Microsoft Word adigozaliv abdulrahman docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#69746
1   2   3   4   5   6   7   8   9   ...   27


 
1.
 Fəsil. Kommersiya banklarının fəaliyyətinin 
ə
sasları 
1.1.
  Kommersiya bankı-təsərrüfatçılığın subyekti kimi 
Bank sisteminin ikinci mərhələsini kommersiya bankları təşkil edir ki, onlar 
da universal və ixtisaslaşdırılmış banklara bölünürlər. Universal banklar bütün və 
ya  demək  olar  ki,  bütün  bank  əməliyyatları  növlərini  (btütün  növlərdən  olan 
ə
manətlərin  qəbulu,  qısa-  və  uzunmüddətli  kreditlərin  verilməsini,  qiymətli 
kağızlarla  əməliyyatları  və  s.),  mülkiyyətin  istənilən  formasında  təsərrüfatçılıq 
subyektinə  və  istənilən  sahesinə  və  əhaliyə  xidmət  göstərilməsini  heyata  keçirir. 
xtisaslaşdırılmış  banklar
  bir  və  ya  çox  da  geniş  olmayan  bank  eməliyyatlarını 
hayata keçirir. Lakin müasir bank fəaliyyeti getdikcə daha universallaşır. Bu, bank 
işinin  elə  inkişaf  səviyyəsi  ilə  bağlıdır  ki,  bu  zaman  kredit,  pul  və  hesablaşma 
ə
məliyyatları bir mərkəzdə təmərküzləşir. 
Xarakterik haldrr ki, "kommersiya bankı" termini bank işinin erkən inkişaf 
mərhələlətində hələ banklar əsasən ticarətə, əmtəə mübadiləsi əməliyyatlarına ve 
ödenişlere  xidmət  göstərərkən  meydana  çıxmışdır.  Müştərilərin  əksəriyyətini 
tacirlər təşkil etdiyindən, onlar kommersiya bankları adlanmağa başlamışdır. 
Hazırda  "kommersiya"  termini  özünün  bank  adında  ilkin  mənasını 
itirmişdir.  O  bankın  “işgüzar”  xarakterini,  novü  və  fəaliyyətlərindən  asılı 
olmayaraq  təsərrüfatçılığın  bütün  subyektlərinə  xidmət  göstərməyini  bildirir. 
Kommersiya  banklarının  fəaliyyətinin  dayanıqlığı  üçün  onun  likvidlik 
balansının  olması  zəruridir,  yəni  onun  kifayət  qədər  kapitalı  olmalıdır, 



 
ödəməqabilli  olmalıdır,  onun  kapitallarının  keyfiyyətinə  qarşı  irəli  sürülən 
tələbləri təmin etməlidir. 
Kommersiya  banklarına  bənzər  təsisatlar  hələ  lap  qədimlərdə  mövcud 
olmuşdur.  Qədim  Misirdə  bank  əməliyyatları  hele  b.e.ə.  2700-cü  ildə  həyata 
keçirilirdi. Hammurapinin (b.e.ə. 1704-1662-ci illər) qanunnaməsi sübut edir ki, 
hələ o zamanlar Babilistanda və Assuriyada vəsaitlərin saxlanılması forması ve 
ssuda  əməliyyatları  qanunlarla  tənzimlənirdi  (vəsaitin  saxlanılmasından  otrü 
qanun ödeniş verilməsini nəzərdə tuturdu). Ssudalar təkcə pulla deyil, mal (taxıl, 
yun,  xurma,  toxum,  yağ  və  s.)  ilə  də  verilirdi.  Ssudalar  üzərinə  faizlər 
hesablanırdı,  malların  saxlanılması  yerləri  ehramlar  idi,  belə  ki,  orada 
tehlükəsizlik daha çox təmin olunurdu. Lakin müasir anlamda kredit hesablaşma 
institutu  kimi  ilk  bank  taliyada  1407-ci  ildə  Genuyada  (Banka  di  San  Corco) 
yaranmışdı, ilk bankirlər isə sərraflar (pul dəyişənlər) idilər. Ona görə də "bank" 
sözünün  özü  italyanca  "banko"  (sərraf  masası,  pul  stolu)  sözündən  əmələ 
gəlmişdir.  
Fəqət  müasir  bankların  erkən  nümunələri  müxtelif  dövlətlərdə 
sənayeləşdirmə  prossesinin  nəticəsi  olaraq  yaradılmışdır.  Onların  erkənləri 
XVIII  əsrdə,  qalanları  isə  XX  əsrdə  meydana  çıxmışdır.  lk  vaxtlar  onların 
müştəriləri  əsasən  müəssisələr  və  həmin  müəssisələrin  sahibləri  idi. 
Kommersiya  banklarından  bəziləri  elə  həmin  məqamdan  pay  iştirakı  ilə, 
müəssisələrin  buraxdığı  istiqrazlrın  satın  alınması  və  ya  uzunmtüddətli 
kreditlərin  verilməsi  üzrə  ixtisaslaşmağa  başladı.  Digərləri  qısamüddətli 



 
kreditlər  üzre,  o  cümlədən  veksellərin  uçotu,  depozit  vəsaitlərdən 
maliyyələşdirilən  bank  aksepti  və  qısamüddətli  kreditlərin  verilməsi  üzrə 
ixtisaslaşmağa başladılar. Başqaları isə eyni zamanda hər iki fəaliyyətlə məşğul 
olurdular  ki,  bu  da  onların  çoxunun  XIX-XX  əsrlərin  dövri  böhranları  zamanı 
müflisləşməsinə gətirib çıxardı.  
Kommersiya 
banklarının 
xarakterik 
xüsusiyyəti 
onların 
ikili 
ixtisaslaşmasından  ibarətdir,  yəni  təsərrüfatçılıq  subyektləri  ilə  iş  və  ayrı-ayrı 
şə
xslərin  depozitlərinin  qəbul  olunması  zamanı  ixtisaslaşmasından  ibarətdir. 
Sonuncular kommersiya banklarına imkan verir ki, təsərrüfatçılıq subyektlərinin 
fəaliyyətini 
maliyyələşdirsinlər 
və 
habelə 
özlərinin 
investisiyalarını 
maliyyələşdirsinlər.  Bu  əlamətlərinə  görə  onlar  xaricdə  qarşılıqlı  kreditlər  üzrə 
cəmiyyətlərə,  kooperativlərə  (müəyyən  fəaliyyətlə  meşğul  olurlar),  özəl 
müştərilərlə işləyə və mənzil inşası (ve ya alınması) üçün 
kreditlar verən əmanət banklarına bölünürlər. 
Kommersiya  bankları  arasında  bütün  ölkə  ərarisində  şöbələri  və  regional 
kommersiya bankları olan iri banklar fərqlənir. Qarçılıqlı kredit və kooperativlər 
cəmiyyəti şəbəkəsinin mövcud olduğu və əmanət banklarlnrn yaradrlmadr[r bir 
slra  olkelerde  kommersiya  bankları  xəzinədalıq  bonları,  dövlət  istiqrazları  ilə 
ə
sas əməliyyatları həyata keçirirlər. Bundan əlavə, bir çox hallarda onlar dövlət 
qiymətli kağızların mütləq vesait yatırımları aparmlıdırlar. Kommersiya bankları 
ə
nənəvi  olaraq  həm  də  bankda  hesabları  olan  özəl  (xüsusi)  şəxslərə  onların 
qiymətli  kağızlar  portfelinin  idarə  olunması  şəklində  xidmətlər  də  təklif 



 
edirdilər. Bununla da onlar birja vasitəçilərinə rəqabət təşkil edirdilər ki, bu da 
onları bu sahədə xidmətlər sferasında fəal olmayan qarşılıqlı kredit, kooperativ 
cəmiyyətləri şəbəkəsi və əmanət banklarından fərqləndirirdi. 
Müasir  şəraitdə  kommersiya  bankının  təsərrüfat  subyekti  kimi 
anlaşılmasına
  kifayet  qader  tez-tez  təşkilati-funksional,  texnoloji,  vasitəçi 
mövqeyindən yanaşırlar. Bununla da onun güclü idarəetmə alətlərindən biri kimi 
pul  tedavülü  və  kredit  münasibətlərinə  xidmət  göstərən  ictimai  inkişaf  və 
təsərrüfat  subyekti  instrumenti  kimi  rolu  azalır.  Bankların  mahiyyətinin  təhrif 
olunmuş  şəkildə  anlaşılması  və  onların  rolunun  kiçildilməsi  həmin  bank 
təsisatlarının  funksiyalarının  əsassız  şəkildə  məhdudlaşdırılmasına  gətirib 
çıxarır.  Məsələn,  kifayət  qədər  tez-tez  əsasız  olaraq  paylaşdırma  (bölüşdürmə) 
funksiyası daha  çox mənfəət  alınması  məqsədilə  kapitalın  yerdəyişməsi  birinci 
yerə  ireli  çəkilir.  Bankların  ictimai  funksiyası  maddi  nemətlərin  təkrar 
istehsaltını stimullaşdırmaq və iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olması - 
isə  kənarda  qalır.  Bununla  belə,  müasir  kommersiya  bankı  pul  tədavülünün  və 
bütün formalarda kreditin fəaliyyət göstərməsi qaydalarının yaradıcısı kimi çıxış 
edən  təşkilatdır.  Ona  görə  də  banklar  ölkənin  milli  sərvətlərinin  toplayıcısı 
rolunda  çıxış  edir,  istehsal  və  tədavül  strukturuna  iqtisadi  təsir  orqanı  sayılır. 
Hazırda  daha  çox  mənfəət  götürmək  banklar  və  bank  fəaliyyeti  haqqında 
qanunvericilikdə kommersiya bankının orientasiyasında başlıcasıdır. 
Bank  təsisatlarının  fəaliyyəti  çox  rəngarəngdir,  ona  görə  də  onların 
mahiyyyəti  kifayət  qədər  qeyri-müəyyən  olur.  Müasir  cəmiyyətdə  banklar 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə