Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   2   3   4   5   6   7   8   9   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/4 

Yekun variant 

Məşəl Qurğusu B (gövdənin hündürlüyü 50m); və YT Qəza Məşəl Qurğusu (gövdənin 

hündürlüyü 100 m). 

 

Qaradağ rayonu Umbakı (Cəyildağ) həbsxanası – maksimum 1500 nəfər tutumu 

olan yeni həbsxana binası. Tikinti işləri 2007-ci ildə başlamış  və 2013-cü ilin dekabr 

ayına qədər başa çatması gözlənilir. 

 

Yeni Bakı Limanı – yeni liman terminaldan 25km cənubda  Ələt qəsəbəsinin 

yaxınlığında yerləşir və  Nəqliyyat Nazirliyi tərəfindən idarə olunur.  Liman 400 hektar 

sahəni əhatə edir və bərələrin hərəkəti üçün iki körpünün; konteyner gəmiləri üçün üç 

yük körpüsünün; treyler ilə daşınan yükün hərəkəti üçün yol şəbəkələrinin və quru yük 

saxlama sahəsinin tikintisi daxildir. Tikinti işləri 2012-ci ilin noyabrında başlayıb və 

2015-ci ilə qədər tamamlanması gözlənilir. 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-kimya Kompleksi – 

terminaldan təxminən 3-4 km şimalda yerləşəcək və qaz emalı zavodundan, neft emalı 

və neft-kimya zavodundan ibarət olması nəzərdə tutulur. Bu tikilinin faktiki yeri hazırda 

məlum deyil və artıq Qızıldaş Sement Zavodu üçün təyin edilmiş torpaq sahəsi ilə üst-

üstə düşməsi və ya onun yanında yerləşəməsi mümkün olması  məlumdur. Tikinti 

işlərinin 2013-2014-cü illər ərzində başlanması gözlənilir və obyektin 2020-ci ilə qədər 

istismara verilməsi nəzərdə tutulur.   Mətbuatdakı  məlumatlara görə obyekt tikinti və 

istismar mərhələsi ərzində maksimum 15000 nəfəri işə cəlb edəcək. 

2

 



 

Bakı  Gəmi təmiri zavodu - mövcud dərin özüllər zavodunun yanında yerləşən 

terminalın 23 km-də yerləşən müasir gəmi təmiri obyekti. Bu layihə ARDNŞ tərəfindən 

“Keppel Offshore and Marine” (Sinqapur şirkəti) şirkəti ilə tərəfdaşlıq əsasında həyata 

keçirilir. Tikinti işləri 2011-ci ildə başlayıb və obyektin tikintisi 2013-cü ilə  qədər 

tamamlanmalıdır; və 

 

Hərbi-dəniz donanmasının zabitləri üçün hərbi-dəniz düşərgəsi – Sahil qəsəbəsinə 

yaxın yerləşən bu tikili zabit ailələri üçün yaşayış evlərini təmin etməyi nəzərdə tutur və 

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Tikinti işləri hazırda davam etməkdədir və 

bəzi yaşayış blokları artıq inşa olunub. Tikilinin 2014-cü ilə  qədər tamamlanması 

nəzərdə tutulur 

 

Bildiyimiz kimi, son illərdə Bakı-Salyan  şose yolu boyunca nəqliyyat axını artmışdır və bu 



layihələrin tikintisi nəticəsində  gələcəkdə artmaqda davam etməsi gözlənilir.

3

 Nəqliyyatın 



artan axınını  təmin etmək üçün Bakı-Salyan  şose yolunu hər iki istiqamətdə dörd zolaqlı 

edərək genişləndirmək zərurəti yaranmışdır. Bakı-Salyan  şose yolunda aparılacaq 

infrastruktur yenidənqurma işləri (məs., işlərin qrafiki və fiziki həcmi) kimi əlavə  məlumatlar 

yoxdur. 


 

                                                      

2

http://www.usacc.org/news-publications/investment-news/construction-on-energy-refining-and-petrochemicals-



complex-to-begin-in-2013-socar-president-says.html

.  


3

 Əlaq. üzrə:Texniki Şöbənin Rəhbəri, Azərbaycan Magistral Yolları üzrə Orqan, 2010 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/5 

Yekun variant 



Şəkil 13.1 Terminalın yaxınlığında planlaşdırılan və ya tikilməkdə olan layihələrin yeri 

 

 



13.3 Kumulyativ 

qiymətləndirmə metodu 

 

Digər layihələr ilə birgə kumulyativ qiymətləndirmə üzrə əsas ehtimallara aşağıdakılar daxildir: 



 

 

Qızıldaş Sement Zavodunun 2015-ci ildən istismara verilməsi nəzərdə tutulur və 



güman edilmişdir ki, tikinti mərhələsi Səngəçal terminalının yaxınlığında  ŞD2 

layihəsinin tikinti işləri ilə bir vaxtda olacaq; və 

 ARDNŞ-nin Neft-kimya kompleksinin 2020-ci ildən istismara verilməsi nəzərdə tutulur 

və güman edilmişdir ki, tikinti mərhələsi ŞD2 infrastruktur layihəsinin tikinti mərhələsi ilə 

üst-üstə düşəcək.  

 

Qeyri-istixana qazlarının (İXQ) emissiyaları üçün (13.7 Bölməsinə istinad edin) ŞD2 Layihəsi 



ilə digər planlaşdırılan və ya tikilməkdə olan tikinti layihələri arasında kumulyativ təsirlərin 

qiymətləndirilməsinə qurudakı  və  dənizdəki istismarda olan ŞD və AÇG qurğuları daxil 

edilmişdir ki, bütün terminal əməliyyatlarının birgə təsiri qiymətləndirilə bilsin.   

 

ŞD2 Layihəsinin təsirləri arasında kumulyativ təsirin qiymətləndirilməsi üçün tətbiq olunan 



metod, hazırkı layihə qrafikinə (Fəsil 5, Şəkil 5.3-ə istinad edin) və təsirlərin gözlənilən coğrafi 

əhatə dairəsini nümayiş etdirən modelləşdirmə üzrə qiymətləndirmələrin nəticələrinə 

əsaslanaraq (Fəsil 9, 10 və 11-ə istinad edin), diqqəti ekoloji təsirlər arasındakı müvəqqəti və 

coğrafi cəhətdən üst-üstə düşmə potensialının qiymətləndirilməsinə yönəldir.  




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/6 

Yekun variant 



13.4 Quruda 

ətraf mühit:  kumulyativ təsirlər 

 

13.4.1 Layihənin ayrı-ayrı təsirləri arasında kumulyativ təsirlər



 

 

ŞD2 layihəsi ilə bağlı tikinti işləri Səngəçal terminalının yaxınlığında (ŞD2 genişləndirmə 



sahəsi daxilində, boru kəmərinin sahilə  çıxış sahəsində  və quruda ŞD2 ixrac boru kəməri 

marşrutunda) və tikinti sahələrində baş verəcək. Hal hazırda seçiləcək olan ŞDB platforma 

kompleksinin üst tikililəri, özülləri və körpüsünün tikiləcəyi nəzərdə tutulan tikinti sahələri 

Səngəçal terminalından 10 km-dən artıq məsafədə yerləşir. Ona görə də, ətraf mühitə təsirləri 

baxımından, (məsələn, səs-küy), bu yerlərdə ayrı-ayrı layihə təsirləri arasında üst-üstə düşmə 

potensialı yoxdur.  

 

Səngəçal Terminalı yaxınlığında quruda aparılan tikinti işləri ilə  əlaqədar səs-küy və 



emissiyaların qiymətləndirilməsi Fəsil 10-da təqdim olunur. Qiymətləndirmələr terminalda 

tikinti işləri zamanı bütün tikinti işlərinin reseptorlarına, quruda və sahilyanı boru kəmərinin 

quraşdırma işləri, boru kəmərinin istismar öncəsi işləri və terminalın istismara verilməsinə 

kumulyativ təsiri nəzərə almışdır. Qiymətləndirmələr bu nəticəyə  gəlmişdir ki, mövcud və 

əlavə  təsirazaltma tədbirlərinin tətbiqinin ardınca (buna İcmanın cəlb olunması  və  Zərərli 

təsirlərin idarə olunması  və Monitorinq planının işlənməsi və  həyata keçirilməsi daxildir) 

təsirlərin Orta Mənfidən artıq olması nəzərdə tutulmur.  

 

13.4.2 Digər layihələrlə birlikdə kumulyativ təsirlər 

 

13.4.2.1 Hidroloji 

parametrlərin dəyişməsi 

 

Yerli hidroloji şəraitlərdə istənilən dəyişiklik terminalın yaxınlığında yerləşən həssas 



reseptorlar üçün mövcud daşqın riskini dəyişə bilər.  

 

Qızıldaş Sement Zavodu və ARDNŞ-nin Neft-Kimya Kompleksinin tikintisi üçün hazırda 



istifadə olunmayan, Səngəçal terminalının şimal və şimal şərq hissəsində yerləşən və yuxarı 

Şahqaya vadisinin sututar hövzəsi daxilində uzanan (Şəkil 13.2-yə istinad edin) torpaq 

sahəsindən istifadə etmək nəzərdə tutulur. Axın aşağı reseptorlar üçün mövcud daşqın 

riskinin səviyyəsi aşağıdakılar vasitəsilə dəyişə bilər: 

 

 Birbaşa Şahqaya vadisinə və onun qollarına axıdılan suyun həcmindəki artım Qızıldaş 



Sement Zavodu və ARDNŞ-nin Neft-Kimya Kompleksinin tikinti işlərinin aparılması ilə 

bağlı sənaye tullantı sularının atılması ilə bağlı ola bilər; və 

 

Bənd çəkmə  və davamlı materialları ilə  fərqlənən yolların, binaların və  sənaye 



zonalarının tikintisi ilə bağlı su keçirməyən örtüklə örtüklənmiş  ərazilərə düşən yağış 

sularının sürətli ayrılması. Su keçirməyən sahələrə düşən yağış və axıntı suları dərhal 

drenaj sistemlərinə yönəldiləcək, təbii torpağa düşməsi və yavaş-yavaş  şaquli filtrdən 

keçirilməsi yerinə Şahqaya vadisinə və onun qollarına boşaldılacaq.  

 

Yuxarıda təsvir olunan hidroloji dəyişikliklər Şahqaya vadisi və onun qollarında səth sularının 



səviyyəsinin artması üçün götürülən vaxtın azaldılması  təsir edəcək. Bu, güclü yağıntılar 

zamanı axın aşağı reseptorlar üçün daşqın riskinin ümumi səviyyəsini artıra  bilən Şahqaya 

vadisi və onun qollarında səth sularının həcminin daha da artması ilə nəticələnə bilər.  

 



Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə