Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   2   3   4   5   6   7   8   9   10   ...   21

21 

 

çalışması tətbiqidir. Hal-hazırda işçilərindən daha məhsuldar nəticələri almaq üçün insan 



resursları  üzərində  sıxlaşan  biznesdə,  fərdi  iş  üsullarının  kifayət  qədər  məhsuldar 

olmadığını  düşünülməyə başlanılmışdır.  Sıxlaşan  rəqabət təzyiqləri mübarizə edən çox 

sayda  müəssisə,  komanda  işinin  daha  yüksək  məhsuldarlıq  təmin  etdiyini,  əmək 

xərclərini  saldığını,  personalın  performansını,  müəssisəyə  olan  sədaqətini  və 

motivasiyasını artırdığını qəbul edir. Müəssisələrin rəqabət üstünlüyünü təmin etmələri 

üçün, işçilərinin qabiliyyətlərindən daha çox faydalana və çalışanlar arasında sinergetik 

bir təsir yarada biləcəkləri qrup işlərinə yönəlməkləri lazımdır. Komanda işində fərdlərin 

birlikdə  işləri  nəticəsində  sinergetik  bir  təsirin  varlığı,  səbəbindən  komanda  işinin 

fəaliyyətinin bir çox faktorla əlaqəsi var. Motivasiya, ünsiyyət, liderlik, uyğunlaşma və 

heterogenlik  bu  faktorların  başında  gəlməkdədir.  Bu  faktorları  bir-birlərindən  ayrı 

düşünmək mümkün deyil. Hər biri birbaşa ya da bilvasitə olaraq bir-birlərini təsir edir və 

bir bütün olaraq komandanın performansında əks olunmaqdadır. 



 

 

 

 

 

 

 

 

 


22 

 

1.4. Müəssələrdə komanda işinin sinergetikaya olan müsbət təsiri. Motivasiya 



və liderlik 

1990-cı illərin başından etibarən iqtisadi və ictimai mühitin məruz qaldığı dəyişlik, 

müəssisələrin  quruluşunda  və  rəhbərlik  strategiyalarında  da  əhəmiyyətli  dəyişikliklərə 

gətirib  çıxarmışdır.  Bu  dəyişikliklər  içərisində  yer  alan  komanda  çalışması  tətbiqləri 

müəssisələrin əsas ehtiyacları arasında yer almağa başlamışdır. Bu gün müvəffəqiyyətli 

olan  bir  çox  müəssisə  söz  birliyi  etmişcəsinə,  rəqabət  üstünlüyünü  təmin  etmək  üçün 

komanda  çalışması  tətbiqlərinin  zərurəti  üzərində  dayanmaqdadır.  Bütün  bu  inkişaf, 

komanda  işinin  tətbiqdə  sürətlə  yayılmasına  və  rəhbərlik  tərəfindən  dəstəklənməsi 

qaçınılmaz bir fəlsəfə və tətbiqi olaraq ortaya çıxmasına səbəb olmuşdur. Ədəbiyyatda 

komanda  anlayışınının  şərhi  üçün  bir  çox  tərif  yazılmışdır.  Bu  təriflər  arasında  çox 

sayda  bənzərliyin  və  bəzi  kiçik  fərqliliklərin  olduğunu  söyləmək  olar.  Yalnız  tətbiqdə 

deyil nəzəriyyədə də fərqli komanda növləri və tərifləri ortaya çıxmışdır. Bu təriflərdən 

bəzilərinə  aşağıda  qısaca  yer  verilmişdir.  Komanda,  ortaq  bir  məqsədə  və  ortaq 

performansa hədəfə yönələn və məsul olduqları iş mövzusunda ortaq bir yanaşma təyin 

edən, bir-birlərini tamamlayan xüsusiyyətlərə sahib fərdlərin meydana gətirdiyi kiçik bir 

qrupdur  (Straub,  2002:  9).  Komanda,  fərqli  ixtisas  sahələrindən  gələrək  bacarıqlarının 

birləşdirilməsi  ilə  bir  vəzifəni  yerinə  yetirmək  üzrə  bir  araya  gələn  insanlar  birliyidir 

(DONNOLLEN, 1998: 20). Bir başqa tərifə görə isə komanda, əvvəldən təyin olunmuş 

hədəflərə çatmaq üçün bir araya gəlmiş, bir-birinə asılı və birlikdə hərəkət edən, iki və 

ya  daha  çox  adamın  meydana  gətirdiyi  birlikdir.Komanda  tərifində  üç  əhəmiyyətli 

maddə  diqqəti  çəkməkdədir.  Bunlardan  ilki,  komandanın  yaradılması  üçün  iki  və  ya 

daha  çox  insana  ehtiyac  olmasıdır.  kincisi,  komandanı  meydana  gətirən  kəslərin  bir-

birindən  asılı olması  və birlikdə  hərəkət  etməsidir.  Üçüncüsü  isə, komandanı  meydana 

gətirən  kəslərin  müəyyən  bir  məqsədi  reallaşdırmaq  üzrə  olsn  işləridir  (EREN,  2000: 

443). Bir komandanın gücü; güc mənbələrini ən yaxşı şəkildə istifadə etmək məqsədiylə 

sinergetik bir şəkildə bir arada işləyə bilən bir qrupdan qaynaqlanmaqdadır. Sinergetik 




23 

 

şə



kildə bir arada çalışan olduqca güclü bir komanda, komandadakı hər hansı bir adamın 

gücündən  çox  daha  çox  bir  güc  çıxarmaq  məqsədiylə  içindəki  fərdi  xüsusiyyətləri  bir 

araya gətirir. Sinergiyanın ortaya çıxa bilməsi üçün iki başlıca şərtin reallaşmış olması 

lazımdır.  Bunlar  istək  və  bacarıqdır  (HOOPES,  2000:  12).  Komanda  içərisində  iştirak 

edən  fərdlərin  kifayət  qədər  məlumat  və  bacarığa  sahib  olması  və  birlikdə  iş 

mövzusunda  istəkli  davranması  lazımdır.  Bir  komandaya  üzv  olma  yüksək  səviyyədə 

fərdi  doyumu  təmin  etməkdə,  təşkilatın komandaya  və  üzvlərinə  dəyər  verməsi  isə  bu 

doyumu ən üst səviyyəyə çatdırmaqdadır. Şəxsi doyumun tam mənasıyla yaşanması isə 

personalın  iş  təminini  və  performansını  artırır.  Komandaların  yüksək  performans 

göstərməsi və məqsədlərinə çata bilməsi üçün bəzi xüsusiyyətlərə sahib olması lazımdır. 

Bu  xüsusiyyətlər  müəssisələrin  böyüklüyü,  üzvlərin  vəziyyəti,  təşkilati  strukturu,  işin 

xüsusiyyəti,  rəhbərliyin  fəlsəfəsi  və  digər  faktorlarla  əlaqəli  vəziyyətlərə  bağlı  olaraq 

dəyişə  bilər.  Müvəffəqiyyətli  bir  komanda  işinin  təmin  edilməsi  üçün  komandaların 

sahib olması lazım olan əsas xüsusiyyətlər aşağıda qısaca izah edilmişdir (KURT, 2001: 

12): 

1)  Məqsəd  yönlülük:  Bir  komandanın  məqsədləri  komanda  üzvləri  tərəfindən  nə 



qədər mənimsənmiş və paylaşılmışdırsa müvəffəqiyyət nisbəti o dərəcə yüksək olur. 

2) Doğru seçilmiş Üzvlərdən meydana gəlmə: Komanda məqsədlərinə uyğun doğru 

qabiliyyət  və  bacarığa  sahib  komanda  üzvlərinə  sahib  olunması  komandanın 

müvəffəqiyyətini böyük ölçüdə artırmaqdadır. 

3) Mövzu Üzərində  şləmək üçün kifayət qədər Zamana Sahib Olmaq: Əhəmiyyətli 

olan komandanın bir problemə ən qısa müddətdə həll tapması deyil, uzun müddətdə də 

olsa doğru həlli tapmasıdır. 

4) Rəhbərliyin iştirakı: Rəhbərliyin komanda işinə qatılması yəni üzvlər tərəfindən 

rəhbərliyin  dəstəyinin  hiss  edilməyi  komanda  işinin  müvəffəqiyyəti  üçün  son  dərəcə 

ə

həmiyyətlidir. 




Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə