Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

22

Pul-kredit  siyasətinin  strateji  məqsədi  tam  məşğulluq,  qiymətlərin  sabitliyi, 



dövlət büdcəsi və tədiyyə balansının tarazlığı ilə səciyyələnən iqtisadi artıma nail 

olmaqdan  ibarətdir.  Bunların  arasında  inflyasiyanın  optimal  səviyyədə  saxlamaq 

vəzifəsi çox mühümdür. 

Nominal  Effektiv  Məzənnə  (NЕМ)  "xarici  qiymətlərin  idxali"  mexanizmi 

vasitəsilə daxili  inflyasiya  səviyyəsinə təsir  edən  çoxsaylı inflyasiya  amillərindən 

biridir. NEM ölkənin əsas ticarət partnyoru olan ölkələrin valyutalarına qarşı ma-

natın  orta  çəkisini,  mübadilə  məzənnəsini  əks  etdirir  və  onun  dəyişməsi  indekslə 

ölçülür. 

Uzunmüddətli perspektivdə, yəni Azərbaycan iqtisadiyyatının yüksək inkişaf 

səviyyəsinə çatdığı dövrdə, Mərkəzi Bankın yenidənmaliyyələşmə mexanizmi sırf 

pul tənzimləmə  məqsədlərinə xidmət etməlidir. Məhz bu mərhələdə, yəni iqtisadi 

resursların  tam  olaraq  istehsal  dövriyyəsinə  cəlb  olunması  tam  məşğulluq,  pul-

maliyyə axınlarının real sektorda baş verən proseslərlə bilavasitə vəhdətdə olması 

şə

raitində Mərkəzi Bankın kredit siyasətində bank sektoru real sektor prinsipi artıq 



öz əhəmiyyətini itirmiş olacaq. Bu mərhələdə əsas vəzifə yalnız maliyyə çətinlik-

ləri ilə üzləşmiş banklara "diskont pəncərəsi" vasitəsilə gəlirlərinin yüksək templə 

artımı ilə əlaqədar bank sisteminin depozit bazası şübhəsiz ki, xeyli genişlənəcək. 

Bu amil bankların kredit resurslarına ehtiyacının xeyli azalmasını şərtləndirəcək. 

qtisadi  tərəqqi  sahəsində  yüksək  nailiyyətlər  əldə  etmiş  inkişaf  etmiş 

dövlətlərdə ixtisaslaşdırılmış dövlət maliyyə institutları geniş fəaliyyət göstərir. Bu 

insitutların  fəaliyyəti  aşağıdakı  təsisatlar  formasında  təmin  olunur:  ümumiyyətlə 

ə

həmiyyət  kəsb  edən  istehsal  təyinatlı  investisiya  layihələrini  maliyyələşdirən 



dövlət  inkişaf  bankları,  sahəvi  investisiya  korporasiyaları,  riskli  innovasiya 

sahələrini maliyyələşdirən fondlar və s. Başqa sözlə, iqtisadiyyatın bu və ya digər 

sahələrini  milli  inkişaf  prioritetləri  ranqına  daxil  etmiş  dövlətlərdə  pul  təklifı 

texnologiyası  məqsədli  maliyyələşdirmə  prinsipi  əsasında  qurulmuşdur.  Belə 

texnologiya faiz dərəcəsinin elə bir səviyyədə müəyyənləşdirilməsini nəzərdə tutur 



 

23

ki, pul bazarının  faiz  dərəcəsinin istehsal sferasının  mənfəət normasından  yüksək 



olmasının qarşısı alınır.  

Bununla  yanaşı  maliyyə  spekulyasiyalarının  qarşısının  alınmasının  güclü 

mexanizmi də yaradılır ki, artan pul emissiyası hiperinflyasiya effekti doğurmasın. 

Yəni  maliyyə  aktivləri  (məsələn,  dövlət  qiymətli  kağızları)  gəlirlilik  səviyyəsinin 

istehsal  sferasının  orta  rentabellik  səviyyəsindən  aşağı  olması  təmin  olunur.  Bu 

dövlət qiymətli kağızlarının gərginliyinin məhdudlaşdırılması yolu ilə reallaşdırılır. 

Azərbaycanda  da  hökümətin  struktur-investisiya  və  sənaye  siyasəti 

çərçivəsində  prioritet  sahələrə  Mərkəzi  Bank  tərəfindən  müvafiq  maliyyə 

təşkilatları  vasitəsilə  məqsədli  kreditlərin  verilməsi  mühüm  əhəmiyyət  kəsb  edə 

bilər.  Bu  isə  faktiki  olaraq  birbaşa  pul  tənzimləmə  alətlərinin  tətbiqinin  yenidən 

genişlənməsi deməkdir. 

Ümumiyyətlə,  pul  kütləsinin  pul  tənzimləmə  üsulları  ilə  planlaşdırılması, 

yəni  onun hər  dövr üçün  artımının kəmiyyət  göstəricilərinin  müəyyənləşdirilməsi 

siyasətindən  iqtisadi  subyektlər  üçün  əlverişli  faiz  dərəcəsini  müəyyən  etməklə 

pula olan real tələbə uyğun pul-kredit siyasəti keçirilməsi deməkdir. 

Qeyd etmək lazımdır ki, neftdən gələn gəlir Dövlət Neft Fondunun hesabına 

daxil olur. Onu da qeyd etmək lazımdır ki, DNF-nin hesabındakı vəsaitlər də xarici 

ölkələrin  banklarında  1,5%-lik  orta  dərəcə  ilə  yerləşdirilib.  Həmin  ölkələr  isə  bu 

vəsaitlərdən  istifadə  edərək  öz  iqtisadiyyatlarını  inkişaf  etdirirlər.  Halbuki,  bu 

vəsaitləri respublikamızda fiziki və hüquqi şəxslərə aşağı faizlə kredit vermək, yeni 

iş  yerlərinin  açılmasına,  sahibkarlığın  inkişaf  etdirilməsinə,  ümumiyyətlə, 

iqtisadiyyatın  yüksək  səviyyəli  inkişafına  yönəltmək  olardı.  Çünki,  devalvasiya 

siyasəti şəraitində ixrac qabiliyyətli yerli istehsalın inkişafı vacib məsələdir. Ancaq 

bizə  məlumdur  ki,  neftin  dünya  bazarında  qiyməti  qeyri-sabitdir.  Belə  ki,  neftin 

qiymətinin nəzərdə tutulan göstəricidən aşağı düşməsi, ölkə iqtisadiyyatında böyük 

çətinliklər  yaradacaqdır.  Ona  görə də  neft  sektoru ilə  yanaşı qeyri-neft sektorunu 

da inkişaf etdirmək lazımdır. 



 

24

Bütün  bu  və  digər  məqsədləri  həyata  keçirmək  üçün  Mərkəzi  Bank  pul 



siyasətini  bir  qədər  də  təkmilləşdiməli,  sərt  monetar  idarəetməni  daha  da 

yumşaltmalı, iqtisadi idarəetmə orqanları arasında koordinasiyanı artırmalı və pul 

siyasətinin açıq bazarda əməliyyatlar alətinin inkişafını stimullaşdırmalıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

25

1.3.  Makroiqtisadi sabitliyin təmin edilməsində pul-kredit 



siyasətinin rolu 

Pul-kredit  siyasəti  iqtisadi  proseslərin  çevik  idarə  edilməsi  və  sta-

billəşdirilməsi üçün Mərkəzi Bankın (MB) tədbirlər sistemindən ibarətdir. MB-nin 

pul  siyasətinin  əsas  məqsədi  inflyasiyanı  nəzarət  altında  saxlamaqla  yeni  iş 

yerlərinin  açılmasına  və  əhalinin  tam  məşğulluğuna,  iqtisadi  artıma  nail  olmaq 

üçün ölkədə münbit maliyyə mühiti yaratmaqdır. Bu məqsədlərin əldə edilməsində 

MB  pul  kütləsinin  tənzimlənməsindən  geniş  istifadə  edir.  Çünki  pul  kütləsi 

qiymətlərin  stabilliyində,  ümumi  tələb  və  təklifin  balanslaşdırılmasında  mühüm 

amil  hesab  edilir.  Başqa  sözlə,  dövriyyədə  arxasında  real  əmtəə  dayanmayan  pul 

kütləsininin artması inflyasiyanın başlıca səbəblərindəndir. Ümumiyyətlə, Mərkəzi 

Bank  elə  bir  qiymət  hədləri,  formalaşdırmağa  çalışır  ki,  həm  istehsalçının  və 

istehlakçının  maraqları  uzlaşsın,  həm  də  iqtisadi  artım  baş  versin.  Bunun  üçün 

Mərkəzi  Bank  birrəqəmli  inflyasiya  səviyyəsinin  formalaşdırılmasını  hədəfləyir. 

Müasir  iqtisadi  sistemlərdə  sıfır  inflyasiyalı  iqtisadiyyat  yoxdur.  Çünki  qiymətlər 

həddən aşağı düşəndə istehsalçı kifayət qədər mənfəət əldə edə bilmir və istehsala 

marağı azalır.  nkişaf etmiş ölkələrdə illik 3-4 faizlik inflyasiyadan iqtisadi artımı 

stimullaşdırmaq üçün istifadə edilir. 

qtisadiyyatın    sabit  inkişafı  üçün  pul  təklifinin  iqtisadi  şəraitə 

uyğunlaşdırılması  vacibdir.  Böhran  dövründə  iqtisadiyyatda  investisiya  fəallığını 

artırmaq və canlanma yaratmaq üçün Mərkəzi Bank kommersiya banklarının kredit 

ə

məliyyatlarını  stimullaşdırmaqla  pul  təklifini  artırır.  Bu  da  ödəmə  qabiliyyətli 



tələbin  artmasına  səbəb  olur.  Nəticədə  qiymətlər  artır  və  istehsalın  həcminin 

artmasına  maddi  maraq  yaradır.  2008-ci  ildə  dünya  böhranından  sonra  tikinti 

sektorunda yaranan durğunluğu aradan qaldırmaq üçün AMB ipoteka kreditlərinin 

verilməsində də bu amacı güdürdü: ipoteka kreditləri mənzilə tələbatı artıracaq. Bu 

da  qiymət  artımı  yaradaraq  mənzil  tikintisi  və  onunla  bağlı  olan  digər  sahələri 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə