Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

41

bütün seqmentlərində təyin edilmiş məzənnələrin əsasında "orta çəki" prinsipi üzrə 



hesablanır. 

Ölkənin qlobal maliyyə sabitliyinin əsas istiqamətlərindən biri onun tədiyyə 

və ticarət balansının vəziyyətidir.  Mərkəzi  Bankın valyuta siyasətinin  əsas istiqa-

mətlərindən  biri  də  məhz  ölkə  ixracatının  beynəlxalq  rəqabət  qabiliyyətini  təmin 

etməkdən,  yerli  istehsalın  dirçəlişinə  və  ixracın  artmasına  stimul  verməkdən 

ibarətdir.  Görülən  işlər  nəticəsində  ölkəmizin  olduqca  yüksək  tədiyyə  qabiliyyəti 

təmin  edilmişdir.  2000-ci ildən  başlayaraq  Azərbaycanın  xarici  ticarət balansında 

müsbət meyllər müşahidə olunur. Bu da heft strategiyasının reallaşması nəticəsində 

baş vermişdir. 

Hazırda ölkəmizin müəssisə və təşkilatları dünyanın 120-dən çox dövləti ilə 

ixrac-idxal  əməliyyatları  aparır.  2005-ci  ildə  Azərbaycanın  xarici  ticarət 

dövriyyəsinin  ixrac  üzrə  həcmi  7948962  min  dollar,  2006-cı  ildə  13014633  min 

dollar, 2007-ci ildə 21269317 min dollar, 2008-ci ildə 30586343 min dollar, 2009-

cu  ildə  21096820  min  dollar,  2010-cu  ildə  26476026  min  dollar,  2011-ci  ildə 

34494880  min  dollar,  2012-ci  ildə  32634038  min  dollar,  2013-cü  ildə  isə 

31702945  min  dollar  olmuşdur.

 

Azərbaycanın  xarici  ticarət  dövriyyəsinin  idxal 



üzrə həcmi isə 2005-ci ildə 4349857 min dollar, 2006-cı ildə 5269338 min dollar, 

2007-ci  ildə  6045019  min  dollar,  2008-ci  ildə  7574679  min  dollar,  2009-cu  ildə 

6513875 min dollar, 2010-cu ildə 6745603 min dollar, 2011-ci ildə 10166471 min 

dollar,  2012-ci  ildə  10417471  min  dollar,  2013-cü  ildə  isə  10320593  min  dollar 

olmuşdur.

 

Respublikamızda  valyuta  siyasətinin  əsas  istiqamətlərindən  biri  də  strateji 



valyuta  ehtiyatlarının  beynəlxalq  standartlara  uyğun  səviyyədə  saxlanılması  və 

artırılması  məqsədilə  onların  səmərəli  idarə  olunmasından  ibarətdir.  Ölkəmizdə 

strateji  valyuta  ehtiyatları  rəsmi  valyuta  ehtiyatları  və  Dövlət  Neft  Fondunun 

vəsaitlərinin cəmindən ibarətdir. 




 

42

Məlumdur  ki,  respublikamızda  əvvəllər  Vahid  Valyuta  Fondu  mövcud  idi. 



10 mart 1995-ci ildə prezidentin fərmanı ilə bu fond ləğv edildi və onun qalığı (16 

milyon dollar) Mərkəzi Banka verildi. 

Lakin  ölkənin  neft  yataqlarının  xarici  şirkətlərlə  birgə  işlənməsindən  əldə 

edilən mənfəət neftin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin 

toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına 

və  sosial-iqtisadi  baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən  layihələrin  həyata 

keçirilməsinə yönəldilməsi məqsədilə 29 dekabr 1999-cu ildə prezident fərmanı ilə 

Dövlət  Neft  Fondu  (DNF)  yaradıldı.  DNF-nin  gəlirləri  ölkəmizin  payına  düşən 

xam  neftin  və  qazın  satışından  əldə  edilən  gəlirlər,  bonus  ödənişləri,  akrhesabı 

ödənişlər,  fondun  fəaliyyətindən  əldə  edilən  gəlirlər  və  digər  gəlirlər  hesabına 

formalaşır. 

Respublikamızın rəsmi və strateji valyuta ehtiyatlarının həcmi uyğun olaraq 

2009-cu  ildə  5044,1  milyon  və  4805,8  milyon,  2010-cu  ildə  6237,1  milyon  və 

5999,2  milyon,  2011-ci  ildə  10145,9  milyon  və  9910,4  milyon,  2012-ci  ildə 

11562,1  milyon  və  11325,0  milyon,  2013-cü  ildə  14018,6  milyon  və  13780,1 

milyon,  2014-cü  ildə  12658,7  milyon  və  11286,0  milyon  dollar  olmuşdur.

 

Qeyd 


etmək lazımdır ki, xarici valyuta ehtiyatları üzrə beynəlxalq norma üç aylıq idxalı 

təmin  etmək  səviyyəsində  olmalıdır.  Respublikamızda  bu  göstərici  beynəlxalq 

standartlara  tam  uyğundur  və  ölkənin  yüksək  ödəmə  qabiliyyətinin  təmin 

olunmasına imkan verir. 

Azərbaycan  DNF-nin  hesabına  yeni  iş  yerlərinin  yaradılması,  müxtəlif 

dövlət və sosial yönümlü layihələrə investisiyaların qoyulması, əhalinin ən zəruri 

sosial tələblərinin yerinə yetirilməsi üzrə bir sıra işlər həyata keçirilmişdir. Onu da 

qeyd  etmək  lazımdır  ki,  hazırda  qaçqın  və  məcburi  köçkünlərin  həyat  şəraitinin 

yaxşılaşdırılması  üçün,  əhalinin  məşğulluğunun  təmin  edilməsi  məqsədilə  yeni  iş 

yerlərinin açılması üzrə də kompleks tədbirlər həyata keçirilir. 

Göründüyü  kimi  Mərkəzi  Bank  tərəfındən  həyata  keçirilən  valyuta 

siyasətinin  əsas  məqsədi  Mərkəzi  valyutanm  məzənnəsinin  sabitliyini  qorumaq 




 

43

üçün  onun  kəskin  dəyişikliklərdən  mühafızəsi,  manatın  mübadilə  məzənnəsinin 



müşahidə olunan inflyasiya və deflyasiya prosesinin qarşısını almaq vasitəsi kimi 

istifadə  edilməsi,  daxili  valyuta  bazannın  daha  da  inkişafının  təmin  edilməsi, 

həyata keçirilən valyuta əməliyyatlarının dairəsinin genişləndirilməsi, manatın tam 

dönərliliyinə keçid üçün lazımi şəraitin yaradılması, strateji valyuta ehtiyatlarının 

artırılması  və  yerləşdirilməsi  etibarlılığı  və  əlverişli  gəlirlilik  şərti  ilə  likvidliyini 

təmin  etmək  üçün  strateji  valyuta  ehtiyatlarının  səmərəli  idarə  edilməsindən 

ibarətdir. 

Sadalanan  bu  istiqamətlər  makroiqti  sadisabitliyin  əsas  tərkib  hissələrini 

təşkil  edir.  Bu  göstəricilərin  lazımi  səviyyədə  olması  makroiqtisadi  sabitliyin 

olmasına şərait yaradır.  

Valyuta siyasətinin aşağıdakı əsas formaları mövcuddur: 

1.

  Diskont siyasəti 



2.

  Deviz siyasəti 

Deviz siyasətinə aşağıdakılar daxildir: 

•  Valyuta intervensiyası (müdaxiləsi); 

•  Valyuta ehtiyatlarının diversifikasiyası (çoxşaxəliliyi); 

•  Valyuta məhdudlaşdırmaları; 

•  Valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi; 

•  Valyuta məzənnəsi rejimi; 

•  devalvasiya; 

•  revalvasiya. 

diskont (uçot) siyasəti-Mərkəzi Bank tərəfindən uçot faizinin dəyişdirilməsi 

hesabına  valyuta  məzənnəsinin  və  tədiyyə  balansının  tənzimlənməsinə  əsaslanır. 

Bunun nəticəsində ölkə daxilində kapital ахınınа, pul kütləsinə, məcmu tələbə təsir 

etmək olur. Diskont siyasəti ölkədə kredit həcminə, inflyasiya səviyyəsinə, tədiyyə 

balansı  vəziyyətinə,  valyuta  məzənnəsinə  və  bütün  bunların  nəticəsində 

iqtisadiyyata təsir göstərmək məqsədilə uçot dərəcəsinin rəsmi aşağı salınması və ya 

yüksəldilməsi  yolu  ilə  həyata  keçirilir.Uçot  dərəcəsinin  dəyişdirilməsi  milli 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə