Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   ...   30

 

16

dövriyyədəki pulun miqdarı nizamlaşdırılır, milli valyutanın kursu nizamlaşdırılır, 



inflyasiya üzrə istiqamətlər müəyyənləşdirilir və s. 

Pul-kredit siyasətinin iqtisadi və təşkilati əsasının xüsusiyyəti onun obyekt-

ləri  və  subyektlərinin  xüsusiyyətləri  ilə  müəyyən  edilir.  Pul-kredit  siyasətinin 

obyekti kimi pul bazarındakı tələb və təklif qəbul edilir. Dövlətin pul-kredit siya-

sətini həyata keçirmək funksiyası olan mərkəzi bank və kommersiya bankları pul-

kredit siyasətinin subyektləri hesab edilirlər. Tədavüldəki pul kütləsinin nizamlaş-

dırılması  üçün  mərkəzi  bank  müxtəlif  pul  aqreqatlarından  istifadə  edir,  onların 

həcmini artırıb, azaldır. Pul dövriyyəsindəki ümumi pul kütləsində onların qurulu-

ş

unu dəyişdirir. Pul bazarı maliyyə bazarının tərkib hissəsi olmaqla pula tələbat və 



pul  təklifıni  və  eləcə  də  pulun  "qiyməti"  ilə  faiz  dərəcələrinin  tarazlığının  təmin 

olunmasını əks etdirir. Pul bazarında tarazılıq hərəkətdə olur, yəni bir sıra amillərin 

təsiri ilə daima dəyişir. 

Təsəvvür edək ki, pulun təklifi dəyişilərək pula tələbat daima dəyişməzdir. Pul 

kütləsinin  təklifı  artdıqda  müvəqqəti  olaraq  onlann  artıqlığı  yaranır.  Əhali  faiz 

gətirməyən öz pul ehtiyatlarını azaltmağa çalışır və digər maliyyə aktivləri (istiq-

razlar) əldə etməyə çalışır. Onlara tələbat artır, müvafıq olaraq qiymətlər yüksəlir. 

Pulların  saxlanmasına  görə  faizlər  və  ya  digər  alternativ  gəlirlər  aşağı  düşür.  Bu 

zaman əhali və fırmalar yavaş-yavaş əllərində saxlamalı olduqları pulun miqdarını 

artırır və aşağı faizlə yüksək pul təklifı ilə pul bazarında bərabərlik bərpa olunur. 

kinci  halda  pula  tələbat  dəyişilərək  pul  təklifı  sabit  qalarsa  milli  iqtisadiyyat 

çərçivəsində  mal  dövriyyəsinə  xidmət  etmək  üçün  çox  pul  tələb  olunur,  əhali  və 

firmalar isə öz aktivlərinin pul formasında saxlanmasına üstünlük verirlər. 

Ümumilikdə  pul-kredit  siyasətinin  əsasında  pul  nəzəriyyəsi  -  pulun  və  pul-

kredit  siyasətinin  ümumilikdə  iqtisadiyyatın  vəziyyətinə  təsiri  prosesi  durur. 

Müasir  şəraitdə  bazar  iqtisadiyyatı  modelli  ölkələr  iki  pul-kredit  siyasəti 

konsepsiyasından birini seçirlər: 

>

  Kredit ekspansiyası və ya "ucuz"pul siyasəti 



>

  Kredit restrikasiyası və ya "bahalı"pul siyasəti 




 

17

Mərkəzi  bankın  kredit  ekspansiyası  kommersiya  banklarının  resurslarını 



artırır,  belə  ki,  verilmiş  kreditlər  nəticəsində  dövriyyədəki  ümumi  pul  kütləsi 

artırılır.  Kredit  restrikasiyası  kommersiya  banklarının  kreditləşmə  imkanlarını 

azaldır  və  nəticədə  iqtisadiyyatın  pul  ilə  təminatı  azalır.  Pul-kredit  siyasətinin 

nəzəri əsaslarını və pul-kredit siyasətinin konsepsiyalarını bilmək heç də onun sə-

mərəli  təşkili  və  qoyulan  məqsədlərə  nail  olmaq  demək  deyildir.  Pul-kredit 

siyasətinin formalaşmasının təcrübi istiqamətləri öz növbəsində müəyyən məsələ-

lərin işlənib hazırlanmasını tələb edir: 

  Strateji    məqsədlərə  nail    olmaqda  səmərəli    təsir  göstərən  pul-kredit 



siyasətinin konkret faktiki məqsədini seçmək; 

  pul-kredit  siyasətinin  qabaqcıl  obyektini:  pula  tələb  və  təklifi,  faiz 



dərəcələri və ya pulun miqdarını seçmək; 

  pul-kredit  siyasətinin  işlənib  hazırlanması  və  həyata  keçirilməsində 



mərkəzi bankın müstəqillik dərəcəsi; 

  siyasətin tsiklik və ya antitsiklik olması; 



•  pul-kredit siyasətinin inflyasiya ənənələrinə təsiri dərəcəsi. 

Bütün  bunlarla  yanaşı  pul-kredit  siyasətinin  həyata  keçirilməsində  bank 

sisteminin stabilliyi fövqəladə əhəmiyyət kəsb edir. 

Hər  bir  ölkənin  bank  sistemi  onun  iqtisadiyyatını  təşkil  edən  zəruri  elemen-

tidir.  Pul-kredit  münasibətləri  çərçivəsində  banklar  istehsal  və  istehlak  sferasının 

arası kəsilməz fəaliyyətini təmin edir. Bank sektoru vasitəsilə bütün iqtisadiyyatın 

pul-kredit  nizamlaşdırılması  impulsu  ötürülür.  Mərkəzi  banklar  tərəfindən 

kommersiya  banklarının  fəaliyyətinin  tənzimlənməsi  mərkəzi  bank  tərəfindən 

iqtisadiyyatın pul-kredit nizamlaşdırılmasının bir istiqaməti kimi qəbııl edilməlidir. 

Pul-kredit  siyasətinin  həyata  keçirilməsində  müəyyən  metodlardan  istifadə 

edilir.  Pul-kredit  siyasəti  metodu  dedikdə  -  qarşıya  qoyulmuş  məqsədlərə  nail 

olmaq üçün pul-kredit nizamlaşdırılmasının dövlət orqanı kimi Mərkəzi Bankın və 

pul-kredit  siyasətini  həyata  keçirən  kommersiya  banklarının,  yəni  pul-kredit 

siyasəti subyektlərinin obyektlərə  (pula tələbat və  pul  təklifi) təsir  göstərə bildiyi 




 

18

üsul  və  əməliyyatların  məcmusu  başa  düşülür.  Gündəlik  pul-kredit  siyasətinin 



həyata keçirilmə metodunu pul-kredit siyasətinin taktiki məqsədi adlandırırlar. Pul-

kredit  siyasətinin  müasir  metodları  pul-kredit  siyasətinin  özü  kimi  rəngarəngdir. 

Pul-kredit  siyasəti  metodlarının  təsnifləşdirilməsi  müxtəlif  əlamətlər  üzrə  həyata 

keçirilir.  Pul-kredit  siyasəti  metodunun  qarşıya  qoyulmuş  məqsədlərlə  əlaqəsi 

baxımından birbaşa və dolayı metodları fərqləndirmək lazımdır. Birbaşa metodlar 

dedikdə pul-kredit təklifi, maliyyə bazarındakı qiymətlər və s. dair mərkəzi bankın 

müxtəlif direktivlər formasında gördüyü inzibati tədbirlərdir. Kreditləşmə limitinin 

artırılması,  və  ya  depozitlərin  cəlb  edilməsi  miqdar  nəzarəti  kimi  tədbirlər 

siyasətinə  daxildir.  Kreditlərə,  depozitlərə  görə  maksimum  faiz  stavkaları,  faiz 

dərəcələrinə mərkəzi bankın inzibati tədbiri kimi qəbul edilir. Pul-kredit siyasətinin 

birbaşa metodunun tətbiqi pul aqreqatlarına, ssudaların bölüşdürülməsinə, birbaşa 

təsir  göstərmək  imkanı  yaradır.  Pul  resurslarının  nizamlaşdırılması  və  yenidən 

bölgüsü  metodu  kimi  birbaşa  metodlar  dövlət  orqanlan  üçün  daha  əlverişlidir. 

Xüsusən  də  iqtisadi  böhran  zamanı  bu  metod  daha  əlverişli  hesab  edilir.  Birbaşa 

metodlar  asan  tətbiq  edilir,  az  məsrəf  tələb  edir  və  onların  tətbiqi  nəticələri  daha 

aydın  görünür.  Bununla  belə  pul-kredit  siyasətinin  birbaşa  metodları  pul  bazarı 

subyektlərinin  fəaliyyətinə  kobud  xarici  təsir  kimi  qəbul  edilir.  Onlar  kredit 

təşkilatlarının  mikroiqtisadi  maraqlarına  zidd  ola  bilər,  kredit  resurslarının 

səmərəsiz  bölgüsünə,  banklararası  rəqabətin  məhdudlaşmasına,  bank  bazarında 

maliyyə cəhətcə möhkəm institutların yaranmasında çətinliyə səbəb ola bilər. 

nflyasiyanın  cilovlanmasına  yönəldilən  pul-kredit  siyasətinin  birbaşa 

metodları  ümumi  iqtisadi  xarakterli  mənfi  nəticələrə  səbəb  ola  bilər.  Pul-kredit 

siyasətinin birbaşa metodları pul sferasında bürokratik amillərin və korrupsiyanın 

güclənməsinə  səbəb  ola  bilər.  Bazar  iqtisadiyyatının  formalaşması  təcrübəsi  və 

onun  inkişafı  pul-kredit  siyasətinin  birbaşa  metodlarının  aşağı  səmərəli  olmasını 

sübut  etmişdir.  Nəticədə  pul-kredit  nizamlaşdırılmasının  dolayı  metodları  birbaşa 

metodları  sıradan  çıxarır.  Pul-kredit  nizamlaşdırılmasının  dolayı  metodları  baza-

rında deformasiyasına səbəb olmur və о pul bazarının inkişaf səviyyəsi ilə sıx əla-




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə