Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   ...   30

 

10

Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması 



da nəzərə alınacaqdır. 

Mərkəzi  Bank  2015-ci  ildə  iqtisadiyyatın  kredit  və  likvidlik  ehtiyaclarının 

çevik  ödənilməsini  təmin  edəcəkdir.  Bunun  üçün  iqtisadiyyata  pul  təklifinin 

məqbul  səviyyəsi  təmin  ediləcək,  sistem  əhəmiyyətli  banklar  və  real  sektor 

müəssisələrinin  fəaliyyətini  stabilləşdirmək  üçün  pul  siyasəti  alətlərindən  çevik 

istifadə  ediləcəkdir.  Real  sektorun  dəstəklənməsinin  yeni  likvidlik  mexanizmləri 

yaradılacaq,  faiz  dərəcələrinin  azalması  istiqamətində  də  tədbirlər  həyata 

keçiriləcəkdir. 

Ortamüddətli dövrdə Mərkəzi Bank postböhran dövrünün tələblərinə uyğun 

olaraq yeni pul siyasəti  çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaqdır. 

Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər 

və  buna  adekvat  tənzimləmə  alətləri,  ikinci  pilləsində  isə  maliyyə  sektorunda 

sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək kontr-tsiklik xarakterli 

makroprudensial  alətlər  arsenalı  dayanacaqdır.  Son  qlobal  konsensus  ondan 

ibarətdir ki, yalnız klassik pul siyasəti alətlərinin tətbiqinin yeni makro-prudensial 

alətlərin tətbiqi ilə sinxronlaşması makroiqtisadi-maliyyə sabitliyinin daha effektiv 

idarə olunmasına imkan verə bilər. Pul siyasətinin yeni çərçivəsinin effektiv tətbiqi 

üçün  sərbəst  məzənnə  rejiminə  tədrici  keçidin  təmin  olunması,  banklararası  pul 

bazarının  dərinləşməsi  və  digər  institusional  işlərin  həyata  keçirilməsi  mühüm 

ə

saslardır.  



Orta  və  uzunmüddətli  dövrdə  iqtisadi  artımın  daxili  və  xarici  mənbələri 

arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac 

sektorunu inkişaf  etdirmək,  bu  əsasda iqtisadi artımın,  məşğulluğun,  büdcənin və 

tədiyə  balansının  dayanıqlığına  nail  olmaq  strateji  prioritetlərdir.  Azərbaycan 

Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq 

hazırlanmış  "Azərbaycan  -  2020:  gələcəyə  baxış"  nkişaf  Konsepsiyası  bütün  bu 

prioritetləri əhatə edir. 



 

11

Bu  strateji  prioritetlərin  həyata  keçirilməsinin  təməl  şərtlərindən  biri 



makroiqtisadi  sabitlikdir.  Belə  ki,  daxili  inflyasiya  tempinin  tərəfdaş  ölkələrdəki 

orta  çəkili  inflyasiya  tempinə  nəzərən  aşağı  olması  ixrac  bazarlarında  qeyri-neft 

məhsullarının  qiymət  üstünlüyünü  təmin  edir.  Bu  baxımdan  tədiyə  balansının 

profisiti  şəraitində  inflyasiyaya  təsir  etmək  üçün  pul  kütləsinin  artım  templərinin 

tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda manatın məzənnəsi də 

ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir. 

Bütövlükdə, 2015-ci ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək 

riskləri  və  daxili  inkişaf  çağırışlarını  qarşılamaq  üçün  kifayət  qədər  manevr  im-

kanlarına və adekvat strategiyaya malikdir.  

Mərkəzi Bank 2015-ci ildə pul siyasətinin həyata keçirilməsi prinsiplərinin 

irsiliyini  saxlayacaq,  pul  siyasətinin  strateji  və  əməliyyat  çərçivəsinin 

təkmilləşdirilməsi  istiqamətində  fəaliyyətini  davam  etdirəcək,  makroiqtisadi 

sabitliyin idarə olunması potensialını gücləndirəcəkdir. 

2015-ci ildə pul siyasətinin əsas hədəfini inflyasiyanın birrəqəmli səviyyədə 

təmin  olunması  təşkil  edəcəkdir.  Bunun  üçün  Mərkəzi  Bank  klassik  tənzimləmə 

alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaqdır. 

Eyni  zamanda  uzunmüddətli  dövrdə  inflyasiyaya  və  iqtisadi  tsiklə  təsir 

baxımından  pul  siyasətinin  yeni,  daha  effektiv  rejiminin  tətbiqi  istiqamətində 

zəruri  makroiqtisadi,  institusional  və  struktur  şərtlərin  təmin  olunması  diqqətdə 

saxlanacaqdır. 

Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik 

məzənnə  rejimi  pul  kütləsi  və  faiz  dərəcələri  üzərində  daha  effektiv  monetar 

nəzarəti təmin edir.  qtisadiyyatın və ixracın şaxələnməsi fiskal dayanıqlığın daha 

da  güclənməsi,  maliyyə  bazarının  inkişafı  və  faiz  dərəcəsinin  inflyasiya  üzərində 

ə

sas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir. 



2015-ci  ildə də  məzənnə  siyasəti valyuta  bazarında  tələb  və  təklif  arasında 

tarazlığın  təmin  olunmasına  və  bu  əsasda  manatın  ABŞ  dollarına  qarşı 

məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcəkdir.  



 

12

Manatın  digər  valyutalara  qarşı  məzənnəsinin  dəyişimi  isə  qlobal  valyuta 



bazarındakı proseslərdən asılı olacaqdır. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən 

məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır. 

Məzənnə  siyasətinin  parametrləri  tədiyyə  balansının  vəziyyəti,  bank 

sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin 

qorunması  vəzifəsi  nəzərə  alınmaqla  müəyyənləşdiriləcəkdir.  Ümumən,  manatın 

məzənnəsinin  fundamental  sabitliyi  makroiqtisadi  və  maliyyə  sabitliyinin  əsas 

amillarindən biridir. 

Mərkəzi  Bank  özünün  pul  proqramında  birbaşa  və  dolayı  monetar  alətlər 

vasitəsilə pul kütləsinin artım tempinin inflyasiya hədəfinə adekvat olan səviyyədə 

tənzimlənməsini nəzərdə tutur. 

Pul  siyasəti  alətlərinin  parametrləri,  о  cümlədən  faiz  dəhlizi  və  məcburi 

ehtiyat  normaları  iqtisadi  fəallıq  tsiklindən,  maliyyə  bazarlarındakı  vəziyyətdən 

asılı olaraq müəyyənləşdiriləcəkdir. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi 

səmərəsinin  yüksəlməsinə  şərait  yaratmaq  üçün  qarşıdakı  ildə  də  Mərkəzi  Bank 

maliyyə bazarlarının inkişafını dəstəkləməkdə davam edəcəkdir. 

Makroiqtisadi və  maliyyə  sabitliyinin idarə  olunması  potensialının  daha  da 

artırılması,  bunun  üçün  empirik  tədqiqatlar,  modelləşdirmə  və  proqnozlaşdırma, 

maliyyə  sistemində  risklərin  simulyasiyası  bazasının  ən  son  qlobal  çağırışlara 

adaptasiyası  təmin  olunacaqdır.  Əhalinin  maliyyə  savadlığının  gücləndirilməsi 

(maliyyə  savadlığı  portalının  fəaliyyətə  başlaması,  bilik  mübadiləsi  və  virtual 

mərkəzi  bank  layihələrinin  reallaşması  və  s.)  sahəsində  də  sistemli  tədbirlərin 

davam etdirilməsi nəzərdə tutulur. 

Eyni  zamanda  insan  kapitalının  və  kompetensiyaların  inkişafı,  korporativ 

idarəetmənin,  bütün  biznes  proseslərin  və  başlıca  funksiyaların  yerinə 

yetirilməsinin yüksək keyfiyyət və səmərəlilik nəticələri ilə əlaqələnməsinin təmin 

olunması, elektronlaşma (elektron idarəetmə), avtomatlaşma və  KT sahəsində son 

nailiyyətlərin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcəkdir. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə