  bank  fəaliyyəti  vasitəsilə 
dövriyyəyə buraxılmış dəyərin özəl artımına imkan versin. 
Kommersiya  banklarının  mübadilı  sferasında  fəaliyyət  göstərməsi  onun 
mahiyyəti haqqında düzgün olmayan (yalnış) təsəvvür yaradır. Bir çox hallarda 
bank vasitəçi təşkilat kimi xarakterizə olunur. Belə söyləməyə resursların xüsusi 
axını  onların  müvəqqəti  olaraq  bəzilərində  yığılıb  qalması,  başqalarında  isə 
tətbiqinə ehtiyac yaranması əsas verir. Bu zaman situasiyanın xüsusiyyəti ondan 
ibarət  olur  ki,  resursların  müəyyən  hissəsinə  malik  olan  kreditor  müəyyən 
zəmanətlərin  olduğu  hallarda  konkret  müddət  üçün  və  faizlə  onları  digər 
kontragentlərə - borc alanlara vermək istəyir. Bank kreditordur, borc alandır və 
onların arasında vasitəçidir, habelə pul hesablaşmalarında vasitəçidir. Ona görə 
də  o  bu  funksiyalarda  ozünün  təsərrüfat  subyekti  kimi  mahiyyətini  bütünlüklə 
nümayiş etdirir. 
Bankın  tədavül  sferasında  fəaliyyəti  onun  haqqında  birja  agenti  kimi 
təsəvvür  yaradır.  Banklar  birjaların  mütleq  iştirakçıları  sayılır.  Onlar  müstəqil 
şə
kildə  qiymətli  kağızlarla  ticarət  üzrə  birja  əməliyyatları  təşkil  edə  bilərlər. 


12 
 
Lakin bank tədricən getdikcə daha çox kredit mərkəzinə çevrildi ki, bu da onu 
kredit  müəssisənin  növü  kimi  müəyyənləşdirməyə  imkan  verdi.  Banklar  öz 
təbiətlərinə görə ilk növbədə kredit və pul münasibətləri ilə bağlıdırlar, hərçənd 
nəinki  kreditləşdirmə  ilə  məşğul  olmuş  və  olurlar,  həm  də  fəaliyyətin  bir  çox 
başqa növləri ilə məşğul olurlar. Onların fəaliyyətinin əsas məhsulu pul və kredit 
işidir. Kommersiya banklarının fəaliyyətində ən başlıcası iqtisadiyyatda normal 
təkrar  istehsal  prosesi  mühiti  yaratmaq  üçün  pul-kredit  siyasətinin  təşkil 
edilməsi  sayılır.  Kommersiya  banklarının  maddi  nemətlər  istehsalçısı 
olmamasına  baxmayaraq,  istənilən  müəssisənin  olduğu  kimi,  onun  da  öz 
məhsulu  da  vardır  ki,  bu  da  ilk  növbədə  ödəniş  vəsaitlərinin  (pul  kütləsinin) 
formalaşdırılması, 
habelə 
kreditlərin, 
qarantiyaların, 
zəmanətlərin, 
konsaltinqlərin  (məsləhətlərin)  verilməsi,  əmlakın  idarə  olunması  şəklində 
müxtəlif xidmətlərin göstərilməsidir. 
Kommersiya  bankının  fəaliyyət  göstərməsi  müəyyən  məqsədlərin  əldə 
olunmasına  əsaslanır  ki,  onlardan  da  ən  başlıcası  mənfəət  təsərrüfatçılığının 
aparılmasına, daha  çox  mümkün  mənfəətin  əldə  olunmasına nail  olunsun,  yəni 
bank  fəaliyyətinin  hərəkətverici  motivi  mənfəət  əldə  etməkdir.  Lakin 
kommersiya  bankı  üçün  mənfəətin  hansı  yolla  əldə  olunmasının  fərqi  vardır. 
Bank  kommersiyası  prinsipi  daha  az  investisiya  ilə  daha  çox  mənfəət  əldə 
etməyi  nəzərdə  tutur.  Gəlirin  formalaşdırılmasına  yardım  edən  ümumi 
resurslarda  bankın  öz  payının  miqdarının  böyüklüyü  onun  üçün  əhəmiyyətsiz 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə