Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 

19

qədardır. Pul-kredit siyasəti nizamlaşdırılmasının dolayı metodlarına keçid maliyyə 



liberallaşması  prosesi  və  iqtisadiyyatda  mərkəzi  bankın  sərbəstlik  dərəcəsinin  və 

funksiyalarının  artması  deməkdir.  Pul-kredit  nizamlaşdırılması  metodlarının 

birbaşa və dolayı metodları ilə yanaşı ümumi və selektiv metodları da mövcuddur. 

Ümumi  metodlar  -  əsasən  dolayısıdır  və  о  ümumilikdə  pul  bazarına  dolayısı 

təsir göstərir. 

Selektiv metodlar - kreditin konkret növlərini nizamlaşdırır və əsasən direktiv 

xarakter daşıyır. Selektiv metodlardan istifadə etməklə mərkəzi bank kredit resurs-

larının mərkəzləşdirilmiş qaydada yenidən bölgüsü funksiyasını qoruyub saxlamış 

olur.  Lakin  bu  xüsusiyyət  bazar  iqtisadiyyatlı  ölkələr  üçün  xarakterik  deyil,  çüki 

belə qayda bazar qiymətləri və resursların bölgüsü qaydalarına uyğun deyildir. 

Pul-kredit  siyasəti  subyektlərinin  onun  obyektlərinə  təsiri  xüsusi  maliyyə 

alətlərinin köməyi ilə həyata keçirilir. Pul-kredit siyasəti alətləri dedikdə pul-kredit 

nizamlaşdırıcısı  orqanı  kimi  mərkəzi  bankın  pul-kredit  siyasəti  obyektlərinə  təsir 

göstərən vasitə və üsullar başa düşülür. 

Dünya  təcrübəsində  mərkəzi  banklar  pul-kredit  siyasətinin  nizamlaş-

dırılmasında aşağıdakı alətlərdən istifadə edir: 

>

  məcburi ehtiyat normalarının dəyişdirilməsi 



>

  mərkəzi bankın faiz siyasəti, yəni kommersiya banklarının mərkəzi bankdan 

borc  alma  və  ya  kommersiya  bankları  vəsaitlərinin  mərkəzi  bankda 

deponlaşdırılması mexanizmlərinin dəyişdirilməsi 

>

  açıq bazarda dövlətin qiymətli kağızları ilə əməliyyatları 



Məcburi ehtiyatlar dedikdə kommersiya bankları öhdəliklərindən mərkəzi ban-

ka  faiz  payı  başa  düşülür.  Bu  ehtiyatları  kommersiya  bankları  mərkəzi  bankda 

saxlamalıdırlar. Məcburi öhdəliklərdən mərkəzi bank kommersiya banklarında la-

zımi  likvidliyin  təmin  etmək  məqsədi  üçün  istifadə  edir.  Belə  ki,  depozitlərin 

kütləvi  surətdə  geri  götürüldüyü  hallarda  kommersiya  bankları  əmanətçilərinin, 

müştərilərinin  mənafeyi  müdafiə  olunmaqla,  onun  ödəmə  qabiliyyəti  saxlanılır. 




 

20

Pul-kredit  siyasətinin  bu  alətinin  fəaliyyət  mexanizminin  mahiyyəti  aşağıdakı 



kimidir: 

>  mərkəzi bank tərəfındən məcburi ehtiyyat normalarını artırılması, bank artıq 

ehtiyatlarının  ixtisar  edilməsinə  gətirib  çıxarır  ki,  bu  da  ssuda  əməliyyatlarının 

azaldılması deməkdir. Bununda nəticəsində pul təklifinin azalmasına səbəb olur. 

> Məcburi ehtiyyat normasının azaldılması nəticəsində pul təklifı genişlənir.  

Mərkəzi bankın faiz siyasəti iki istiqamətdə aparılır: 

>

  Kommersiya banklarının mərkəzi bankdan aldığı borcun nizamlaşdırılması 



siyasəti; 

>

  Mərkəzi bankın depozit siyasəti. 



Bu siyasət uçot-dərəcəsi siyasəti və ya yenidənmaliyyələşmə siyasəti adlanır. 

Yenidənmaliyyələşmə  stavkası  dedikdə  mərkəzi  bankın  kommersiya  banklarına 

verdiyi  borca  görə  aldığı  faiz  başa  düşülür.  Uçot  dərəcəsi  dedikdə  kommersiya 

bankları veksellərinin uçotuna görə mərkəzi banka verdiyi faizdir (diskont). Uçot 

stavkalarını (yenidən maliyyələşmə stavkasını) mərkəzi bank müəyyən edir. Onun 

azaldılması kommersiya bankının aldığı borcu ucuz edir. Əksinə uçot stavkalarının 

qaldırılması borcu sərfəli etmir və buna görə də borc vəsaiti olan bəzi kommersiya 

bankları onların bahalı olduğundan onları geri qaytarmağa çalışırlar. Uçot stavkası 

həcminin  müəyyən  edilməsi  pul-kredit  siyasətinin  ən  vacib  istiqamətlərindən 

biridir.  Uçot  stavkalarının  dəyişdirilməsi  pul-kredit  siyasətinin  nizamlaşdırılması 

istiqamətindəki  dəyişiklikləri  özündə  əks  etdirir.  Uçot  stavkalarının  səviyyəsi 

adətən  gözlənilən  inflyasiya  səviyyəsindən  asılı  olduğu  kimi  inflyasiyaya  ciddi 

təsir  göstərir.  Mərkəzi  bank  pul-kredit  siyasətini  yumşaltmaq  və  ciddiləşdirmək 

istədikdə о uçot dərəcələrini artırıb azaldır. 

Pul-kredit siyasətini açıqlayarkən Mərkəzi bank cari ildə həyata keçirilən pul-

kredit  siyasətinin  yekunlarını,  habelə  qarşıdakı  il  üçün  müəyyən  etdiyi  pul-kredit 

siyasətinin  məqsəd  və  vəzifələrini,  Mərkəzi  Bankdan  asılı  olan  və  asılı  olmayan 

amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir. 




 

21

Azərbaycanda  uçot  dərəcəsi  hələ  ki,  pul-maliyə  sisteminə  onun  həssaslığı 



baxımından  əhəmiyyətli  təsir  edən  indikator  funksiyasinı  yerinə  yetirmir.  Bu 

nöqteyi  nəzərdən  yuxarıda  qeyd  olunan  meyl,  yəni  uçot  dərəcəsinin  dinamikası 

arasında

 

müəyyən  paralellərin  nəzərə  çarpması  pozitiv  proses  kimi 



dəyərləndirilməlidir. 

Ə

halidən cəlb olunmıış əmanətlər (min manat) 



 

Pul-kredit  siyasətinin  məqsədlərinə  nail  olmaq,  dövriyyədəki  pul  küt- 

ləsini  lazımi  parametrlərdə  saxlamaq  üçün  Mərkəzi  Bank  məcburi  ehtiyat 

normalarını  da  çevik  tənzimləməlidir.  Kredit  ekspansiyasını  azaltmaq  və  artır- 

maq  üçün,  eyni  zamanda  bank  sisteminin  izafi  likvidliyinin  artırılmasında 

məcburi  ehtiyat  normalarının  dəyişdirilməsindən  geniş  istifadə  olunur.  Məcburi 

ehtiyat  normaları  təkcə  manatın  yox,  eləcə  də  xarici  valyuta  kütləsinin 

tənzimlənməsində mühüm rol oynayır. 

Mərkəzi  Bank  pul-kredit  siyasətinin  həyata  keçirilməsi  istiqamətində 

müəyyən etdiyi hədəf və məqsədə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir. 

Ancaq bu vəsaitlərin  təsirləri  isə  ölkədən  ölkəyə  və  ən  əsası da  ölkələrin  iqtisadi 

səviyyələrinə  və  struktur  özəlliklərinə  bağlı  olaraq  önəmli  fərqliliklər 

göstərməkdədədir. 

Son  illər  maliyyə  bazarlarına  müdaxilə  edən  pul-kredit  siyasəti  alətləri  də 

daxil olduğu müşahidə edilməkdədir. 

 

2006 

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

ə

halidən cəlb 



olunmuş 

ə

manətlər 



820 

1468.4  1905.3  2334.9  3029.8 

4119.8 

5113.4 


6395.8 

ondan: 


milli valyuta ilə 

250 


676 

1036.7  966 

1410.0 

2281.7 


2963.8 

3883.8 


xarici valyuta ilə 

569 


792 

868.6 


1369.3  1619.8 

1838.1 


2149.6 

2507.5 


Ə

manətlərin 

artımı, 

faizlə 


165.7 

179.1 


129.7 

122.5 


129.8 

135.9 


124.1 

125.1 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə