Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   2   3   4   5   6   7   8   9   ...   27

13 
 
deyil.  Hər  bir  banka  aydındır  ki,  əgər,  onun  passivlərdə  payının  az  olduğu 
məqamda daha çox mənfəət əldə olunmuşsa, bunun effekti daha hiss olunandır. 
Ona  göre  də  kommersiya  bankının  fəaliyyəti  aşağıdakı  tələblərin  yerinə 
yetirilməsi üzərində qurulmalıdır: 
•  kapitalı daha ucuz almalı (mümkün qədər daha az faiz stavkası ödəməli); 
•  kapital  və  xidmətləri  daha  baha  satmalı  (mümkün  qədər  daha  çox  faiz 
stavkası əldə etməli); 
•  etibarlı  partnyorların  seçilməsi  və  qarantiyaların  alınması,  habelə 
ə
məliyyatların  rəngarəngliyi  və  ssuda  kapitalının  müxtəlif  bazalarının 
mənimsənilməsi yolu ilə itki riskini azaltmalı. 
Kommersiya  banklarının  yuxarıda  təsvir  olunmuş  fəaliyyət  strategiyası 
strategiyası aşağıdakı sxem üzrə təsvir oluna bilər (şəkil 1. 1). 
         Bank 
                                 
    1                4                Faiz gəliri (marja)           3           2 
                                              F
1
-F

Pul-maliyyə 
bazarı 
 
Müştərilər 
 
 
          Şəkil 1. 1.
 Kommersiya bankının strateji fəaliyyət modeli 
 


14 
 
Ə
məliyyatın  məzmunu:  1  -  pul-maliyyə  bazarında  bank  tərəfindən  kapitalın 
(resursların)  alınması;  2  -  bank  tərəfindən  müxtəlif  növ  müştərilərə  (borc 
alanlara)  kapitalın  (resursların)  satılması;  3  -  bank  tərəfindən  ssuda  kapitalının 
(F
1
)  alınması;  4  -  pul-maliyyə  bazarında  alınmış  kapital  üçün  bank  tərəfindən 
faizlərin (F
2
) ödənilməsi. 
Kommersiya bankının fəaliyyətinin sadələşdirilmiş modelindən görünür ki, 
həmin  bank  mümkün  qədər  daha  çox  faiz  gəliri  əldə  etməyə  çalışır.  Amma 
kommersiya  bankları  qeyri-faiz  gəliri  adlandırılan  mədaxil,  yəni  kreditlərin 
verilməsi hesabına olmayan  gəlir də əldə edə bilər.  Qeyri-faiz gəlirlərinin  əldə 
edilməsi  ilə  başı  əsas  fəaliyyət  növlərinə  məsləhət  (konsaltinq)  yardımlarını, 
qarantiya  və  zəmanətlərin  verilməsini,  mədaxillərdə  iştirak  etməyi,  öz 
müştərilərinin  qiymətli  kağızlarının  yerləşdirilməsində  vasitəçilik  etməyi  aid 
etmək olar. 
Sonuncu halda kommersiya bankları qiymətli kağızların alqı - satqısı üzrə 
həm özlərinin vəsaitləri hesabına, həm də müştərilərin tapşırığı ilə əməliyyatlar 
aparır,  həm  də  digər  təsərrüfatçılıq  subyektlərinin  emissiyasına  və  qiymətli 
kağızların  realizasiyasına  rəhbərlik  edir.  Xarakterik  haldır  ki,  kvaziinvestisiya 
istisna  olmaqla,  kommersiya  bankı  tərəfindən  üzərinə  dividendlərin 
hesablanılmadığı öz səhmlərini almaqla bağlı bütün digər əməliyyatlar (qiymətli 
kağızlarla  ticarət-komisssion  əməliyyatlar)  gəlirlərin  (mənfəətlərin)  əldə 
olunmasına  yönəlmişdir.  Bankların  belə  əməliyyatlardan  əldə etdikləri gəlirləri 
qiymətli  kağızlar,  komissionlar  və  spred  üzrə  alınan  faizlərin  məbləğindən 


15 
 
ibarətdir. 
Hazırda 
kommersiya 
banklarının 
ə
ksəriyyəti 
investisiya 
ə
məliyyatlarından  məhz  qiymətli  kağızların  satış  qiymətinin  onların  alınma 
qiymətlərinə nisbətən artırılması yolu ilə mənfəət götürürlər. 
Kommersiya  bankları  ənənəvi  olaraq  daxili  və  xarici  əmanətləri  səfərbər 
edən,  habelə  onların  müxtəlif  borc  alanlar  arasında  bölüşdürülməsini  həyata 
keçirən yeganə təsisat idilər. Son illərdə bank fəaliyyətində köklü dəyişiklikləri 
şə
rtləndirən  qanunverici  və  normativ  tənzimləmələrdə  dəyişikliklər  baş 
vermişdir.  Bank  (depozit)  təsisatları  yeni  xidmətlər  təklif  edən  rəqiblər 
tərəfindən  getdikcə  daha  çox  təzyiqə  məruz  qalırlar.  Bunun  nəticəsində  onlar 
maliyyə və qeyri-maliyyə 
ş
irkətlərinin  rəqabətinin  güclənməsi  səbəbindən  öz  ənənəvi  funksiyalarına 
münasibətdə inhisarçı mövqelərini itirirlər. 
Bank  fəaliyyətinin  tənzimlənilməməsi  maliyyə  bazarlarının  qloballaşması 
və  ya  artımı  ilə  baglı  səbəb  və  nəticədir.  Məsələn,  inkişaf  etmiş  ölkələrdə 
maliyyə  bazarlarının  möhtəşəm  artımı  vardır  və  aktivlərin  seqmentlərinin 
sekyuterləşməsi, beynəlmiləlləşməsi və azalması kimi ənənələrlə şərtlənən dərin 
struktur 
dəyişiklikləri 
ilə 
xarakterizə 
olunur. 
Bank 
sektorunun 
tənzimlənilməməsinə  olan  tendensiya  və  onun  innovasion  fəaliyyəti  bankları 
ə
nənəvi olaraq rəqabətdən qoruyan maneələrin azaldıması və aradan qaldırılması 
amilləridir.  Ona  görə  də  əhəmiyyətli  fond  bazarları  olan  dövlətlərdə  qeyri-
maliyyə borc alanları üçün vəsait mənbəyi olan kommersiya banklarının rolunun 
kəskin  azalması  müşahidə olunur.  Lakin məhdud  fond bazarları  olan  ölkələrdə 


16 
 
də  kommersiya  bankları  tərəfindən  aparılan  kredit  əməliyyatlarının  azalması 
müşahidə  olunur.  Bu  onunla  bağlıdır  ki,  kommersiya  banklarının  müştəriləri 
kapitalın  getdikcə  daha  geniş  xarici  və  offşor  bazarlarına,  məsələn, 
Avroistiqrazlarına çıxış əldə edirlər. 
Bunun  nəticəsində  bank  xidmətlərini  digər  mliyyə  və  qeyri  -  maliyyə 
ş
irkətlərinin  həyata  keçirdikləri  xidmətlərdən  fərqləndirmək  daha  da  çətinləşir. 
Ona görə də bank işinin bir çox mütəxəssisləri hesab edirlər ki, gələcəkdə: 
•  bank  sistemi  daha  çox  universal  Avropa  bank  modelinə  oxşar  olacaq, 
nəinki  yüksəksəviyyəli  seqmentasiya  səviyyəsi  ilə  xarakterizə  olunan 
Amerika və ya Yaponiya modelinə; 
•  depozitlərin  yerləşdirilməsi  və  qısamüddətli  kreditlərin  verilməsi  üzrə 
funksiyaları  yerinə  yetirən  müəssisələr  kimi  bankların  rolunun  hər 
yerdə azalması müşahidə olunacaq; 
•  kapital  bazarında  xidmət  göstərmək  üzrə  ixtisaslaşan  dolayısı 
vasitəçilər  kimi  onların  fəallığının  yüksəlməsi  gözlənilir,  yəni  onların 
funksiyaları əsas etibarilə informasiyanın işlənilməsinə yönələcək; 
•  o hallarda bank fəaliyyətinin genişlənməsi baş verəcək ki, kommersiya 
bankları  birgə  əsasda  informasiya  xidmətlərinin  göstərilməsi  ilə  bağlı 
üstünlüklərdən  istifadə  edə  bilsinlər  və  bunu  da  kredit  kartları,  trast 
ə
məliyyatları, sığortalama və s. sistemlərə aid etmək olar; 
•  kommersiya  bankları  əvvəlki  kimi  ödəniş  sistemində  əhəmiyyətli  rol 
oynayacaq. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə