Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

26

gəlirli  sahəyə  çevirəcək,  buraya  investisiya  yatırımına  və  tikilən  mənzillərin 



miqdarının artmasına şərait yaradacaq. Nəticədə qiymətlər sabitləşəcək, həmçinin 

mənzilə tələbatın ödənilməsi yaxşılaşacaq. Bununla belə, AMB qiymət artımını о 

zamana  qədər  qaldırmağı  faydalı  hesab  edir  ki,  qiymətin  artım  tempinə  nisbətdə 

istehsalın  artımı  üstüniük  təşkil  etsin.  Belə  olduqda  inflyasiya  istehsalı 

stimullaşdırma aləti rolunu oynaya bilir. 

Bazar  iqtisadiyyatının  daim  bir  düz  xətt  üzrə  yüksəlməsi  mümkün  deyil. 

Onun üçün enib qalxmalar, obrazlı desək, dəniz kimi dalğalanma xarakterikdir. Bu 

tamamilə  normal  haldır.  Lakin  burada  əsas  məsələ  kəskin  dalğalanmaların 

(volatilliyin)  qaşısının  alınması  və  ritmliyin  qorunmasıdır.  Əks  halda  iqtisadi 

proseslər  nəzarətdən  çıxaraq,  sanki  dənizdə  fırtına  effekti  yaradar.  Bu  məsələnin 

həlli  Mərkəzi  Bankın  pul  siyasətinin  əsas  vəzifələrindəndir.  qtisadiyyatda 

fırtınaların  baş  verməməsi  üçün  AMB  qiymətlərin  həddən  aşağı  düşdüyü  və 

işsizlik şəraitində bankların kredit əməliyyatlarının artırılmasına, yüksək inflyasiya 

zamanı isə azaldılmasına istiqamətlənmiş tədbirlər həyata keçirir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

27

FƏS L 2. AZƏRBAYCAN RESPUBL KASINDA VALYUTA S YASƏT  



VƏ VALYUTA TƏNZ MLƏNMƏS  

 

2.1. Azərbaycanın valyuta sistemi, məzənnə siyasəti və  

Valyuta ehtiyatlarinin idarə edilməsi 

 

Mərkəzi  Bank  pul  dövriyyəsinin  tənzimlənməsi,  milli  valyutanın 



möhkəmləndirilməsi,  bank  sisteminin  inkişaf  еtdirilməsi,  maliyyə  bazarının 

təşəkkül  tapması  sahəsində  tədbirlər  kompleksi  həyata  keçirmək  yolu  ilə  bütün 

iqtisadi  agentlər  tərəfindən  əmanətlərin  formalaşdırılması  və  bu    əmanətlərin 

sonradan    məhsuldar  investisiyalara  çеvrilməsi  üçün  obyektiv  təminat  yaradır. 

Xarici  və  milli  valyutada  aktivlərin  gərginliyini  tarazlaşdırmaq  məqsədilə  həyata 

keçirilən valyuta siyasəti pul siyasətinin tərkib hissəsidir. Həmin siyasət hər şeydən 

ə

vvəl,  respublikada  inflyasiyanın  optimal  səviyyəsini  müəyyənləşdirmək  üçün 



valyuta məzənnəsindən istifadə ediməsinə yönəldilmişdir. Həyata keçirilən valyuta 

siyasəti  həm  də  valyutа  bazarlarının  və  kommersiya  fəaliyyətində  valyuta 

risklərinin tənzimlənməsinə kömək etməlidir. 

Bu məqsədlə həyata keçirilən pul siyasəti və onun tərkib hissəsi olan valyuta 

siyasəti  nəticəsində  respublikamızda  inflyasiyanın  sürəti  aşağı  səviyyədə 

saxlanılmış,  manatın  məzənnəsi  sabitləşdirilmiş  və  onun  bütün  xarici  valyutalara 

nisbətdə daxili dönərliyi təmin edilmiş, valyuta bazarının bütün sеqmentləri inkişaf 

etdirilmişdir. 

Valyuta  sahəsində  mövcud  olan  qanunvericiliyə  müvafiq  olaraq  rezident  və 

qeyri-rezidentlərin  valyuta  hesabları  açmalarına,  onların  valyuta  əməliyyatları 

aparmalarına müstəqillik verilmişdir. 

Valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyyə balansı, valyuta 

məzənnəsi,  kredit  və  əməliyyatlar  üzrə  hesablaşmalar  vasitəsi  ilə  həyata  keçir. 

Valyuta  münasibətləri  ayrı-ayrı  ölkələrin  iqtisadi  inkişaf  səviyyələrinin  və  onlar 

arasındakı beynəlxalq iqtisadi münasibətlərin təкmilləşməsində əsas rol oynayır. 



 

28

qtisadiyyatın  tənzimlənməsi  sistemində  valyuta  siyasəti  mühüm  yer  tutur. 



Valyuta  siyasəti  iqtisadi  siyasətin  mühüm  tərkib  hissəsidir  və  onun  çoxtərəfli 

məqsədlərinin yerinə yetirilməsinə, yəni güclü iqtisadi inkişafın təmin еdilməsinə, 

işsizlik və inflyasiyanın artmasının dayandırılmasıнa, ödəniş balansı müvazinətinin 

dəstəklənməsinə yönəldilir. Valyuta siyasəti dövlətin cari və strаteji məqsədlərinə 

uyğun  olaraq  ümumdünya  təsərrüfаt  əlaqələri  sistemində  iqтisadiyyatin  daxili  və 

xarici  dinamik  müvazinətini  təmin  etmək,  beynəlxalq  vаlyuta  və  digər  iqtisadi 

münasibətləri həyata keçirmək üçün tətbiq olunan əмəliyyatların məcmusudur. 

Valyuta  siyasətinin  həyata  keçirilməsində  əsas  məqsədlərdən  biri  hər  bir 

dövlətin öz milli valyutasının məzənnəsinin sabitliyini qorumaqdır. 

Valyuta məzənnəsi bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində 

ifadə olunmuş qiymətinə deyilir. Valyuta məzənnəsi tələb və təklif əsasında, ya da 

dövlət  tərəfindən  təyin  edilə  bilər.  Çox  vaxt  valyuta  мəzənnəsi  tələb  və  təklif 

ə

sasında  formalaşır.  Ona  görə  də,  sabit  rəqəm  dеyildir,  çünki  valyuta  bazarında 



tələb və təklif tez-tez dəyişir. Tələb çox olduqda valyuta məzənnəsi artır, əksinə isə 

azalır. 


Valyuta  məzənnəsi  spesifik  xarakterə  malik  pul  kateqoriyasıdir  və  milli 

iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Əgər hər 

hansı bir valyutanın əsas xarakteri milli təsərrüfat çərçivəsində formalaşırsa, onun 

miqdar  ölçüsü  dünya  bazarında  beynəlxalq  iqtisadi  əməliyyatlar  prosesində 

müəyyən edilir. 

Müasir  dövrdə  ayrı-ayrı  milli  iqtisadiyyatlar  arasında  qarşılıqlı  asılılığın 

а

rtması  və  beynəlxalq  dövriyyədə  qızıla  dəyişdirilməyən  kredit  pullarının  tətbiq 



olunması nəticəsində valyuta məzənnəsi ayrı-ayrı milli iqtisadiyyatların inkişafının 

zahiri  təzahürünə  çevrilir,  onun  yeni  əmək  məhsuldarlığı  şəraitində  iqtisadi 

potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu 

ilə istehsal sferasına güclü əks təsir göstərir. 

Valyuta    məzənnəsinin      bir    iqtisadi    göstərici    kimi    beynəlxalq    iqtisadi 

ə

lаqələr    sistemində  əhəmiyyətli    rolu  var.  Belə    ki,    valyuta    məzənnəsinin 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə