Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   2   3   4   5   6   7   8   9   ...   21

14 

 

olan  bir  müəssisə,  bundan  məhrum  olan  digər  müəssisələr  üzərində  rəqabət  cəhətdən 



üstünlüyə sahib olacaq. Xüsusilə, tələbin sürətli inkişaf və yeni investisiya mənbəsinə və 

imkanlarına ehtiyac duyulan iqtisadi seqmentlərdə, bazarlara qısa zamanda hakim olma 

cəhətdən,  bu  tip  sinergetikanın  əhəmiyyəti  daha  böyük  olacaq.  Tələbin  daha  yavaş 

inkişaf və az aktiv iqtisadi istiqamətlərində daha az əhəmiyyətə sahib olacaq. 

şə

 başlama sinergetikası, faydalılıq baxımından iki şəkildə ortaya çıxmaqdadır.  



a)  sinergetika,  mövcud  mənbələrdən  faydalanma  vəziyyəti  mövcuddursa 

reallaşdırılan  pul  qazanclar  formasında  və  b)  köhnə  fəaliyyətlərə  yaxınlıq  səbəbindən 

yeni fəaliyyətlərə tabe olaraq qazanılmış zaman şəklində ortaya çıxır. 

ş

 sinergetikası, müəssisənin iş zamanı edəcəyi xərclər və idarəni davam etdirmək 



üçün  lazımlı  kapitalla  əlaqədardır.  Burada,  xüsusilə  iki  faktor  əsasdır.  Birincisi, 

müəssisənin  “ölçüsü”  digər  bir  sözlə,  həcmi;  kincisi  isə  ümumi  xərclərin  istehsal 

fəaliyyətlərinə paylanmasıdır. 

Müəssisənin ölçüsü, sinergiyanın faktoru olaraq xüsusilə böyük həcmdə istehsalda 

olan  müəssisələrin  vahid  xərclərini  azaltmaq  (əgər  aylıq  tutum  mövcuddursa);  böyük 

həcmlərdə satın almalar mövcuddursa daha aşağı qiymətlər üçün pərakəndə satışlardan 

faydalanma formasında ortaya çıxır. Ümumi xərclər tələb edən bəzi xidmətlərdən yeni 

məhsullar üçün faydalanma imkanları mövcud ola bilər. Xüsusilə sahib olmalar halında, 

araşdırma ,vasitə və xərcləri, yeni məhsullar üçün, inkişaf və marketinq vasitələri kimi 

istifadə  edilə  bilər.  Beləcə,  sabit  olan ümumi  xərclərin  məhsullara paylanmasında bəzi 

qənaətlərdə sinergiya faktoru sayəsində faydalanmaq mümkün olur. 

ş

  sinergiyası  ümumiyyətlə  sabit  tutum  və  zamandan  irəli  gəlir.  Əgər  müəssisədə 



idarəçilər tam gün prinsipinə uyğun işləmirlərsə və onların qabiliyyətləri ilə təcrübə və 

məlumatları  yeni  fəaliyyətlər  üçün  istifadə  edilsə  yeni  fəaliyyətlərə,  idarəçi  tapmaq 

problemi  və  xərcləri  qismən  də  olsa  öz  həllini  tapacaqdır.  Ancaq  bu  tip  sinergiya, 



15 

 

ə



həmiyyətli  ölçüdə  dəyərləndiriləməsi  ən  çətin  olanlardan  birini  təşkil  edir.  Çünki 

idarəçilərin  boş  zamanlarının  müəyyən  olunması  sadə  olmadığı  kimi,  qabiliyyət  və 

təcrübələrinin yeni işə uyğunluğunu qiymətləndirmək də asan deyil

şə



 başlama və iş sinergiyası bir biri ilə sıx əlaqədədir. Belə ki,hər nə qədər fərqlilik 

olsa  da  ümumi  qayda  olaraq  bu  iki  tip  sinergiya  bir-birlərini  tamamlayan  bir  cütlük 

təşkil edirlər. Digər bir deyimlə, hər iki tip sinergiya növü məhsul fərqliliyi səbəbiylə və 

yeni fəaliyyət sahələrinin köhnə fəaliyyət sahələrinə olan oxşarlığı ilə ortaya çıxır.  

Primitiv olaraq sinergiyanın təsirləri üç parametr vahidinin funksiyası olaraq təyin 

oluna  bilər.  Sinergiyanın  ölçülməsi,  bu  üç  xüsusiyyətin  hesablanmasını  tələb  edir. 

Bunlar;  mənfəət  artımı,  müəssisə  xərclərinin  azaldılması  və  investisiya  ehtiyaclarının 

salınması olaraq açıqlana bilər. 

Bəhs  etdiyimiz  parametrlər  zamandan  asılı  olaraq  dəyişir.  Ancaq,  bunu  da  qeyd 

etmək  lazımdır  ki  parametrlər  arasında  nisbi  əlaqələr  qurmağa  imkan  təmin  edən 

modellər mövcud deyil. Hesablamaq üçün hər əhəmiyyətli parametrin təsirini müəyyən 

zaman ərzində ayrı-ayrı ölçmək və stratejik bir problemin qiymətləndirilməsində istifadə 

etməkdən ibarətdir. 

Sinergiyanın  araşdırmalarda  əhəmiyyəti  genişləndirmə,  siyasəti  və  strategiyasında 

ortaya  çıxır.  Məhsulu  fərqləndirmək  qərarı  verərkən  ya  da  yeni  investisiyalara 

yönələrkən  yeni  məhsullarda  olduğu  qədər  köhnə  məhsullarda  da    rəqiblərə  nisbətən 

üstünlük  əldə  ütmeyə  çalışmaq  lazımdır.  Müəssisə,  təcrübəsinin  olduğu  məhsullara  və 

bazarlara  istiqamətli  bir  genişləmə  siyasəti  izlədiyi  hallarda,  rəqibləri  üzərində  istər 

zaman, istər xərc və istərsə də mənfəət baxımından üstünlük təmin edəcək. Qeyd etmək 

lazəmdır  ki,  sinergiyanın  təsiri  yalnız  müəssisənin  yeni  başladığı  istehsal  sahəsində 

deyil, köhnə fəaliyyət sahələrində da bəzi iqtisadi halları ozü ilə birlikdə gətirməkdə və 

müəssisə rəqabət şəraitində gücləndirici və qabaqlayıcı bir ünsür olmaqdadır. 




16 

 

Sinergetik rəhbərliyin başlıca xüsusiyyətləri aşağıdakılardır. 



Sinergetik  rəhbərlik,  təşkilatda  işin  yüksək  səviyyədə  icrası  üçün  bütün  istehsal 

amillərinin bir yerdə  istifadə edilməsi  və ortaq  bir  enerjiyə  çevrilməsi  deməkdir.  Daha 

aydın  ifadə  etsək,  təşkilatda  başda  rəhbərlik  olmaq  şərti  ilə  sistem,  təchizat,  insan  vs. 

bütün  mənbələrin  təşkilat  məqsədlərinə  istiqamətləndirilməsi  sinergetik  təsir  üçün 

lazımlıdır. 

Təşkilatda qrup çalışması və işçilərin idarəetmədə aktiv olaraq iştirakını təmin edən 

faktorlar “sinergetik təsir” in bir başqa mənbəyidir. 

Sinergetik rəhbərlik eyni zamanda təşkilatda funksiyalararası ünsiyyət və qarşılıqlı 

ə

ləqələrdə də əhəmiyyətlidir. Hər hansı bir təşkilatda dizayn, istehsal, satış və araşdırma 



funksiyalarının bir-biri ilə yaxın əlaqə içərisində həyata keçirilməsi də  “sinergetik təsir” 

ortaya  çıxardır.  Bunun  nəticəsində  isə  təşkilatda  keyfiyyət,  fəaliyyət,  məhsuldarlıq, 

gəlirlilik  vs. şəkillərdə ortaya çıxır. Məsələn, bir təşkilatda çalışan mühəndis ilə istehsal, 

satış  və  marketinq  proseslərində  vəzifəli  şəxslərin  eyni  qrup  işi  içərisində  yeralması 

təşkilatın müvəffəqiyyətini təsir edəcək yeni fikirlər və tətbiqləri gündəmə gətirə bilər. 

Bunu  Deming  Cycle  adı  verilən  şəkil  üzərində  açıqlaya  bilərik.  Yeni  rəhbərlik 

fəlsəfəsinin banilərindən Edwards W. Deming, bir şirkətin müştərinin tələblərinə uyğun 

olaraq  məhsul  istehsal  edə  bilməsi  üçün  araşdırma,  dizayn,  istehsal  və  satış  arasındakı 

davamlı  qarşılıqlı  əlaqələrin  əhəmiyyəti  olduğu  demişdir.  Deming'in  fikirincə  tək  bir 

funksiya  üzərində  deyil,  bütün  funksiyalar  üzərində  dayanmaq  və  bu  funksiyalar 

arasındakı qarşılıqlı  ələqənin səviyyəsini artırmaq mühüm əhəmiyyət daşımaqdadır. 

Ümumi  ştirak  Rəhbərliyi,  organizasyondaki  bütün  işçilərin  işə  aktiv  olaraq 

qatıldıqları  bir  idarəetmə  anlayışını  ifadə  edir.  Ümumi  iştirak  rəhbərliyində  başlıca  bu 

ünsürlər əhəmiyyət daşımaqdadır: 

1)

  Yerindən rəhbərlik 




Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə