Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   ...   30

 

4

həyata  keçirmək  yolu  ilə  bütün  iqtisadi  agentlər  tərəfindən  əmanətlərin 



formalaşdirilmasi  və  bu    əmanətlərin  sonradan  məhsuldar  investisiyalara 

çеvrilməsi  üçün  obyektiv  təminat  yaradır.  Xarici  və  milli  valyutada  aktivlərin 

gərginliyini  tarazlaşdırmaq  məqsədilə  həyata  keçirilən  valyuta  siyasəti  pul 

siyasətinin  tərkib  hissəsidir.  Həmin  siyasət  hər  şeydən  əvvəl,  respublikada 

inflyasiyanın optimal səviyyəsini müəyyənləşdirmək üçün valyuta məzənnəsindən 

istifadə edilməsinə yönəldilmişdir.  



Tədqiqatin  predmeti  və  obyekti.  Tədqiqatin  pbyektini  və  predmetini 

uygun  olaraq  Azərbaycan  Respublikasinda  makroiqtisadi  proseslər,    Mərkəzi 

Bankin  pul-kredot  və  məzənnə  siyasəti  sahəsində  qanunlar,  normativ  sənədlər, 

aktlar, Mərkəzi Bankin illik hesabati təşkil edir. 



Tədqiqatin əsas məqsədi Tədqiqatın məqsədi pul siyasətinin səmərəliliyini 

müəyyən etmək, bazar münasibətləri şəraitində pul siyasətini öyrənmək, siyasətin 

ə

n  səmərəli  forma  və  metodlarla  həyata  keçirilməsi  mexanizmləri,  başlıca 



makroiqtisadi  məqsədlərə  çatmaqda  pul  və  məzənnə  siyasətinin    təsir  gücündən 

istifadənin əsas yollarını göstərməkdən ibarətdir. 



Tədqiqatin  elmi  yeniliyi  Azərbaycan  Respublikasi  Mərkəzi  Bankinin  pul-

kredit və məzənnə siyasətində baş verən yenilikləri araşdırmaq, mövcud pul-kredit 

və  məzənnə  siyasətində  pul-maliyyə  sabitliyinin  əsas  istiqamətlərini  müəyyən 

etməkdən  ibarətdir.  Uğurlu  pul-kredit  siyasətinin  aparılmasının  əsas  şərtlərindən 

biri onun daşıyıcı və  ötürücüsünün bank sistemi  olduğunu nəzərə  alaraq  Mərkəzi 

Bank islahatların dərinləşdirilməsi istiqamətində mühüm işlər görməlidir. Mərkəzi 

Bank  bankların  rəqabət  imkanlarını  genişləndirmək,  üzərinə  düşən  öhdəliklərin 

vaxtında  və  keyfıyyətlə  yerinə  yetirilməsini  təmin  etmək  məqsədilə  bankların 

kapitallarının  iriləşdirilməsi,  təmərküzləşdirilməsi  və  bu  əsasda  onların 

iqtisadiyyatı  maliyyələşdirmək  imkanlarını  da  genişləndirməlidir.Mərkəzi  Bankın 

mühasibat  uçotu  sistemi  tam  avtomatlaşdırılmalıdır.  Şübhəsiz  ki,bank  sistemi  və 

bank infrastrukturu, xüsusilə də ödəniş sistemi inkişaf etdikcə Mərkəzi Bankın pul-

kredit  siyasətinin  daha  mürəkkəb  alətlərini    tətbiq  etmək  imkanı 



 

5

yaranacaqdır.Etibarlı  bank  sisteminin  formalaşması  yüksək  və  peşəkar  idrərəçilik 



sisteminin təşkilini tələb etdiyindən banklarda beynəlxalq standartlara cavab verən 

korporativ  idarəetmə  prinsiplərinin  tətbiqinə  xüsusi  diqqət  yetirilməlidir.Hazırda 

Mərkəzi  Bankın  mərkəzləşdirilmiş  kredit  resurslarının  kommersiya  banklarına 

ayrılması  рrosesində  tətbiq  etdiyi    girov  mexanizmi,  yəni  daşınmaz  əmlakın 

istifadə  olunması  çox  primitivdir.  Girov  təminatı  ilk  növbədə  onun  yüksək 

likvidlik meyari əsasında formalaşdırılmalıdır. Dünya təcrübəsi göstərir ki, yüksək 

likvidli  girov  yüksək  etibarlılıq  keyfiyyəti  ilə  xarakterizə  olunan  dövlət  qiymətli 

kağızlarıdır.Tədqiqatin  praktiki  əhəmiyyəti.  Maqistr  dissertasiyasinda  irəli 

sürülən  təkliflər  bizim  fikrimizcə,  Mərkəzi  Bankın  pul-kredit  və  məzənnə 

siyasətinin ilbəil təkmilləşdirilməsi və inkişafi istiqamətlərinin yaxşilaşdirilmasina 

xidmət  edə  bilər.Müasir  pul-maliyyə  sabitliyi  siyasətinə  kömək  edə  bilər,  pul-

kredit siyasətinin rolunun artmasina kömək edər. 



Dissertasiya  işinin  informasiya  bazasini  ASK-nin  və  Mərkəzi  Bankın 

statistik məlumatlari təşkil edir. 



Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə 

və təkliflərdən, istifadə olunan ədəbiyyat siyahisindan ibarətdir. 

Girişdə  mövzunun  aktualliği  əsaslandırılır.Birinci  fəsildə  son  dövrdə  pul, 

məzənnə  və  maliyyə  sabitliyi  siyasətinin  əsas  istiqamətləri,  iqtisadiyyatin 

inkişafinda  Mərkəzi  Bankın  pul-kredit  siyasətinin  rolu  şərh  edilir. kinci  fəsildə 

Azərbaycanın  valyuta  sistemi  ,  məzənnə  siyasəti  və  valyuta  ehtiyatlarının  idarə 

edilməsi,    valyuta  siyasətinin  əsas  istiqamətləri,  forma  və  metodlarınn 

göstərilməsinə  cəhd  edilmişdir.Üçüncü  fəsildə  Azərbaycanin  мüasir  iqtisadiyyati 

və 

makroiqtisadi 



tənzimləmədə 

pul-kredit 

mexanizmlərinin 

rolunun 


gücləndirilməsi, 

beynəlxalq 

hesablaşmalarda 

valyuta 


məzənnələrinin 

rəkmilləşdirilməsi  məsələləri  təhlil  edilmişdir.Nəticə  və  təkliflərdə  işə  yekun 

vurulur  və  Mərkəzi  Bankin  pul  və  məzənnə  siyasətini  təkmilləşdirmək  yollarina 

münasibət bildirilir. 

 



 

6

 



FƏS L 1. PUL-KRED T S TASƏT N N ƏSAS  ST QAMƏTLƏR  VƏ 

ONLARIN TƏKM LLƏŞD R LMƏS  YOLLARI. 

 

1.1.

  Mərkəzi Bankın maliyyə sabitliyi siyasətinin əsas 

istiqamətləri. 

Müasir  dünyamızda  hər  bir  dövlətin  həyata  keçirdiyi  iqtisadi  siyasətin 

м

ühüm  tərkib  hissələrindən  biri  pul-kredit  siyasətidir.  Ümumiyyətlə  pul-kredit 



siyasəti  haqqında  iqtisadi  ədəbiyyatlarda  müxtəlif  fikirlər  mövcuddur.  Bir  qrup 

iqtisadçılar  bunu  (pul-kredit  siyasətini)  pul-kredit  və  valyuta  siyasəti  kimi  qeyd 

е

dirlər.  kincilərin  fikrincə  pul  siyasətinin  tərkibinə:  a)  kredit  siyasəti;  b)valyuta 



siyasəti;  c)  faiz  siyasəti  daxildir.  Buna  görə  də  fikrimizcə  pul  siyasətini 

pаrçalanmış  şəkildə  deyil,  ümumiyyətlə  pul  siyasəti  kimi  qeyd  etmək  daha 

мə

qsədəuyğundur.  Pul  siyasəti  Mərkəzi  Bank  tərəfindən  müəyyən  iqtisadi 



məqsədlərə  nail  olmaq  üçün  həyata  keçirilən  tədbirlər  sistemidir.  Pul  siyasəti  iki 

cür olur: sərt вə yumşaq. 

Sərt pul siyasəti (və ya bahalı pul siyasəti) inflyasiyanın sürətini aşağı sаlmaq 

məqsədilə  yeridilir.  Sərt  pul  siyasəti  yürüdərkən  Mərkəzi  Bank  faiz  dərəcəsini 

yüksəldir, məcburi ehtiyat normalarını artırır və qiymətli kağızları sаtır. 

Yumşaq  pul  siyasəti  (və  ya  ucuz  pul  siyasəti)  isə  işgüzar  fəallığı  artırmaq 

məqsədilə yürüdülür. Bu zaman Mərkəzi Bank faiz dərəcəsini aşağı salır, məcburi 

ehtiyatları azaldır və qiymətli kağızları alır. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  respublikada  həyata 

keçirdiyi pul siyasəti hər şeydən əvvəl, milli valyutanın daha da sabitləşməsinə və 

inflyasiyanın  sürətinin  aşağı  səviyyədə  saxlanılmasına  yönəldilmişdir.  Bunlar 

Azərbaycanda  iqtisadi  yüksəlişi  və  maliyyə  sabitliyini  təmin  etmək  məqsədilə 

investisiya və struktur siyasətini həyata keçirməyin zəruri şərtləridir. 

Son  illər  Azərbaycan  iqtisadiyyati  qeyri-sabit  qlobal  iqtisadi  mühitdə 

permanent risklər şəraitində öz inkişafını uğurla davam etdirmişdir. Ölkənin xarici 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə